Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2302/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh tam orta məktəbinə qarşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh tam orta məktəbinin vəkili Vəkil iştirakı ilə, Cavabdeh tam orta məktəbinin və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(107)-1992/2020 saylı qətnaməsindən verdiklər i kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(035)-485/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddia təmin edilərək, Zərdab rayon Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin direktorunun 11 fevral 2020-ci il tarixli, ** nömrəli əmrinin etibarsız hesab edilməsi, İddiaçı Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbinin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsinə bərpa olunması, iş üzrə ödənilməli olan dövlət rüsumunun dövlət hesabına aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(107)-1992/2020 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov– sədrlik edən və məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) Cavabdeh tam orta mək təbin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Zərdab Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsi dəyişdirilmədən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tam orta məktəbi və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(107)-1992/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. İş kassasiya icraatına qəbul olunmaqla baxılması üçün 04 may 2021-ci il tarixə təyin edilmişdir. 03 may 2021-ci ildə iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək İddiaçı Cavabdeh tam orta məktəbinə qarşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair iddia tələbindən imtinasının qə bul edilməsi, iş üzrə çıxarılmış məhkəmə aktlarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh tam orta məktəbinin vəkili Vəkil iddiadan imtinaya dair ərizənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştrak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh tam orta məktəbinə qarşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair iddiaçının iddia tələbindən imtinası qəbul edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(107)-1992/2020 saylı qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2302/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2302/2021
04.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver