Məhkəmə qərarları › İş №2(102)-2301/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2301/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2301/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2073/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Abbasova) İddiaçı cavabdehlər “x xxx” MMC-yə və qeyrilərinə qarşı “borcun üstünə faizlərin hesablanması və hüquqi şəxsin üzərinə icra sənədinin yerinə yetirilməsi vəzifəsinin qoyulması tələblərinə dair”iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, 2(103)-11960/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnaməsi bank uçot dərəcəsi ilə faizin tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, 1.181 (min yüz səksən bir) manat 60 (altmış) qəpik məbləğində pul “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı “borcun üstünə faizlərin hesablanması və hüquqi şəxsin üzərinə icra sənədinin yerinə yetirilməsi vəzifəsinin qoyulması tələblərinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni sifarişçi İddiaçı “xxxx” MMC və “xxxx” MMC-in direktoru X1 çoxmərtəbəli yaşayış binasında fərdi mənzil tikintisinin sifarişi üzrə xx xxxx 2006-cı ildə 136 saylı müqavilə (bundan sonra - müqavilə) bağlamışdır. Müqavilə şərtlərinə əsasən, cavabdeh ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli evin l-ci korpusunda 14-cü mərtəbədə 50 saylı, ümumi sahəsi 94,2 kv.m. ölçüdə 2 otaqlı mənzili müqavilə imzalanandan 8 (səkkiz) ay müddətində, yəni xx xxxx 2007-ci ildə müqavilədə göstərilən bütün şərtlərə əməl edərək işləri başa çatdırıb, mənzili və mənzilə sahiblik haqqında sənədləri sifarişçiyə təhvil verəcəyini öz üzərinə vəzifə götürmüşdür. O, müqavilə üzrə 2 otaqlı, ümumi sahəsi 94,2 kv.m. olan mənzilin tam dəyərini - 44.180 manat məbləğdə pul vəsaitini ödəmək öhdəliyini müqavilə bağlandığı vaxt - xx xxxx 2006-cı il tarixdə icra etmişdir. Cavabdeh isə Müqavilənin 1.1, 2.1, 6.1.2., 6.2.2., 6.2.4., 6.2.5. bəndləri üzrə öhdəlikləri 12 (on iki) il ərzində və bu günədək verinə yetirməmişdir və bu hal davam edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin təmin olunmamış tələblərə aid hissədə ləğv edilməsini və həmin hissədə tələblərin tam təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini AR Mülki Məcəlləsinin 449.1, 449.2-ci maddələrinə əsasən əsaslı hesab edir. Prosessal məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İş materiallarında olan məhkəmə aktları ilə təsdiq olu nur ki, iddiaçı və “xxxx” MMC arasında bağlanmış müqavilə öhdəliklərinin cavabdeh tərəfindən’ yerinə yetirilməməsi üzrə iddialara Xətai Rayon Məhkəməsində dəfələrlə baxılmışdır, iddia ərizəsində göstərilən hallar subut olunmuş, təsdiq edilmiş və bununla bağlı qətnamələr qəbul edilmişdir. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icra olunmamasının davam etməsi və xx xxxxxx 2014-cü il tarixdən xx xxxxx 2016-cı il tarixə qədər gecikdirilməsi ilə bağlı, iddiaçı, əvvəlki iddia ərizələrinə mahiyyətcə uyğun tələblərlə, növbəti iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə (hakim Namidar Misirzadə) iddianın qismən təmin edilməsi haqda xx xxxxx 2016-cı il tarixli qətnamə qəbul etmişdir. İddiaçının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ı (sədr və məruzəçi hakim Fuad Talışinski) şikayətin qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissədə dəyişdirilməsi və xx xxxxxx 2014-cü il tarixdən xx xxxxx 2016-cı il tarixi dövründə müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icra olunmamasının davam etməsi ilə bağlı cavabdeh “xxxx” MMC-dən tutulan məbləğin 6111,76 manat müəyyən edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası (AR) Ali Məhkəməsinin MK (sədr və məruzəçi hakim Qürbət Əsgərov) Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx xxxxxx 2016cı il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə xx xxx 2017-ci il tarixli Qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi üzrə 2 (103)5810 saylı icra sənədi xx xxxxx 2017-cı il tarixdə Baki şəhəri Maraqlı şəxs icraatına daxil olmuşdur. Lakin bu günə qədər icra sənədi təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı növbəti ərizə ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. İddianı faizlərin tutulması hissəsində rədd edən Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə zidd olduğundan, yəni faizdən faiz ödənilməsi yolverilməz olduğundan iddia təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi Rayon Məhkəməsinin faizlərin tutulması hissəsinin rədd edilməsinə dair mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi faiz məbləği, faizdən faiz kimi tələb edilən pul vəsaiti deyil. Belə ki, qanuni qüvvəyə minmiş m əhkəmə qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulmalı olan 6.111,76 manat pul məbləği, müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi nəticəsində hesablanmış ziyandır. Həmin ziyanın Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulmuş 6.111,76 manat məbləğində pul müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yəni borclunun icranı gecikdirməsinə görə müəyyən edilmiş pul məbləğidir. Hazırki iddia üzrə tələb olunan pul məbləği isə borclunun icranı gecikdirməyə görə deyil, özgənin pul vəsaitinin qanunsuz olaraq özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmasına və gecikdirməsinə görə ödənilməsi tələb olunan faizlərdir. Yəni hazırki tələb olu nan faizlər, Mülki Məcəllənin 445-ci maddəsində nəzərdə tutulduğu kimi borclunun icranı gecikdirməsi vaxtı üçün hesablanan faizdən faiz deyil. AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq h esab etmişdir ki, məhkəmə qaydasında cavabdeh “xxxx” MMC-dən tutulmalı olan 6.111,76 manat məbləğində pul qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan iddiaçıya ödənilməli olduğundan, həmin pul məbləği qanunsuz saxlanıldığından və cavabdeh “xxxx” MMC tərəfindən ödənilmədiyindən, iddiaçı həmin məbləğdən faizlərin ödənilməsini tələb etməkdə tam haqlıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-5810/16 saylı qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Belə olan halda faizlərin hesablanması xx.xx.2017-cil il tarixdən qətnamə qəbul edilən günə gədən hesablanmalıdır. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə, Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsində olan məlum atlardan görünür ki, hazırki qətnamə qəbul edilən tarixə (Mülki Məcəllənin 449.1-ci maddəsinin 3-cü cümləsinin tələbi) Bank uçot dərəcəsi 8% təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-5810/16 saylı qətnaməsi ilə tutulmalı olan pul məbləği 6.111,76 manat və həmin məbləğin ödənilməsinin gecikdirilməsi müddəti 2 il 5 ay (xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət) təşkil etdiyi üçün, cavabdeh “xxxx” MMC-dən tutulmalı olan faiz məbləği 1.181,6 manat (6111,76 x 8% = 488,94 manat bir il üçün ödənilməli olan faiz məbləği; 488: 12 aya = 40,7 manat bir ay üçün ödənilməli olan faiz məbləb; 40,7 x 29 aya (gecikdirilmə müddəti 2 il 5 ay) = 1181,6 manat) məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın tutulmalı olan pul məbləğinin “xxxx” MMC-nin səlahiyyətlərini icra edən, “xxxx” MMC-nin mülkiyyətində olan əşyaların, o cümlədən sərnişin liftlərin istismarından fayda (pul vəsaiti) əldə edən Cavabdeh2 MMC-nin və bu MMC-nin direktorunun üzərinə qoyulması hissəsi üzrə məhkəmə instansiyaları düzgün olaraq hesab etmişlər ki, icra vərəqəsi üzrə borclu“xxxx” MMC olduğundan, onun hüquqi şəxs olaraq ləğv edilmədiyindən və yenidən təşkil edilmədiyindən iddia tələbi Cavabdeh2” MMC-yə qarşı təmin edilə bilməz, Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilə nlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar