Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2302/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia tələbi, Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı mübahisələr- maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı ilkin iddiası, Cavabdeh 1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)235/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkili Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tural Fərzəliyevin xx.xx.2022-ci il tarixli razılıq məktubuna əsasən “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı musiqi əsərlərinin İddiaçı tərəfindən ifa edilməsinə və digər hərəkətlərə razılıq vermişdir.
2. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən verilmiş 5/74 nömrəl i xx.xx.2022-ci il tarixli məktuba əsasən Ceyhun Məmmədov və Tural Fərzəliyev heç bir zaman Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmamışdır.
3. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin PHŞ/2-2-2022-670 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılar Ceyhun Məmmədovun adına qeydiyyata alınmamışdır. Həmçinin Cavabdeh1 adlı müəllifin əsərləri Agentlikdə dövlət qeydiyyatından keçirilməmişdir. Müəllif, X1 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-günüm” adlı şeiri müəllifhüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmiş və müəllifə xx.xx.2022-ci il tarixdə qeydiyyat haqqında 12954, 12952 və 12953 nömrəli şəhadətnamələr verilmişdir.
4. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 12954, 12952 və 12953 nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnamələrinə əsasən Ceyhun Məmmədovun “Ayrıayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və “Ömrüm-günüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və “Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 ona vurduqları ziyanın əvəzi kimi 10.000 manat mənəvi və 10.000 manat maddi ziyanın tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci il tarixində Ni cat adlı şəxslə tanış olmuşdur. Həmin vaxt o, keçmiş adı “Melodiya”, hazırkı adı “Yaşıl ada” adlanan məkanda şou proqramlarda iştirak etmişdir. Nicat Mustafayev həmin şou proqramlara gəlmişdir. Düz 6 ay həmin şou proqramlara gələn Nicat ona evlilik təklifi etmiş, iş yoldaşlarının təkidi ilə o, evlənməyə razılıq vermişdir. 2020-ci il tarixində “Sapfir” şadlıq sarayında toy mərasimi keçirmək üçün behi danışmış və toy gününü təyin etmişdir. Həmin günlərdə o onun müğənni Cavabdeh1 ilə ona xəyanət etdiyini bilmiş və onu araşdırmağa başlamışdır. Məlum olmuşdur ki, Nicat evlidir, ailəsi və uşaqları var və müğənni Cavabdeh1 ilə münasibətdədir. Bunu bildikdən sonra o onunla ciddi söhbət etmiş və ondan ayrılmışdır. Nicatın anası dəfələrlə ona yalvarmışdır ki, onun oğlunun ailəsi dağılır, ona oğlunun Cavabdeh1 uzaqlaşmasına kömək etsin. Bütün bu hadisələrdən sonra Nicat və Gülnar ona qarşı şantajlara, təhqirlərə, böhtanlara və 2020-ci ildən 2022-ci ilədək 2 il ərzində 3 mahnını sildirməyə başlamışlar. Hər 3 mahnı sosial şəbəkələrdə çox məşhurlaşmışdır. Onlar başa düşmüşdürlər ki, onun bu mahnıları “Youtube” kanalına yüklənsə yaxşı gəlir əldə edə bilər. 2020-ci ilin dekabr ayında Vətənə aid “Alındı torpaqlarımız” adlı mahnısı “Youtube” kanalına yükləndikdən bir neçə saat sonra onlar tərəfindən silinmişdir. Onlar ona bildirmişdirlər ki, mahnılarının “Youtube” kanalında yüklənməsinə imkan verməyəcəklər. Cavabdeh1 bunu “Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 vasitəsilə həyata keçirirdi. Onlar “Youtube” kanalına saxta şikayətlər yazmış və onun mahnılarını sildirmişlər ki, guya o, Cavabdeh1 mahnıları oğurlamışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi şikayətlər saxta olmuş, mahnılar onun öz mahnılarıdır. Həmin mahnılar Zəfər günü ilə bağlı oxuduğu “Alındı torpaqlarımız”, “2 dəqiqədən bir” və “Qalmaqal” mahnılarıdır. Cavabdeh1 “2 dəqiqədən bir” mahnısının musiqisini oğurlayıb öz adına çıxartmış və sözlərini başqa şəxsə yazdırmışdır. Halbuki bu mahnını birinci dəfə o oxumuş və tarixi də məlumdur. O, Bakı Sağlamlıq Mərkəzində onkoloji xəstəlikdən əməliyyat olunmuşdur. Ona stress keçirmək və əsəbləşmək olmaz. Bütün bunlara baxmayaraq Cavabdeh1, Nicat Mustafayevin və “Youtube” kanalının Azərbaycandakı nümayəndəsi Cavabdeh2 ona qarşı etdikləri bu qeyri-hüquqi hərəkətləri ilə bağlı böyük stress keçirtmiş, nəticədə qolunun altında və əməliyyat olunduğu nahiyyələrdə yenid ən şişlər əmələ gəlmiş və həkimə müraciət etdikdə həkim həmin şişlərin həyəcan və stress nəticəsində yarandığını bildirmişdir. Cavabdeh1 bu qanunsuz hərəkətləri və hüquqlarını pozması nəticəsində dəfələrlə üstünə təcili tibbi yardım çağırılmışdır. Cavabdehlər ona maddi və mənəvi ziyan vurmuşlar.
7. Cavabdeh1 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili Vəkil2 İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 5.000 manat maddi, 5.000 manat mənəvi zərərin, həmçinin 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmədə qaldırdığı iddia ərizəsində qeyd olunan mahnılar Cavabdeh1 məxsus olsa da İddiaçı həmin mahnıları ifadə edir, klip çəkdirib “Youtube” və digər platformalarda paylaşımlar edir, toy və digər məclislərdə ifa etməklə əldə edir. Mübahisəsi gedən “Ayrı-ayrı”, “Ömrüm günüm” və “Yazdım ürəyimə” mahnıları X2 (Ceyhun Ömər) məxsusdur və həmin mahnılar Cavabdeh1 üçün bəstələnmişdir. İddiaçı qeyd olunan mahnılarını notları, musiqisi saxlanılmaqla sözlərini dəyişdirilməklə kopyalanmış formada ifa etmişdir. Cavabdeh1 tərəfindən artıq tanıdılmış və sevdirilmiş mahnı İddiaçı tərəfindən çox rahat formada Cavabdeh1 razılığı olmadan ifa edilməklə gəlir əldə edilmiş, Cavabdeh1 gəlirindən məhrum etməklə yanaşı onu mənəvi iztirab çəkməyə məcbur etmişdir.
9. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 mə hkəməyə ərizələr ünvanlayaraq bildirmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə verilmiş ekspertiza vəsatəti və məhkəmə iclasında vermiş olduğu izahatlarla təsdiq edilir ki, tərəflər arasında mübahisəsi gedən mahnılar eynilik təşkil edir. Məhkəməyə təqdim edilmiş əqli mülkiyyət agentliyi tərəfindən verilmiş şəhadətnamədən təsdiq edilmişdir ki, mübahisəsi gedən mahnılara dair mülkiyyət hüququ tanınmış və hər iki tərəfin izahatlarından da təsdiq olunur ki, həmin mahnılar hüquqlarını müdafiə etdiyi şəxsə verilmişdir.
10. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, onun mahnıları sosial şəbəkədən qanunsuz şəkildə silinmişdir. So sial şəbəkədən silinən mahnılarından biri, yəni 2019-2020-cı ildə oxuduğu “Alındı torpaqlarımız” adlı mahnısı Vətənə aid mahnıdır, həmin mahnı “Youtube” sosial şəbəkəsindən tamamilə silinmişdir və onun düşüncəsinə görə Vətənə aid mahnının silinməsi ümumiyyətlə düzgün deyildir. Həmin mahnını ilk dəfə o, özü oxumuşdur. Onun oxuduğu 3 mahnı da qeydiyyatdan keçməmiş, mahnını bəstəkardan pul ilə almış, bəstəkarların həmin illərdə yəni o, ifa etdiyi zamanda nə onun, nə də qarşı tərəfin mahnılarının şəhadətnaməsi olmamışdır. Qarşı tərəf mahnıya şəhadətnaməni iş məhkəmə veriləndə, avqust ayında almış və orada elə bir bəstəkar adı qeyd etmişlər ki, belə adda bəstəkar heç yoxdur. O, həmin mahnılar üçün bəstəkardan şəhadətnamənin vacib olubolmamasını soruşmuş, o, da vacib olmadığını, yəni bəstəkar is təsə şəhadətnamə ala biləcəyini, istəməsə almayacağını demişdir. Onun bəstəkarla şifahi danışığı olmuşdur ki, ancaq o, həmin mahnıları oxuyacaqdır və bunu həmin şəxsin özü də gəlib təsdiq edə bilər. Bundan başqa onun gənclərə aid digər “2 dəqiqədən bir” mahnısı ilə bağlı isə Gülnar xanımın adamlarından və “Youtube” sosial şəbəkəsinin rəhbərliyindən onlara zəng edilib hədə-qorxu gəlinərək həmin mahnın onların mahnısına oxşadığını, guya onların mahnısından oğurlandığını bildirmiş və silinməsini istəmişlər. Onun “Youtube” meneceri həmin mahnını silməmiş, gizliyə atmışdır. Bundan 2 ay sonra o, “Youtube” sosial şəbəkəsində görmüşdür ki, onun həmin mahnısına, başqa sözlər yazılaraq klip çəkilmiş, qarşı tərəf “2 dəqiqədən bir” mahnısından oğurlayaraq “Yazdım ürəyimə” adlı mahnını ifa etmiş və g uya musiqisi Canan adlı xanıma, sözləri də Ülvi İbadlı adlı şəxsə aid olmuşdur. Qarşı tərəf Gülnarın mahnını Ceyhundan aldığını desə də, o bunu qəbul etmir və o, ümumiyyətlə, Ceyhun adlı bəstəkar eşitməmişdir. Həmin “2 dəqiqədən bir” mahnısının üzərinə girəndə də görünür ki, onun mahnısı Canan xanım tərəfindən saxta şikayət edilərək silinmişdir. Onların xəbəri yoxdur ki, onlar mahnını silməyib gizliyə atmışdır. Heç kimin onun mahnısını silməyə ixtiyarı yoxdur. “Youtube” sosial şəbəkəsindən rəsmi sənəd verilir ki, onun bütün mahnıları qorunma altındadır. Onda səs yazısı var ki, “Youtube” sosial şəbəkəsinin rəhbəri ona bu mahnı silinməsinə görə sakit durmasını, sonra onun başqa mahnısına trendə salmaq üçün kömək edəcəyini demişdir. Hər iki mahnıya qulaq asanda nəqarətlərinin eyni olduğu görü nür. Əgər o, kiminsə mahnısını oğurlamışdırsa, həmin adam onu məhkəməyə verməli idi və bu hal sübut olunsa bəstəkar kanaldan mahnını silə bilərdi. Onun oxuduğu mahnıların tarixi də “Youtube” sosial şəbəkəsində vardır.
11. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, mənəvi zərər olaraq 10.000 manat ona görə qoymuşlar ki, Aygün xanım onkoloji əməliyyat olunmuş, bu məsələlər baş verdikdən sonra 2019-cu ildən onda həmin xəstəlik yenidən başlamış, şişlər böyümüşdür və hazırda onun yenə həmin xəstəliklə bağlı əməliyyata ehtiyacı vardır. Eyni zamanda, mahnılara da 10.000 manat xərc çəkmişdir. O, Bəstəkarlar İttifaqına sorğ u vermiş və ona Ceyhun Məmmədov və Tural Fərzəliyev adlı şəxslərin hazırda və heç bir zaman Azərbaycan Bəstəkarlar İttifaqının üzvi olmadığı ilə bağlı cavab verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə də sorğu etmiş və cavab gəlmişdir ki, “Alındı torpaqlarımız” (Mən daha qaçqın deyiləm), “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılar Ceyhun Məmmədovun adına qeydiyyata alınmamışdır. Həmçinin Cavabdeh1 adlı müəllifin əsərləri Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatından keçməmiş, müəllif Ceyhun Məmmədovun müraciəti əsasında “Ayrı-ayrı”, “Yazdım ürəyimə” adlı musiqi əsərləri və onun “Ömrüm-günüm” adlı şeiri müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş və müəllifə qeydiyyat haqqında 2022 -ci il 6 avqust tarixdə 12094, 12952 və 12953 nömrəli şəhadətnamələr verilmişdir. Yəni onlar məhkəmədə iş aparan zaman qarşı tərəf müraciət etmiş və şəhadətnamə almışdır. Onlar musiqi sahəsində mütəxəssis deyillər və mütəxəssis rəyi lazımdır. Musiqi aləmində belə bir şey var ki, mahnını oxumaq üçün mahnını kim ilk dəfə oxumuşdursa, ondan icazə alınmalıdır. İlk dəfə bu mahnını Aygün xanım oxumuş və ondan başqa kimsə oxusa ondan icazə almalıdır. Bəstəkar istəsə mahnısını qeydiyyatdan keçirər, istəsə də keçirməz. Onlar bəstəkarlarla bağlı məsələni araşdırmırlar. Bundan başqa tərəflərin arasında başqa məhkəmədə xüsusi ittiham qaydasında iş var.
12. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafi ə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, hazırkı iş üzrə araşdırmalıdır ki, ilkin iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ var ya yoxdur. Belə ki, ilkin iddiaçı özü də hər hansı bir mahnı ilə bağlı məsələnin mübahisələndirilməsinin bəstəkara aid olmasını demişdir. Hazırda isə bəstəkar iddia qaldırmamış və mübahisəndirməmişdir. Qarşı tərəf qeyd etmişdir ki, 2 mahnıda da nəqarət hissəsi eynidir. Qarşı tərəfin həmin mahnılara şəhadətnaməsi yoxdur və onun deməsinə görə şəhadətnamənin alınmasına ehtiyac yoxdur. Amma mahnılara Gülnar xanımın şəhadətnaməsi var və bununla da qarşılıqlı iddianın əsaslı olduğu görünür. Həmçinin “Youtube” sosial şəbəkəsində mahnının silinməsi barədə şikayət üçün yer vardır. Qarşı tərəfin heç “Youtube” kanalı d a yoxdur.
13. Məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iddianı qəbul etmədiklərini bildirmişdir.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-153/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Hazırkı iş üzrə ilkin iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin onun belə bir iddianı qaldırmasına əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə belə qənaətə gəlmişdir ki, Tural Fərzəliy ev ilkin iddiaçı tərəfindən mübahisə edilən “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” adlı mahnılara müstəsna müəlliflik hüququnun sahibi kimi qeydiyyat haqqında şəhadətnamə almadığından, yəni mübahisə edilən mahnıların müəllifinin Tural Fərzəliyev olması barədə məhkəməyə sübut təqdim edilmədiyindən onunla Aygün İddiaçı arasında olan razılıq İddiaçı “Müəlliflik hüququ və Əlaqəli hüquqlar” haqqında Qanunun 33-cü maddəsində müəyyən edilən ifaçı hüquqlarına (ad hüququ; ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ; ifadan bu qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq) sahib olduğunu təsdiq edən sənəd hesab edilə bilməz. İlkin iddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə də sübuta yetirilməmişdir. Belə ki İddiaçı subyektiv hüquqa malik olmadığından, yəni ifa etdiyi mahnılara hüquq əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etmədiyindən o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb hüququna malik deyildir.
17. Məhkəmə eyni zamanda iş materiallarına əlavə edilmiş CD disklərə münasibətdə bildirmişdir ki, həmin disklərə əlavə edilmiş materiallar iş üçün əhəmiyyətli və mötəbər sübutlar deyildir. Belə ki, həmin disklərin birində olan səs yazısında Cavabdeh2 ilə İddiaçı arasında ola n danışıqlar nəticəsində Cavabdeh2 reklama pul qoymaq lazım olduğunu, mahnıların, onların müəllif hüquqlarının onun olması barədə əlində rəsmi sənədlərin olmamasını, onların təqdim edilməsini, Agentlikdən Turalın ya da öz adından qeydiyyatdan keçirməsini, bundan sonra mahnıları yayacağını, onun mahnılarının qorunduğunu, Canan və digərlərinin də reklama pul ayırdığını, gəlib pulunu götürməsini, onun sorğu verib İddiaçı instaqramda adının qabağında olan mavi işarəni sildirəcəyini demişdir. İddiaçı isə səs yazısında onun hüquqlarının şirkət tərəfindən qorunmadığını, Cavabdeh2 tərəfindən mahnıların silinməsi barədə şikayət vermədiyini, “Youtube” sosial şəbəkəsində özünə kanal almaq üçün 400 manat pul verib aldığını, onun mahnılarının silinməsi üçün musiqi və sözün eyni olmasının lazım olduğunu, əgər mahnılar eynilik təşkil edirsə Cavabdeh2 qanuni şəkildə notları tələb etmədiyini, onun iki mahnnısı silindiyi halda onun kanalının xüsusi olaraq şikayət vermədiyini, onun pulunu gətirib ona təqdim etməsini, ondan sonra kanalını Şəhanənin işlətməsi üçün verəcəyini qeyd etmişdir. Eyni zamanda, ilkin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş disklərdə olan fotoşəkildə olan Cavabdeh1 (Canan__oficial) tərəfindən edilmiş paylaşımda o, mahnının youtube tərəfindən silindiyini, təzminat işi açacağını, mahnının yazarının, ifa edən mügənninin də qanuni şəkildə cavab verəcəyini qeyd etmişdir. Beləliklə, məhkəmə bildirmişdir ki, qeyd olunan danışıqlar, iş materiallarına əlavə edilmiş fotoşəkil mahnıların sırf cavabdehlər tərəfindən silinməsini təsdiq etmir. Bu hal öz təsdiqini tapdığı h alda belə yenə də İddiaçı qeyd olunan mahnıların silinməsi barədə iddia qaldırmaq hüququ yoxdur.
18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 “Ayrı-ayrı”, “Yazdım ürəyimə” və “Ömrüm-ömrüm” adlı mahnılara müstəsna müəlliflik hüququnun Ceyhun Məmmədovun adına qeydiyyata alındığını təsdiq edən şəhadətnamələri məhkəməyə təqdim etməsinə baxmayaraq Ceyhun Məmmədovun “Müəlliflik hüququ və Əlaqəli hüquqlar” haqqında Qanunun 33-cü maddəsində müəyyən edilən həmin mahnılara olan müstəsna hüquqlarının Cavabdeh1 verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən Cavabdeh1 da qeyd olunan mahnılara subyektiv hüquqa malik olmadığı məhkəmə tərəfindən qəbul edilmişdir.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddiaçının iddia tələbi mənəvi zərər hissəsində də əs assız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə ilkin iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində, İddiaçı stress keçirtməsi, yenidən sağlamlığının pozulması, xəstəliyinin artması şərəf və ləyaqətini ləkələyən hərəkət kimi qiymətləndirilə bilməz. Həmçinin, yuxarıda qeyd olunan halların sırf qarşılıqlı iddiaçının və ilkin iddia üzrə digər cavabdehin hərəkətləri nəticəsində baş verməsi də ilkin iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə al ınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərəçəkən fiziki şəxsi n mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədiolən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Eyni zamanda ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbinin mənəvi zərər hissəsinin əsası olaraq məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin 810/02/31 nömrəli xx.xx.2022-ci il tarixli məktubunu təqdim etmişdir. Halbuki, o, öz iddia ərizəsində Nicat və Gülnarın ona qarşı şantajlara, təhqirlərə, böhtanlara və 2020-ci ildə 2022-ci ilədək 2 il ərzində 3 mahnısını sildirməyə başladıqlarını qeyd etməsini göstərməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkə zi publik hüquqi şəxsin 810/02/31 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən sonra xəstə Mərkəzə hər hansı müayinə və müalicə üçün mürüaciət etməmiş, yalnız xx.xx.2022-ci il tarixli Təcili və Təxirəsalınmaz Xəbərdarlıq vərəqəsinə əsasən İddiaçı üzərində müalicə aparılmış və həkim tərəfindən tövsiyələr verilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2022-ci ildə poçtla göndərdikdən sonra xx.xx.2022-ci il tarixli məktubu əldə etmişdir.
