Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2296/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2296/21 (Açar sözlər: müqavilə öhdəlikləri üzrə qeyr-yaşayış sahəsinin istifadəyə verilməsi öhdəliyi ) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili Vəkil, Maraqlı şəxs XXX iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbin ə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6852/2019 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətlərinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "Cavabdeh" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış 15.07.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçı 47000 ( qırx yeddi min) manat almışdır.
3. Kooperativ üzvlərinin ümumi yığıncağının 30.09.2007-ci il tarixdə keçirilmiş iclasının protokoluna əsasən iddiaçı kooperativə üzv qəbul edilmiş və müqavilə bağlanarkən üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.
4. Cavabdeh müxtəlif bəhanələrlə üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və yaranmış bu hal iddiaçının həmin qeyri-yaşayış sahəsinə olan hüquqlarını həyata keçirməyə i mkan vermir.
6. İddiaçının qeyri-yaşayış sahəsinin təhvil verilməsi haqqında tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmiş qalmış, aralarında danışıqlar heç bir nəticə verməmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 109.2.1, 109.3, 111.3.3, 112, 113, 152, 157.1, 157.2, 157.4, 164.1, 178.8, 567, 568.1-ci maddələrinə istinad etmişdir.
8. Sonradan iddiaçı tələbini həcmini azaldıb, yalnız qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumı sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsinin cavabdeh "Cavabdeh" MTK-ya həvalə edilməsi, iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "Cavabdeh" MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev)
11. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh" MTK ilə alıcı İddiaçı arasında bağlanmış 15.07.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində n (market) ümumi sahəsi 39,5 kv.m olan sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüş və 15.07.2007-ci il tarixli maliyyə arayışına əsasən qeyriyaşayış sahəsinin dəyəri 47000 ( qırx yeddi min) manat pul Cavabdeh MTK-ya tam şəkildə ödənilmişdir.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi qətnaməsini Mülki Məcəllənin 152, 157.8, 385.1, 425.1, 442, 448.2, 646.1, 646.2, 648.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İşdə iştirak etməyə cəlb edilməyən, qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs Petan oğlu apellyasiya şikayəti vermiş və qətnamənin ləğv, iddia tələbinə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Cavabdeh" MTK ilə İddiaçı bağladığı 15.08.2007-ci il tarixli müqavilədə göstərilən 39,5 m2 qeyri-yaşayış sahəsi ilə, onunla bağlanmış 05.12.2008-ci il tarixli müqavilədə göstərilən 134,0 m2 qeyri-yaşayış sahəsinin içindədir. Qətnaməyə görə 39,5 m2 sahəni iddiaçıya verməlidir. üst-üstə düşmür, yəni həmin qətnamənin nəticələri onun hüquqlarını pozmur. Halbuki həmin qeyriyaşayış sahəsini 05 dekabr 2008-ci ildə bağladığı müqavilə əsasında "Cavabdeh" MTKdan 150160 manata almışdır. 15. 25.07.2018-ci il tarixdə hazırda ət dükanı və s. ticarət işləri apardığı sahəyə gələrkən, dükanın dağıdıldığını, ərazinin İddiaçı tərəfındən zəbt edilərək, tikinti işləri aparılmasını müəyyən etmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir.
16. İddiaçı bildirib ki, 39,5 m2 qeyri-yaşayış sahəsi onun 134,0 kv.m. qeyri-yaşayış sahəsinin içindədir.
17. Beləliklə, müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsi İddiaçı iddiasına baxarkən onu işdə iştrak etməyə cəlb etməyərək, özünün 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun mülkiyyət hüququna toxunan qətnamə çıxarmışdır.
18. Apellyasiya instansiyası iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edərək, iddiaçının tələb etdiyi 39,5 m2 qeyr-yaşayış sahəsi ilə cavabdehə məxsus 134 m2 qeyriyaşayış sahəsinin üst-üstə düşüb-düşməməsi barədə suallar qoymuşdur.
19. Məhkəmə Ekspertizası Mərkəzinin 26.08.2019-cu il tarixli, 12965 saylı ekspertiza rəyinə əsasən, qər ardadın birinci, ikinci və üçüncü sualları üzrə iş üzrə İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 15 iyul 2007-ci il tarixli müqavilə üzrə sahəsi 39,5 m2 olan və Cavabdeh MTK ilə XXX arasında bağlanmış 05 dekabr 2008-ci il tarixli müqavilə üzrə sahəsi 134,0 m2 olan qeyri-yaşayış sahələrinin, Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binasının müvafiq eskiz layihəsində nəzərdə tutulmuş birinci mərtəbədəki «Market» sahəsinin tərkibində yerləşməsinə baxmayaraq, həmin qeyri-yaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmadığı səbəbindən, İddiaçı 39,5 m2-lik qeyri-yaşayış sahəsinin Maraqlı şəxs Petan oğlunun 134,0 m2-lik olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda, idd iaçının mübahisələndirdiyi və baxış keçirilən dövrdə Maraqlı şəxs XXX faktiki istifadəsində olduğu qeyri-yaşayış sahəsinin 103,0 m2 təşkil etdiyi və həmin sahənin Maraqlı şəxs Petan oğlunun müqavilə üzrə aldığı 134.0 kv.m-lik qeyri-yaşayış sahəsindən 31,0 kv.m az olduğu müəyyən edilmişdir.
20. Cavabdeh MTK-nın nümayəndəsi və vəkil apellyasiya baxışında yazılı şəkildə iddia tələblərinin qəbul edilməsi barədə ərizə verərək, binada hal-hazırda artırma işlərinin getdiyini, cavabdehin mübahisəli sahənin İddiaçı məxsus olduğunu, iddiaçının sahəsinin XXX məxsus qeyri-yaşayış sahəsinə aidiyyatının olmadığını, qeyri-yaşayış sahələri arasında arakəsmə olduğunu, Maraqlı şəxs qeyri-yaşayış sahəsinin ölçüsünün də düz gəlmədiyini, maliyyə arayışının, müqavilənin iddiaçıya təqdim olunduğunu, müqavilədə q eyri-yaşayış sahəsinin ünvan 4 ünvanı qeyd edildiyini, müqavilədə giriş sözünün qeyd edilmədiyini, iddiaçının iddia ərizəsində “ikinci giriş” sözünün heç bir əhəmiyyətinin olmadığını, Cavabdeh MTK-nın tikilməkdə olan binasının bir girişdən ibarət olduğunu, ikinci girişin isə yaşayış sahəsinə aid olduğunu bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1051/2019 nömrəli, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı, 26 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə ol an binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Rafael Eyvazov)
22. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsində mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmadığından, iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması (ehtimalı) ilə nəticələnməklə həll etdiyindən qətnamə ləğv edilməli, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilmə lidir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, etibarlılığı mübahisələndirilməyən bir müqavilənin mövcudluğu (başqa hüquqi hallar müəyyən edilməyibsə) məntiqi-hüquqi baxımından digər müqavilələri istisna etmir və qarışıq növlü müqavilə üzrə hüquqların bir sahibə keçməsi digər şəxsi eyni hüquqla hərəkət etməkdən mərhum etmir, bir şərtlə ki, tərəflərin mənafeləri toqquşmasın.
24. Apellyasiya instansiyası müəyyən edib ki, müqavilələrdə dəqiq koordinatlar, habelə ekspert tərəfindən qeyri-yaşayış sahələrinin üst-üstə düşmədiyi, iddiaçının müqaviləsində müəyyən edilən sahənin maraqlı şəxsin faktiki istifadəsində olan sahəyə aidiyyəti olmadığını müəyyən edir.
25. Mövcud əqdlər iddiaçı və maraqlı şəxsin qarşısında cavabdehin öhdəliklərinin (müqavilədə göstərilmiş ölçüdə qeyri-yaşayış sahəsi ilə) təmin edilməsi və ya icrası mümkün olmadığı təqdirdə ödənilən pul vəsaitlərinin (əmlak dəyərinin mütənasibliyində) qaytarılması vəzifələrini müəyyən edir.
26. Apellyasiya instansiyası apellyasiya şikayəti həddində apardığı araşdırma nəticəsində müəyyən edib ki, qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsi tələb edilsə də, müqavilədə sahənin yerləşmə koordinatları əks edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, əmlak dövlət qeydiyyatından keçmədiyindən və yerləşməsi müəyyən edilmədiyindən öhdəliklərin yerinə yetirilməsi üzrə hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, “yaşayış binasının 2- ci giriş” kimi iddia tələbinin hissəsi müqavilədə və ya di gər sənəddə təsbit (məhz əmlakın burada yerləşməsinə dair sübut təqdim) edilmədiyindən, bunun qətnamənin nəticə hissəsində əks edilməsi qanuni hesab edilə bilməz.
28. Qalan hissədə isə tələbin təmin edilməməsi üçün əsaslar müəyyən edilmir və hazırki tələb həddində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə, maraqlı şəxsin istifadəsində olan sahə ilə əlaqəli olmayan sahənin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması əsaslıdır. Cavabdeh bu vəzifələrin ağlabatan müddət civarında yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə iddiaçı ona qarşı maddi tələblə müraciət etmək hüquqları na malikdir.
29. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 109-110, 139-1.1, 144.5, 146.3, 146.5, 157.8, 178.8 (15 dekabr 2017-ci iltarixli918-VQDnömrəliAzərbaycan Respublikasının Qanunuiləmaddə yeni redaksiyada verilənədək münasibətlər yaranan zaman əvvəlki redaksiyasıyaya uyğun), 179.3, 324-336, 404, 405, 407, 425-427, 646-649, 752-776, MPM-in 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiya məhkəməsinin hazırkı qətnaməsinə əsasən iddiaçının iddia tələbi qismən təmin olunsa da, iddiaçı faktiki olaraq əmlakından istifadə edə bi lmir, çünki apellyasiya məhkəmə kollegiyası qətnamədən «2-ci giriş» sözünü çıxarmaqla iddiaçının əmlakdan faktiki istifadəsinin qarşısını almışdır. Artıq binanın qeyri-yaşayış sahəsinə başqa girişi qalmamış, yeganə tək giriş qalmışdır ki, bu giriş də Maraqlı şəxs Petan oğluna məxsusdur. Maraqlı şəxs də faktiki istifadəsində olan 103,0 kv.m qeyri-yaşayış sahəsini icarəyə vermiş və yeganə giriş-çıxış qapısı da icarəyə verilmiş sahənin giriş-çıxış qapısıdır, iddiaçının da həmin icarəyə verilmiş sahədən girib-çıxmaqla əmlakından istifadə etməsi isə qeyri-mümkündür. Göründüyü kimi apelyasiya məhkəməsinin qətnaməsi qeyrimüəyyəndir, qətnamədə dəqiqlik yoxdur; - apellyasiya instansiya məhkəməsi qətnamə çıxararkən iddiaçıya məxsus olan müqavilənin 15.07.2007-ciil tarixdə, maraqlı şəxslə olan müqavi lənin isə 05 dekabr 2008-ci il tarixdə bağlandığını, yəni iddiaçıya məxsus olan müqavilənin daha əvvələ bağlandığı, həmçinin iddiaçıya məxsus olan sahə ilə maraqlı şəxsə məxsus olan sahə arasında arakəsmənin olduğunu müəyyən etsə də, bu hissələrdə işin hallarını heç bir hüquqi qiymət verməmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3024/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
33. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnam əsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz
34. Kassasiya instansiyası ilk növbədə qeyd edib ki, işə baxan apellyasiya instansiya məhkəməsi işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin maraqlarına toxunduğu Maraqlı şəxs Petan oğlunun işdə prosessual statusunu müəyyən etməmiş, onu iş üzrə maraqlı şəxs kimi göstərmişdir. Halbuki, iddia icraatı qaydasında baxılan işlərdə proses iştirakçıları tərəflər və 3-cü şəxslərdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin maraq larına toxunduğu Maraqlı şəxs Petan oğlunun apelyasiya şikayəti icraata qəbul edilərkən onun müstəqil tələb irəli sürən və ya sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsi müzakirə edilməmişdir.
35. Kassasiya instansiyasına görə apellyasiya instansiya məhkəməsi işin düzgün həlli üçün ekspert rəyinin hazırkı işin tam, hərtərəfli və obektiv həlli üçün kifayət etmədiyini nəzərə almamışdır. Ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda Cavabdeh MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının tərkibində olan, iş üzrə tərəflər arasında bağlanmış müqavilələrdə göstərilən ümumi sahəsi 39,5 kv.m və 134.0 kv.m olan qeyri-yaşayış sahələrinin texniki göstəricilərini, o cümədən mərtəbəliliyi, ölçülərini əks etdirən plan-sxemlərin təqdim olunması barədə məhkəmə qarşısında vəsatət qaldırılmış, lakin vəsatətdə tələb olunan sənədlər ekspertiza tədqiqatına təqdim olunmamışdır. Məhz həmin sənədlərin təqdim olunmaması səbəbində müvafiq müqavilələr əsasında satılmış 39,5 kv.m-lik və 134,0 kv.m-lik qeyri-yaşayış sahələrinin Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binasının birinci mərtəbəsindəki «Market» sahəsinin tərkibində yerləşməsinə baxmayaraq, qeyri-yaşayış sahələrinin «Market»-in konkret olarq hansı hissəsində nəzərdə tutulduğunu, yəni sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini dəqiqliklə müəyyən etməyin mümkün olmaması qeyd olunmuşdur.
36. Kassasiya instansiyası qeyd edib ki, mübahisəli mənzilə dair bağlanmış hər iki müqavilə mahiyyət etibarı ilə podrat müqavilələridir. Müqavilələrdə cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini inşa edərək iddiaçıy a və Maraqlı şəxs təhvil verməyi, sonuncular isə həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Qanunverciliyin tələbinə görə podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş qeyri-yaşayış sahəsini təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. Qeyd edilməlidir ki, iddiaçı ilə müqavilə 15 iyul 2007-ci il tarixdə, maraqlı şəxs Maraqlı şəxslə müqavilə isə 05 dekabr 2008-ci il tarixdə bağlanmışdır. Belə olan halda qeyriyaşayış sahələrinin müvafiq olaraq üst-üstə düşməsi müəyyən edildikdən sonra aydınlaşdırılmalı olan digər məsələ isə artıq iddiaçı ilə müqavilənin bağlanmasından sonra eyni sahə ilə bağlı digər şəxslə həmin sahə ilə ba ğlı müqavilənin bağlanmasına səlahiyyətinin olmasının yoxlanmasından ibarət olmalıdır.
37. Bundan başqa apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib yeni qətnamə qəbul edərkən, “yaşayış binasının 2-ci giriş” kimi iddia tələbinin hissəsinin müqavilədə və ya digər sənəddə təsbit (məhz əmlakın burada yerləşməsinə dair sübut təqdim) edilmədiyindən, bunun qətnamənin nəticə hissəsində əks edilməsini qanuni hesab etməmişdir. Bu nəticəyə gələrkən, məhkəmə binada neçə girişin olmasını, iddiaçının iddia tələbində belə fərqləndirmənin aparılmasını əsaslarını araşdırmadan belə nəticəyə gəlməsi qeyri-müəyyən qalmışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6852/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-897/2018 saylı, 26 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir. (Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Xİkram Şirinov)
39. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə 23 iyun 2020-ci il tarixli, 2(102)-3024/2020 saylı qərarında şərh edilmiş göstərişlərlə bağlı qeyd etmişdir ki, mülki iş üz rə keçirilmiş yerli baxış və məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 15 iyul 2007-ci il tarixli müqavilə üzrə sahəsi 39,5 kv.m olan və Cavabdeh MTK ilə XXX arasında bağlanmış 05 dekabr 2008-ci il tarixli müqavilə üzrə sahəsi 134,0 kv.m olan qeyri-yaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
40. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, iddiaçı ilə bağlanılmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Yəni hazırki tələb həddində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTKnın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.5 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə, maraqlı şəxsin istifadəsində olan sahə ilə əlaqəli olmayan sahəni cavabdeh iddiaçıya təhvil verməlidir.
41. Apellyasiya instansiyasının mövqeyinə görə İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış müqavilədə 39.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən hissəsindən təhvil verilməsi qeyd edildiyindən, iddia tələbinin “yaşayış binasının 2-ci giriş” hissəsi qəbul edilə bilməz. Buna baxmayaraq cavabdeh iddiaçının ona ayrılmış sahənin təhvil verilməsi öhdəliyini ağlabatan müddət civarında yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə iddiaçı cavabdehə qarşı maddi tələblə müraciət etmək hüquqlarına malikdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıların ın izahatları a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kasassiya şikayətinin dəlilləri: apellyasiya məhkəməsi Ali Məhkəmənin iş üzrə olan qərarındakı məcburi göstərişlərə əməl etməyib; - apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək qətnamənin qət etdi hissəsindən «2-ci giriş» sözünü çıxarmaqla iddia tələbini qismən təmin etmişdir. Halbuki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi yerli baxış keçirən zaman göstərilən ünvanda tikilməkdə olan binanın 2-ci girişinin mövcud olduğunu müəyyən etmişdir; - apellyasiya instansiya məhkəməsinin hazırkı qətnaməsinə əsasən iddiaçını n iddia tələbi qismən təmin olunsa da iddiaçı faktiki olaraq əmlakından məhrum olur, çünki, apellyasiya məhkəməsi qətnamədən faktiki mövcud olan «2-ci giriş» sözünü çıxarmaqla iddiaçının əmlakdan faktiki istifadənin qarşısını almışdır. Çünki, artıq binanın qeyri-yaşayış sahəsinə başqa giriş qalmamış, yeganə tək giriş qalmışdır ki, bu giriş də Maraqlı şəxs Petan oğluna məxsusdur; - həmçinin apellyasiya instansiya məhkəməsi qətnamə çıxararkən iddiaçıya məxsus olan müqavilənin 15 iyul 2007-ci il tarixində, maraqlı şəxsə məxsus olan müqavilənin isə 05 dekabr 2008-ci il tarixdə bağlandığına qiymət verməyib. e) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
44. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
45. Məhkəmə kollegiy asının iclasında İddiaçı vəkili Vəkil şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdil.
46. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Maraqlı şəxs Petan oğlunun vəkili Abdullayev İkram Yusif oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
47. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məh kəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlilləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
53. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə 23 iyun 2020-ci il tarixli, 2(102)-3024/2020 saylı qərarında şərh edilmiş göstərişlərlə uyğun olaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binaya baxış yerli baxış keçirmiş və baxış zamanı zamanı İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 15 iyul 2007-ci il tarixli müqavilə üzrə sahəsi 39,5 kv.m olan və Cavabdeh MTK ilə Maraqlı XXX arasında bağlanmış 05 dekabr 2008-ci il tarixli müqavilə üzrə sahəsi 134,0 kv.m olan qeyri-yaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
54. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və i ddiaçının apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və hazırki qərarın 39-41-ci bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.
55. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticəni Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun hesab edir.
56. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda kollegiyanın qiymət verməli olduğu məsələ kassasiya şikayəti üzrə irəli sürülən dəlillərdir.
57. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Ali Məhkəmənin hazırki iş üzrə qərarındakı məcburi göstərişlərə əməl etməməsi barədə dəlili qəbul etmir. Çünki qeyd edildiyi kimi apellyasiya məhkəməsi işin hallarının müəyyən etmək üçün yerli baxış keçirib.
58. Apellyasiya instansiya məhkəməsinin qətnamə çıxararkən iddiaçıya məxsus müqavilənin 15 iyul 2007-ci il tarixində, maraqlı şəxsə məxsus müqavilənin isə 05 dekabr 2008-ci il tarixdə bağlandığına qiymət verməməsi barədə dəlilə gəldikdə, kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları baxımından (qeyri-yaşayış sahələri üst-üstə düşmür) həmin müqavilələrə qiymət verilməsinə zərurət də aradan qalxıb.
59. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6852/2020 nömrəli, 23 oktyabr 2020 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.