Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2292/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlu ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1184/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə 9 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2002-ci il tarixdə Cavabdeh İ uşaq xəstəlikləri kafedrasına baş laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 0.5 vahid assistent vəzifəsinə seçilməsi haqqında pediatriya fakültəsinin elmi şurasının qərarı təsdiq olunmuş, 5 mart 2019-cu il tarixdə yeni müddətə 0.5 ştat vahid assistent vəzifəsinə seçilməsi ilə əlaqədar əmək müqaviləsi 5 il müddətinə uzadılmış, 2 mart 2020-ci il tarixdə müsabiqədən keçdiyinə görə həmin kafedrada 0.5 ştat vahid dosent vəzifəsinə keçirilmiş və 5 il müddətinə əmək müqaviləsi bağlanılmış, 6 aprel 2023-cü il tarixdə əmək müqaviləsinə Universitetin daxili intizam qaydalarını k obud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rektorunun 6 aprel 2023-cü il tarixli, 190/K saylı əmrinin ləğv edilməsi, Cavabdeh uşaq xəstəlikləri kafedrasında (0,5 ştat) dosent vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, hüquqi xidmət üçün ödənilmiş 220 manat məbləğin, məhkəməyə gediş-gəliş üçün 120 manat məbləğin, mediasiya xidmətinə ödənilmiş 60 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il 2 mart tarixdə, Cavabdeh uşaq xəstəlikləri kafedrasında (0,5 ştat) 5 il müddətinə dosent vəzifəsinə təyin olunmuş, əmək müqaviləsi 2 mart 2025-ci il tarixədək bağlanmışdır. İddiaçı Cavabdeh rektoru, professor cənab Nümayəndə1 qəbulunda olmuş və işdən çıxarılmasına səbəb göstərilmiş əsasların qanunsuz olduğunu bildirməklə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrə etiraz etmişdir. ATU-nun nəzdində X10 işə qəbul olunması ilə bağlı ona 7 aprel 2023-cü il tarixdə yeni əmək müqaviləsinə imza etdirmişlər. İddiaçının iradəsini ifadə etmədiyi üçün o, yeni ərizə ilə əmək müqaviləsinin qeydiyyata alınmadan ləğv edilməsini və ya geri qaytarılmasını yazılı bildirmişdir. Mart ayında Quba rayonu Nügədi kəndində özünü yaxşı hiss etmədiyi üçün tibb müəssisəsin ə müraciət etmişdir. Səhhətində yaranmış xəstəliklə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli həkim reseptləri ilə aptekdən dərmanlar almışdır. Bülletenə çıxmasının səbəbi 9-10 mart 2023-cü il tarixdə səhhətində olan problemlər olmuşdur. Tələbələrinin tədrisdən geri qalmaması, tədris mövzularının daha dərin öyrədilməsi məqsədi ilə özünü yaxşı hiss etdiyi üçün 10 mart 2023-cü il tarixdə 2 saylı X5 gəlmişdir. Tədris jurnalında tələbələrin dərsdə iştirak etməmələri ilə bağlı qeydlərini aparmışdır. İddiaçı ziyalı bir müəllimə olaraq tədris qaydalarını, Universitetin daxili nizamintizam qaydalarını, tədris prosesini pozmamışdır. Cavabdeh iddiaçının işdə olmasına, həmçinin, tibbi bülletenin mövcudluğuna baxmayaraq, xx.xx.2023-cü il tarixli, 190/K saylı əmri ilə 67 №-li xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilməsi barədə işdən çıxarılma əmri vermişdir. İddiaçı cavabdehlə yaranmış mübahisəni yoluna qoymaq cəhdləri üzrə mediasiyaya müraciət etsə də, nəticə verməmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi imperativ qayda olmaqla işçini işəgötürənin özbaşınalığından qorunmaq məqsədi daşıyır. İddiaçının hərəkətlərində ƏM-in 70-ci maddəsinin “ç” və yaxud, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair əsaslar olmamışdır. Belə ki, ağlabatan mühakimə əsasında aşkar görünür ki, iddiaçı həm tədrisini qaydasında vermiş, həm də eyni zamanda o saat və o gün üçün tibbi bülletendə olmuşdur. Onun üzrsüz səbəbə görə işə gəlməməsi və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozması ilə bağlı dəlillər əsassızdır. İddiaçı tədris müqaviləsində göstərilən 276 saat illik dərs yükünü bir smestr ərzində, əlavə olaraq, işdən qanunsuz çıxarılmağı barədə çıxarıldığı günə qədər isə əlavə 40 saat dərs yükü keçmişdir. Məqsədi tələbələrin bilik səviyyəsini artırmaq olmuşdur. Kollektivin bütün ictimai xeyir-şər işlərində iştirak etmiş, kollektiv ilə heç bir ədavəti olmamış, hal-hazırda da münasibətləri normaldır. 2000-ci ildən başladığı əmək fəaliyyətində heç bir pozulmalar olmayıb. Həmişə biliklərini müasir dövrə uyğun artırmağa çalışmışdır. 70-dən çox elmi əsəri vardır. Konfransda iştirak etmişdir.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia əsassızdı r. İddiaçı Cavabdeh X4 dosenti vəzifəsində işləyərkən öz əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdehndə bütün dərslər əyani tədris edildiyi halda, iddiaçı özbaşına tədris qaydalarını dəyişərək, 9 mart 2023-cü il tarixində Hərbi Tibb fakültəsinin 4cü kurs 619A2c qrupunun nümayəndəsinə zəng edib, 10 mart tarixində keçəcəyi dərsi 09 martda saat 20:00-da “online” keçəyəci barədə qrupun tələbələrinə məlumat verilməsini demişdir. Qrup nümayəndəsi müəllimin sözünü qrup yoldaşlarına çatdırmış və nəticədə xx.xx.2023-cü il tarixində 20:00-da “Zoom” proqramı vasitəsi ilə “online” dərs (45 dəqiqə) keçirilmişdir. Növbəti gün, 10 mart 2023-cü il tarixində iddiaçı işə gəlməmiş və gəlməyəcəyi barədə kafedranın rəhbərliyinə məlumat verməmişdir. 10 mart tarixində iddiaçı işdə olmalı və saat 12:30-da n 16:00-a qədər Hərbi Tibb fakültəsinin tələbələrinə dərs keçməli idi. Nəticədə tədris prosesi pozulmuş, tələbələr başlı-başına qalmışdırlar. Kafedra müdiri, kafedra müdirinin tədris işləri üzrə müavini işə gəlməməyinin səbəbini öyrənmək məqsədilə Hacıyevaya zəng etmiş, o isə həmin gün başqa işi olduğunu bildirmişdir. Kafedra müdirinin tədris işləri üzrə müavini 10 martda saat təxminən 15:00-da iddiaçıya təkrarən zəng etmiş və təcili universitetin prorektorunun qəbuluna gəlməyini tələb etsə də, o, hal-hazırda şəhərdə olmadığını və işin sonuna qədər gələ bilməyəcəyini bildirmiş və gəlməmişdir. İddiaçı öz izahatında etdiyi hərəkətlər ilə bağlı təzadlı ifadələr vermişdir. İddiaçı gah həmin vaxt işdə olduğunu, lakin tələbələr özləri dərsə gəlmədiklərini, gah da həmin gün xəstə olduğuna görə iş ə gəlmədiyini bildirmişdir. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin itirilməsi vərəqəsinin (ƏQİV) Quba-Nügədi ASM tərəfindən verilməsi onun həqiqiliyinə şübhə yaratmışdır. Belə ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”a əsasən xəstələr tibbi xidmət göstərilməsi üçün qeydiyyatda olduğu yer üzrə tibb məntəqəsinə müraciət etməlidirlər. Müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələri açıla bilər. Bunlar müvafiq qaydalara riayət edilərək həyata keçirilməlidir. İddiaçı özü dediyi kimi tibb məntəqəsinə müraciət etməmiş, həkim onu guya evdə qəbul edibmiş. E rtəsi gün 10 mart tarixində yenə tibb müəssisəsinə müraciət etməmiş, həkimin qəbulunda olmamış, həkimə demədən hətta guya Bakıya işə gəlmişdir. Buna baxmayaraq, həkim ona “KRVİ” diaqnozu ilə xəstəlik vərəqəsi açmışdır. Qeyd olunanların hamısı iddiaçının yalan danışması və saxta xəstəlik vərəqəsini qeyri-qanuni yolla əldə etməsini sübut edir. Hərbi Tibb Fakültəsinin 4-cü kurs 619A2c qrup tələbələri iddiaçının 10 martda işə gəlməyəcəyini və həmin dərsi bir gün qabaq 9 martda saat 20:00-da online keçirdiyini təsdiq etmişlər. İddiaçı verdiyi izahatlarda tutduğu hərəkətlərdən peşman olduğunu bildirməmiş, əksinə özünü haqlı hesab etdiyini bildirmişdir. İddiaçı üzrlü səbədən işə gəlmədiyinə, digər hərəkətləri ilə tədris qaydalarını və tədris prosesini və bununla əmək vəzifələrini kobud surətdə po zduğuna görə onun məsələsi Universitetin intizam komissiyasında ətraflı araşdırılmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi universitetin rektoruna tövsiyə edilmişdir. Universitetin Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə Cavabdeh rektorunun xx.xx.2023-cü il tarixli 190/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, uşağı xəstə olduğu üçün xx.xx.2023-cü il tarixdə İddiaçı qəbuluna getmiş, lakin iddiaçının dərsi olduğuna görə qəbuluna düşə bilməmiş, xx.xx.2023-cü il tarixdə saat 08:30- 09:30 aralığında Əbülfəz Qarayev adına 2 saylı xəstəxanada iddiaçı ilə görüşmüşdür.
6. X8 ifadəsində bildirmişdir ki, 2019-cu ilədək Qubada xəstəxanada işlədiyindən iddiaçı vəziyyətinin yaxşı olmadığına görə onu çağırmış, iddiaçını müayinə etməyə getdikdə xəstə olduğunu görmüş, özünün bülleten açmaq səlahiyyəti olmadığına görə başqa həkimə yönləndirmişdir.
7. Cavabdeh etiraz təqdim edərək, iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrinin həqiqəti əks etdirmədiyini və əsassız olduğu üçün onların qəbul edilməsinə etiraz etdiklərini bildirmişdir. X1 ifadə verərkən bildirmişdir ki, 10 mart 2023-cü il tarixində onun uşağını müalicə edən iddiaçını Ə.Qarayev adına uşaq klinik xəstəxanasında görmüşdü. Hətta, məsləhət almışdır. Azərbaycan Respublikasında icbari tibbi sığortaya keçiləndən sonra xəstə, həkimin qəbuluna düşmək üçün qeydiyyat şöbəsində mütləq həkimin adı, xəstənin adı, hətta qəbul saatı qeyd olunan göndəriş (talon) almalıdır. Belə bir talon olmamışdır və ola da bilməzdi. Ona görə ki, iddiaçı sertifikasiyadan keçməmiş və buna görə də həmin xəstəxanada o xəstə qəbul edə və müalicə apara bilməzdi. Digər şahidin ifadəsinə görə, o, 10 mart 2023-cü il tarixinə qədər 5 mart və 9 mart tarixlərində İddiaçı Quba rayonu İİ Nügədi kəndindəki evində həkim yardımı göstərməmişdir. Həmin şahid ixtisasca mama-ginekoloqdur. Əmək qabiliyyətinin itirilməsi vərəqəsini verən həkim deyil. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin itirilməsi vərəqəsi ginekoloji problemə görə yox, kəskin respirator virus infeksiyasına (KRVİ) görə açılmışdır. Əmək qabiliyyətinin itirilməsi vərəqəsin in açılması üçün vətəndaş ərazi üzrə qeydiyyatda olmalı və ya iş yeri ərazi üzrə olmalıdır. Bundan başqa, vətəndaş ezamiyyətdə, məzuniyyətdə, sanatoriyada və kurortda olduqda və arayış təqdim etdikdə ona xəstəliklə bağlı əmək qabiliyyətinin itirilmə vərəqəsi açıla bilər. Belə olan halda vətəndaş müraciət edərsə, həkim yardım göstərdikdən sonra X17 şöbəsinə yönəltməli idi. Lakin, iddiaçı Bakı şəhərində qeydiyyatdadır, Bakı şəhərində işləyir və o, adı çəkilən ərazidə müvəqqəti yaşaması, ezamiyyətdə, məzuniyyətdə, sanatoriya və ya kurort müalicəsində olması barədə heç bir arayış və ya başqa bir sənədi də yox idi. Buna baxmayaraq, iddiaçıya həkim (hansı səlahiyyətlə və nəyin əsasında çağırış olmadan) guya 9 mart axşam 20:00-dan sonra da evdə baxış keçirib, səhəri gün 10 martda isə onu görmədən və halından xəbəri olmadan əmək qabiliyyətinin itirilməsi vərəqəsini açmışdır. Halbuki, iddiaçının dediyinə görə o, səhər Bakıda işdə olmuşdur. Bütün bunların hamısı şahidlərin ifadələrinin düzgün olmamasını və sadəcə məhkəməni çaşdırmaq üçün nəzərdə tutulduğunu göstərmişdir. İddiaçı Universitetə düzgün məlumat verərək, şəxsi işi ilə əlaqədar işdə olmadığını bildirmək əvəzinə (belə olan halda ona qarşı cəza da daha yüngül ola bilərdi), Hərbi Tibb Fakültəsinin tələbəsinin silahlı insidentdən yaralanması barədə məlumat aldıqdan sonra əmək qabiliyyətinin itirilməsi vərəqəsini əldə edib və yalançı şahidləri məhkəməyə təqdim etmişdir. Ə.Qarayev adına uşaq klinik xəstəxanasında Cavabdeh 2-ci X4 bazası olmasına baxmayaraq, auditoriya olmadığına görə 2-ci X4 dərsləri 1 nömrəli tədris binasının 2- ci və 5-ci mərtəbəsində keçirilir. Bununla bağlı müvafiq arayış təqdim edilmişdir. Tələbələr də təsdiq edə bilər. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh bir daha bəyan etmişdir ki, iddiaçının işdən azad olmasına səbəb bilavasitə vəzifə borclarının yerinə yetirilməməsi ilə müəllim adına yaraşmayan yalan və təzadlı ifadələri olmuşdur.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, həmin dövrdə qrup nümayəndəsi olmuş, iddiaçı ona martın 10-da səhhəti ilə əlaqədar dərsin olmayacağını, əvəzinə 9 martda saat 8-də “Zoom” vasitəsilə online dərs keçəcəklərini bildirmiş, belə də etmişlər. Həmin gün başqa dərslərində iştirak edib, sonra iddiaçının dərsinə qalmadan getmişlər. İddiaçıya qarşı heç bir qərəzi yoxdur, o, normal müəllimdir.
9. X2 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, iddiaçıdan müəllim kimi heç bir narazılığı yoxdur. Müəllim dərs barədə qrup nümayəndəsi ilə danışmışdır. 10.X9 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, mart ayının 10-da saat 14:32 radələrində yaralanmışdır. İddiaçı ilə heç bir problemi yoxdur, 9 martda online dərs keçmiş, 10 martda isə dərs keçməmişlər.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3005/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 6 aprel 2023-cü il tarixli, 190/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh İİ uşaq xəstəlikləri kafedrasına 0.5 ştat vahid “dosent” vəzif əsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 12.İddia tələbinin “əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən əmək qabiliyyətinin olmaması vərəqəsi ilə təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı əmək qabiliyyəti olmamışdır. Cavabdeh həmin vərəqənin saxta olduğunu iddia edərək, xəstəlik vərəqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vər əqələrinin verilməsi qaydası haqqında Təlimat”ın müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələrinin açıla bilməsi müddəalarına riayət edilmədən verildiyini bildirmişdir. Məsələ ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də, İİ Nügədi Ailə Sağlamlıq Mərkəzindən İddiaçı xəstəlik (əmək qabiliyyətinin olmaması) vərəqəsi verilmiş və bu barədə müvafiq jurnalda qeydiyyat aparılmışdır. Lakin xəstəlik vərəqəsi qanunvericilikdə müəyyən edilmiş prosedur qaydalara əməl edilmədən verildiyinə görə xəstəlik vərəqəsini verən həkimə Quba RMX tərəfindən töhmət elan olunmuşdur. 13.Məhkəmə qeyd etmişdir ki, əmək qabiliyyətinin olmaması vərəqəsi verilərkən qanunvericiliyin prosedur qaydaları tənzimləyən tələblərinə əməl edilməməsi hazırki id dianın əsassız olmasına dəlalət etməməlidir. Belə ki, məhkəmə işin faktiki hallarına bu qədər formal yanaşa bilməz. Əmək qabiliyyətinin olmaması vərəqəsinin tibb müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən düzgün qaydada rəsmiləşdirilməməsinin iddiaçının həmin müddətdə əmək qabiliyyətini itirməsinin (əmək qabiliyyətinin olmamasının) həqiqi olubolmamasına heç bir aidiyyəti yoxdur. Başqa sözlə, həmin vərəqənin düzgün qaydada verilməməsi iddiaçının xəstə olmadığı qənaətinə gəlmək üçün əsas deyil. İddiaçıya verilən xəstəlik vərəqəsinin etibarsız olması, yəni həmin vaxt iddiaçının xəstə olmadığı, buna baxmayaraq həkimin qanunsuz olaraq ona xəstəlik vərəqəsi verməsi halı müəyyən edilsəydi, sözsüz ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 və “Quba Rayon Mərkəzi Xəstəxanası” X18 bu məsə ləni müvafiq qaydada bilavasitə araşdırar və ya araşdırılması üçün aidiyyəti orqana müraciət edər və bu barədə məhkəməyə verdiyi cavab məktublarında da qeyd edərdi. Deməli, xx.xx.2023-cü il tarixdə iddiaçının əmək qabiliyyətinin olmaması aidiyyəti qurumlar tərəfindən inkar edilmir. 14.Əmrin əsasını təşkil edən hallardan biri olan “iddiaçının xx.xx.2023-cü il tarixində bütün iş günü ərzində işə gəlməməsi barədəfakta münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının “əmək qabiliyyətinin olmaması” vərəqəsinin olması onun işə getməməsi üçün üzrlü səbəbdir. İddiaçının “əmək qabiliyyətinin olmaması” vərəqəsi olmasına baxmayaraq, özünü yaxşı hiss etdiyi təqdirdə işə gəlməsi isə üçüncü şəxslərin hüquqlarını pozmadığı (başqa şəxsləri yoluxdurmaq və s.) müddətdə qanunsuz hesab edilə bilməz, bu, onun iradəsinin könüllü qaydada ifadə edilməsidir. Cavabdeh iddiaçının bütün iş günü ərzində işdə olmadığını “işçinin iş vaxtında iş yerində olmaması haqqında” xx.xx.2023-cü il tarixli aktla əsaslandırmışdır. Hansı ki, həmin aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:15-də işçilər tərəfindən yoxlama keçirilmiş və iddiaçının iş yerində olmaması müəyyən edilmişdir. 15.Məhkəmə hesab etmişdir ki, iddiaçının “əmək qabiliyyətinin olmaması” vərəqəsi etibarlı olduğundan və onun işə gəlməməyə üzrlü səbəbi olduğundan, cavabdehin işçiləri tərəfindən tərtib edilmiş aktın artıq əhəmiyyəti qalmamışdır. 16.Məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə 190/K nömrəli əmrin verilməsinə əsas olan digər iki hala – “işçinin özbaşına tədrisin təşkili qaydalarını dəyişdirərək tədris prosesini v ə universitetin daxili intizam qaydalarını kobud şəkildə pozmasına” münasibətdə isə qeyd etmişdir ki, cavabdehin etirazına görə Cavabdehndə bütün dərslər əyani tədris edildiyi halda, iddiaçı özbaşına tədris qaydalarını dəyişərək, 9 mart 2023-cü il tarixində Hərbi Tibb fakültəsinin 4-cü kurs 619A2c qrupunun nümayəndəsinə zəng edib 10 mart tarixində keçməli olduğu dərsi 9 mart saat 20:00-da online keçəcəyi barədə qrup yoldaşlarına məlumat verməsini demişdir. Qrup nümayəndəsi müəllimin sözünü qrup yoldaşlarına çatdırmış və nəticədə 9.3.2023-cü il tarixində 20:00 “Zoom” proqramı vasitəsi ilə online dərs (45 dəqiqə) keçirilmişdir. Qeyd olunan məlumatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də təsdiqlənir. Lakin, iddiaçı 9.3.2023-cü il tarixində keçdiyi dərsin əlavə dərs olduğunu, h əmin dərsin 10.3.2023-cü il tarixdə keçirilməli olan mövzudan fərqli olduğunu, 10.3.2023-cü il tarixdə olan dərsi 17.3.2023-cü il tarixdə keçdiyini, qrup nümayəndəsinə “xx.xx.2023-cü il tarixdə dərsə gəlməmələrini” demədiyini bildirmişdir. Göründüyü kimi, şahid ifadələri ilə iddiaçının izahatı arasında aşkar ziddiyyətlər mövcuddur. Cavabdeh isə əmrin əsasını təşkil edən halın sübutetmə yükü onun üzərində olduğu halda, bu məsələ ilə bağlı əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından aydın olur ki, cavabdeh işçinin özbaşına tədrisin təşkili qaydalarını dəyişdirərək tədris prosesini və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozması əsası ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmri verərkən məhz Universitetin İntizam Komissiyasının 29.3.202 3-cü il tarixli iclasındakı tələbələrin ifadələrinə əsaslanmışdır. 17.Məhkəmə hesab etmişdir ki, universitet müəlliminin tələbələrə onların razılığı ilə online formada (“Zoom” tətbiqi vasitəsilə) dərs keçməsi və bu dərsdə iştirakın jurnalda qeydiyyata alınmaması, qarşısında “könüllü” yazılması həmin dərsdə iştirakın məcburi olmadığı mənasına gəlir. Əgər müəllim əyani keçirilməli olan dərsin əvəzinə qabaqcadan tələbələrlə razılaşmaqla onlayn formada dərs keçsəydi belə, bu hal müəllim (işçi) ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas verməzdi. Çünki informasiya texnologiyalarından (internetdən) istifadə etməklə davamlı inkişaf etmənin cəmiyyətdə xüsusi əhəmiyyət kəsb etdiyi bir zamanda müəllimin tələbələr ilə qabaqcadan razılaşmaql a sadəcə bir onlayn dərs təşkil etməsinin kobud pozuntu hesab olunması və buna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məntiqsiz və ədalətsiz olardı. Dərsin online formada tədris edilməsi Universitetin daxili qaydalarına zidd olsa belə, həmin əmələ münasibətdə işçinin ən ağır intizam tənbehinə layiq görülməsi onun əməlinə və törətmiş olduğu iddia edilən xətanın xarakterinə uyğun olmamışdır. 18.Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış müvafiq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsini nəzərə almamışdır. Belə ki, cavabdeh işçinin törətmiş olduğunu iddia etdiyi pozuntunun işin, istehsalın, əmək və icra intizamının normal ahənginin necə pozulduğunu və ya mülkiyyətçinin, işəg ötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu sübut edə bilməmişdir. Cavabdehin etirazındakı “iddiaçının universitetə düzgün məlumat verərək şəxsi işi ilə əlaqədar işdə olmadığını bildirmək əvəzinə (belə olan halda ona qarşı cəzada daha yüngül ola bilərdi) Hərbi Tibb Fakültəsinin tələbəsinin silahlı insidentdən yaralanması barədə məlumat aldıqdan sonra əmək qabiliyyətinin itirilməsi vərəqəsini əldə edib və yalançı şahidləri məhkəməyə təqdim etmişdir” qeydi onu ifadə edir ki, iddiaçı şəxsi işi ilə əlaqədar işə gəlmədiyini bildirsəydi, ona hazırki intizam tənbehi yox, daha yüngül intizam tənbehi tətbiq olunardı. Yəni hazırki intizam tənbehinin tətbiq edilməsinin səbəbi dolayısı ilə Hərbi Tibb Fa kültəsinin tələbəsinin silahlı insidentdən yaralanması və iddiaçının şəxsi işi ilə əlaqədar işdə olmadığını bildirmək əvəzinə xəstəlik vərəqəsini cavabdehə təqdim etməsi olmuşdur. 19.Məhkəmə qeyd etmişdir ki, sözügedən əmri ləğv etmədən iddiaçıya cavabdeh tərəfindən başqa vəzifənin təklif olunması, lakin iddiaçının bundan imtina etməsi onu sübut edir ki, cavabdeh də o fikirdədir ki, işçi əslində kobud pozuntuya yol verməmişdir. Ən sadə məntiqə əsaslansaq, kobud pozuntuya yol verən, öz vəzifə öhdəliklərinə laqeyd münasibət bəsləyən işçiyə onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra yenidən işə götürmək barədə təklif edilməzdi. Bu da onu göstərir ki, əmək müqaviləsinə xitam verilərkən törədilən pozuntuya müvafiq intizam tənbeh tədbiri yox, daha ağır intizam tənbeh tədbiri tə tbiq edilmişdir. O da qeyd edilməlidir ki, məhkəmə araşdırmaları dövründə barışıq üçün iclasların təxirə salınması, lakin tərəflərin israrla razılıq əldə etməməsi mübahisənin barışıqla həll edilməsini əngəlləmişdir. 20.Məhkəmə bildirmişdir ki, iş materiallarında olan Cavabdeh 2-ci X4 müdiri və Həmkarlar Təşkilatının sədri tərəfindən imzalanmış xasiyyətnamə təsdiq edir ki, iddiaçı yüksək nizam-intizamla, professional olaraq özünü inkişaf etdirmiş və universitetdə nüfuz qazanmış, eləcə də kifayət qədər uzun bir müddət ərzində cavabdehlə əmək münasibətlərində olmuşdur. Cavabdehin nümayəndəsinin də bildirdiyi kimi, işlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh sözügedən əmək müqaviləsinə xitam verərkən onun törətmiş olduğunu iddia etdiyi əməlin xarakterini nəzərə almadığı kimi, işçinin şəxsiyyətini, kollektivdəki nüfuzunu və peşəkarlıq səviyyəsini də nəzərə almamışdır. Halbuki, əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək həm də intizam tənbehi sayılır (Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsi). Ona görə də qeyd olunan maddə ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 29-cu fəslinin müddəalarının da nəzərə alınması zəruridir. 21.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 2-ci maddəsinin 2-ci hissəsinə, 9-cu maddəsinin “q” bəndinə, 11ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 18 6-cı maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 186-cı maddəsinin 3-cü hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 190-cı maddəsinin 3-cü hissəsinə, 300-cü maddənin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 22.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, tələbələrlə müəllim arasında razılıq olduqda dərs online aparıla bilər. Cavabdehndə bütün dərslər əyani tədris edilir. Ümumiyyətlə, fors-major hallar olsa da belə tədrisin qaydalarından kənara çıxması (pozulması) barədə müəllim kafedra rəhbərliyinə məlumatlandırmalı və razılığı almalı idi. Məhkəmə Hacıyevanın əmək qabiliyyətini itirilməsi vərəqəsini etibarlı hesab edərək, cavabdeh tərəfindən İddiaçı işdə olmaması barədə tərtib olunmuş aktı əhəmiyyətsiz hesab etmişdir. Məhkəmə Hacıyevaya verilən əmək qabiliyyətini itirilməsi vərəqəsinin qanuni olduğunu, sadəcə həkim tərəfindən onun verilməsinin prosedur qaydasının pozduğunu qeyd etmişdir. Lakin, bu belə deyil. İİ Nügədi Ailə Sağlamlıq Mərkəzi ola-ola onun müdiri öz evində xəstə qəbul etməsi nə qədər qanunidir və əsası var? “Tibbi Ərazi bölmələrini idarəetmə birliyi” X18n İlkin səhiyyə və təcili yardım departamentinin rəhbərinin Məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd olunub ki, həkim-evdə xx.xx.2023-cü il ta rixində İddiaçı qəbul edib. Həkim özü də izahatında qeyd edib ki, Hacıyevanı öz evində(həkimin) qəbul edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9№-li qərarı ilə təsdiq edilmiş ”Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”a əsasən xəstələr tibbi xidmət göstərilməsi üçün qeydiyyatda olduğu yer üzrə tibb məntəqəsinə müraciət etməlidir. Müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələri açıla bilər. Bunlar müvafiq qaydalara riayət edilərək həyata keçirilməlidir, Lakin, Hacıyeva adı çəkilən ərazidə müvəqqəti yaşaması, ezamiyyətdə, məzuniyyətdə, sanatoriya və ya kurort müalicəsində olması barədə heç bir arayış və ya başqa bir sənəd təqdim etməmişdir. Belə olan halda həkim xəstəyə yardım göstərdikdən sonra X17 şöbəsinə yönəltməli idi. Hacıyeva özü dediyi kimi tibb məntəqəsinə müraciət etməmiş, həkim onu guya evdə qəbul edibmiş. Bundan başqa, axşam və yaxud gecə vaxtı, poliklinikada və ya ambulatoriyada qəbul olmadıqda, tibb məntəqəsinə müraciət edilərsə, məntəqədə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə onlar əmək qabiliyyətini itirmiş şəxsə ilk tibbi yardım göstərib, ertəsi günü poliklinika və ya ambulatoriyaya getməyi, lazım gəldiyi halda isə evə həkim çağırmağı təklif edirlər. Bu halda onlar öz imzası və möhürü ilə arayış verirlər. Arayışda işdən azad olma vaxtı, xəstələnmə və şikəstliyin xarakteri haqqında qısa məlumatlar göstərilir. Poliklinikanın və ya ambulatoriyanın həkimi sığorta edilmiş şəxsin əmək qabiliyyətini itirməsini təsdiq edərək, on a arayışda göstərilmiş vaxtdan etibarən xəstəlik vərəqəsi verir. Həkim onun əmək qabiliyyəti olduğunu etiraf edərsə, bu zaman arayışda göstərildiyi vaxtdan başlayaraq yalnız həmin növbə qurtaranadək xəstəlik vərəqəsi verir. Axşam saat 21:00-dan sonra xəstə çağırışı olsa belə, səhər xəstə-həkimlə, yaxud həkim-xəstə ilə əlaqə saxlamalı, mümkün olduğu halda tibb mərkəzinə dəvət edib, analiz və digər prosedurları həyata keçirməli idi(ƏQİV verilən xx.xx.2023-cü il tarixində). Bunu həm Hacıyevanı görmədən, müayinə etmədən saxta ƏQİV verən həkim, həm də ixtisasca həkim olan Hacıyeva çox yaxşı bilirdi. Belə çıxır ki, bütün həkimlərin hamısı qiyabi olaraq xəstələrə ƏQİV verə bilər. Birdə ki, 9 mart gecə Qubada xəstə və həkim qəbulunda olan Hacıyevanın özünün də bildirdiyinə görə 10 mart səhər saat 8:30-da necə artıq Bakıda işdə olmuşdur(Qubanın 2-ci Nügədi kəndi Bakıdan 168 km aralı yerləşir). Belə olan halda niyə o Bakıda, qeydiyyatda olduğu poliklinikaya müraciət edib ƏQİV almamışdır. Bütün bunlar Hacıyevaya verilən ƏQİV saxta olmasını və onu 10 mart 2023-cü il tarixində saat 14:32 radələrində silahlı insident nəticəsində tələbənin yaralanmasından xəbər tutandan sonra özünü sığortalamaq məqsədi ilə onun tərəfindən qeyri-qanuni yolla əldə edilməsini göstərmirmi? Eyni zamanda bildiririk ki, həmin ƏQİV geri tarixlə verildiyi üçün elektron sistemə belə vurulmayıb, bu da onun saxta olmasını bir daha sübut edir. Hacıyevanın və ona saxta ƏQİV verən baş həkimin qeyri-qanuni hərəkətləri gələcəkdə çox pis presedent yarada bilər. Qətnamədə qeyd edilir ki, cavabdeh əmək müqaviləsinə xitam ver ərkən onun törətmiş olduğunu iddia etdiyi əməlin xarakterini və işçinin şəxsiyyətini nəzərə almamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsininj 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi məs 72-ci maddəsində sadalanan hallara görə əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilir. Gah işdə olduğunu, lakin tələbələr özləri dərsə gəlmədiyini, gah da həmin gün xəstə olduğuna görə işə gəlmədiyini bildirən İddiaçı yalan bir-birinə ziddiyyətli ifadələr vermişdir. Hacıyeva əmək vəzifələrini kobud surətdə poz masına baxmayaraq, etdiyi hərəkətlərdən peşman olmasını bildirməmiş, əksinə saxta ƏQİV belə rəhbərliyə təqdim etmişdir. Hacıyevanın bu hərəkətləri müəllim adına böyük bir ləkədir. Bundan irəli gələrək ona qarşı universitet tərəfindən belə ciddi inzibati tənbeh tədbiri görülmüş və pedaqoji fəaliyyətdən kənarlaşdırılmışdır. 24.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) 2(103)-1184/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin e-2(006)-3005/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. 25.Apellyasiya instans iyası məhkəməsi hesab etmişdir ki, hazırkı tələb üzrə iddiaçı olan işçi müəssisədaxili intizam qaydalarını pozmuş, işəgötürən (onun səlahiyyətli nümayəndəsi) ilə razılaşdırmadan əmək funksiyalarının həyata keçirilməsi formasını dəyişdirmişdir. Belə ki, iddiaçı təhsil müəssisəsində tədrisin əyani qaydalara uyğun keçirilməsi nəzərdə tutulduğu halda qabaqcadan təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırmadan online qaydada dərs tədris etmişdir. 26.Kollegiya bildirmişdir ki, iddiaçının bir iş günü ərzində üzrlü səbəblər olmadan iş yerinə gəlməməsi əmək funksiyalarının yerinə yetirilməsinin kobud pozuntusu kimi qəbul olunur və işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 27.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçi tərəfindən işə g əlməməsinin üzürlü səbəbi kimi özünün səhhətində yaranan problemlər qeyd olunsa və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqə təqdim edilsə də, təqdim edilmiş xəstəlik vərəqəsinin həqiqiliyi, mötəbərliyi şübhə doğurmuşdur. Belə ki, iş materiallarından məlum olmuşdur ki, iddiaçıya iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqəsi açılmış, iddiaçı tibb məntəqəsində və öz yaşadığı yerdə deyil, həkimin evində müayinə olunmuşdur. 28.Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işçi işdə olmamasının üzürlü səbəbdən olmasını kifayət qədər sübutlarla təsdiq edə bilməmiş, təqdim olunmuş xəstəlik vərəqəsinin etibarlılığı isə şübhə altında olmuşdur. Həmçinin iddiaçının izahatlarında müəyyən uyğunsuzluqlar aşkar olunmuşdur. 29.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 2-ci maddəsinin 2-ci hissəsinə, 9-cu maddəsinin “q” bəndinə, 11ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 186-cı maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 287, 288, 292-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və birinci instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın əsaslılığı nəzərə alınaraq, yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin üst-üstə düşən hüquqi və faktiki halları baxımından iddiaçı 10 mart 2023-cü il tarixdə işdə olmuş, xəstəliyi ilə bağlı həmin günə bülleteni olmuş, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, son nəticədə əmək funksiyalarını kobud və yaxud qeyrikobud pozulmasına aid heç bir dəlil və hüquqi əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin çıxartdığı qətnamə əsassız və qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, açıq hüquqi əhəmiyyətli fakta qiymət verməmiş, məhkəmədə ədalətli baxış və hərtərəfli araşdırma prinsiplərini pozmuş, nəticədə səhv qətnamə qəbul etmişdir. 32.Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Təhsil Nazirliyinin xx.xx.2006-cı il tarixli 264 nömrəli əmri ilə təsdiq olunmuş, kredit sist emi ilə (baloniya) tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamədə tələbələrin sərbəst tədrisə gəlməsi, müəllim heyəti ilə tədrisdən kənar elmi biliklərinin dərinləşdirilməsi ilə bağlı metodik münasibətlər qurması, auditoriyadan kənar “online” dərs təşkili ilə bağlı müəllimlərə sərbəst – müstəqil iş tapşırıqları vermək səlahiyyətləri verilmişdir. Bu normativ aktların icrası ilə bağlı ATU tərəfindən xx.xx.2008-ci il tarixli “kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” 1060 nömrəli Əsasnamədə də müəyyən edilmişdir ki, tələbələrə fənnlər üzrə sərbəst tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, hər bir tapşırıqları müəllimin dərsdən kənar yoxlamaq və qiymətləndirmək səlahiyyəti vardır. Bu hüquqi əhəmiyyətli hal qeyd etd iyi normativ xarakterli sənədlərdə təsdiqini tapır. Odur ki, iddiaçının ATU-nun əsasnaməsində müəyyən edilmiş əyani dərs qaydalarının pozulması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi tam əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 34.Maddə 2 (hissə İ). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən dig ər hüquq münasibətlərini tənzim edir. 35.Maddə 2. (hissə İ). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 36.Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 37.Maddə 11 (hissə İ, bənd “d”). İşçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir. 38.Maddə 70.(bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hal larda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindənləğv edilə bilər. 39.Maddə 71. (hissə İİ). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 40.Maddə 72.(bənd “a”).İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 41.Maddə 186. (hissə İ).İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 42.Maddə 186.(hissə İİ).İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla ş iddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 43.Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 44.Maddə
288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. 45.Maddə
292. İşçi hüquql arının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 46.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49.Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 50.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 51.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 52.Maddə 418.3. Prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 53.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 54.Hazırkı kassasiya şikayətində qətnamə idd iaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56.İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Cavabdeh İ uşaq xəstəlikləri kafedrasına baş laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tar ixdə 0.5 vahid assistent vəzifəsinə seçilməsi haqqında pediatriya fakültəsinin elmi şurasının qərarı təsdiq olunmuş, 5 mart 2019-cu il tarixdə yeni müddətə 0.5 ştat vahid assistent vəzifəsinə seçilməsi ilə əlaqədar əmək müqaviləsi 5 il müddətinə uzadılmış, 2 mart 2020-ci il tarixdə müsabiqədən keçdiyinə görə həmin kafedrada 0.5 ştat vahid dosent vəzifəsinə keçirilmiş və 5 il müddətinə əmək müqaviləsi bağlanılmış, 6 aprel 2023-cü il tarixdə əmək müqaviləsinə Universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
57. İddiaçı həmin əmrin ləğvini tələb edir və tələbini onunla əsaslandırır ki, o, əmək funksiyasını pozmamış, işdən azad olunmasına dair əmr verilərkən əmək qabiliyyətini müvəqqəti itirilməsinə dair sənədi olmuş, lakin buna baxmayaraq buna əhəmiyyət verilməmiş, onun tədris zamanı əlavə məşğələlər keçirmək hüquq olmuş və bunun üçün əlavə razılığın alınmasına zərurət olmamış, bir gün ərzində işə gəlməməsi üzürlü səbəbdən olmuş, lakin apellyasiya instansiya məhkəməsinin həmin dəlillər üzrə qiymətləndirməsi düzgün olmamışdır.
58. İddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300- cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsiüçün vacib şərtlər kimi:
1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyə n edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir. 59.Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın tələbləri əsasında araşdırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni əsaslarla verildiyini müəyyən etmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçının gün ərzində əmək funksiyalarını yerinə yetirməsi üzürlü səbəbdən olmamış, müvafiq razılıq olmadan tədris qaydalarını dəyişmiş, nəticədə işəgötürənin formalaşdırdığı tədris rejimi pozulmuşdur.
60. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəq iq şəkildə müəyyən edir. İddiaçının iş günü ərzində işdə olmaması, əmək funksiyasını yetirə yetirməməsi istinad olunan normanın tələbləri baxımında kobud pozuntular kimi nəzərdə tutulur.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla q orunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 62.Əmək Məcəlləsinin 71-ci madəsinin ikinci və üçüncü hissələrinin tətbiqi baxımında cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün əsaslandırmışdır. 63.Kassatorun dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə aid olduğundan, həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhd udlaşır. 64.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 65.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1184/2024 saylı, 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.