20. Eyni zamanda məhkəmə qarşılıqlı iddiaçının onun tərəfindən artıq tanıdılmış və sevdirilmiş mahnının İddiaçı tərəfindən çox rahat formada Cavabdeh1 razılığı olmadan ifa edilməklə gəlir əldə edilməsi, Cavabdeh1 gəlirindən məhrum etməklə yanaşı onu mənəvi iztirab çəkməyə məcbur etməsi nəticəsində mənəvi zərər tələb etməsinə münasibətdə bildirmişdir ki, hazırkı tələb maddi ziyan tələbindən yarandığından, maddi ziyan tələbi tərəfin subyektiv hüququ olmaması əsasında rədd edildiyindən, həmçinin qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə də əsassız hesab edilərək rədd edilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1-ci, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respubliaksının Qanununn 6, 8.1, 8.5, 14, 15.1, 30.1, 32.1, 32.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999- cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ilkin iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci i nstansiya məhkəməsi məsələyə bu cür yanaşmaqla “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” 1961-ci ildə qəbul edilmiş Roma Konvensiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “İfalar və fonoqramlara dair” 20 dekabr 1996-cı il tarixli müqaviləsinin tələblərini pozmuşdur. 2020-ci ildən 2022-ci ilədək “Youtube” kanalına cavabdehlər tərəfindən saxta “gmail” dən şikayətlər yazılmaqla İddiaçı tərəfindən ifa edilən “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnıları silinmişdir. Halbuki həmin mahnıların məhz İddiaçı “Youtube” kanalında yerləşdirilməsinə bəst əkar Tural Fərzəliyevin razılıq ərizəsi olmuşdur və qeyd edilən mahnılar müəllifin və ifaçının razılığı olmadan götürülə və hər hansı başqa formada istifadə edilə bilməzdi. “Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 müəllif və ifaçının həmin mahnılara olan hüquqlarını təmin etməli olduğu halda hüquqların qanunvericiliyə müvafiq qaydada mühafizəsini təmin etməmişdir. İlkin iddia üzrə Cavabdeh2 həmin mahnıları cavabdeh tərəfindən ifa olunan mahnılardakı notları təkrarlaması barədə onun şikayəti əsasında sildiyini bildirmişdir. Halbuki iş materiallarına əlavə edilmiş disklərdən də müəyyən edilir ki, “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnıları cavabdeh tərəfindən ifa olunan mahnılardan daha əvvəl iddiaçıya məxsus olan “Youtube” kanalında yerləşdirilmişdir. Lak in cavabdehlər iddiaçı ilə ədavət apararaq onun ifa etdiyi mahnıların Ceyhun Məmmədov adlı bəstəkarın adına qeydə alındığını və bu mahnıları ifa etmək üçün Ceyhun Məmmədovdan icazə alınmadığını göstərmişlər. Halbuki İddiaçı 2020-ci ildən qeyd edilən mahnıları ifa etmiş və bu vaxta qədər Ceyhun Məmmədov adlı bəstəkar tərəfindən mahnıların icazəsiz ifa edilməsinə görə ona hər hansı bir irad bildirilməmiş və məhkəmə qaydasında iddia qaldırılmamışdır. Cavabdeh1 tərəfindən həmin mahnılar barədə şəhadətnamələr sonradan, yəni ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə iddia verildikdən sonra alınmış və digər cavabdehin vasitəçiliyi ilə Ceyhun Məmmədov adlı bəstəkarın adına keçirilmişdir. Bununla yanaşı cavabdehlər tərəfindən qanunsuz olaraq İddiaçı məxsus olan “Youtube” kanalına müdaxilə olunara q, həmin kanal silinmiş və Cavabdeh1 və Cavabdeh2 onu indidən sonra da mahnılarının silinəcəyi ilə hədələmişlər. Məhkəmə “İki dəqiqədən bir” mahnısısının musiqisinin həqiqətən cavabdeh tərəfindən ifa edilən “Yazdım ürəyimə” mahnısının musiqisində istifadə edilib-edilməməsini müəyyən etmək üçün ekspertiza təyin etməli, həmçinin iddiaçının mahnılarını ifa etdiyi bəstəkar Tural Fərzəliyevin məhkəmə iclasında iştirakını təmin etməli, həmin mahnıların onun tərəfindən bəstələnməsi və İddiaçı tərəfindən ifa edilməsi üçün ona qonorar ödənilibödənilməməsini, ödənilmiş qonorarın məbləğini müəyyən etməli idi. Lakin birinci instansiya məhkəməsi qeyd edilən məsələri araşdırmamışdır. Halbuki iddiaçı tərəfindən ifa etdiyi mahnıların ödənişlə alınmasını, həmin mahnılara görə onun tərəfindən Tural Fərzəliy evə 10.000 manat məbləğində qonorar ödənildiyini mahnıları bəstələmiş bəstəkar Tural Fərzəliyevin təsdiq edə biləcəyini məhkəmə iclasında bildirmişdir. Lakin məhkəmə qeyd edilən halı araşdırmamış və Tural Fərzəliyevin şahid qismində məhkəmə iclasında iştirakını təmin etməmişdir. Həmçinin, “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnılarına aid “Youtube” şəbəkəsində yerləşdirilmiş videogörüntüləri əks etdirən disk iş materiallarına əlavə edilmişdir və həmin görüntülərdə mahnıların ifaçısının İddiaçı, bəstəkarının isə Tural Fərzəliyev olduğu, müəllif hüquqlarının qanunvericiliyə müvafiq qaydada qorunduğu göstərilmişdir. Məhkəmə həmin mahnıların Tural Fərzəliyev tərəfindən bəstələnməsi halını müəyyən etmək üçün ilk iddia üzrə digər cavabdeh “Youtube” kanalının Azərbaycanda kı rəhbəri Cavabdeh2 nümayəndəsi ilə qeyd edilən məsələni araşdırmalı, Tural Fərzəliyevin “Alındı torpaqlarımız”, “İki dəqiqədən bir” və “Qalmaqal” mahnılarının bəstəkarı kimi göstərilməsinə və həmin mahnılara müəlliflik hüquqlarının qorunmasına dair “Youtube” kanalında mahnılarla bərabər qeydlərin yerləşdirilməsinə baxmayaraq, sonradan mahnıların silinməsinin səbəblərini müəyyən etməli idi. Halbuki yuxarıda istinad etdikləri “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun, “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” 1961-ci ildə qəbul edilmiş Roma Konvensiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “İfalar və fonoqramlara dair” 20 dekabr 1996-cı il tarixli müqaviləsinin müddəalarından müəyyən olunur ki, Tural Fərzəliyevin Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü olmaması onun qeyd edilən mahnıların bəstəkarı olmadığına dair nəticəyə gəlməyə əsas vermir. Həmçinin, ilk iddiaçının “Youtube” kanalından istifadəyə icazəsi və mahnıların ifa edilməsinə bəstəkar Tural Fərzəliyevin razılıq ərizəsi vardır və istinad etdiyi qanunvericilik aktları “Youtube” kanalından istifadəyə icazənin mütləq şəkildə hər hansı bir dövlət qurumunda qeydiyyata alınmaqla rəsmiləşdirilməsini tələb etmir.
24. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 vəkili Vəkil2 ilkin iddiaçının apellyasiya şikayətinə qarşı etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılmas ını xahiş etmişdir.
25. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə müəlliflik və əlaqəli hüquqların obyektinin təyin edilməsi və kompüter texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilən səbəblərə görə ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş “İddiaçı tərəfindən ifa edildiyi iddia olunan “Alındı torpaqlarımız”, “2 dəqiqədən bir” və “Qalmaqal” mahnıları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən “Youtube” kanalından silinmişdirmi və bunun cavabdehlər tərəfindən silinməsi texniki cəhətdən mümkündürsə bu hansı formada yaxud qaydada baş vermişdir? sualı üzrə tədqiqat işləri aparılmamışdır. Rəyin “Qeyd” hissəsində göstərilən səbəblərə görə ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş “Cavabdeh1 Arif qızı tərəfindən ifa edilən “Yazdım ürəyimə” mahnısının musiqisində İddiaçı tərəfindən ifa edilmiş “İki dəqiqədən bir” mahnısının musiqisi təkrarlanırmı?”, “Cavabdeh1 Arif qızı tərəfindən ifa edilən “Yazdım ürəyimə” mahnısının musiqisində İddiaçı Rafail qızı tərəfindən ifa edilmiş “İki dəqiqədən bir” mahnısının musiqisi təkrarlandığı halda “Yazdım ürəyimə” mahnısının hansı hissələrində və hansı notlarda “İki dəqiqədən bir” mahnısının musiqisi təkrarlanır?”, “İki dəqiqədən bir” mahnısının hansı hissələrində olan musiqi “Yazdım ürəyimə” mahnısının musiqisində təkrar edilir və bu təkrar hansı notlarda öz əksini tapır?, “Mahnıların musiqiləri təkrarlandığı halda bu təkrarlanma hansı müddətdə davam edir?” suallar üzrə tədqiqat aparılmamışdır.
26. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş (Agentliyin ekspertləri, bəstəkarlar xalq artisti Eldar Mansurov və xalq artisti Faiq Sücəddinov tərəfindən hazırlanmış) 11-4/2-100/2024 saylı, 29 fevral 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mahnıların (“İki dəqiqədən bir” və “Yazdım ürəyimə”) hər ikisinin ritmi 6/8 ölçüdə yazılmış və ifa olunmuşdur. Bu ölçü, yəni ritm, Azərbaycan xalq musiqisinin çox böyük bir hissəsini əhatə edir. Belə ki bütün el şənliklərində müğənnilərin və instrumental musiqiçilərin ifa etdikləri musiqi parçaları əsasən 6/8 ölçüdə yazılmış mahnı və rəqs musiqisindən ibarət olur. Eləcə də bu iki mahnı həm in 6/8 ölçüdə yazılmış mahnılardır. Hər iki mahnını (“İki dəqiqədən bir” və “Yazdım ürəyimə”) dinlədikdə onların bir-birinə bənzədiklərini hiss etmək olar. Bu da ondan irəli gəlir ki, mahnıların ikisi də eyni lada “ŞUR” məqamına məxsusdur. Mahnıların (“İki dəqiqədən bir” və “Yazdım ürəyimə”) melodiyası bir-birinə çox bənzəyir. Əsas fərqi göstərən mahnıların sözləridir. O da ondan irəli gəlir ki, ifa zamanı sözlərin tələffüzü və vurğusu melodiyanın azca da olsa dəyişməsinə dəlalət edir və mahnıları bir-birindən fərqləndirir. Yaxşı olardı ki, mahnıların musiqisinin müəllifləri öz musiqilərini not şəklində təqdim edəydilər. Notda yazılmış musiqi parçası onu daha dəqiq analiz etməyə imkan verir. Müğənnilərin ifası hər kupletdə (bənddə) fərqli olduğundan melodiyanı tam dəqiq şəkildə ayırd etm ək mümkün olmamışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-235/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İlkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Hazırkı işdə ilkin iddiaya münasibətdə faktiki hallar qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından ilkin iddia haqlı sayılmır.
29. Məhkəmə kollegiyası tərəfindən həmçinin qeyd edilmişdir ki, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Eyni zamanda mənəvi zərərin ödənilməsi barədə iddia da o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçıya hər hansı bir formada maddi və mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
30. Apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki iş apellyasiya icraatında olarkən məhkəmə müəlliflik və əlaqəli hüquqların obyektinin müəyyən edilməsi və kompüter texniki ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Əqli Mülkiyyət Agentliyinin mütəxəssis rəyi (məlumatları) alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert (mütəxəssis) qarşısında Cavabdeh1 tərəfindən ifa edilən “Yazdım ürəyimə” mahnısının musiqisində İddiaçı tərəfindən ifa edilmiş “İki dəqiqədən bir” mahnısının musiqisinin təkrarlanıb-təkr arlanmaması; təkrarlandığı halda “Yazdım ürəyimə” mahnısının hansı hissələrində və hansı notlarla “İki dəqiqədən bir” mahnısının musiqisinin təkrarlanması; “İki dəqiqədən bir” mahnısının hansı hissələrində olan musiqi “Yazdım ürəyimə” mahnısının musiqisində təkrar edilməsi və bu təkrar hansı notlarda öz əksini tapması; Mahnıların musiqiləri təkrarlandığı halda bu təkrarlanma hansı müddətdə davam etməsi; İddiaçı tərəfindən ifa edildiyi iddia olunan “Alındı torpaqlarımız”, “2 dəqiqədən bir” və “Qalmaqal” mahnılarının Cavabdeh1 və Cavabdeh2 tərəfindən “Youtube” kanalından silinib-silinməməsi və cavabdehlər tərəfindən silinməsi texniki cəhətdən mümkündürsə bunun hansı formada yaxud qaydada baş verməsinə dair suallar qoyulmuşdur.
31. Məhkəmə kollegiyası bildirmişdir ki, ekspertiza rəyində də gö stərildiyi kimi “Youtube” platforması ən böyük video paylaşım sistemlərindən biridir və bu video paylaşım sistemi istifadəçilərə müxətlif kanallar yaratmaq imkanı verir. Həmin kanallarda administrator səlahiyyətli istifadəçi hər hansı bir videolar paylaşa, paylaşdıqdan bir müddət sonra videonu silə və paylaşılmış video admin panelin texniki imkanlarından istifadə edilərək istifadəçi tərəfindən gizlədilə bilər. “Youtube” platformasında hər hansı bir video paylaşıldıqdan bir müddət sonra silinmişdirsə həmin videonun nə zaman paylaşılması, hansı “İP” ünvan üzərindən paylaşıldığı kanala əlavə edilməsi, neçə müddət ərzində kütlə ilə paylaşılması kimi bütün izlər “Youtube” platformasına aid serverdəki loqlarda öz əksini tapır. Demək ki “Youtube” platformasında hər hansı bir video faylın müxtəlif istifadəçilər tərəfindən fərqli və oxşar adlı başlıqlarla həmin istifadəçilər tərəfindən yaradılmış müxtəlif adlı kanallarda paylaşılması mümkün olduğundan, iddiaçının isə mahnılarını paylaşdığı konkret kanal(lar)ın adını nə iddia ərizəsində, nədə şikayətində göstərməməsi bəllidir. Bu halın özü də iddianın əsassız olduğunu təsdiq etmiş olur.
32. Məhkəmə kollegiyası göstəriləndən əlavə, “İki dəqiqədən bir” mahnısısının musiqisinin həqiqətən Cavabdeh1 tərəfindən ifa edilən “Yazdım ürəyimə” mahnısının musiqisində istifadə edilməsi barəsində Əqli Mülkiyyət Agentliyinin ekspertlərinin rəyi ilə təsdiq olunmamasını bildirmişdir. Əksinə “Yazdım ürəyimə” mahnısının Ceyhun Məmmədovun musiqi əsəri kimi müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Agentlikdən qeydiyyatdan keçdiyi də i şin mübahisəsiz halıdır. Demək ki, Cavabdeh1 ifa etdiyi “Yazdım ürəyimə” mahnısı həm də qeydə alınan musiqi əsəri olduğundan bu hal iddianın və şikayətin əsaslılığını təkzib etmiş olur.
33. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 2.3, 21.1, 21.2-ci, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 8.1, 8.5, 14.1, 14.2, 15.1, 30.1, 32.1, 32.3, 32.4, 44.1, 44.2, 45.1, 46.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
34. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə istinad etməklə mahnıların silinməsinin müəyyən edilməsinin texniki cəhətdən mümkün olmamasını əsas gətirərək bu hissədə də apellyasiya şikayətinin dəlilini qəbul etməmişdir. Lakin qeyd edilmiş mahnıların bəstəkarının Tural Fərzəliyev, ifaçısının isa İddiaçı olduğu, mahnıların hazırda silindiyi mübahisəsiz olduğu halda (kim tərəfindən silinmədiyi müəyyən edilmədiyi halda belə) iddia hansı əsasla müəlliflərin hüquqlarını qorumalı olan (həmin şəxsin səs yazısı da iş ma teriallarına əlavə edilmişdir) “Youtube” kanalının Azərbaycandakı rəhbəri Cavabdeh2 münasibətdə təmin edilmir? Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi həmin şəxsin məhkəmə iclaslarında mütləq iştirakını təmin etməmiş və göstərilən zəruri halı aydınlaşdırmamışlar. Qeyd edilənlərlə yanaşı məhkəmə “İki dəqiqədən bir” və “Yazdım ürəyimə” mahnılarının musiqilərinin bir-birini təkrarlayıbtəkrarlamaması ilə bağlı halı da natamam araşdırmaqla kifayətlənmişdir. Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş ekspert rəyində göstərilmişdir ki, mahnıların notları təqdim edilmədiyi üçün onların musiqisinin bir-birini təkrarlayıb-təkrarlamamadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən “İki dəqiqədən bir” mahnısının notları işə əl avə edildiyi halda, Cavabdeh1 tərəfindən notlar təqdim edilməmişdir. Apellyasiya Məhkəməsinin iclasında məhkəmədən qarşı tərəfdən “Yazdım ürəyimə” mahnısının notlarının təqdim edilməsinin tələb edilməsi və işin yenidən ekspertizaya göndərilməsi tələb edilsə də, məhkəmə işi səthi araşdırmışdır. Məhkəmə qarşı tərəfdən də “Yazdım ürəyimə” mahnısının notlarının təqdim edilməsini tələb etməli, notlar təqdim edilmədiyi halda isə MPM-in 97.5-ci maddəsinin tələblərini əsas götürməklə mahnıların musiqinin birbirini təkrarladığı nəticəsinə gələrək bu halı ilk iddia üzrə iddiaçının xeyrinə müəyyən etməli idi. Lakin məhkəmə göstərilən halı araşdırmaq üçün hərəkətsizlik göstərməklə, istinad edilən prosessual hüquq normalarının tələblərini pozmuş və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Tətbiq edil ən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununu.
39. Maddə
6. Mətnli və ya mətnsiz musiqi əsərləri müəlliflik hüququnun obyektidir.
40. Maddə 8.1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
41. Maddə 8.5. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
42. Maddə 14.1. Əsərin müəllifinin aş ağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ);
43. Maddə 14.2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.
44. Maddə 15.1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
45. Maddə 30.1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.
46. Maddə 32.1. İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir.
47. Maddə 32.3. İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir.
48. Maddə 32.4. Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur.
49. Maddə 44.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
50. Maddə 44.2. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır.
51. Maddə 45.1. Müəlliflik hüququnun v ə əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
52. Maddə 46.3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli Qərarı. 53. “...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunlar ın hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2002-ci il tarixli qərarı. 54. “... şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iq tisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və d ərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını mə hkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Kassasiya şikayətində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
74. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-235/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.