Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2299/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ağaəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının və ya onun dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Əsədov Ağaı̇ smayil Ağəlı̇ oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının və ya onun dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1552/2024 nömrəli qətnaməsindən cavabdeh Əkbərova Saı̇ qə Sayıq qızı tərəfindən verilmiş kassasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 adına Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
2. Səbail RPİ İstintaq Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə yekun (əvvəllər bir neçə dəfə qərar qəbul edilmiş, lakin şikayət nəticəsində həmin qərarlar prokuror nəzarəti qaydasında prokurorluq tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün istintaq orqanına göndərilmişdir) qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, izahatı alınmış Cavabdeh2 Sayiq qızı bildirmişd ir ki, Etibar Babayevlə birlikdə gəlir əldə etmək məqsədilə qızıl alveri ilə məşğul olmuş və əldə etdikləri gəliri qoyduqları sərmayələrinə müvafiq olaraq bölmüşlər. 13 iyun 2020-ci il tarixdə və həmin tarixdən 3-4 gün sonra Mərkəzi Univermağa gedərək İddiaçı Ağaəli oğlundan təxminən 40.000 manat dəyərində qızıl-zinyət əşyaları almış və həmin günü sözügedən əşyaları Etibar Babayevə vermişdir. Etibar Babayev həmin qızıl-zinyət əşyalarını ayrı-ayrı şəxslərə nisyə alqısatqı formasında satmış, lakin, satdığı şəxslərdən pulu almadığına görə Cavabdeh2 Sayiq qızı gəlir əldə etməmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Ağaəli oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi dəyəri 24036 ABŞ dolları olan qızıl-zinyət əşyalarını n, bu mümkün olmadıqda isə onun dəyəri qismində 40861 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri qızıl-zinət əşyalarının satışını həyata keçirir. İddiaçı ilə yaxın münasibətdə olan mərhum Etibar Babayevin təklifi ilə mərhumla şərikliyi olan Cavabdeh2 Sayiq qızı iddiaçıdan fərqli vaxtlarda əvəzini ödəyəcəyi vədi ilə qızıl-zinət aşyaları almışdır. Belə ki, mərhum Etibar Babayev ilə şərikliyi olan Cavabdeh2 Sayiq qızı ilk dəfə 14.776 ABŞ dolları, 1 həftədən sonra isə 9.260 ABŞ dolları dəyərində cəmi 24.036 ABŞ dolları (milli valyuta məzənnəsi ilə 40.861 manat) dəyərində qızılzinət əşyalarını nisyə götürmüş, həmin borc məbləğinin bir hissəsini 15 iyul 2020-ci il tarix də, yerdə qalan hissəsini isə 2020-ci ilin avqust ayının axırlarında ödəyəcəyinə dair vəd vermişdir. Həmin qızıl-zinət əşyaları iddiaçının mərhum Etibar Babayevə olan etibarı səbəbindən Cavabdeh2 Sayiq qızına verilmişdir. Etibar Babayev pandemiya dövründə 2 iyul 2020-ci il tarixində COVİD-19 virusu səbəbindən vəfat etmişdir. İddiaçı həmin günü mərhum Etibar Babayevin yaxını Cavabdeh2 Sayiq qızına zəng edərək telefonla əlaqə yaratmış, sonuncu isə Etibar Babayevin ölümü ilə bağlı pul ödəməsində bir az gecikmə olacağını bildirmişdir. Növbəti görüşlərdə Cavabdeh2 Sayiq qızı götürdüyü qızılları Etibar Babayev sağ olarkən ona verdiyini bildirmişdir və belə olan təqdirdə isə borcu və ya qızılları qaytarmalı olan şəxslərin Etibar Babayevin həyat yoldaşı Cavabdeh1 olmasını bildirmişdir. Lakin, indi yə qədər qızılzinət əşyaları və ya onun dəyəri iddiaçıya geri qaytarılmamışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2467/2023 nömrəli, 1 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh2 24.036 ABŞ dolları (milli valyuta məzənnəsi ilə 40861 manat) pulun və ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumunun tutularaq İddiaçı Ağaəli oğlunun xeyrinə ödənilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, mülki icraatda “formal həqiqət” prinsipinin rəhbər tutulması xüsusatı nəzərə alınmaqla Cavabdeh2 mübahisə predmeti olan qızıl-zinyət əşyalarını İddiaçı Ağaəli oğlundan aldığını etiraf etsə də (mülki işin mübahisəsiz halıdır), həmin əşyaları mərhum Etibar Babayevə təhvil verməsinə dair əsaslı, mötəbər sənəd, sübut və ya material məhkəməyə təqdim edə bilməmişdir.
7. Məhkəmə bildirmişdir ki, fərz edilsə ki, Cavabdeh2 müstəqil subyekt kimi deyil, X1 nümayəndəsi (təmsilçi) kimi İddiaçı Ağaəli oğlu ilə E.K.Babayevin adından öhdəlik münasibətlərinə daxil olmuşdur, bu halda da, Cavabdeh2 qızıl-zinyət əşyalarını təmsil etdiyi şəxs E.K.Babayevə təhvil verməsinə dair əsaslı sübutlar təqdim edə bilməməsi xüsusatı nəzərə alınmaqla, deməli Cavabdeh2 müvafiq məbləğdə qızıl-zinyət əşyalarını əldə edərək (E.Babayevə təhvil verməsi sübuta yetirilmir, mülahizələrə əsaslanır) əsassız olaraq varlanmışdır. Yəni, nəticədə, tələb üzrə yenə də Cavabdeh2 məsuliyyət daşıyır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf isə iddia tələbinin cavabdehlər Cav abdeh1 və Cavabdeh3 dair hissədə əsaslılığına dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Təqdim etdiyi sübutlar isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən mötəbər hesab edilməməklə mübahisənin taleyini birbaşa həll edə biləcək əhəmiyyətdə deyildirlər.
9. Məhkəmə hesab etmişdir ki, bu səbəbdən, digər cavabdehlər olan mərhum X1 vərəsələrinin (oğlu və arvadı) iddia tələbi üzrə məsuliyyət daşıması istisna edilir. Ümumiyyətlə Cavabdeh1 mərhum X1 vərəsəliyini qəbul etməsi xüsusatı təsdiqini tapmır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4, 1146, 1151.1, 1151.2, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı Ağaəli oğlu və Cavabdeh2 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişlər.
12. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) xx.xx.2024-cü il tarixli 2(103)-1552/2024 nömrəli qətnaməsi ilə İddiaçı Ağaəli oğlunun və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2467/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hazırda mübahisələndirilən halı Cavabdeh2 mübahisə predmeti olan qızıl-zinət əşyalarını İddiaçı Ağaəli oğlundan ald ıqdan sonra (mülki işin mübahisəsiz halıdır), həmin əşyaları mərhum Etibar Babayevə təhvil verməsi ilə bağlıdır. Cavabdeh tərəfindən qeyd olunan halı təsdiq edən əsaslı, mötəbər sənəd, sübut və ya material məhkəməyə təsdiq edilməmişdir. Həmçinin, iddiaçı tərəf də iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dair hissədə əsaslılığına dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Təqdim etdiyi sübutlar isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən mötəbər hesab edilməməklə mübahisənin taleyini birbaşa həll edə biləcək əhəmiyyətdə deyildirlər.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, digər cavabdehlər olan mərhum X1 vərəsələrinin (oğlu və arvadı) iddia tələbi üzrə məsuliyyət daşıması istisna edilir. Ümumiyyətlə Cavabdeh1 mərhum X1 vərəsəliyini qəbul etmə si xüsusatı təsdiqini tapmır.
15. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vərəsə kimi məsuliyyət daşımasının aydınlaşdırılmasından əvvəl mirasqoyanın öhdəliyinin olub-olmaması faktı təsdiqlənməlidir. Hazırki iş materiallarında bununla bağlı mötəbər sübut mövcud deyildir. Belə ki, bu ehtimal digər Cavabdeh2 Sayiq qızı tərəfindən bildirilsə də, bu hal başqa heç bir sübutla təsdiqlənmir.
16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdehin istinad etdiyi sənədlərdə- Cavabdeh1 mərhum həyat yoldaşının qızıl-zinət əşyalarının alınıb-satılması ilə bağlı fəaliyyətindən xəbərsiz olduğunu bildirmişdir. İş materiallarında olan səsyazmalarda isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qızıl-zinət əşyalarının və ya onun dəyərinə uyğun pul vəsaitinin mərhum X2 olması ilə bağlı hər hansı ifadəsi, etirafı mövcud deyil.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 600.4, 1146, 1151.1, 1151.2, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh Əkbərova Saı̇ qə Sayıq qızı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həqiqətin üzə çıxarılması kimi konsitutsion bir vəzifə daşıdığı halda, iş ü zrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmasını və son nəticədə həqiqətin müəyyən edilməsini təmin etmədən, yalnız formal əsaslara istinad etməklə qərar qəbul etmişdir. Elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2024 tarixdə mülki iş materiallarına əlavə olunmuş və iclas təyin edildikdən bir müddət əvvəl də edilmiş elektron təyyarə biletindən göründüyü kimi, (təyyarə biletində uçuş vaxtı xx.xx.2024 tarixə, saat 10:30 olduğu halda məhkəmə iclası xx.xx.2024 tarixə, saat 11:10 təyin edilmişdir) xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixinə qədər olan müddət ərzində Bakı şəhərində olmayacağını nəzərə almaqla, cavabdehin vəkili və nümayəndəsi olaraq xx.xx.2024 tarixə, saat 11:10 təyin edilmiş məhkəmə baxış iclasının başqa vaxta təxirə salınmasını rəsmi ərizə ilə məhkəmə dən xahiş etməsinə və apellyasiya şikayətinin tərəflərindən verilməsinə məhəl qoymadan, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli olduğu halda, həmin ərizəyə heç bir münasibət bildirmədən, prosesin çəkişmə prinsipini pozmuş, öz tələblərini əsaslandırmağa, iddiaçıya və digər cavabdehlərə sual vermək hüquqlarının təmin olunmasına şərait yaratmamışdır.
20. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçıdan qızılzinət əşyalarının cavabdeh tərəfindən iddiaçıdan götürülməsi, öhdəliyin yalnız cavabdeh tərəfindən icra edilməsi anlamına gəlməməlidir. Belə ki, iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, qızıl-zinət əşyalarının alqı-satqısı mərhum Etibar Babayev ilə birlikdə şərikli həyata keçirilmiş və son alınmış qızıllar mərhumda qalmış dır. Əleyhinə istifadə ediləcəyinə baxmayaraq cavabdeh iş üzrə bütün öhdəliklə bağlı həqiqəti deməkdən çəkinməmişdir. Cavadehin həqiqətin üzə çıxması üçün dedikləri isə məhkəmə tərəfindən yalnız onun ziyanına və digər cavabdehlərin öhdəliyin icrasından kənarda qalması üçün şərh edilmişdir. Bununla da hakim ədalətsiz qərar qəbul etmişdir. İş üzrə iddia ərizəsinə əlavə edilmiş materiallarda qızıl-zinət əşyalarının Babayev Etibara verilməsi və hələ də onun ailə üzvlərində olmasına dair “whatsapp” tətbiqi üzərindən aparılmış yazışmalar və kifayət qədər səs yazıları vardır. Hansı ki bu səs yazılarında “qızılların onlarda olduğu və yaxın zamanda qaytaracaqları” Cavabdeh1 tərəfindən açıq şəkildə bildirilmişdir. Səs yazısında bu şəkildə açıq-aydın qızılların onlarda olmasını etiraf etməsinə baxmay araq məhkəmənin həmin sübutları mötəbər sübut hesab etməməsinin səbəbi tamamilə qeyri-müəyyəndir. Hazırki iş üzrə qızılların miras qoyanın vərəsələrində olmasını təsdiq edə biləcək sübut əhəmiyyətli səs və yazışma nümunələrinin məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmənin hansı səbəbə görə bu sübutlara lazımi hüquqi qiymət vermədiyi heç bir halda anlaşılan deyildir. Eyni zamanda məhkəmə tərəfindən obyektiv qiymətləndirilməsi həyata keçirilməyən, yaranmış öhdəlik üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh3 oğlunun cavabdehlik daşımasını təsdiq edən sübutlara düzgün qiymət verilsə idi, ən azı iddia tələbi üzrə pulun tutulması cavabdehlərdən müştərək qaydada, yəni 50% Cavabdeh2, 50% isə Cavabdeh1 və Cavabdeh3 oğlundan tutulması barədə qərar qəbul edərdi. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Maddə 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
24. Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
25. Maddə 1151.2.Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
26. Maddə 1306. 1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi tələb olunsa da, dəlilləri ona qarşı iddianın təmin olunmuş hissəsi ilə bağlıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı həmin dəlillər əsasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, cavabdeh kassasiya şikayətində göstərir ki, iddiaçıdan iddia edilən çəkidə, adda və məbləğdə qızıl-zinət əşyaları götürülmüş və həmin qızıllar mərhum E.Babayevə verilmişdir. Lakin həmin qızıllar və onların dəyəri E.Babayev tərəfindən ona ödənilməmiş və qaytarılmamışdır. Bu baxımdan hesab edir ki, iddia ona münasibətdə qismən təmin olunmalı və qızılların dəyərinin qalan hissəsi isə E.Babayevin vərəsələri olan digər cavabdehlərdən tutulmalıdır.
40. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh (Cavabdeh2) tərəfindən qeyd olunan halı təsdiq edən əsaslı, mötəbər sənəd, sübut və ya material məhkəməyə təsdiq edilməmişdir. Təqdim etdiyi sübutlar isə mülki prose ssual qanunvericiliyin tələblərinə əsasən mötəbər hesab edilməməklə mübahisənin taleyini birbaşa həll edə biləcək əhəmiyyətdə deyildirlər.
41. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
42. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlil in söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
43. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1552/2024 nömrəli qətnaməsi mübahisələndiriəln hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.