Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-230/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusları X34 və Hacıyeva Hicran Qismət qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5660/2022 nömrəli 30 avqust 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 2010-cu ildə X18 mənzildən çıxaraq naməlum istiqamətə getmiş və evə geri qayıtmamışdır. Hazırki iş üzrə ərizəçi olan Ərizəçi1 Qolubev Vladimirin xalasıdır, X35 isə Qolubev Vladimirin ögey əmisidir. X18 itkin düşəndən sonra ona məxsus əmlak miras qalmış, onun əmisi və xalası tərəfindən məhkəmə mübahisələri başlamışdır. Mübahisələr üzrə aşağıda qeyd olunan qərarlar qəbul olunmuşdur.
3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2- 1260/06 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X16 miras qoyan-anası X14 birinci növbəli vərəsəsi kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət uzadılmış, Bakı şəhəri S əbail rayonu Nizami küçəsi 32 saylı evin 4 saylı mənzilinə X11 adına verilmiş xx.xx.2006-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və MN Seriyalı ******* saylı, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Birinci növbəli vərəsə kimi X16 miras qoyan- anası X12 30/12493 nömrəli, xx.xx.1993- cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissədə payı müəyyən edilmiş, X26 Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşırmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmışdır.
4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(0 09)-1083/2015 nömrəli, xx.xx.2015-cı ıl tarixli qətnaməsinə əsasən X16 anası - X8 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin 1/2 hissəsinə vərəsəlik hüquqları tanınmış, qətnamə X16 adına miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün əsas hesab edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Müiki Kollegiyasının 2(103)-3108/2016 nömrəli, xx.xx.2016-cı ıl tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4785/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən 08 may 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri. Xətai rayonu. Cavanşir küçəsində yerləşən 7 saylı ev in, 99 saylı mənzilində yaşamış X19 xx.xx.2010-cu il tarixdə ölmüş elan edilmişdir.
7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6072/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notarusu X17 ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilinə dair Ərizəçi1 adına xx.xx.2016-cı il tarixdə verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında sözügedən mənzilə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, X16 vərəsəlik hüquqları təmin edilərək ünvan 2 ünv anında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilin 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir.
8. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-5848/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X16 Ərizəçi1 və 4 saylı Bakı “ASAN Xidmət" Mərkəzinə qarşı (3-cü şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi idarəsi cəlb edilməklə) qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınmasının və adına xüsusi mülkiyyətə dair çıxarışın verilməsinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3158/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Ərizəçi1 apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Ni zami Nayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(007)6072/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, digər iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli, 2(007)-5848/2016 saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddia təmin edilmiş, 4 saylı Bakı "ASAN Xidmət” mərkəzində notariat kontorunda ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olar 73 nömrəli təmir emalatxanasına dair Ərizəçi1 adına xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında qeyriyaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, X16 hüquqi varisi Maraqlı şəxs2 vərəsəlik hüquqları təmin edilərək, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olan 73 nömrəli təmir emalatxanasının 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir.
10. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5247/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X17 ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinaları (01 iyul 2019-cu il tarixli, 1258 nömrəli məktubu (qərarı) və 01 iyul 2019-cu ıl tarixli, 1259 ^ nömrəli məktubu (qərarı) əsas hesab edilsin, 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi n otariusu X21 Ərizəçi1 adına ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi həvalə edilmişdir. 11. 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2019 cu il tarixli 1258 nömrəli F.L.İvanovnaya ünvanladığı məktubun məzmununda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli müraciətinə əsasənda xx.xx.2010-cu ildə vəfat etmiş ünvan 2, məzil 99 ünavında qeydiyyatda olan bacınızın oğlu Q.V.Vladimiroviçin adına V560/2015 saylı vərəsəlik işi açılmışdır. ünvan 7 ünvanda yerləşən texniki sahə üzrə 1/2 hissəyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən sizə vərəsəlik şahədatnaməsi verilməsi mümkün olunmadığı göstəri lmişdir. 12. 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2019 cu il tarixli 1259 nömrəli F.L.İvanovnaya ünvanladığı məktubun məzmununda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli müraciətinə əsasənda xx.xx.2002-ci ildə vəfat etmiş ünvan 2, məzil 99 ünavında qeydiyyatda olan bacınız K.N.İvanovnanın adına adına V551/2015 saylı vərəsəlik işi açılmışdır. ünvan 2, məzil 99 ünavında yerləşən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən sizə vərəsəlik şahədatnaməsi verilməsi mümkün olunmadığı göstərilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6580/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə, iddiaçı Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X21 (Bakı şəhəri 4 saylı ASANXidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASANXidmət Mərkəzinin xüsusi notariusu), X36 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X22 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X40, Maraqlı şəxs2, X41 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, inzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin istintaq İdarəsinə təqdimatla müraciət edilməsi’’ tələbinə dair iddiası mümkün sayılmamışdır.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7698/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X21 (Bakı şəhəri 4 saylı ASAN- Xidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN-Xidmət Mərkəzinin xüsusi notariusu), X36 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X22 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X40, Maraqlı şəxs2, X41 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən və zifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, inzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilməsi’’ tələbinə dair iddiası mümkün sayılmamışdır.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1083/2015 nömrəli, xx.xx.2015-cı ıl tarixli qətnaməsinə əsasən X16 anası - X8 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin 1/2 hissəsinə vərəsəlik hüquqları tanınmış, qətnamə X16 adına miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün əsas hesab edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6452/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən maraqlı şəxs Ərizəçi1 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1083/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1492/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən maraqlı şəxs Ərizəçi1 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016cı ıl tarixli, 2(103)-6452/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməs inə qaytarılmışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7135/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)~1083/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, X16 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin anası-X13 adında açıq saxlanılmış 1/2 hissəsinə vərəsəlik hüququ tanınmışdır
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-980 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5247/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüs usi notariusu X17 ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinaları (01 iyul 2019-cu il tarixli, 1258 nömrəli məktubu (qərarı) və 01 iyul 2019-cu ıl tarixli, 1259 ^ nömrəli məktubu (qərarı) əsas hesab edilsin, 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X21 Ərizəçi1 adına ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
21. Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraq lı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusları X34, Hacıyeva Hicran Qismət qızına qarşı notariat hərəkətlərinin aparılmasından imtinadan şikayətə dair ərizə ilə məhkəməyə müraciət edərək Hacıyeva Hicran Qismət qızının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) xx.xx.2016-cı cı il tarixində T.A.Dadaşovun varis hesab edilməsində hərəkətlərini (hərəkətsizliyni) qanunsuz və AR MM maddələrinə cavab verməyən hesab edilməsi, Ərizəçi1 xx.xx.2021-ci il tarixli cavabı ilə əlaqədar Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu X17 hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının notariat haqqında” Qanununu rəhbər tutaraq X2 öhdəsinə X16 xətt ekspertizasının təyin edilməsi və xx.xx.2021-ci il tarixli ərizədə göstərilən şübhəli fiziki şəxslərin dindirməyə çağırılması haqqında qərar qəbul etmək vəzifəsi qoyulması, X2 üzərinə Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə müvafiq olaraq, Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədi ilə sənədlərin surətlərini xx.xx.2021-ci il tarixli ərizə ilə birlikdə və xx.xx.2021-ci il tarixli ərizə ilə birlikdə ibtidai istintaqın aparılması üçün Şəhər Prokurorluğuna göndərilməsi və AR CM-nin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin açılması haqqında qərarı qəbul edilməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Ərizə onunla əsaslandırılmışdır ki, 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X17 (bundan sonra mətndə - Notarius) 01 iyul 2019- cu il tarixli, 1258 nömrəli məktubu (hüquqi baxıman qərarı) və 01 iyul 2019-cu il tarixli, 1259 nömrəli məktubu (hüquqi baxımdan qərarı) ilə ona ünvan 5 ünvanında yerləşən qeyi-yaşayış sahəsinin (bundan sonra mətndə - Sahə) ½ hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin (bundan sonra mətndə - Mənzil) 14 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsi 04 oktyabr 2019-cu il tarixli 2(008)- 5247/2019 No-li qərarı ilə X2 hərəkətlərini qanunsuz hesab etmişdir! 2015-ci ildə V.V.Qolubevin (Ərizəçi1 doğma bacısı oğlu) adına V560/2015 No-li vərəsəlik işinin və X15 (Ərizəçi1 doğma bacısı) adına V-551/2015 No-li vərəsəlik işinin açılması zamanı notarius X34 İ- ЖГ No 300537, xx.xx.1980-ci il tarixli atalığın müəyyən edilməsi haqqında sənədin qəbulundan şihafı olaraq imtina etmişdir, ərizəçiyə göstərmişdir ki, bu sənəd hər hansı əhəmiyyətə malik deyildir və hər hansı hüquqi qüvvəyə malik deyildir, bunun nəticəsində Ərizəçi1 qanunsuz qəbul edilən müvafiq qərarlarla vərəsəlik hüququndan məhrum edilmişdir. xx.xx.2020-ci ci il tarixində zəruri sənədlər X34 tərəfindən V560/2015 No-li və V-551/2015 No-li vərəsəlik işinə daxil edilmişdir. X38 inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Sənədləri əlavə edərək Sidqi Həbibbəyli dərk edirdi ki, əmlak mübahisələrinə aid qəbul edilən bütün qərarlar qanunsuzdur və vətəndaşlıq vəziyyəti aktlarına müvafiq deyildir. Ərizəçi1 xx.xx.2020-ci il tarixində müraciətində notariusdan saxtalaşdırma faktları haqqında müvafiq icra hakimiy yəti strukturlarını məlumatlandırmağı xahiş etmişdir, lakin notarius hərəkətsizdir. xx.xx.2021-ci ildə Ərizəçi1 ekspertizanın təyin edilməsi barədə X39yə müraciət edir və xx.xx.2021-ci il tarixində imtina cavabı alır, baxmayaraq ki, notarius qərar qəbul etməli idi! Öz yazılı imzasında notarius Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3241/2020 No-li qərarına istinad edir və xatırlatmır ki, bu qərar apellyasiya instansiyası tərəfindən xx.xx.2021-ci il tarixində 2(103)- 3862/2021 No-li iş üzrə ləğv edilmişdir və Ərizəçi1 məhkəmənin T.A.Dadaşovun imzalarının ekspertizasını təyin etməsi haqqında vəsatət üzrə qərardadı qəbul etməməsinə görə günahkar deyildir! Öz yazılı imtinasında X39 inzibati icraat haqqında 2-1(112)- 7698/2021 No-li xx.xx.2021-ci il tarixli məhkəmə qərarına i stinad edir. Qərardadda inzibati Məhkəmə AR MPM 305.1 və 305.1.8ci maddələrini göstərir. X39 nəyə görəsə əvvəl qəbul edilən xx.xx.2021 -ci il tarixli 21(112)-6580/2021 No-li iş üzrə inzibati aktı xatırlamır, hansında ki, inzibati məhkəmə həmçinin AR MPM 305.1 və 305.1.8-ci maddələrini göstərir! Bu qəbul edilən aktlardan apellyasiya məhkəməsinin inzibati kollegiyasına şikayət verilmişdir, hansında ki, Ərizəçi1 məhkəmə AR İM 62-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş fiziki şəxs hesab etməli idi. Hal-hazırda apellyasiya məhkəməsinin inzibati kollegiyası hakim Aqil Abbasovun 2(102)5391/2021 No-li mülki iş üzrə Ali Məhkəmənin qərarını gözləyir. T.A.Dadaşovun imzasının xətt ekspertizasının təyin edilməsindən və şübhəli şəxsləri dindirməyə çağırılmasından imtina ilə əlaqədar olaraq, Ərizəçi1 xx. xx.2021-ci il tarixli ərizə ilə X39yə müracət etmişdir, orada ibtidai istintaqın aparılması üçün əlavə olunan sənədlərin Şəhər Prokurorluğuna göndərilməsi və AR CM 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılması haqqında xahiş etmişdir. Ərizəçi1 və onun nümayəndələri notariusun hərəkətsizliyini anlaya bilmirlər və X39ni fiziki şəxslər olan M.C.Dadaşova, Maraqlı şəxs2 və T.Q.Abbasov ilə əlbir hesab edirlər. Ərizəçi1nm xx.xx.2015-ci il tarixli müraciətinə əsasən 4 saylı ASAN-xidmətdə 26 dekabr 2002-ci il tarixində vəfat etmiş doğma bacısı X15 adına və Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən ölmüş hesab edilmiş X11 adına vərəsəlik işi açılmışdır. xx.xx.2016-cı cı il tarixində 524670 No-li, 12 ya nvar 2016-cı il tarixli baş etibarnaməyə vasitəsilə X37 öz atası X16 adından qanunla müəyyən olunmuş müddət keçdikdən sonra X15 və X11 mirasında maraqlı şəxs olaraq onun vərəsə hesab edilməsi haqqında ərizə təqdim edir. xx.xx.2016-cı cı il tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsini kobud surətdə pozaraq Notarius Hicran Hacıyeva 6 ay buraxılanadan sonra, 6 ay və 24 gün keçdikdən sonra X23 varis hesab etmişdir. Varislər 58-ci maddəyə əsasən, mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Ərizəçi1 X3 yazılı razılıq verməmişdir. Ərizəçinin nümayəndəsi Ərizəçi3 tərəfində n aparılan xüsusi araşdırmanın gedişatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələrinə müvafiq olaraq qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında əməllərin törədilməsi dəlilləri və tərkibini təsdiq dən faktlar aşkar olunmuşdur. Bütün qanunsuz qəbul edilmiş mülki aktlarda Ərizəçi1 doğma bacısı X30 X20 arvadı göstərilmişdir, bu isə vətəndaşlıq vəziyyəti aktlarına müvafiq deyildir. Sübutlar fiziki şəxslər X42, Maraqlı şəxs2 və X40 tərəfindən 2014-cü ildən 2018-ci ilə qədər saxtalaşdırılmışdır. Bununla yanaşı 2014-cü ildən 2017-ci ilə qədər məhkəmələrə və 4 saylı ASAN xidmətə bütün ərizələrdə T.A.Dadaşovun imzasının saxtalaşdırılması vizual olaraq aşkar olunmuşdur. Həmçinin sənədli şəkildə mü əyyən edilmişdir ki, Dadaşov T.A. və onun arvadı Dadaşov M.C. xx.xx.2017-ci il tarixindən İsrail Dövlətinin vətəndaşlığını qəbul etmişlər. Naməlum səbəblərdən T.A.X31 xx.xx.2017-ci il tarixində faktiki ölümü ilə əlaqədar Bakı şəhərinin Nərimanov rayonunun 38-ci notarial kontorunda kobud pozuntularla beynəlxalq müqavilələrə müvafiq olmayan V-20 No-li vərəsəlik işi açılmışdır. Mirasın bütövlükdə qəbul edilməsində böyük hüquqi əhəmiyyətə malik olan sənədlər yoxdur:
1. Ölüm haqqında və onun səbəbi haqqında rəy yoxdur.
2. T.A.X32 vətəndaşının şəxsiyyətini təsdiq edən (teudat zeut) ********* No-li sənədi yoxdur.3. M.C.X32 vətəndaşının şəxsiyyətini təsdiq edən (teudat zeut) ********* No-li sənədi yoxdur.4. Miras orderi Tsav Yeruşa və ya vəsiyyətnamə üzrə order X54 yoxdur, hansında ki, vərəsənin a dı mütləq qaydada göstərilməlidir. 21 iyun 2017-ci il tarixində sənədlərin olmamasına baxmayaraq, T.A.X31 vəfatı ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi Ərizəçi1 hüquqlarını pozaraq Maraqlı şəxs2 hüquqi varis hesab edir! Sonradan müəyyən olunur ki, Maraqlı şəxs2A. vərəsəlik hüququ haqqında şəhadətnaməyə malik olmadan üç daşınmaz əmlak üzrə mülkiyyət hüququ üçün sənədləri Daşınmaz əmlakın 1 No-li Reyestr Xidmətindən almışdır! Nərimanov rayonunun V-20 vərəsəlik işində T.A.Dadaşovun virasdan imtinası vardır, M.Maraqlı şəxs2 öz qızı Dadaşova Dinarənin xeyrinə əri T.A.Dadaşovun mirasından imtina etmişdir, hansı ki, Tsav Yeruşa vərəsəlik orderi olmadan heç bir hüquqi qüvvəyə malik deyildir! Xarici dövlətdən gələn sənədlərin olmaması T.A.Dadaşov və M.C.Dadaşova tərəfindən xarici dövlətin vətəndaşlığının saxta (yalandan) qəbul edilməsini göstərir! Aşkar olunmuşdur ki, Dadaşov T.A. Bakıda ölmüşdür və öz atası 1870-ci il təvəllüdlü, 1958-ci ildə vəfat etmiş X28 yanında dəfn olunmuşdur! Həmçinin aşkar olunmuşdur ki, 1958-ci il təvəllüdlü, xx.xx.2006-cı il tarixində Sabunçu rayonunun 3 saylı Kliniki xəstəxanasında vəfat etmiş Dadaşov T.A. və 1933-cü il təvəllüdlü sənədlər üzrə İsrail Dövlətində vəfat etmiş T.A.Dadaşov eyni fiziki şəxsdir! Hər iki halda ad, soyad və ata adı uyğun gələn hər iki fiziki şəxsin ölümü haqqında şəhadətnamə qanunsuz olaraq ölüm haqqında tibbi rəy olmadan, daha doğrusu qiyabi olaraq verilmişdir! Bütün qanunsuz hərəkətlərlələ əlaqədar Ərizəçi1 mənəvi, fiziki və maddi ziyan daşımışdır! Maraqlı şəxs2 qabaqcadan əlbir olmaqla bir qrup şəxslə L.İ. Fominanı ə sassız sözlərlə təhqir etməklə onun faktiki ölümünə nail olmaq istəyi ilə əlaqədar ərizəçi iki infarkt keçirdi və ona ürək əməliyyatı icra olundu. T.A.Dadaşov və M.C.Dadaşovun xarici dövlətin vətəndaşlığını qəbul etməsi məhz mirasın qəbul edilməsi və 1933-cü il təvəllüdlü T.A.Dadaşovun Bakı şəhərində faktiki ölümünün gizlədilməsi ilə bağlıdır, bu Ərizəçi1nm əmlakının qanunsuz əldə edilməsi məqsədi ilə edilmişdir, mirasın özü isə X9 ölümü ilə əlaqədardır, hansı ki, Bakı şəhərinin Yasamal rayonunda qətlə yetirilmişdir. Qətlə yetirilmiş V.V.Qolubevin fotoşəkli Nizami metrosunun yanında Polis məntəqəsini axtarılanlar lövhəsində aşkar olunmuşdur. Fotoşəkil 2019-cu ilin sonunda aşkar olunmuşdur və hal-hazırda hakimiyyət nümayəndələri tərəfindən çıxarılmışdır! Miras ilə əlaqədar 2010-cu ildə V. V.Qolubevin ölümü ilə və Ərizəçi1 ilə fiziki şəxslərin yuxarıda göstərilən qanunsuz hərəkətlərindən tam əks olunan qərəzli hərəkətləri görmək olar, onlar V.Qolubevə qarşı necə hərəkət etmişdirlərsə, Ərizəçi1 qarşı da o cür hərəkət etmişlər, qanunsuz olaraq onun əlindən əmlakını almışlar və onu faktiki ölümə çatdırmağa əhd etmişlər! Onların bütün ailələri əmindir ki, V.V.Qolubevi sifariş üzrə bir qrup şəxs qətlə yetirmişdir, və icraçı dəfələrlə nümayəndə Ərizəçi3 ölümlə və zorlama ilə təhdid edən Abbasov Elçin olmuşdur. Düzdür Ərizəçi3 E.Q.Abbasovun və onun pozğun tanışlarının təhdidlərini vecinə də almır. Ərizəçi1 və onun nümayəndələri hesab edirlər və məhkəmə üçün qeyd edirlər ki, T.A.Dadaşovun hüquqi vərəsəsi Maraqlı şəxs2 Beynəlxalq müqavilələrə müvafiq olan sənədlər olmadan öz atasının varisi ola bilməz. Ərizəçi1 həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən notarial orqanların hərəkətlərinə və hərəkətsizliyinə iddia müddəti aid edilmir.
23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Nilufər Cəfərli) 2(008)7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi1 məhkəməyə müraciət edərək Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) xx.xx.2016-cı cı il tarixində T.A.Dadaşovun varis hesab edilməsin qanunsuz və AR MM tələblərinə cavab verməyən hesab edilməsini xahiş etsə də, ərizəçi göstərilən altı ay müddətin hansı tarixdən hesabladığını, o cüml ədən Tofiq Dadaşovun hansı vərəsəlik işi üzrə varis hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən, şikayət ərizəsi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir.
25. Həmçinin, digər dəlillərlə bağl mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu X17 ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli cavabının qanunsuz hesab edilməsini xahiş edərək, notarusun üzərinə X16 xətt ekspertizasının təyin edilməsi və xx.xx.2021-ci il tarixli ərizədə göstərilən şübhəli fiziki şəxslərin dindirməyə çağırılması haqqında qərar qəbul etmək vəzifəsi qoyulması, X2 üzərinə Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə müvafiq olaraq, Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədi ilə sənədlərin surətlərini xx.xx.20 21 -ci il tarixli ərizə ilə birlikdə və xx.xx.2021 -ci il tarixli ərizə ilə birlikdə ibtidai istintaqın aparılması üçün Şəhər Prokurorluğuna göndərilməsi və AR CM-nin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin açılması haqqında qərarı qəbul edilməsi vəzifəsi qoyulması və Bakı şəhəri 4 saylı ASAN xidmət Mərkəzinin notariuslarına X15 2V-16saylı vərəsəlik işindən 16-cı səhifədə X12 493509 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 17-ci səhifədə X20 319 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 25-ci səhifədə X20 178193 nömrəli ölüm haqqında şəhadətnaməsinin sənədlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə araşdırılması zamanı ərizəçinin tələbinin qanunu əsası müəyyən edilmədiyindən, o cüml ədən qeyd edilən hərəkətlərin yerinə yetirilməsini zəruri edən hallar sübuta yetirilmədiyindən şikayət ərizəsi Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu X17 hərəkətlərinə münasibətdə də təmin edilməməlidir.
26. Həmçinin, o da qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı qeyd edilən şəxslərin əməlində cinayət tərkibinin əlamətlərinə dəlalət edən kifayət qədər sübutlar olmadığından vəsatət təmin edilməməlidir.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci, “Azərbaycan Respublikasında notariat hərəkətlətinin aparılmasına qaydaları haqqında” Təlimatın 128, 190, 191-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
28. Ərizəçi1 apellyasiya şikayəti verərək, qətnamənin l əğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə ərizəçinin təqdim etdiyi sübutları qəbul etməmiş və onların düzgünlüyü barədə heç bir araşdırma aparmamışdır. Nəticədə, məhkəmə iddia ərizəsində qeyd olunanları hərtərəfli və tam baxmadan, hüquq normalarını düzgün tətbiq etmədən qəbul etmişdir. Ərizəçi məhkəmənin qərarı ilə razı deyildir, çünki xüsusi icraat işinə Ərizəçi1 külli miqdarda əmlak zərərinin və sağlamlığına ağır zərərin vurulması ilə bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla törədilən Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 3 14, 320- ci maddələrinə cavab verən cinayət əməllərini təsdiq edən, tam həcmi 377 səhifə olan sənədlərin surətləri təqdim edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli, 2(103)5660/2022 nömrəli qətnaməsi ilə (hakimlər Xumar Mərdanovanın sədrliyi və məruzəsi ilə, Elnur Həsənovdan və Vahid Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyator notariusların qəbul etdiyi qanunsuz qərarlar nəticəsində onun vərəsəlik hüququndan məhrum edildiyini göstərsə də, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə vərəsəlik işlərinə hüquqi qiymət verilmişdir.
32. Eləcə də, apell yasiya şikayətində qeyd edilən dəlillər ərizəçinin şikayəti ilə eynilik təşkil etdiyindən və qeyd edilən dəlillərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verildiyindən, hazırki apellyasiyanın dəlillər əsassız hesab edilir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
33. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 41-ci, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 128, 190, 191-ci maddələrinə, eləcə də “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarınna (24 dekabr 2021-ci il tarixli dəyişikliklərlə) istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Ərizəçi kassasiya şikayəti verərək (Vəkil ) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassator şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1880/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, X16 qardaşı X1 Vladimiroviç xəbərsiz itkin düşmüş hesabedilmişdir. Həmin qətnamənin müəyyən etdi hissəsindən görünür ki, X4 İvanovnanın qardaşı X20 arvadı olduğunu qeyd edir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2( 007)- 4785/2015 nömrəli xx.xx.2015-ci iltarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, xəbərsiz itkin düşmüş X18 Ərizəçi1 doğma bacısı X6 olmuşdur. Bu qətnamədə fakt saxtalaşdırılmışdır. Halbuki, işdə olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, X33 ilə X15 nikahı barədə X10 avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində heç bir məlumat aşkar olunmamışdır. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin2(007)- 4785/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsində edilmiş saxtakarlıq nəticəsində X16 qızı Maraqlı şəxs2 vərəsəlik hüququ əldə edərək müvafiq çıxarışlar əldə etmişdir. Bundan əlavə Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) xx.x x.2016-cı il tarixində T.A.Dadaşovun varis hesab etmişdir. Məhz bu səbəbdən Ərizəçi1 məhkəməyə müraciət edərək Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusları X24 və Xasıyeva Hicran Qismət qızının hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, Bakı şəhəri 4 saylı ASAN xidmət Mərkəzinin notariuslarına X15 2V-16 saylı vərəsəlik işindən 16-cı səhifədə X12 493509 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 17-ci səhifədə QolubevVladimir Mixayloviçin 319 nömrəli ölümhaqqındaşəhadətnaməsinin, 25-cisəhifədə X20 178193 nömrəli ölüm haqqında şəhadətnaməsinin sənədlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahişetmişdir. Adıçəkilən şəxslər X25 və X20 X30 ilə heçbir qohumluq əlaqəsi yoxdur. Qeyd olunan sənədlərinin surətləri 2V-16 №-li vərəsəlik işinə qanunsuz olaraq Bakı şəhəri 4 sayl ı ASAN xidmət Mərkəzinin notariusları tərəfindən daxil edilmişdir. Onların hərəkətləri nəticəsində hazırki iş üzrə Ərizəçi1 vərəsəlik hüququndan və son nəticədə çıxarışla ona məxsus olmuş mülkiyyətindən məhrum olmuşdur.
36. Kassator şikayətini “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci, “Azərbaycan Respublikasında notariat hərəkətlətinin aparılmasına qaydaları haqqında” Təlimatın 190 və 191-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 305.1.8. Məhkəmə xüsusi icraat qaydasında Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işə baxır (9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixədək qüvvədə olan redaksiya).
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
42. Maddə
17. D övlət notariusu əqdləri və etibarnamələri təsdiq edir; miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; şəxsin sağ olması faktını təsdiq edir; şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; icra qeydləri aparır; eksellərə protestlər tərtib edir; çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; sənədləri saxlanmaq üçün qəbul edir; dəniz protestləri tərtib edir; sübutları təmin edir.
43. Maddə
41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməs inin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslan dırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5660/2022 nömrəli 30 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.