Məhkəmə qərarları › İş №2(102)-2294/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2294/2023

20.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2294/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 X20 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 X20 Cəmiyyətinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-109/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 TASC (bundan sonra – TASC və ya cavabdeh) arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 21 saylı əmək müqaviləsinə əsasən Məmmədov X1 iş şöbəsi Fakturalama qrupuna 10-cu dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur.

2. TASC-nin AİŞ-in rəisinin 25 noyabr 2021-ci il tarixli xidməti məlumata əsasən TASC-nin fakturalama şöbəsinin nəzarətçiləri işlərinə laqeyd yanaşmış, qoyulan öhdəliyi vaxtında oxunmanı etməmişlər. Bu da yığım planının vaxtında yığılmasına mane yaratmışdır. Ay sonunda hesab-faktura, bildiriş olan abonent nə vaxt pul keçirə bilər. Bildirişin gec vurulması, oxunmanın gecikməsi debit or yaranmasına səbəb olmuşdur. İşində məsuliyyətsizlik edən, TASC-nin işinə süni surətdə geriləmə yaradan fakturalama qrup üzvləri haqqında qanuna müvafiq tədbir görülməsi xahiş edilmişdir.

3. TASC-nin 30 noyabr 2021-ci il tarixli, 88 nömrəli əmrinə əsasən TASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı, su kəməri təsərrüfatında nəzarətçiləri X8, X3, X6, X5 şöbə rəisi X7 xx.xx.2021-ci il tarixli 94 nömrəli Xidmət məlumatını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir.

4. TASC-nin baş mühəndisinin 10 yanvar 2022-ci il tarixli xidməti məlumatına əsasən baş mühəndis Rövşən Əzizov xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Şəki şəhəri, M.Müşviq küçəsində çayxanada ola n zaman Fakturalama qrupunun nəzarətçisi Elgün Sadıqovun orada olduğunu görmüş və qabağında oxuyan aparatı olmuşdur. X10 zəng edərək komputer vasitəsilə yoxladarkən həmin dəqiqədə abonent oxunması aşkar olunmuşdur. Səbuhi Əhmədov nəzarətçi ilə telefon əlaqəsi saxlamış və yaşayış olmayan abonentin oxuduğunu bildirmişdir. Fakturalama qrupunun qrup rəhbəri və nəzarətçi haqqında yol verilmiş qanuna uyğunsuzluğa görə müvafiq tədbir görülməsi xahiş edilmişdir.

5. TASC-nin 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli əmrinə əsasən Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı və su kəməri təsərrüfatında nəzarətçisi X8 icra intizamını pozaraq işlərinə məsuliyyətsiz yanaşdıqlarına, eləcə də, onlara verilmiş intizam məsuliyyətinin qüvvədə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi 2 hissəsinin “A” bəndinə əsasən (əmək və icra intizamının pozulmasına görə) töhmət verilmişdir.

6. X2 tərəfindən TASC-nin direktoruna ünvanlanmış 10 fevral 2022-ci il tarixli şikayət məktubuna əsasən X11 4 gün qabaq evinin qapısının yanında dayanan zaman iki nəfər şəxsin evinin önündəki ona məxsus olan “Nur” gözəllik salonunun qapısını itələdiyini görmüşdür. Yaxınlaşaraq nə istədiklərini soruşmuşdur. Gələnlərdən Ramiz müəllimi tanımışdır. O, biri ondan sudan istifadə edib-etmədiyini soruşmuşdur. O, bu şəxsin kim olduğunu soruşduqda həmin şəxs ona oxumanın rəisi olduğunu demişdir. O, salonun işləmədiyini və hal-hazırda işçi axtardığını bildirmişdir. Həmin şəxs isə onun sudan qeyriqanuni istifadə etməsini bildirmişdir. O, isə yenə salonun işləməd iyini dedikdə ona qarşı kobudluq etmişdir. O, İ Qarabağ Müharibəsi əlili olduğunu dedikdə həmin şəxs ona “mən əlil zad hərləşdirmirəm” demişdir. O isə həmin şəxsə “sənin böyüklərinin yanına məsələni aydınlaşdırmaq üçün gələcəyəm” dedikdə həmin şəxs ona “mən heç kim hərləşdirmirəm” demişdir. O, müharibə əlili olduğu üçün daim kənar şəxsin qulluğuna ehtiyacı olmuşdur. Dava dərmanla yaşamışdır. Hər iki əli və ayağı amputasiya olunmuşdur. Həmin gün o, çox pis vəziyyətə düşmüşdür. Hələ də özünə gələ bilməmişdir. Ona görə də bu məsələ ilə bağlı həmin işçinin barəsində lazımi tədbir görülməsini xahiş etmişdir.

7. TASC-nin 11 fevral 2022-ci il tarixli, 01/01/601/7-06-49 saylı əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıq məktubuna əsasən İddiaçı ilə Cavabdeh2 ASC "xxxx" MMC-nin TASC a rasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində bitir. Həmin tarix qeyri-iş gününə düşdüyü üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsinə və 73-cü maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəkdir.

8. TASC-nin Abonentlərlə iş şöbəsinin rəisinin 15 fevral 2022-ci il tarixli xidməti məlumatına əsasən TASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu iş əmrlərini düzgün icra etməmiş, (41 saylı iş əmri) tarif fərqi əvəzinə (203 saylı iş əmri) dən istifadə edərək qanunsuz istifadə vurmuşlar. Bu da abonentlərin haqlı narazılığına səbəb olmuşdur. Belə ki, ev sayğaclarından istifadə etmişlər.

9. TASC-nin Abonentlərlə iş şöbəsinin rəisinin 17 fevral 2022-ci il tarixli xidmə ti məlumatına əsasən fakturalama qrupu oxuyucuları iş əmrlərindən düzgün istifadə etməmişlər. Belə ki, qeyri-əhali kimi öz evlərinin su sayğaclarından istifadə edən (əhali sayğacından) obyektlərinə su vermişlər və buda 41 saylı iş əmrinə uyğun olmuşdur. 41 saylı iş əmri (tarif fərqi) əvəzinə 203 saylı iş əmri (qeyri qanuni istifadə) icra edib vurmuşlar. Bu da abonentlərin haqlı narazılığına səbəb olmuşdur.

10. Azərbaycan Respublikası Cavabdeh2 ASC-nin 17 fevral 2022-ci il tarixli, 73 nömrəli əmrinə əsasən Cavabdeh1 TASC-nin direktoru Vüqar Musayevə və "xxxx" TASCnin direktoru X4 Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən töhmət verilmiş, Cavabdeh2 ASC-nin "xxxx" MMC-nin direktoruna (Tural Abbasov) Cavabdeh1 TASC-nin Abonentlərlə iş şöbəsinin rəisi Teymur Həmidov v ə "xxxx" TASC-nin Abonentlərlə iş şöbəsinin rəisi Vüsal Əsgərov badəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi tətbiq edilməsi tapşırılmış, "xxxx" TASC-nin direktoruna (Vüqar Musayev) nəzarətçilər Müslüm Kərimov, Ayaz Əndəlifov və Elgün Sadıqovun izahatlarının alınması və nəticəsinə uyğun olaraq zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmış, "xxxx" TASC-nin direktoruna (Şöhrəddin Verdiyevə) nəzarətçilər Zəki Məmmədov, Cumalı Quluzadə, Orxan Məmmədov, Vüsal Əmiraslanov və Səyyaf Ələkbərovun izahatlarının alınması və nəticəsinə uyğun olaraq zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır.

11. TASC-nin 1 mart 2022-ci il tarixli, 32 nömrəli əmrinə əsasən rəhbəri olduğu qrup işçilərinin oxuma kod larından düzgün istifadə edilməməsini, eləcə də, verilmiş töhmət intizam tənbehi əmrinin qüvvədə olduğunu nəzərə alaraq TASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi, 2 hissəsinin "xxxx" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

12. TASC-nin Həmkarlar İttifaqı Komitəsinin 4 mart 2022-ci il tarixli, 13 saylı protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi nəzərə alınmaqla abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı işdən azad olunmasına etiraz edilməməsi qərara alınmışdır.

13. TASC-nin HİK-in 5 aprel 2022-ci il tarixli, 02 saylı məktubuna əsasən xx.xx.2022ci il tarixli, 02/01/6-01/7-06-100 saylı məkt ub Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş və tərəflərindən araşdırılaraq, rəyasət heyətinin müzakirəsinə çıxarılmışdır. Araşdırma zamanı məktuba əlavə olunmuş xidməti məlumatlarda göstərilən nöqsanlar öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq aidiyyəti üzrə işçilər HİK-ə dəvət olunmuş və bu məsələlərə aydınlıq gətirilmişdir.

14. TASC-nin 6 aprel 2022-ci il tarixli, 09-K saylı əmri ilə fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) xx.xx.2022-ci il tarixdə ləğv e dilmişdir.

15. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 6 aprel 2022-ci il tarixli, xxxxxxx0004X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir.

16. Azərbaycan Respublikası Cavabdeh2 ASC-nin işlər idarəsinin rəisinin 25 aprel 2022-ci il tarixli, 01/1/01-1/1/5861 saylı məktubuna əsasən müraciət əsasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, TASC-nin Abonentlərlə iş şöbəsinin Mühəndis-qrup rəhbəri işlədiyi zaman xidməti ərazilərində aparılan yoxlamalar zamanı müva fiq qanun pozuntuları aşkarlanmışdır. Bildirmişdir ki, qeyd olunanları və işdə yol verilmiş digər nöqsanlar nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir.

17. X12 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən verilmiş 5 may 2022-ci il tarixli, **********9 nömrəli məktuba əsasən TASC-dən daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 19 noyabr 2021-ci il tarixli, 76-k saylı əmrlə mühəndis-qrup rəhbəri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada müd dətli əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı qanunsuz olaraq işdən azad edilməyi iddiası ilə bağlı daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, işində yol verdiyi nöqsanlara görə İddiaçı müəssisə üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 88 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq, 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” və 1 mart 2022-ci il tarixli, 32 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Eyni zamanda İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə razılıq verilməsi üçün müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkil atına müraciət edilmişdir. Həmin müraciətlə bağlı TASC-nin Həmkarlar İttifaqı təşkilatında İddiaçı iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmkarlar İttifaqı təşkilatının xx.xx.2022-ci il tarixli qərarı əsas götürülərək müəssisə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 09-k saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 6 aprel 2022-ci il t arixdən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdən azad edilərkən İddiaçı 2022-ci ilin aprel ayında işlədiyi günlərə görə hesablanmış əmək haqqı və istifadə edilməmiş 11 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi də daxil olmaqla cəmi 372.69 manat son haqq-hesab hesablanaraq xx.xx.2022-ci il tarixdə də bankda olan əmək haqqı hesabına köçürülmüşdür. İddiaçı aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi iddiası ilə bağlı müəssisə tərəfindən təqdim olunmuş iş vaxtının uçotu tabellərinə və əmək haqqı hesablanılması cədvəllərinə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbi pozularaq 2022-ci ilin yanvar ayında aylıq iş vaxtı normasından artı q işə cəlb edilməsi 9 saata və mart ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 2 saata görə əlavə əmək haqqı hesablanıb ödənilməmişdir. Ona görə də tərəflərindən TASC-nin direktoru X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tələbinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda aylıq iş vaxtı normasından artıq işə cəlb edildiyi saatlara görə əlavə əmək haqqının qanunamüvafiq qaydada hes ablanaraq ödənilməsini təmin edərək nəticəsi barədə X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə məlumat verilməsi üçün TASC-yə 28 aprel 2022-ci il tarixli **********2 saylı rəsmi göstəriş məktubu göndərilmişdir. TASC rəhbərliyi tərəfindən verilmiş töhmət və şiddətli töhmətlə bağlı müvafiq məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir.

18. TASC-nin 23 may 2022-ci il tarixli, 63 saylı əmrinə əsasən TASC-nin xx.xx.2022ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş Abonentlərlə iş şöbəsinin Fakturalama qrupunun mühəndis-qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 dekabr 2021-ci il tarixli **********4 nömrəli qərarı ilə 2022-ci il üçün təsdiq edilmiş iş vaxtı norması və istehsalat təqvimindəki illik normaya görə iş reji mi altıgünlük olduğunu nəzərə alaraq ona 2022-ci ilin yanvar ayı üzrə 9 saat və mart ayı üzrə 2 saat aylıq iş vaxtı normasından artıq işlənmiş saatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

19. Hesablama cədvəlinə əsasən İddiaçı iş vaxtından artıq vaxtda görülən işə görə Cavabdeh2 ASC tərəfindən cəmi 110,21 manat və 5 gün, 33 saat müddətinə 143,90 manat olmaqla vəzifə maaşı və iş vaxtından artıq vaxtda görülən işə görə 271,37 manat olmaqla cəmi 372,69 manat məbləğində ödəniş edilmişdir. 20. "xxxx" ASC-nin 6 aprel 2022-ci il tarixli, 112 saylı ödəniş tapşırığına əsasən Cavabdeh1 TASC tərəfindən AZ37NABZ******************** saylı müxbir hesaba 372,69 manat və 26 may 2022-ci il tarixli, 179 saylı ödəniş tapşırığına əsasən 110,21 manat pul vəsa iti köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TASC-nin 6 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmrini ləğv edib, onun TASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

22. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 19 noyabr 2021-ci il tarixində 76 K nömrəli əmrlə TASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Həm in müqavilədə bir ay sınaq müddəti şərti qeyd edilmişdir. Sınaq müddəti ərzində ona 186-cı maddənin 3-cü hissəsinə əsasən TASC-nin direktoru Vüqar Musayev tərəfindən Fakturalama əməliyyatlarının hər ayın 20-i tarixində tamamlanmasına dair 30 noyabr 2021-ci il tarixli, 88 saylı “intizam məsuliyyəti haqqında” xəbərdarlıq əmri verilmişdir. Lakin “intizam məsuliyyəti haqqında” xəbərdarlıq işçiyə sınaq müddətindən sonra Əmək və İcra intizamının pozulması zamanı verilə bilər. Bu halda o, öz əmək funksiyasını fakturalama əməliyyatlarını qanunvericiliyin tələblərinə uyğun olaraq bir ay ərzində yerinə yetirdiyinə görə heç bir əmək və icra intizamının pozuntusuna yol verməmişdir. Verilmiş xəbərdarlıq əsassız olmuşdur. 10 yanvar 2022-ci il tarixində TASC-nin direktoru Vüqar Musayev tərəfindən ona və qrupun nəzarətçisi Elgün Sadıqova iş vaxtından sonra olan hadisəyə görə 186-cı maddənin 2-ci hissəsinə uyğun olaraq “intizam tənbehi haqqında” 02 saylı əmrlə töhmət verilmişdir. Bildirmişdir ki, qeyri iş saatlarında, istirahət və bayram günlərində fakturalama qrupuna sayğacları oxuma əməliyyatlarını icra etmək tapşırığı idarə rəisi Vüqar Musayev və Abonentlərlə iş şöbəsinin rəisi Teymur Həmidov tərəfindən verilmişdir. İşə götürən X19 Məcəlləsinin 89-cu maddəsinin 1-ci və 3-cü hissəsinin tələblərinə uyğun olmayan, bağlanılmış müqavilənin 4.19-cu bəndinə zidd olaraq şənbə günü iş vaxtı 15:00-da bitdikdən sonra 17:00-da olan hadisəyə görə habelə 165-ci maddənin 1-ci hissəsinin pozulması ilə nəticələnən və iş vaxtından artıq görülən işə görə heç bir əmək haqqı ödənilmədən əsassız qaydada ona töhmət vermişdir. 1 mart 2022-ci il tarixində TASC-nin direktoru Vüqar Musayev tərəfindən ona 186-cı maddənin 2-ci hissəsinə uyğun olaraq “intizam tənbehi haqqında” 32 saylı əmrlə şiddətli töhmət verilmişdir. Göstərmişdir ki, podratçı təşkilat tərəfindən beş ildən çoxdur ki, Şəki şəhərinin su və kanalizasiya şəbəkəsində yenilənmə və sayğaclaşma işləri aparılmışdır. Su və kanalizasiya xəttlərinə yeni qoşulmuş abonentlərin Fakturalama qrupu tərəfindən qeydiyyata alınıb müvafiq iş əmrləri yaradılaraq sistemə yerləşdirilməsi üçün 2021-ci ildə İdarə rəisi Vüqar Musayev tərəfindən MMC-nin direktoru Tural Abbasova məktub ünvanlanmışdır. Həmin məktubun bir nüsxəsi ona göndərilmişdir. Həmin məktubun məzmununa uyğun olaraq İdarə rəisi Vüqar Musayevin və Fakturalamanın icrası şöbəsinin rəhbərliyinin tələblərinə görə sistem üzrə digər işləri olmadığından istifadəsi olan və olmayan abonentləri qeydiyyata almaq üçün 203 (qanunsuz istifadə haqqında məlumatın verilməsi) saylı iş əmrindən mütəmadi istifadə olunmuşdur. Vüqar Musayev tərəfindən 2022-ci ilin fevral ayında ərazi üzrə yoxlamalar zamanı qeydiyyata alınmamış istifadəsi olmayan abonentlərə 203 iş əmrinin fakturalama qrupu tərəfindən təyin olunması aşkarlanmış və bu hal nöqsan kimi qiymətləndirilmişdir. Oxuma kodlarının və iş əmrlərinin onun tərəfindən nəzarətçilərə səhv tapşırıqlar verilməsi kimi qiymətləndirilərək ona şiddətli töhmət vermişdir. Cavabdeh2 ASCnin xeyrinə qeyri-qanuni halların tez bir zamanda aşkarlanması və göndərilmiş məktubun tələblərinin yerinə yetirilməsi üçün müvafiq iş əmrlərinin yaradılmasını nöqsan kimi qiy mətləndirilərək Vüqar Musayev tərəfindən verilmiş şiddətli töhməti əsassız olmuşdur. 4 aprel 2022-ci il tarixində İdarə rəisi Vüqar Musayevin müvafiq məktubuna əsasən TASCnin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün qərar qəbul olunmuşdur. Bildirmişdir ki, işçi tərəfindən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verdikdə, əmək funksiyasını yerinə yetirmədikdə 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış müqaviləyə ƏM-nin 72-ci maddəsinin “ə” bəndinə müvafiq olaraq xitam verilir. Lakin o, iş vaxtı ərzində inzibati xəta və ya cinayət törətməmişdir. İşdə heç bir nöqsana yol verməmiş və nümunəvi işçi olmuşdur. Bildirmişdir k i, o, həqiqətən də qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Bununla belə öz vəzifə borcu ilə yanaşı işçi çatışmadığından əlavə bir nəzarətçinin vəzifə borcunu yerinə yetirərək ərazidə qeyri-əhali abonentlərini də oxumuşdur. Öz işinə məsuliyyətlə dəqiq şəkildə yanaşmışdır.

23. Daha sonra iddiaçı iddia müddətinin bərpasına dair ərizə təqdim edərək, iddia müddətinin məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanlara müraciət etdiyi və müvafiq qərar qəbul edəcəklərini gözləməyi səbəbindən ötürüldüyünü nəzərə alınmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

24. Cavabdeh2 ASC "xxxx" MMC-nin nümayəndəsi yazılı etiraz ərizəsi verərək qeyd etmişdir ki, iddiaçı işində yol verdiyi nöqsanlara, əmək funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə dəfələrlə şifahi və yazılı xəbərd arlıq edilmişdir. Bunlardan nəticə çıxarmamasına görə işçinin işdən azad olunması barədə Həmkarlar İttifaqına müraciət olunmuşdur. Həmkarlar İttifaqının 13 saylı protokoluna əsasən, işçinin özü dinlənilmiş və nəticədə baş verən nöqsanlar öz təsdiqini tapmışdır. Əmək qanunvericiliyinin qaydalarına əməl olunaraq işçi işdən azad olunmuşdur. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir. Rəsmi sənədlərdən məlum olmuşdur ki, iddiaçı iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçı aprel ayında işdən azad olunmasına baxmayaraq iyun ayında məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

25. Şəki Rayon Məhkəməsinin 2(075)-1518/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir.

26. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)-1518/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia rədd edilmişdir.

27. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı onun işdən çıxarılmasını 4 aprel 2022-ci il tarixdə, ən dəqiqi isə 6 aprel 2022-ci il tarixdə bilməklə əmək hüquqlarının poz ulduğunu bilmişdir. Lakin o, hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsinə baxmayaraq öz hüquqlarının bərpa edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, məhkəməyə xx.xx.2022-ci il tarixədək müraciət etməli olduğu halda həmin 1 aylıq müddəti ötürməklə 1 ay 23 gün sonra, yəni 29 iyun 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndəki icraat

29. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-109/2023 nömrəli mülki iş üzrə 2 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “buraxılmış iddia müddətinin bərpa edilməsinə dair” ərizə ilə məhkəməyə mürac iət edərək müddətin bərpasını xahiş etmiş, ancaq iddiaçının bu ərizəsi təmin edilməmişdir. İddiaçı iddia müddətini ötürmüşdür.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 76.1, 294.2, 296-cı maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Şikayət onunla əsaslandırılmışdır ki, 6 aprel 2022-ci il işdən azad olunduğu tarixdən 28 iyun 2022-ci il məhkəməyə müraciət etdiyi tarixədək olan müddət 2 ay 22 gün təşkil etmişdir. 82 gün ümumi müddətdən 64 günü əmək mübahisələrinə baxan orqanlara sərf olunmuşdur. Sənədlərə baxılmadan qərar qəbul olunmuşdur. Əgər dəqiq baxılmış olsaydı Mediasiya Şurasına və DƏMX-nə sərf olunmuş vaxt ötürülmüş müddət kimi məhkəmə tərəfindən hesab edilməzdi. Həmin vaxt ərzində hüquqlarının müdafiəsi üçün Cavabdeh2 ASC və “İnsan hüquqları üzrə Müvəkkilə” müraciət etmişdir. Təqdim etdiyi sübut sənədlərin əsasında iddia müddətinin ötürülmədiyi aydın görünmüşdür. Mediasiya Şurası tərəfindən verilən arayışı təqdim etmədən bir ay ərzində xx.xx.2022-ci il tarixinədək məhkəməyə müraciət etsəyd i məhkəmə iddia ərizəsini geri qaytaracaqdı. Bu səbəbdən də Mediasiya Şurasından 24 iyun 2022-ci il tarixində arayış əldə etdikdən sonra 4 gün ərzində 28 iyun 2022 ci il tarixində məhkəməyə müraciət etmişdir.

35. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.5-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27, 28.1, 29.2, 35.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

38. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

39. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

40. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

41. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

42. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

43. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün dən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

44. Maddə 294.2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

45. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

46. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

47. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı 48. 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000ci il sentyabrın 1-nə qədər yaranmış hüquq mün asibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müdd əti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməkl ə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7- ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-109/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar