Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2301/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi müddətləri, mirasın faktiki qəbul olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(107)1927/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində xxxnun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xxx X1 xxx oğlunun və Cavabdeh atasıdır. xxx 27 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Kontorunun notariusunun 16 yanvar 2020-ci il tarixli məktubu ilə 27 iyul 2012-ci il tarixdə vəfat etmiş xxxndan miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən, miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaf o lduğu üçün imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası xxxnun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının 1/2 hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi atası xxxnun mülkiyyətində olmuş, atası 27 iyul 2012-ci ildə vəfat etmiş və onun vəfatından sonra birinci növbə vərəsə olaraq iddiaçı və qardaşı olan cavabdeh qalmışlar. İddiaçı atasından miras qalmış evə 2013-cü ilin sentyabr ayında köçmüş, evin iki nci mərtəbəsində bir otaqda yaşayır. Otaqda ona məxsus geyim əşyaları və mebellər vardır. Həmin evdə qardaşı ailəsi ilə atası sağ olandan yaşayırlar. İddiaçı notariat kontoruna miras qalmış evin yarısının onun adına rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdeh atasından miras qalmış evin bütünlüklə onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Odur ki, notariat kontoruna müraciət etdikdə cavabdehlə aralarında mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli qətnaməsi ilə (hakim F.H.Nəsibov) İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1157, 1159.1.1, 1243.1, 1243.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, mərhum xxx 27 iyul 2012-ci ildə vəfat etmiş və miras qalmış mübahisə predmeti olan fərdi yaşayış evinə iddiaçı mərhumun ölümündən bir ildən artıq vaxt keçdikdən sonra köçüb yaşamağa başlamışdır. Belə ki, iddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmış və müddətin uzadılması üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması ba rədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(107)1927/2020 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(014)-319/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavələr verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(107)-1927/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavələr onunla əsaslandırılmışdır ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinə teleqram ünvanlayaraq karantin rejimi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, apellyasiya məhkəməsi işə onun iştirakı olmadan baxmış və qərar qəbul etmişdir. Həmçinin məhkəmə iddiaçının atasının yas mərasimində iştirak etməsini və hazırda da miras əmlakı olan evdə yaşamasını, bununla da mirası qəbul etdiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə ic lasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh, üçüncü şəxsin nümayəndəsi və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət t ərəfindən müdafiə olunur. 29-cu maddəsinin beşinci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) top lusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.1-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olma yaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eksp ertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki mübahisənin predmetini miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilməməsi təşkil edir. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı fa ktiki idarə etməklə həyata keçirilir. Qanunun həmin tələblərini hazırki işə tətbiq etməklə müəyyən edilir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin mirasın açıldığını bilməsinə baxmayaraq mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə həmin hərəkətlərin iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Bununla bağlı olaraq məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübu t etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı isə miras əmlakı həqiqətən qəbul etdiklərini sübut edə bilməmişdir. Əksinə apellyasiya instansiyası məhkəməsi iddiaçının özünün izahatı əsasında müəyyən etmişdir ki, o, atasından miras qalmış əmlakın qəbulu barədə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində notariat kontoruna ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etmələrinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmiş, miras qalmış mübahisə predmeti olan fərdi yaşayış evinə mərhumun ölümündən bir ildən artıq vaxt keçdikdən sonra köçüb yaşamağa başlamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş y ayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ölkə daxilində müəyyən məhdudiyyətlər tətbiq olunsa da, mübahisələndirilən hazırki qətnamə qəbul edilən zaman məhkəmələr fəaliyyətdə olmuşlar. İddiaçı immunitet zəifliyi ilə bağlı məhkəmədən iştirak edə bilmədiyini teleqramda göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş və apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə istinad edərək işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 371-ci maddəsinə əsasən iddiaçının apellyasiya instansiyası məhkəməsinə yeni sübutların təqdim edilməsi qeyri mümkün olduğundan, onun kass asiya şikayətinin bu dəlili əsassız hesab olunmalıdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(107)1927/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2301/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2301/2021
24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver