Məhkəmə qərarları › İş №2(102)-230/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-230/2025

13.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-230/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla) - işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarə t tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3894/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2018-ci il tarixli 132 nömrəli əmrlə əsasən Cavabdehndə “xəstə məsləhətçisi” vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli 157b nömrəli əmrlə vəzifəsində irəli çəkilərək “kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir.

2. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən işəgötürən işçiyə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar işəgötürənin daxili qaydalarına uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etibar etmiş, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasını və bununla bağlı tam maddi məsuliyyəti öhdəsinə götürmüşdür. 3. xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

4. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə səbəb X3 xx.xx.2023-cü il tarixli məlumatı və X4 xx.xx.2023-cü il tarixli ərizəsinin olmasını bildirmişdir: - Aqil Tarverdiyevin övladı Rəşad Tarverdiyevin cavabdeh MMC-nin direktoru Tanel Özbekə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatda qeyd edilmişdir: “29-30 mart tarixlərində (tarixi dəqiq bilmədiyim üçün) atam Cavabdeh hospitalında ayaq damarlarına əməliyyat üçün stent qoyulmuşdu. Əməliyyatın səhəri günü zəng edərək mənə bildirdi ki, əməliyyatın qiyməti 2500 manatdı həmin pulu gətir ödə hospitala. Mən pulu götürüb xəstəxanada atamın gəldim yanına o mənə bildirdiki pulu kassaya yox əlbəəl Vəfa xanıma ver, çünki Vəfa xanımın özü atama deyib ki, pulu mənə verin. Mən də Vəfa xanımın otağına girib 2500 manat pulu sayaraq ona verdim, o da əlavə olaraq sayıb pulu məndən qəbul elədi. Pulu qəbul etdikdən sonra mənə qəbz və ya çek vermədi”. - X4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Klinikada anju olunmuşdur. Anju olduğu gün xx.xx.2023-cü il tarixdə övladı X12 işləyən Vəfa adlı xanıma 500 manat, xx.xx.2023-cü il tarixdə isə 450 manat ödəmişdir. Ödənişdən sonra onlara hər hansı bir “ödəniş qəbzi” verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun Cavabdehndən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, işəgötürən Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq xx.xx.2018-ci il tarixli 132 nömrəli əmrlə “xəstə məsləhətçisi” vəzifəsinə təyin edilmiş, xx.xx.2020-c i il tarixli 157b nömrəli əmrlə vəzifəsində irəli çəkilərək “kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. İşəgötürən müəssisədə işlədiyi dövrdə əmək müqaviləsi üzrə üzərinə götürmüş olduğu əmək funksiyalarını layiqincə yetirməklə, nöqsansız əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmək müqaviləsinə xitam verilmişdir (əmrin surəti iddiaçıya təqdim edilmədiyinə görə əmək kitabçasında işəgötürən tərəfindən edilmiş qeydə əsasən). İddiaçı işəgötürən müəssisənin “insan resurslarının idarə edilməsi” şöbəsi tərəfindən bir neçə dəfə şifahi olaraq öz xahişi ilə ərizə yazmaqla, işdən çıxmasını, yazmayacağı təqdirdə isə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Buna səbəb olaraq isə müəssisədə aparılan struktur islahatlarının və rəhbərliyin bu qaydada göstəriş verdiyi deyilmişdir. Bu zaman iddiaçı ipoteka ödənişinin olduğunu və azyaşlı övladına təkbaşına baxdığını əsas gətirərək, yeni iş tapana kimi müəssisədə işləməsinə şərait yaradılmasını daha sonra öz ərizəsiylə işdən ayrılacağını bildirmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məlumatı müəssisənin “insan resurslarının idarə edilməsi” şöbəsi tərəfindən çağırılar aq əmək kitabçasının ona təqdim edildiyi zaman əldə etmişdir. Bu zaman həmin maddəsinin gələcək iş fəaliyyətində ona mane olacağını və öz ərizəsi ilə işdən çıxmasına razı olduğunu bildirsə də, artıq işdən azad olunduğu bildirilmişdir. Bu zaman işdən azad olunmasına əsas olan əmrin surətini tələb etsə də, ona təqdim edilməmişdir. Bu minvalla xx.xx.2023-cü il tarixdə işəgötürən müəssisəyə “teleqram” göndərməklə əmrin surəti tələb etməsinə baxmayaraq, bugünədək əmrin surəti ona verilməmişdir. Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, onunla son haqq hesab olunmamış, son haqq hesabı gec verilmişdir. Bununla da iddiaçıya əmrin surətinin verilməməsi və son haqq hesabının gec köçürülməsi nəticəsində cavabdeh tərəfindən Əmək Məcəll əsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

8. Məhkəmənin 20 sentyabr 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, 2018-ci ilin aprel ayından klinikada işləyir. Onun işi xəstələrlə həkimləri əlaqələndirmək olmuşdur. Çoxdan işlədiyinə görə hamı onu tanımış, hətta başqa şöbənin həkimləri xəstələri onun yanına göndərmişlər ki, xəstəni yönləndirsin. Bu illər ərzində bir dəfə xəstənin doğum tarixini səhv yazdığına görə ona şifahi xəbərdarlıq olunmuşdur. Onu əsassız yerə Əmək Məcəlləsinin 70-ci maddəs inin “ç” bəndi ilə işdən azad etmişlər.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirməklə göstərmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hüquq pozuntuları, həm qeydə alınmış, həm də qeydə alınmamış vətəndaş şikayətləri olmuşdur. Cavabdeh MMC-yə şikayət ərizəsi ilə X10 müraciət etmiş və bunun əsasında xəstə X8 ilə əlaqə saxlanılmışdır. X9 xidmətlə əlaqədar 6200 manat israrla ödənildiyini və ödənişlərin əlbəəl Vəfa adlı əməkdaşa verdiyini, ancaq bu barədə heç bir ödəniş qəbzinin verilməməsini bildirmişdir. Daxili araşdırmada məlum olmuşdur ki, kassaya mədaxil edilən vəsaitin 6200 manat yox, 2700 manat olduğu, lakin ti bbi sənədlərə əsasən vətəndaşa göstərilən tibbi xidmətlərin dəyəri qiymət cədvəlinə görə həqiqətən də 6800 manat dəyərində olduğu aydınlaşdırılmışdır. Xəstəxana tərəfindən X5 4100 manat məbləğində endirim edilmişdir. Araşdırma zamanı qeydiyyatçı İddiaçı Məbbət qızının vətəndaşa xidmət göstərilərkən rəhbərliyə şəxsən müraciət edərək müvafiq endirim tələb etməsi, həmin endirim edildikdən sonra kassaya həmin şəxsdən 6200 manat almasına baxmayaraq, 2700 manat mədaxil etməsi və geri qalan 3500 manatı özü mənimsəməsi toplanan materiallar və ifadələr əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, rəhbərlik öz əməkdaşının qüsuruna görə məsuliyyəti öz üzərinə götürərək xx.xx.2023-cü il tarixdə rəhbərlik tərəfindən məsələ qaldırılaraq yaranmış fərqin aradan qaldırılmaqla vətəndaşa 6200 manatlıq Ə DV çekinin verilməsi qərara alınmışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 3 dəfə ayrı-ayrı vaxtlarda Cavabdeh xəstəxanasında cərrahi əməliyyat olunmuşdur və xəstəxanaya ayrı-ayrı vaxtlarda 1500, 2200 və 2500 manat, cəmi 6200 manat ödəniş etmişdir. İddiaçı heç bir ödəniş etməmişdir. Oğluna isə Vəfa adlı xanımı tapmasını və Vəfanın ona neynəməsini izah edəcəyini demişdir. Vəfa xanıma ver deməmişdir. Bütün ödənişləri o, ya da oğlu klinikanın kassasına etmişlər, lakin ƏDV çeki verilməmişdir. Daha sonra klinikadan zəng olunaraq 6200 manatlıq çek təqdim olunmuşdur. Oğlunun ərizə yazmasından məlumatsız olmuşdur. Oğlu ona bildirmişdir ki, adını dəqiq bilmədiyi Əhməd ya Əvəz adlı şəxs klinikada ona ərizə yazdırmışdır. O, da bildirib ki, səhv edib, onl arın öz aralarında mübahisə var, onu qarışdırmamalı idilər.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi İddiaçı 2018-ci ildən cavabdeh klinikada işləyir və həmin müddətdə nümunəvi işçi kimi özünü göstərməklə heç bir intizam tənbehi almamışdır, bundan əlavə əmək funksiyalarını lazımınca icra etdiyindən “xəstə məsləhətçisi” vəzifəsindən xx.xx.2020-ci il tarixli əmrlə irəli çəkilərək “kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. Lakin cavabdeh klinikada rəhbərlik dəyişəndən sonra İddiaçı və onun kimi başqa işçilərə də münasibət fərqli olmuş, işçilərin kütləvi işdən azad edilməsi ilə bağlı proseslər başlanılmışdır. Digər tərəfdən İddiaçı əmək müqaviləsi nin əmək funksiyalarına diqqət yetirilsə, görünər ki, o, klinikada xəstələri əməliyyat otaqlarına yönləndirən və xəstələrin tibbi xidmətlərdən keçməsinə köməklik göstərən, xəstələrlə həkimlər arasında əlaqəni yaradan əlaqələndirici kimi işləmiş və xəstələrdən hər hansı bir ödəniş almaq və buna oxşar bir vəzifə öhdəliyi olmamışdır. Ən əsası hüquqlarını müdafiə etdiyi İddiaçı klinikada kassir işləməmişdir. Belə ki, X2 təbibin elektron portalından çıxarılmış xəstə qeydiyyatı məlumatlarından da aydın olur ki, cavabdeh klinika göstərilmiş tibbi xidmətin ödənişini icbari sığorta vəsaiti hesabına həyata keçirmişdir. X8 icbari tibbi sığorta üzrə xidmət göstərilən xəstədir, hamının da bildiyi kimi icbari tibbi sığortanın ödənişi əsasında tibbi yardım göstərilən xəstədən hər hansı ödəniş alınması qa nunsuzdur. Bundan başqa, pasientin oğlu X10 adından yazılmış xx.xx.2023-cü il tarixli məlumat sənədin mətnindən aydın olur ki, xəstə X8 əməliyyatın səhəri oğlu X6 yığaraq əməliyyatın ödənişini xəstəxanaya ödənilməsini demişdir. Göründüyü kimi yazılanlar cəfəngiyyatdan ibarətdir. Belə ki, heç bir xəstəxana ödəniş almadan xəstəyə heç ambulator xidmət belə göstərmir, necə ola bilər ki, xəstə cərrahi əməliyyat olunsun, lakin əməliyyatın pulu sonradan ödənilsin? X8 məhkəmə iclasında şəxsən ifadə vermiş və ifadəsində “İddiaçı görsəm, bəlkə də heç tanımaram, mən və oğlum nə ödəniş etmişiksə, kassaya etmişik” deyə söyləmişdir. Mövcud tibbi qanunvericiliyə əsasən xəstə tibbi xidmət almaq üçün dövlət xəstaxanasına ilk olaraq müraciət edir və dövlət xəstəxanasında zəruri texniki avadanlıqlar və başqa səbəblərə görə tibbi xidmət göstərmək mümkün olmadığı halda müvafiq tibbi göndərişlə özəl xəstəxanaya göndərilir. Yəni ki, xəstə artıq özəl xəstəxanaya gələrkən onun istifadə edəcəyi tibbi xidmətin ödənişsiz olduğunu bilir. Lakin hazırkı tibbi praktikada Bakı şəhərində özəl tibbi fəaliyyətlə məşğul olan bir sıra xəstəxanalar vətəndaşların bu sahədə lazımınca məlumatlı olmamasından istifadə edərək, icbari tibbi sığortanın göndərdiyi xəstələrdən də müxtəlif bəhanələr gətirmək yolu ilə əlavə ödənişlər almaqdadırlar. Bunu da müraciət edən xəstələrə həkimlər tərəfindən əlavə tibbi xidmətlərin göstərilməsinin vacibliyi vurğulanır. Hazırda onlarda olan məlumata görə cavabdeh klinika icbari tibbi sığorta hesabına xəstə qəbul edə bilmir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi belə hallardan mə lumatlı olduğundan klinikaya sığorta xəstələri göndərmir. Klinika sığorta xəstələrindən aldığı qanunsuz və əsassız ödənişlərə görə məsuliyyətdən kənar qalmaq üçün təmsil etdiyi İddiaçı və bu kimi digər işçiləri etmədikləri bir əməllə ittiham edərək işdən azad edir. Bundan əlavə, klinikanın təqdim etdiyi sənədlərdə təzadlar mövcuddur, belə ki, klinikanın nümayəndəsi və vəkili tərəfindən ümumi tibbi xidmətin 6800 manat təşkil etdiyi, 4100 manat xəstəyə endirim edildiyi və 3500 manatın İddiaçı tərəfindən mənimsənildiyi, 2700 manatın isə mədaxil edildiyi deyilsə də, iddia olunanları təsdiq edəcək heç bir sənəd məhkəməyə təqdim edilməmiş, edilən sənədlər isə klinikanın mövqeyi ilə üst-üstə düşməmişdir. Daha sonra X2 telefon danışıqlarının qanunsuz qeydə alınaraq CD diskə köçürülməklə məhkəməyə baxış iclasında təqdim edilməsi, qəbuledilməzdir. Belə ki, telefon danışıqlarının mətnindən də göründüyü kimi İddiaçı birbaşa pul almasını təsdiq edən hal mövcud olmamışdır. Bununla belə həmin CD diskin sübut kimi qəbul edilməsi qanunvericiliyə ziddir. Belə ki, klinika həmin diski hazırlıq iclasında təqdim etmək imkanı olduğu halda onu baxış iclasında təqdim etmişdir. Digər tərəfdən klinikanın məhkəməyə təqdim etdiyi X4 adından yazılmış xx.xx.2023-cü il tarixli ərizənin mətnindən də göründüyü kimi klinika tərəfindən hazırlanmış hazırkı ərizə iddia tələbinin rədd olunmasına hesablanmış bir sənəddir. Ona görə ki, təmsil etdiyi İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh klinika tərəfindən işdən azad olunmuş, lakin sözügedən ərizə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Ərizədən göründüyü kimi xx.xx.2023-cü il tarixdə göstərilən tibbi yardımdan narazı qalan xəstənin 7 ay sonra klinikaya şikayətlə bağlı ərizə yazmış olması sual doğurur. Məhkəmə iclasında tədqiq edilmiş materiallardan da görünür ki, klinika İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün hüquqi əsas yaratmaq istəsə də, buna nail ola bilməmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2395/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. Lakin o, X3 və X4 müraciət etmələri səbəbindən xx.xx.2023-cü il tarixli 731 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı işdən azad edildikdən sonra fər di əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə X13 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək izahat vermiş, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək mü nasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.

15. Məhkəmə iddia tələbinin “Cavabdeh xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etd iyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir. Həmin əmək funksiyalarının dairəsinə görə iddiaçı müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatını aparmalı, xəstələrin tibb kartoçkalarının saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin edir; tibbi sığorta da daxil olmaqla lazımi sənəd və blankların doldurulmasında xəstəyə yardım edir; sığorta şirkətləri tərəfindən daxil olan zənglər əsasında sığortalı şəxsin qeydiyyatını aparır; müayinə xərcləri də daxil olmaqla bütün informasiyaların düzgünlüyünü yoxlayır; klinikanın prosedur və qaydaları haqqında xəstəni məlumatlandırır; xəstə haqqında qeydlər aparır və məlumatlar bazasına daxil edir; xəstənin müəyyən olunmuş ardıcıllığa əsasən tibbi xidmətlərdən keçməsinə yardımçı olur və onu müşayiət edir; gələn zəngləri və sorğuları cavablandırır; zəngləri tələbə uyğun şəkildə yönləndirir: müəyyən olunmuş iş normalarını və istehsalat tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirir; sənədlərlə iş qaydasını, müəssisənin daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını bilməlidir kimi vəzifə öhdəlikləri daşımışdır. Göründüyü kimi tibbi yardım üçün müraciət edən şəxslərdən göstəriləcək tibbi yardımın müqabilində pul vəsaitini qəbul edərək kassaya mədaxil etmək kimi vəzifə öhdəliyi olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MMC-nin istifadəsində olan proqr am təminatından edilmiş çıxarışlarda və digər sənədlərdə iddiaçının X5 endirim etməsini təsdiq edən hal aşkar edilməmişdir. Proqram təminatından edilmiş çıxarışlardan, həmçinin görünür ki, X2 hər üç müraciəti zamanı əməliyyatı aparan şəxs Aygün Mehdiyeva adlı işçi olmuşdur. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 vermiş olduğu ifadə cavabdeh təşkilatın istinad etdiyi halları təkzib etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu ildə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Lakin cavabdeh qeyd olunan məbləğin İddiaçı tərəfindən mənimsəməsi barədə səlahiyyətli orqanlara müraciət etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi klinika tərəfindən X5 4100 manat məbləğində endirim edilməsini bildirsə də, xəstənin ödədiyi tam məbləğə dair xx.xx.2023cü il tarix də ona 6200 manatlıq ƏDV çekləri verilmişdir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli 731 nömrəli əmr ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da, əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuki, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa, sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi kimi qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının işd ən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur. Bundan başqa, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəb X3 xx.xx.2023-cü il tarixli məlumatı və X4 xx.xx.2023-cü il tarixli ərizəsinin olmasını bildirmişdir.

17. Göründüyü kimi iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verilsə də, X11 iki aydan sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edib, xx.xx.2023-cü il tarixdə “X19” klinikasında anju olunduğunu və “Vəfa” adlı xanıma 500 manat ödəniş etdiyini, xx.xx.2023-cü il tarixdə yenidən “Vəfa” xanıma 450 manat ödəməklə, cəmi 950 manat pul ödədiyini qeyd etmişdir. Lakin cavabdeh tərəfindən məhkəmə iclasında təqdim olunan X4 “koronar angioqrafiya üçün Razılıq forması”ndan görünür ki, Güləli Səmədov xx.xx.2023-cü il tarixdə koronar angioqrafiya olunmuşdur. “Əlavə tibbi xidmətlərin ödənilməsi üçün Razılıq forması”nda müalicə həkimi qrafasında Məhərrəm Nəsifov imza etmədən xx.xx.2023, xəstə qrafasında Səmədov Güləli xx.xx.2023 qeyd olunmuşdur. Beləliklə ərizə ilə razılıq formaları arasında tarix baxımından ciddi ziddiyyət mövcuddur. Eyni zamanda maraqlı məqam ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunduqdan sonra, Güləli Səmədov qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə anju olunduğu halda 7 aydan sonra ödənişi soyadını və ata adını qeyd etmədiyi hansısa Vəfa xanıma pul ödədiyi yadına düşmüş və ərizə ilə Cavabdeh MMC-nin baş direktoruna müraciət etmişdir. Digər ərizəçi X10 xx.xx.2023-cü il tarixli məlumatında atasının ona 2500 manatı kassaya yox, əlbəəl “Vəfa” xanıma verməsini bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, o, Rəşada Vəfanı tapıb ondan nə etmək lazım olduğunu soruşmasını demişdir, pulu əlbəəl ona verməsini deməmişdir. Oğlu Rəşad klinikanın işçisi olan adını dəqiq bilmədiyi Əhməd, ya Əvəz adlı şəxsin ona ərizə yazdırdığını demişdir. O da bildirmişdir ki, səhv edib yazıb. Klinika ilə işçilər arasında mübahisə var, onu qarışdırmamalı idilər.

18. Cavabdeh tərəfin təqdim etdiyi CD diskə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında şahi din də iştirakı ilə dinlənilmiş səs yazısından müəyyən olunur ki, əsas mübahisə ƏDV-nin verilməməsi və X8 tərəfindən ödənilmiş pulun 1200 manat yox, 2200 manat olmasıdır. Beləliklə, həm X3 yazdığı məlumatda, həm X4 ərizəsində pulun “Vəfa” adlı xanıma verilməsi qeyd olunmuşdur. Lakin məhz İddiaçı verilməsi sübuta yetirilmir. Cavabdeh tərəfin məhkəmə iclasında qeyd etdiyi dəlillərə əsasən xx.xx.2023-cü il tarixli əmrin verilməsinin səbəbi kimi yuxarıda qeyd olunan məlumat və ərizənin yazılması olmuşdur. Lakin istər şikayətçilər X10 və X11, istərsə də Cavabdeh MMC İddiaçı xəstələrdən ödənişləri alıb mənimsəməsi barədə hüquq mühafizə orqanlarına şikayət verilməmişdir.

19. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, işə bərpa olunan günədək məcburi iş buraxma müddət i üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli 731 nömrəli əmr ləğv edildiyindən İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunmalıdır.

20. Məhkəmə iddia tələbinin “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 1790 manat əmək haqqı almaqla “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə qəbul olunmuşdur.

21. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmri qanunsuz və ə sassız olduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Odur ki, xx.xx.2023-cü il tarixli 731 nömrəli əmr ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.

22. Məhkəmə 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ödədiyi rüsumlarla bağlı məhkəməyə s übutlar təqdim etdiyindən iddia bu hissədə təmin edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9, 42, 44, 45, 68, 70, 71, 74, 83.1, 132, 154, 156, 294, 296-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2-ci və Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

25. Əsasları MMC-nin vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə bax mış Rayon Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə əsassız qətnamə qəbul etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3894/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə MMCyə “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. Lakin o, X3 və X4 müraciət etmələri səbəbindən xx.xx.2023-cü il tarixli 731 saylı əmrlə işdən azad edilmişdir.

28. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə X13 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət edərək izahat vermişdir. xx.xx.2023 cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

29. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

30. Cavabdeh MMC-nin iddiaçı ilə bağladığı “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixli “Əmək müqaviləsində” iddiaçının əmək funskiyalarının konkret d airəsi müəyyənləşdirilmişdir. Həmin əmək funksiyalarının dairəsində tibbi yardım üçün müraciət edən şəxslərdən göstəriləcək tibbi yardımın müqabilində pul vəsaitini qəbul edərək kassaya mədaxil etmək kimi vəzifə öhdəliyi olmamışdır. Cavabdeh MMC tərəfindən təqdim edilmiş və MMC-nin istifadəsində olan proqram təminatından edilmiş çıxarışlarda və digər sənədlərdə iddiaçının MMC-nin pasienti olan Aqil Tarverdiyevə endirim etməsini təsdiq edən hal aşkar edilməmişdir. Proqram təminatından edilmiş çıxarışlardan həmçinin görünür ki, Aqil Tarverdiyevin hər üç müraciəti zamanı əməliyyatı aparan şəxs Aygün Mehdiyeva adlı işçi olmuşdur. Bundan əlavə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Aqil Tarverdiyevin vermiş olduğu ifadə cavabdeh MMC-nin istinad etdiyi halları təkzib edir.

31. Həm çinin iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə "xxxx" bağlanmışdır. Lakin cavabdeh MMC qeyd olunan məbləğin iddiaçı tərəfindən mənimsəməsi barədə səlahiyyətli orqanlara müraciət etməmişdir. Əksinə cavabdehin nümayəndəsi klinika tərəfindən Aqil Tarverdiyevə 4.100 manat məbləğində endirim edilməsini bildirsə də, onun ödədiyi tam məbləğə dair xx.xx.2023-cü il tarixdə ona 6.200 manatlıq ƏDV çekləri verilmişdir.

32. MMC-nin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuk i, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının işdən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur.

33. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, ond a istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

34. Cavabdeh MMC-nin nümayəndəsi iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəbin X3 xx.xx.2023-cü il tarixli məlumatı və X4 xx.xx.2023-cü il tarixli ərizəsinin olmasını bildirmişdir.

35. Halbuki iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verilsə də, Güləli Səmədov 2 aydan sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edib, xx.xx.2023-cü il tarixdə cavabdeh Klinikada anju olunduğunu və Klinikanın Vəfa adlı işçisinə 500 manat, xx.xx.2023-cü il tarixdə isə 450 manat ödədiyini qeyd etmişdir. Lakin, cavabdeh MMC tərəfindən təqdim olunan Güləli Səmədovun “koronar angioqrafiya üçün razılıq forması”ndan görünür ki, Güləli Səmədov xx.xx.2023-cü il tarixdə koronar angioqrafiya olunmuşdur. “Əlavə tibbi xidmətlərin ödənilməsi üçün razılıq forması”nda müalicə həkimi qrafasında Məhərrəm Nəsifov imza etmədən xx.xx.2023, xəstə qrafasında Güləli Səmədov xx.xx.2023 qeyd olunmuşdur.

36. Beləliklə ərizə ilə razılıq formaları arasında tarix baxımından ciddi ziddiyyət mövcuddur. Eyni zamanda maraqlı məqam ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunduqdan sonra, Güləli Səmədov qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə an ju olunduğu halda 7 aydan sonra ödənişi soyadını və ata adını qeyd etmədiyi Vəfa adlı xanıma pul ödədiyini xatırlamış və ərizə ilə MMC-nin baş direktoruna müraciət etmişdir.

37. X10 isə xx.xx.2023-cü il tarixli məlumatında atasının ona 2.500 manatı kassaya yox əlbəəl Klinikanın Vəfa adlı işçisinə verməsini bildirdiyini qeyd etmişdir.

38. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, Rəşada Vəfanı tapıb ondan neynəmək lazım olduğunu soruşmasını demişdir, pulu əlbəəl ona verməsini deməmişdir. Oğlu Rəşad klinikanın işçisi olan adını dəqiq bilmədiyi Əhməd ya Əvəz adlı şəxsin ona ərizə yazdırdığını demiş. O, da bildirib ki, səhv edib yazıb. Klinika ilə işçilər arasında mübahisə var, onu qarışdırmamalı idilər.

39. Cavabdeh tərəfin təqdim etdiyi CD diskdə olan səs y azısı məhkəmə iclasında şahidin iştirakı ilə dinlənilmiş və müəyyən olunmuşdur ki, əsas mübahisə ƏDVnin verilməməsi və X8 tərəfindən ödənilmiş pulun 1.200 manat yox, 2.200 manat olmasıdır.

40. Beləliklə, həm X3 yazdığı məlumatda, həm X4 ərizəsində pulun Klinikanın Vəfa adlı işçisinə verilməsi qeyd olunmuşdur. Lakin həmin Vəfa adlı işçinin məhz İddiaçı olması, həmin pulun məhz ona verilməsi sübuta yetirilmir. Cavabdeh tərəfin qeyd etdiyi dəlillərə əsasən xx.xx.2023-cü il tarixli əmrin verilməsinin səbəbi kimi yuxarıda qeyd olunan məlumat və ərizənin yazılması olmuşdur. Lakin işin hallarında müəyyən edilir ki, MMC, iddiaçının xəstələrdən ödənişləri alıb mənimsəməsi barədə hüquq mühafizə orqanlarına şikayət verilməmişdir. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, xx.xx.2023cü il tarixli 73 1 nömrəli əmrin əsassız olduğu üçün rədd edilməsi barədə Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9, 42, 44, 45, 68, 70, 71, 74, 83, 132, 154, 156, 294 və 296-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahat və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının tibbi yardım üçün müraciət edən şəxslərdən göstəriləcək tibbi yardımın müqabilində pul vəsaitini qəbul edərək kassaya mədaxil etmək kimi vəzifə öhdəliyi olmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hüquq pozuntuları həm qeydə alınmış, həmdə qeydə alınmamış vətəndaş şikayətləri olmuşdur. İddiaçı onun ziyanına şikayət vermiş X5 (oğlu X7) birbaşa və dolayısı ilə təsir edərək (yəni onlara vəddlər verərək) məsuliyyətdən kənarda qalmaq istəyir. Bundan əlavə, iddiaçı onun ziyanına ərizə ilə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət edən X5 məhkəmədə onun xeyrinə danışması üçün vəsatət vermişdir. Hakim təqdim etdikləri səs yazısında şahidin iddiaçı barəsində olan şikayətlərini açıq-aşkar eşitsə də, buna dair nə prosesdə, nə də qətnamədə hansısa mövqe bildirməm iş, şahidin izahatı ilə ziddiyyət daşıyan bu məqamı nədənsə ört-basdır etmişdir. Həmçinin məhkəmənin iddiaçının pozuntularına dair cavabdehin təqdim etdiyi sübutları və gətirdiyi dəlilləri məhz istintaq orqanlarına mənimsəmə faktı ilə əlaqədar şikayətin olmamasını səbəb göstərərək əhəmiyyətsiz hesab etməsi və iddiaçının bu hərəkətlərə yol vermədiyi qənaətinə gəlməsi tamamilə hüququn təhrif olunması, cavabdehə qarşı qərəzli münasibətin bariz göstəricisidir. Məhkəmənin bu mövqeyindən belə anlaşılır ki, xəstəxana iddiaçını mənimsəmə faktına görə hüquq mühafizə orqanlarına şikayət etsə idi, işçini haqlı işdən çıxarmış hesab olunacaqdı. X2 Cavabdeh Beynəlxalq Hospitalına ünvanladığı şikayət ilə məhkəmədə verdiyi izahat ziddiyət təşkil etsə də, nədənsə məhkəmə sübut olaraq təqdim etdikləri səs y azısını görməzdən gəlmiş və bununla əlaqədar həmin şəxsə aydınlaşdırıcı suallar ünvanlamamışdır. Bundan əlavə, X11 Cavabdeh Beynəlxalq Hospitalına şifahi şəkildə bir necə dəfə müraciət etmişdir. Bundan sonra şikayətlərin sayı coxaldıqdan sonra rəhbərlik tərəfindən araşdırma aparılmışdır və şikayətlərin tam əsalı olması sübuta yetirilmişdir. Həmin zaman xəstə X11 ilə əlaqə saxlanılaraq şikayətini rəsmi olaraq yazılmasını bildirlmişdir. X1 normallaşacagından sonra rəsmi olaraq ərizə ilə müraciət edəcəyini bildirmiş, daha sonra rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. b)

44. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

45. Maddə 70 (ç bəndi). İşçi özünün əmək funks iyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

46. Maddə 74 2-ci hissə). Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

47. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hü quqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2024-cü il tarixli 2(103)-3894/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar