Məhkəmə qərarları › İş №2(102)-2299/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2299/2023

08.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2299/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülkiyyətin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi və pul tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı pul və torpaq sahəsinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət rüsumunun az ödənilməsi əsası ilə kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin özgənin qanunsuz sahibliyind ən geri tələb edilməsi və pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pul və torpaq sahəsinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-263/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil Novruzəli oğlu) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “mülkiyyətin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə son qoyaraq onun qanuni mülkiyyətçisi olduğu, İsmayıllı rayonu Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən dərhal çıxarılması, barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə son qoyaraq qanuni mülkiyyətçisi olduğu, İsmayıllı rayonu Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən dərhal çıxarılması, torpağın icarəsinə görə ödənilməmiş 24.000 manat məbləğində pulun və 162 manat dövlət rüsumunun alınıb ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Həmçinin məhkəmə iclasında Cavabdeh İddiaçı qarşı qarşı “pul və torpaq sahəsinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2,0 hektar torpaq sahəsinin hazırki bazar qiymətləri i lə olan 12.000 manat, həmin torpaq sahəsini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 9.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 201 manat – cəmi 21.201 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1184/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəfail Şirinov) İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı birgə mülkiyyətində olan, İsmayıllı rayonu Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd edil məsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 11.000 manat və 123 manat dövlət rüsumunun - cəmi 11.123 (on bir min bir yüz iyirmi üç) manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin digər hissədə rədd edilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1184/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin tam təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-263/2023 saylı, 09 fevral 202 3-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;

8. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna o lmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

9. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

10. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

12. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrini n tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda yuxarıda qeyd olunan prosessual normalara əməl etməklə kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, həmçinin müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz in əlavə olunub-olunmamasını yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

15. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir. 16. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, m ənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat miqdarında, qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir.

17. İş materiallarından isə müəyyən edilir ki, id diaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş iddia qiyməti 24.000 manat, birinci instansiya məhkəməsində iddia vermək üçün ödədiyi dövlət rüsümünun məbləği isə 162 manat təşkil edir. Ancaq İddiaçı kassasiya şikayətinin verilməsi üçün 81 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda cəmi 62 manat miqdarında rüsum ödəmişdir.

18. Bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

19. Beləliklə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunvericiliyin tələblərinə düzgün riayət edilmədən ödənildiyindən, kassasiya şikayəti icraata qəbul edilə bilməz.

20. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(107)-263/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar