Məhkəmə qərarları › İş №2(102)-2297/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2297/2024

30.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2297/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-422/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli 4 saylı qərarı ilə İddiaçı1 və ailə üzvü İddiaçı2 mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndində 0,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.

2. Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli 4 saylı qərarı ilə X3 və ailə üzvü X4, X2 və X1 mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndində 2,09 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Ağdaş rayonu, Korarx kəndinə yerləşən 0,9060 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əm lakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Ağdaş rayonu, Korarx kəndinə yerləşən 3,0572 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA № 618806 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətinə əsasən xx.xx.2021-ci il tarixli, 4Ə-1136 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndindən 0,906 hek tar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

6. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA № 618840 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətinə əsasən xx.xx.2021-ci il tarixli, 4Ə-1134 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndindən 3,0572 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 4 nömrəli qərarı ilə onların mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndi ərazisində 0,51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 10 dekabr 1999-cu il tarixdə Dövlət Aktı qeydiyyat kitabında 11518 nömrə ilə qeydiyyata alınmış JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinə Dövlət Aktı verildikdən sonra və Aqrar İslahat Komissiyasının üzvlərinin iştirakı ilə DT və XK-nin Ağdaş rayon şöbəsinin mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilərək onlara tanıdılmışdır. Son zamanlara kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdirlər. Lakin bir müddət əvvəl torpaq sahəsinə gedən zaman cavabdeh onlara bildirmi şdir ki, həmin torpaq sahəsini notariat qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən başqa şəxsdən almışdır və torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırıb. Mübahisənin həlli məqsədi ilə o, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və 29 mart 2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti Bələdiyyəsinin sədrinin iştirakı ilə 17 saylı Yevlax Ərazi İdarəsinin texnikləri həmin əraziyə baxış keçirmiş və ümumi birgə mülkiyyətlərində olan 0,51 hektar torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilmiş, bir daha ona tanıdılmışdır. Ölçmə zamanı müəyyən olunmuşdur ki, həmin 0,51 hektar torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin torpaq sahəsindən könüllü çıxmasını cavabdehə dəfələrlə təklif etdikdə o həmin torpaq sahəsini alan zaman həmin ərazinin ona göstərilməsinə əsaslanaraq həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Cavabdeh torpaq sahəsini özbaşına tutaraq istifadə etməklə mülkiyyətçi kimi onların qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, mülkiyyətçi kimi həmin torpaq üzərində hüquqlarını istəyinə uyğun sərbəst həyata keçirə bilmir.

9. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək sözügedən torpaq sahəsini Azər Qasımovdan aldığını və həmin vaxt Azər Qasımovun torpaq sahəsini ona göstərək həmin torpaq sahəsinin artıq onun olduğunu bildirdiyini, həmin torpaq sahəsində ağaclar əkdiyini bildirmişdir. İddiaçıların iddiasının əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında 2021-ci il tarixdə özünə məxsus 3,0572 ha torpaq sahəsini Cavabdeh satdığını, həmin torpaq sahəsini X5 aldığını, İddiaçı1lə torpaq sahələrinin qonşu olduğunu, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirildiyini və koordinatlarının müəyyən edildiyini, 21 sot sürüşmə olduğunu bildirmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 10/7694 nömrəli ekpsert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 0,9060 ha və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 3,0572 ha torpaq sahələr naturada müəyyən edildi. - Qeyd edilən hər üç torpaq sahəsinin sərhədləri sənəd üzrə üstüstə düşmür. İddiaçının mülkiyyətinə JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 0,51 ha torpaq sahəsinin 0,40 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İddiaçı və cavabdehə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (tərəflərin naturada göstərdiyi torpaq sahəsi hüquqi və texniki sənədlərdəki torpaq sahələri ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır) mövcuddur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasına dair 15 avqust 2023-cü il tarixli, 10/4562 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Ağdaş rayonu, Korarx kəndi ərazisində İddiaçı1 və İddiaçı2 mülkiyyətinə JN-0129 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə verilmiş 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəl i dövlət reyestrindən çıxarışa əsasən 0.9060 ha ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 3.0572 ha torpaq sahələri DWG xəritəsinə, dövlət aktına və çıxarışlara əsasən koordinatları, döngə nöqtələri, ölçüləri, konfiqurasiyası sənəd və məkan göstəriciləri müəyyən edilmişdir. - Torpaq sahələrinin sərhədləri koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası DVJ xəritəsinə və torpaqların elektron kadastr uçotu xəritələrinə əsasən müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaq sahələrinin faktiki istifadə vəziyyətini əks etdirən yerquruluşu planı tərtib edilmişdir. Torpaqların elektron kadastr uçotu xəritələrinə və DVJ xəritələrinə əsasən iddiaçının və cavabdehin istifadə etdiyi torpaq sahələri hər biri xəritə üzrə a yrı-ayrılıqda müəyyən edilmişdir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən 0,40 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.

13. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-14/2023 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) iddianın qismən təmin edilməsi, iddiaçıların mülkiyyətinə verilmiş 0,51 hektar torpaq sahəsinin 0,40 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələrin aradan qaldırılması və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, Ağda ş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cü il tarixli 4 saylı qərarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə 0,51 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına Torpağa mülkiyyət hüququna dair JN-129 KOD 90321028 saylı Dövlət Aktı verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,40 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1 və 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 157.2-ci maddələrinə, Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elçin Mehdiyev(sədrlik edən və məruzəçi), Günay Cavadova və Mahir Əsədli) 2(107)422/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-14/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mübahisəli 0.9060 hektar və 3.0572 hektar torpaq sahələrinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən onun xüsusi mülkiyyətində olduğuna görə mülkiyyət hüququnun toxunulmaz olması və dövlət tərəfindən qorunmalı olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə onun mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia tələbi təqdim edilməmiş, iddiaçıların üzərində mülkiyyət hüquqlarının bərpasını xahiş etdikləri torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələrinin ölçülərinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.

19. Ap ellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətindəki dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. Məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəylərinə uyğun olaraq iddiaçılara məxsus torpaq sahəsinin 0,40 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, ekspertiza tədqiqatı ilə iddiaçılara məxsus torpaq sahəsindən 0,40 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edildiyi halda, cavabdeh tərəfindən bunu inkar edə biləcək, iddia tələbinə etirazını əsaslandıra biləcək dəlillər təqdim edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçının dövlət aktınd an başqa digər sübutlarını məhkəməyə təqdim etməməsi, iddiaçı tərəfin torpaq sahəsinin tərəfindən zəbt edilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməməsi, bunun əksi olaraq onun həmin torpaq sahələrinə dair üçüncü şəxsin və özünün adına işlənmiş çıxarışları və torpaq sahələrinin elektron məlumat bazasına əsasən hazırlanmış plan və ölçülərini məhkəməyə təqdim etsə də, işə baxan məhkəmənin həmin sübutlarından düzgün istifadə etməməsi, bir-biri ilə ziddiyyət təşkil edən sübutların müəyyən edilmiş qüvvəsinin olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı məhz iddiaçıların iddia tələblərinin əsasını təşkil edən ən mühüm dəlildir. İddiaçılar həmin dəlili məhkəməyə təqdim etməklə məhz mülkiyyətlərində olan torp aq sahəsi üzərində hüquqlarının bərpasını xahiş etmişlər. İddiaçıların torpağa mülkiyyət hüququna dair dövlət aktından başqa digər bir dəlil təqdim etməmələri, yaxud da təqdim etmək imkanında olmamaları məhkəmənin bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş imkanlardan istifadə etməklə iddianın əsaslılığını araşdırmasını istisna etmir. Hansı ki, işə baxan birinci instansiya məhkəməsi bu hüququndan istifadə edərək, iş üzrə daha ətraflı araşdırmanın aparılmasını təmin etmək məqsədi ilə ekspertizalar təyin etmiş, alınmış rəylər işdə olan digər sübutlarla əlaqəli şəklidə tədqiq edilmiş, işdə ziddiyyətli sübutların olması halı müəyyən edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ekspertiza rəyləri nəzərdən keçirilərkən müəyyən ol unur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir.

22. Apellyasiya instansiyası məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3,152.4, 152.5, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin konustitusion hüquqları məhkəmələr tərəfindən pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh Tarverdi oğlunun əldə etdiyi hüquqları vicdanlı əldə edən şəxs kimi qorunmalıdır. İş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında mübahisəli ərazi üzrə torpaq sənədlərində göstərilən cizgilərlə faktiki istifadə vəziyyətləri arasında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən uyğunsuzluq müəyyən olunmuşdur. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasi Qaydaları” əsasında aparılan uçotişləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazı rlanmasından sonra mümkün olacaqdır. Bu mövqe apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə də təsdiq edilmişdir. Bu hal vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət etmir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuş və kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması dair qərar çıxarılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtl ə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

32. Maddə 82.Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

33. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

34. Maddə 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətic ə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əs aslandırma ilə razılaşıb apellyasiya şikayətinin mübahisəli 0.9060 hektar və 3.0572 hektar torpaq sahələrinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən onun xüsusi mülkiyyətində olduğuna görə mülkiyyət hüququnun toxunulmaz olması və dövlət tərəfindən qorunmalı olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə onun mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia tələbi təqdim edilməmiş, iddiaçıların üzərində mülkiyyət hüquqlarının bərpasını xahiş etdikləri torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələrinin ölçülərinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətindəki digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. Məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəylərinə uyğun olaraq iddiaçılara məxsus torpaq sahəsinin 0,40 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, ekspertiza tədqiqatı ilə iddiaçılara məxsus torpaq sahəsindən 0,40 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edildiyi halda, cavabdeh tərəfindən bunu inkar edə biləcək, iddia tələbinə etirazını əsaslandıra biləcək dəlillər təqdim edilməmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçının dövlət aktından başqa digər sübutlarını məhkəməyə təqdim etməm əsi, iddiaçı tərəfin torpaq sahəsinin tərəfindən zəbt edilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməməsi, bunun əksi olaraq onun həmin torpaq sahələrinə dair üçüncü şəxsin və özünün adına işlənmiş çıxarışları və torpaq sahələrinin elektron məlumat bazasına əsasən hazırlanmış plan və ölçülərini məhkəməyə təqdim etsə də, işə baxan məhkəmənin həmin sübutlarından düzgün istifadə etməməsi, bir-biri ilə ziddiyyət təşkil edən sübutların müəyyən edilmiş qüvvəsinin olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı məhz iddiaçıların iddia tələblərinin əsasını təşkil edən ən mühüm dəlildir. İddiaçılar həmin dəlili məhkəməyə təqdim etməklə məhz mülkiyyətlərində olan torpaq sahəsi üzərində hüquqlarının bərpasını xahiş e tmişlər. İddiaçıların torpağa mülkiyyət hüququna dair dövlət aktından başqa digər bir dəlil təqdim etməmələri, yaxud da təqdim etmək imkanında olmamaları məhkəmənin bununla bağlı Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş imkanlardan istifadə etməklə iddianın əsaslılığını araşdırmasını istisna etmir. Hansı ki, işə baxan birinci instansiya məhkəməsi bu hüququndan istifadə edərək, iş üzrə daha ətraflı araşdırmanın aparılmasını təmin etmək məqsədi ilə ekspertizalar təyin etmiş, alınmış rəylər işdə olan digər sübutlarla əlaqəli şəklidə tədqiq edilmiş, işdə ziddiyyətli sübutların olması halı müəyyən edilməmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertiza rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir.

50. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu m addələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(107)-422/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar