Məhkəmə qərarları › İş №2(102)-2303/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2303/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2303/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 19.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi) Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2025-ci il tarixli 2(105)-307/2025 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023- cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü ildə isə 30000 manat məbləğində borc pul vermiş, cavabdeh xx.xx.2023-cü ildə götürdüyü 40000 manat pulun 25500 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30000 manat pu lun 9000 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30000 manat pulun 9000 manatını və xx.xx.2023-cü ildə isə götürdüyü 30000 manat məbləğində pulun 6700 manatını ödəmişdir. Hazırda cavabdehin ona 79.800 manat məbləğində borcu var. Bu barədə onun əlyazması da var. Həmçinin “Whatsapp” tətbiqində olan yazışmaları ilə də bu öz təsdiqini tapır. Bundan əlavə şahidlər də bunu təsdiq edirlər. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bahanələr gətirərək ona olan borcunu ödəməkdən yayınır.

4. Cavabdeh tərəf məhkəməyə etiraz və etiraz ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək son etiraz ərizəsində bildirmişdir ki, İddiaçı verdiyi iddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir və həmin iddiaya etiraz edir. Əvvəla cavabdehlə əvvəllər yaxşı münasibə tləri olduğuna görə o, iddiaçıdan ayrı-ayrı vaxtlarda borc pul alaraq vaxtlı-vaxtında qaytarıb. Belə ki, ilk dəfə o, xx.xx.2023-cü il tarixdə İddiaçı 30.000 manat borca pul istəmişdir. Mənsurə də həmin pulu 36 faizlə verə biləcəyini, yəni 9000 manat faiz alacağını, 21 günə ödəmək şərti ilə cavabdehə 21000 manat pul verə biləcəyini demişdir. O da məcbur qalaraq böyük faizlə o pulları Mənsurədən almağa razılaşmışdır. Beləliklə, o, Mənsurə adlı xanıma 21 gün ərzində 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1300 (200+800+300) + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 2000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 olmaqla, ümumilikdə 22.300 manat pul ödəyib. Daha sonra isə faizləri Mənsurəyə qaytarıb. Yəni onun Mənsurəyə hər hansı borcu qalmamışdır. (Bu barədə cavabdehin əlində olan ö dənişlərlə bağlı əlyazma etiraza əlavə olunur). Onun Mənsurəyə borcu qalmadığına görə və ona artıqlaması ilə pullar ödədiyinə görə sonuncuda inam formalaşdırmışdır. Elə bunun nəticəsidir ki, xx.xx.2023-cü il tarixdə o, yenidən İddiaçı müraciət edərək sonuncudan borca 3000 manat pul istəmiş və sonuncu da 3000 manatın qarşılığında, 10 günə qaytarmaq şərti ilə 360 manat faiz alacağını bildirmişdir. O, da bununla razılaşmışdır. Beləliklə, o, 10 gün ərzində, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər gün 300 manat, cəmi 3000 manat pulu Mənsurə adlı xanıma ödəyib. Daha sonra 360 manat pulu sonuncuya qaytarıb. (Bu barədə cavabdehin əlində olan ödənişlərlə bağlı əlyazma etiraza əlavə olunur). Daha sonra xx.xx.2023-cü il tarixdə o yenidən İddiaçı borca 40.000 manat pul istəmişdir. Mənsurə də ona 28000 pul verə biləcəyini, üzərində 12000 faizə alacağını demişdir. O, da sonuncu ilə razılaşmışdır. Bundan sonra Mənsurə xx.xx.2023-cü il tarixdə 13000+1300+2700=17000, daha sonra xx.xx.2023-cü il tarixdə 2700, cəmi 19.700 manat pul vermiş, 8300 manat pulu sonradan verməmişdir. Yəni Mənsurə ona 28.000 əvəzinə 19.700 pul vermişdir. O, da həmin pulun qarşılığında xx.xx.2023-cü ildən başlayaraq ardıcıl olaraq 15 gün ərzində 1400 manatdan olmaqla, ümumilikdə 21.000 manat pul ödəmişdir. Faiz borcunu isə ödəyə bilməmişdir. Sonradan Mənsurə ondan faizləri və yuxarıda yarımçıq verdiyi pulun tamamını istəməyə başlamışdır. Bundan sonra ona hədə-qorxu gəlməyə, ailəsi ilə, uşaqları ilə hədələməyə başlamışdır. Bundan sonra o, məcbur olub 10 iyul 2023-cü il tarixdən etibarən 7 günə 3700 manat olmaql a, cəmi 25.900 manat əlbəəl, daha sonra 10.000 manat, 4 dəfə 500+500+500+500 manat və 2 dəfə də 400+400 manat olmaqla iddiaçının kartına pul ödəmişdir. O, iddiaçıya ümumilikdə 38.700 manat pul ödəyib. Bütün bunlara baxmayaraq o, Mənsurə adlı xanıma 40.000 manatın qarşılığında faizlərlə birlikdə 38.700 manatdan çox pul ödəsə də Mənsurə yenə də ondan faizlə pullar istəməyə başlamışdır. O, isə bunun belə olmadığını bildirdikdə, sonuncu ona hədə-qorxu gəlməyə başlamış, ailəsini dağıdacağını və uşağına xəsarət yetirəcəyini demişdir. O, artıq bu hədələrə dözməyərək Mənsurənin ondan 79.200 manat borc və 11.000 faiz istəməsi barədə kağıza əlyazma yazaraq bir nüsxəsini Whatsap proqramı vasitəsilə Mənsurəyə atmış və özünə qəsd edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra isə bu məqsədlə yaşadığ ı evdə olarkən özünü öldürmək üçün çoxlu dərman həbləri qəbul etmişdir. Lakin ailə üzvləri xəbər tutaraq özünü öldürməyə imkan verməmişdir. Bu hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda ətraflı araşdırılma aparılmış və izahatlar alınmışdır. Qeyd olunan qərar onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Bütün bunlara baxmayaraq Mənsurə yenə də ondan əl çəkməyərək guya ona 79.800 borcu olduğunu deyir. Əslində isə o, bütün borcunu artıqlaması ilə ödəyib. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri onun subyektiv mülahizələri olmaqla, hər hansı mötəbər sübuta əsaslanmır.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişd ir ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü ildə 40 000 manat, xx.xx.2023-cü ildə 30 000 manat, xx.xx.2023-cü ildə 30 000 manat və xx.xx.2023-cü ildə isə 30 000 manat məbləğində borc pul vermişdir. Cavabdeh xx.xx.2023cü ildə götürdüyü 40 000 manat pulun 25500 manatını, xx.xx.2023- cü ildə götürdüyü 30 000 manat pulun 9000 manatını, xx.xx.2023-cü ildə götürdüyü 30 000 manat pulun 9000 manatını və xx.xx.2023-cü ildə isə götürdüyü 30 000 manat məbləğində pulun 6700 manatını ödəyib. Hazırda cavabdehin iddiaçıya 79.800 manat məbləğində borcu var. Bu barədə cavabdehin əlyazması da var. Həmçinin “WhatsApp” yazışmaları ilə də bu faktlar öz təsdiqini tapır. Yazışmalarda cavabdeh bildirib ki, “mən ölməsəm, sağ qalsam kimin adına nə borcum vardırsa ödəyəcəm”. Bundan əlavə şahidlər də qeyd edilən halları tə sdiq edirlər. Hər dəfə borcunu qaytarması üçün qarşı tərəfə müraciət edildikdə müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflərin münasibətləri yaxşı olduğundan iddiaçı pulları verərkən cavabdehdən heç bir iltizam almamışdır. Qarşı tərəfdən tələb edilən əsas borc 79200 manatdır. Bu isə faizi əhatə etmir. Əlyazmada da ilk olaraq 79200 manat yazılmışdır. Məntiqlə də birinci əsas borc, daha sonra faiz borcu yazılır. Qarşı tərəf xx.xx.2023-cü il tarixdə sonuncu dəfə ödəniş etdiyini, xx.xx.2023-cü il tarixdə də borcunun 79400 manat olduğunu, bundan sonra isə xx.xx.2023-cü il tarixdə 79200 manat borcunun olduğunu bildirmişdir. Yazışmalardan da görünür ki, cavabdeh bu m əbləğləri özü hesablayıb və qeyd edilən yazışmalarda təhdid xarakterli heç bir hal yoxdur, əksinə gülüş “smaylikləri” ilə iddiaçı və cavabdeh danışırlar. Cavabdehə hər-hansı hədə qorxu edilsə idi prokurorluq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməzdi. Prokurorluğun qərarı hazırda da qüvvədədir. Hazırkı məsələdə qarşı tərəfin xx.xx.2023-cü il tarixdən sonra ödəniş edibetməməsi aydınlaşdırılmalıdır. Məhkəməyə təqdim etdiyi əlyazma cavabdehin xx.xx.2023-cü il tarixdən sonra ödəniş etməsini sübut edir. Cavabdeh iddiaçıya atdığı mesajla, yəni borcun məbləğini kağıza yazıb göndərməklə elə iddianı qəbul etmişdir. Daha sonra cavabdeh intihar etmiş və intihar məktubunda ölənə qədərə bütün borcu qaytaracağını bildirmişdir. Cavabdeh iddiaçıya borcunun olduğunu, həm et irazda, həm də məhkəməyə təqdim edilmiş votsap və səs yazılarında etiraf etmişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh bütün borcunu ödəmişdir. Mənsurənin hazırda cavabdehdən tələb etdiyi pullar şişirdilmiş faiz pullarıdır. Cavabdehin sözügedən pulları qəbul etməsi barədə bir dənə də olsun səs yazısı və yaxud qəbz yoxdur. Bundan başqa əgər cavabdehə o qədər pul məbləği verilirdisə belə bir hal yazılı müqavilə şəklində rəsmiləşdirilməliydi. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada b ağlanılmalıdır. Ortada sübutlar və ya belə bir müqavilə olmasa da, cavabdehin vicdanlılıq göstərərək əsl borcu etiraf edib. Cavabdehə 21000 manat pul ödənilib. 26 avqust 2023-cü il tarixdə iddiaçının intihar etməsi ilə əlaqədar cinayət işi prokurorluqda geniş şəkildə araşdırılmışdır. Gülüş “smaylikləri” kimi halları qarşı tərəf qeyd etsə də, bu hal ironiya xarakterli olmuşdur. Həqiqətən də cavabdehə qarşı təhdidlər olmuşdur. Cavbdeh mesajı atarkən başına bir hadisə gəldiyi halda bu borc məsələsi üzündən olduğunun bilinməsini istəyib. Qarşı tərəfin əlində yeganə sübut elə cavabdehin yazdığı mesajlardır və cavabdeh həmin mesajları normal düşüncə ilə iddiaçıya göndərməyib. Cavabdeh bütün pulları ödədiyi üçün, iddiaçı da ona dəfələrlə pul verib. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, tərəfl ər arasında pul–borc münasibətləri olduğunu etiraf edirlər. Cavabdeh aldığı pulları 3 dəfə qaytarıb. İddiaçı tərəf məhkəməyə iddia tələbi ilə bağlı hər hansı bir subut təqdim etməyib. Məhkəməyə təqdim edilmiş şahidlərdən biri iddiaçının bacısı, digəri isə faktiki nikah münasibətində olduğu şəxsdir. Bundan başqa ikinci şahidin məhkəməyə verdiyi izahat dəqiq deyil, belə ki, həmin şahid alınmış pul məbləği barədə dəqiq söz deyə bilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Mənsurə ilə faktiki nikah münasibətlərindədir. Yeganəni də iddiaçının rəfiqəsi kimi tanıyır. Aralarında ilk öncə alver, daha sonra isə pul münasibətləri olub. İddiaçı Yeganəyə 8000 manat, 10000 manat və 1200 0 manat məbləğində borc pullar verib. Ümumilikdə 79800 manat borc hesablanıb. Bildiyinə görə həmin borcdan heç nə qaytarılmayıb.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki iddiaçı onun bacısıdır. Yeganə də onun evinə tez-tez gəlib-gedib, yəni münasibətləri yaxın olub. Yeganəyə pul lazım olanda həmişə bacısına demiş və bacısı da ona borc vermişdir. Bacısının Yeganəyə 3 dəfə pul verməsinin şahidi olub. Belə ki, həmin məbləğləri bilavasitə özü verib. Bacısının pulları onda olduğu üçün Yeganəyə pul lazım olanda bacısı ona demiş, o da bacısının pulundan götürüb Yeganəyə vermişdir. Bir dəfə 7000 manat, bir dəfə 100 dollar pul verib. Həmçinin bir dəfə də şəxsi kartından təxminən 2500-2700 manat Yeganəyə pul göndərib. Bacısı Yeganəyə lotereya oynadıqları üçün pul verib. Pullar manat və dollarla verilmişdir. Pulların verilmə tarixi dəqiq yadında deyil.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 1300 (bir min üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında faizlər hesablanmaqla qaytarmaq şərti ilə borc pul münasibətləri olmuşdur. Bu halı hər iki tərəf mübahisələndirməmişdir. Tərəflərin mübahisələndirdiyi məsələ cavabdehin iddiaçıya qalan borcunun məbləği ilə bağlıdır. İddiaçı tərəfindən cavabdehin borcunun dəqiq məbləği barədə məhkəməyə hər hansı əsaslı şübhədənkənar mötəbər sübut təqdim edilməmi şdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar (tərəflər arasında yazışmalar, cavabdeh tərəfindən yazılan əlyazmalar, səs yazıları, şahid ifadələri və s.) əsasında verilən borcun dəqiq məbləğini, borcun hansı hissəsinin qaytarıldığını, o cümlədən borcun hansı hissəsinin ödənilməmiş qaldığını müəyyən etmək mümkün deyil. Cavabdeh məhkəməyə təqdim etdiyi son etiraz ərizəsində (məzmunu bir neçə dəfə dəyişdirilmişdir) cavabdehdən ümumilikdə 40000 manat borc aldığını və həmin borcdan 38700 manat qaytardığını bildirməklə, iddiaçıya 1300 (**********) manat məbləğində borcunun qaldığını etiraf etmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,442,739.1, 739.2, 740.1, 740.2 və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləs inin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hər iki tərəfin təqdim etdiyi sübutlara səthi yanaşaraq araşdırmamış, əlaqəli şəkildə şərh etməmişdir. O, müxtəlif vaxtlarda fərqli məbləğlərdə əvvəlcədən güvənini qazanan və rəfiqəsi bildiyi Cavabdeh ümumi 79800 manat məbləğində pul vermişdir. Aralarında yaranmış işgüzar adətlərdən dolayı pul vermə mexanizmi hər iki tərəfin arasında “borc-qalıq” dəftərlərini “Whatsapp” mesajlarında eyniləşdirilərək dəqiqləşdirilirdi. Hər iki tərəf məhz həmi n dəftərə uyğun olaraq sübutlarını məhkəməyə təqdim etmişdir. Təqdim edilən sübutlar (whatsapp mesajları) ümumiyyətlə məhkəmə iclaslarında müzakirə predmeti olmamış, eyni zamanda qətnamədə onlara münasibət bildirilməmiş, lakin iş materiallarına əlavə edilmişdir. Halbuki, həmin sübutlara əsasən müəyyən nəticələrə gəlmək olar. Belə ki, münasibətlər pisləşənədək aydın görünür ki, cavabdehin borcları tək iddiaçı qarşısında deyil. Məhkəməyə təqdim edilmiş yazışmalardan görünür ki, mübahisədən əvvəl onunla cavabdeh çox yaxın münasibətdə olublar, öz ailə problemlərini müzakirə etmişlər və s. Cavabdeh bildirir ki, Şəlalə və Fəridə adlı şəxslər qarşısında borcları var. Cavabdeh fərqli vaxtlarda başqalarının qarşısında olan borca görə özünü öldürmək istəyir və ya o obrazı yaradır ki, iddiaçının güvə nini və etibarını qazansın. Görünür ki, cavabdeh illər öncə də borcları olmuş, daimi borc ilə bağlı mübahislər olub. Kimlərsə cavabdehi polisə getmək ilə bağlı hədələyir, habelə polisə könüllü olaraq borcu olmasını etiraf edir ki “kişinin borcu olar da”. Cavabdeh borclarını bağlamaq üçün evini satışa çıxarıb (həqiqət olub-olmadığı bilinmir), guya kirayədə qalmaq qənaətinə gəlmiş və s. Birinci instansiya məhkəməsində isə cavabdeh məhkəmənin daxili inamı yaranması üçün taktika istifadə edərək, bildirir ki, guya məhz iddiaçının hərəkətləri və uşağı ilə hədəsi onu özünü öldürməyə cəhd etməsinə vadar etmişdir. Halbuki, onunla bağlı heç bir sübut təqdim etmir və bununla da borclu obrazını pərdələyərək zərərçəkmiş obrazı yaradır. Daha sonra məhkəmə kollegiyasının diqqətini iş materialların əlavə edilmiş “hesabat dəftərinə” çəkmək istəyir. Yuxarıda qeyd etdiyi kimi tərəflərin arasında daimi ticarət münasibətləri olduğundan hər iki tərəf bir birinə o dəftərdə yazılan hesabatı göndərirdi və ona uyğun qeydlər aparırdı. Cavabdeh tərəfindən məhkəməyə sübut kimi təqdim edilən vərəqə cavabdeh özünə uyğun sonrada müdaxilə etmişdir. Belə ki, eyni vərəq şəkil formasına eynişləşdirmək üçün iddiaçının mobil telefonunda saxlanmışdır. Cavabdehin göndərdiyi vərəqdə ödəniş göstərilməyib, lakin məhkəməyə gələndə qabağına “+” qoyulmuşdur. Bu isə o deməkdir ki, həmin sübut etibarsızdır, həqiqəti əks etdirmir, sonradan borcdan yayınmaq üçün həmin vərəqə sanki “+” qoyaraq borcu qaytarılmış kimi məhkəməni inandırmağa çalışmışdır. Sübutlar müqayisəli şəkildə təqdim ediləcəkdir. Eyni zamanda cavabdeh etir azında məhkəməyə ancaq şifahi olaraq bildirir ki, guya ki o, borcunu qaytarmışdır. Halbuki, borcun qaytarılması ilə bağlı heç bir sübut təqdim edilməmiş, ancaq həmin o “hesabat dəftərindən” özü tərəfindən istədiyi kimi müdaxilə olunmuş qaralamalar. Cavabdeh bildirir ki, o, iddiaçı qarşısında borcları ödəmişdir. Lakin hansı şəkildə, kimə və necə həmin borcu ödəmişdir məhkəmə aydınlaşdırmamışdır. Cavabdeh və onun nümayəndəsi etirazı və etiraza dəqiqləşdirməni prosessual müddəti pozaraq təqdim etmiş, həmin hal məhkəmə protokolunda qeyd edilməyərək icraata götürülmüşdür.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-307/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) Sumqayıt Şəhər Məh kəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-4171/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 22400 manat alınaraq İddiaçı ödənilməsi, iddia və apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında olan pul münasibətlərinə dair işdə olan sübutlar yalnız onlar arasındakı “Whatsapp” tətbiqindəki birinin digərinə göndərdiyi yazılı mətnlər, səs yazıları, cavabdehə məxsus əlyazmaların fotoşəkilindən və tərəflərin izahatlarından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi isə işdə olan sübutları qarşıqlıqlı təhlil etmədən, verilən borcun dəqiq məbləğini, borcun hansı hissəsinin qaytarıldığını, o cümlədən borcun hansı hissəsinin ödənilməmiş qald ığını müəyyən etməyin mümkün olmadığını əsas gətirib, cavabdehin iddiaçıdan ümumilikdə 40000 manat borc alması və həmin borcdan 38700 manat qaytarmasına dair izahatını mötəbər sübut qismində qiymətləndirərək, cavabdehdən 1300 manat pul tutmaqla, iddianı qismən təmin etmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında “Whatsapp” tətbiqindəki yazışmalar və göndərilən səs yazıları birinci instansiya məhkəməsinə pərakəndə formada təqdim edildiyindən, tərəflər arsındakı pul münasibətləri üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmə kollegiyasının təklifinə əsasən iddiaçı tərəfindən “Whatsapp” tətbiqindəki bütün yazışmalar və göndərilən səs yazıları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş “Whatsapp” tətbiqind əki yazışmalar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etmişdir.

17. Təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalardan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:22-dən saat 15:23-ə dək olan dövr ərzində aralarındakı pul münasibətlərinə görə hesabat apararaq 4 ədəd əlyazmanın fotoşəklini çəkərək aşağıdakı ardıcıllıqla iddiaçıya göndərmişdir: 00000206-PHOTO-2023-07-08-15-22-14 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, hər ödəniş məbləği 2000 manat olmaqla, 20 ödəniş üzrə 40000 manat pulun ödənişi qaydası əks olunuş, 10 ödəniş üzrə 2000 manatlıq ödənişlərin qarşısına + (müsbət) işarəsi qoyulmuş, qalan 10 ödəniş üzrə isə - (mənfi) işarəsi qoyulmuş, naməlum hesablama aparılaraq 29500 manat nəticə alınmışdır; 00000207-PHOTO-2023-07-08-1 5-22-29 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, 30000 manat pul məbləği qeyd olunmuş və 20 ödəniş üzrə 30000 manat pulun ödənişi qaydası əks olunuş, 6 ödəniş üzrə 1500 manatlıq ödənişlərin qarşısına + (müsbət) işarəsi qoyulmuş, qalan 14 aylıq dövr üzrə isə - (mənfi) işarəsi qoyulmuş və naməlum hesablama aparılmışdır; 00000208-PHOTO-2023-07-08-15-22-47 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, 30000 manat üzərindən müəyyən hesablamalar aparılaraq, 2060 manat nəticə əldə edilmişdir; 00000209-PHOTO-2023-07-08-15-23-03 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunaraq, 30000 manat qeyd olunmuş və yalnız birinci ödəniş üçün 1500 rəqəmi qeyd olunmaqla, qarşısında + (müsbət) işarəsi qoyulmuşdur.

18. Həmçinin, cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:57-də ca vabdehə aralarındakı pul münasibətlərinə görə yekun hesablamaya dair əlyazmanın fotoşəklini (00000292-PHOTO-2023-07-08-18-57-57) saylı çəkərək iddiaçıya göndərmişdir. 00000292-PHOTO-2023-07-08-18-57-57 saylı fotoşəkildəki əlyazmada cavabdeh 40000, 30000, 3000 və 30000 rəqəmlərini qeyd edib toplamaqla, yekunda 130000 (yüz otuz min) qeyd etmək istədiyi halda 13000 (on üç min) rəqəmini qeyd etmişdir. Ehtimal olunur ki, cavabdeh 3000 (üç min) rəqəmini 30000 (otuz min) rəqəmi zənn etməklə hesablama aparmaqla, 130000 rəqəmini əldə etmişdir. Hərçənd ki, həmin rəqəmlərin cəmi 130000 (yüz otuz min) deyil, 103000 (yüz üç min) təşkil etmişdir. Daha sonra isə cavabdeh müəyyən hesablamalar apararaq, 50600 rəqəmini əldə etmiş və həmin rəqəmi 00000210 və 00000215 saylı səs yazılarında cavabdeh xx.xx.20 23-cü il tarixdə saat 15:22-dən saat 15:23-ə dək olan dövr ərzində aralarındakı pul münasibətlərinə görə hesablamaya dair iddiaçıya heç nə hesablaya bilmədiyini, beyninin qarşdığını nə hesablaya biləcəksə iddiaçının hesablamasını bildirir ki, qeyd olunan səs yazıları ilə də cavabdehin hesablama aparmaqda çətinliklərinin olması müəyyən olunur. 19. 20 iyul 2023-cü il tarixdə göndərilmiş 00000324-PHOTO-2023-07-20-21-2616 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunmaqla, 79200-30800 rəqəmləri qeyd olunmuş, aşağı hissəsində isə 11000 rəqəmi qeyd olunmaqla, müəyyən hesablar aparılmışdır. İddiaçıya göndərilmiş həmin əlyazmada 4 ödəniş üçün hər birinin qarşısında 3700 manat qeyd olunmaqla, sonrakı ayların qarşısında hər hansı bir rəqəm qeyd olunmamışdır. Lakin, cavabdeh tərəfindən məhkəməy ə təqdim edimiş həmin əlyazmanın əslində 7 ödəniş üçün hər birinin qarşısında 3700 manat qeyd olunmaqla, sonrakı ayların qarşısında hər hansı bir rəqəm qeyd olunmamışdır. 20. 27 iyul 2023-cü il tarixdə saat 15:45-də göndərilmiş 00001128-PHOTO-202307- 27-15-45-54 saylı fotoşəkildə isə cavabdeh 79200-11000 faizi sözləri yazılmaqla, müəyyən hesablamalar aparılmışdır.

21. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixi göstərilmiş əlyazmanın əslində 30000-9000=21000 manat pul məbləği qeyd olunaraq, müəyyən hesablamalar aparılmışdır.

22. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixi göstərilmiş əlyazmanın əslində 3000 manat pul məbləği qeyd olunaraq, müəyyən hesablamalar aparılmışdır.

23. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il t arixi göstərilmiş əlyazmanın əslində 40000 manat 14400 faizi, 28 gün 1400 manatdan sözləri qeyd olunaraq, müəyyən hesablamalar aparılmışdır. 24. 25-27-ci paraqraflarda qeyd olunan, əsli məhkəməyə təqdim edilmiş əlyazlmalar iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalarda mövcud olmamışdır.

25. İddiaçı ilə cavabdeh arasında borca dair şifahi müqavilələrin bağlanma tarixlərinə dair ziddiyətlər olmuşdur. Belə ki, iddiaçı borc pulların 4 dəfə olmaqla xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə verildiyini, cavabdeh isə borc pulları 3 dəfə olmaqla xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə aldığını iddia etmişdir.

26. Məhkəmə kollegiyası yalnız tərəflər arasında münasibət pozulanadək aralarında olan “Whatsapp” tətbiqindəki olan yazışma, səs ya zısı və fotoşəkillərdə olan əlyazmalar sübut qismində qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda istinad olunan əlyazlmalar iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalarda mövcud olmadığından sübut qismində qəbul edilməmişdir. Belə ki, həmin əlyazmaların sonradan da cavabdeh tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilməsi mümkün olan hal olmaqla yanaşı, həmçinin cavabdeh tərəfindən tərtib edilmiş həmin əlyazlamalar “Whatsapp” tətbiqində iddiaçıya göndərilmiş cavabdehin öz əlyazmaları ilə uyğunluq təşkil etməmişdir. Yəni, “Whatsapp” tətbiqində göndərilmiş əlyazmalarda xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri qeyd olunsa da məhkəməyə əsilləri təqim edilmiş 3 ədəd əlyazmada borc tarixləri xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-c ü il tarixləri kimi qeyd olunmşdur ki, bununla da həmin əlyazmaların mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olmamışdır.

27. Yuxarıda qeyd olunduğu kimi 00000292-PHOTO-2023-07-08-18-57-57 saylı fotoşəkildəki əlyazmada cavabdehin riyazi səhvə yol verərək 103000 (yüz üç min) əvəzinə 130000 (yüz otuz min) rəqəmini əldə etmişdir ki, ödəniş məbləği olan 50600 (əlli min altı yüz) rəqəmini də həmin səhv hesabladığı 130000 (yüz otuz min) məbləğindən çıxaraq yekunda 79400 manat boc rəqəmini əldə etmişdir.

28. Məhkəmə kollegiyası nəzərə almışdır ki, tərəflər arasındakı “Whatsapp” tətbiqində olan digər yazışmalarda və səs yazılarında 130000 (yüz otuz min) manat borcun verilməsi ilə bağlı hər hansı bir məlumat mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz c avabdehin səhv hesablama aparması nəticəsində ona göndərdiyi qeyd olunan əlyazmadakı qeydə əsaslanraq, cavabdehə 130000 manat pul verdiyini iddia edib, həmin pullardan 50200 manat ödənilməsini qəbul etməklə, cavabdehdən 79800 manat pul tələb etmişdir ki, qeyd olunan məbləğ də cavabdehin səhvən gəldiyi 79400 manat pul məbləği nəticəsinə uyğun olmuşdur. Hərçənd ki, cavabdehin hesablamasındakı səhv nəzərə alınmadığı təqdirdə iddiaçı cavabdehdən (103000-50200=52800) 52800 manat pul məbləğini tələb etməli idi.

29. Yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023cü ildə isə 30000 manat məbləğində borc pul verdiyini iddia etsə də iş materiallarında olan sübutlarla iddiaçının cavabdehə ümumili kdə 130000 manat pul verməsi öz təsdiqini tapmamışdır. Tərəflər arasındakı “Whatsapp” tətbiqində olan xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 00000465 nömrəli səs yazısında cavabdeh iddiaçıya onda 110000 manat pulu olduğunu bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında bu məbləğin qalıq borca yüksək faiz hesablaması ilə bağlı əldə edildiyini bildirmişdir. Lakin, həmin məbləğ iş materiallarında olan sübutlarla uyğunluq təşkil etməmişdir ki, bununla da cavabdehin bu etiraz dəlili inandırıcı olmuşdur.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehə xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü ildə isə 30000 manat məbləğində borc pul verdiyini iddia etsə də yuxarıda istinad o lunan fotoşəkillərdəki əlyazmalarla iddiaçının pulun verilməsi tarixlərinə münasibətdə yalnız xx.xx.2023-cü il tarixli 40000 manatlıq və xx.xx.2023-cü il tarixli 30000 manatlıq pulun verilməsi uyğunluq təşkil etmişdir. Digər fotoşəkillərdəki əlyazlmalar isə xx.xx.2023-cü il tarixdən əvvəllə aid olmaqla, iyun ayının əvvəllərini əhatə etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 30000 manat və xx.xx.2023-cü ildə tarixdə 30000 manat pulu verilməsi sübut olunmur ki, belə olduğu təqdirdə 26 iyun 2023cü il tarixdən sonra cavabdehin etiraf etdiyi kimi iddiaçıdan yalnız ümumilikdə 73000 manat pulun alınması müəyyən edilir. Bununla yanaşı iddiaçı tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə verilməsi iddia olunan 30000 manatlıq pul məbləğləri, ay fərqi ilə iddiaçının 00000208-PHOTO- 2 023-07-08-15-22-47 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunan 30000 manatlıq (həmin hesablama ilə borcun demək olar ki, tam olaraq ödənilməsi müəyyən edilir ki, iddiaçının isə buna dair yazışmalarda hər hansı etirazı müəyyən olunmur) və 00000209- PHOTO-2023-07-08-15-23-03 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixi qeyd olunan 30000 manatlıq pul məbləğlərinə uyğun gəlmşdir. Qeyd olunan uyğunluq nəzərə alındıqda, xx.xx.2023-cü il tarixi qeyd olunan 30000 manatlıq borc isə nəzərə alınmadıqda iddiaçı tərəfindən 103000 manat pulun verilməsi müəyyən edilir.

31. İddiaçı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən əvvəlcədən faiz çıxılmaqla, 40000, 30000 və 3000 manat olmaqla, ümumilikdə 73000 manat borc pul müqabilində ona faktiki olaraq 43700 manat pul verildiyini etiraf etsə d ə, yuxarıda qeyd olunan 00000292-PHOTO-2023-07-08-18-57-57 saylı fotoşəkildəki əlyazma ilə cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 40000 manat, 30 iyun 2023-cü il tarixdə 30000 manat, özünün etirafına əsasən isə 3000 manat pulun verilməsinə dair şifahi borc müqaviləsinin bağlanması müəyyən edilir. Cavabdeh etirazında 40000 manat müqabilində 12000 manat, 30000 manat müqabilində isə 9000 manat faiz məbləğinin əvvəlcədən borc müqaviləsindəki puldan götürülməsini iddia etmişdir ki, məhkəmə təcrübəsində müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər arasında bu cür qaydanın da tətbiq edilməsi hallarına rast gəlinməkdədir. Hazırkı işin hallarından da tərəflər arasındakı razılaşmanın qeyd edilən formada olması ehtimal olu nmuşdur. Belə ki, iddiaçı məhkəmə iclaslarında pul məbləğinin cavabdehin iddia etdiyi faizlə olmasa da müəyyən faiz məbləği ilə verdiyini etiraf etmişdir (11000 faizə dair də tərəflər arasında əlyazma göndərilməsi də nəzərə alınmaqla) ki, iş materiallarında olan 00000209-PHOTO-2023-07-08-15-23-03 saylı fotoşəkildəki əlyazma ilə xx.xx.2023-cü il tarixdə verilmiş 30000 manat pulun 20 dəfəyə olmaqla hər dəfə üçün 1500 manat, 00000206-PHOTO-2023-07-08-15-22-14 saylı fotoşəkildəki əlyazma ilə xx.xx.2023-cü il tarixdə verilmiş 40000 manat pulun 20 dəfəyə olmaqla hər dəfə üçün 2000 manat, 00000207-PHOTO-2023-07-08-15-22-29 saylı fotoşəkildə xx.xx.2023-cü il tarixdə verilmiş 30000 manat pulun 20 dəfəyə olmaqla hər dəfə üçün 1500 manat ödənilməsi razılşadırılsa da həmin əlyazmalar da faiz məbləği nə dair hər hansı bir hesablama müəyyən edilməməkdədir. Belə olduğu təqdirdə, yəni faizlərin əvvəldən çıxılmaqla pulların verilməsi nəzərə alındıqda qeyd olunan müqavilələr üzrə cavabdehə (103000-120009000-9000=73000) ümumilikdə 73000 manat pulun verilməsi öz təsdiqini tapır. İddiaçı isə iddia ərizəsində cavabdeh tərəfindən 50200 manat ödənişin edilməsini etiraf etməklə yanaşı, 00000292- PHOTO-2023-07-08-18-57-57 saylı əlyazmadakı 50600 manatlıq ödənişə dair hər hansı bir etirazının olmaması nəzərə alındıqda, cavabdehin iddiaçı qarşısında (73000- 50600=22400) 22400 manat pul öhdəliyinin olması müəyyən edirir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 40000 manat, xx.xx.2023-cü ildə 30000 manat, xx.xx.2023-cü ildə 30000 manat və xx.xx.2023-cü il də isə 30000 manat məbləğində borc pul verdiyini iddia etsə də iş materiallarında cavabdeh tərəfindən yazılı şəkildə 26 iyun 2023-cü il tarixdən sonra təsdiqlənmiş yalnız xx.xx.2023-cü il tarixli 40000 manat və xx.xx.2023-cü il tarixli 30000 manat pulun verilməsinə dair sübutlar olmuş, xx.xx.2023 və xx.xx.2023-cü il tairxlərdə pulun verilməsinə dair hər hansı bir sübut mövcud olmamışdır. Belə olduğiu təqdirdə də iddiaçının cavabdehə 70000 və cavadbdehin özünün etirafı olan 3000 manat olmaqla, cəmi 73000 manat borc verməsi müəyyən edilir ki, faizlərin əvvəlcədən çıxılmadan borcun verilməsi güman edildiyi təqdirdə və yuxarıda qeyd olunan 50600 manatlıq ödənişdə nəzərə alındıqda cavabdehin iddiaçı qarşısında (73000-50600=22400) yenə də 22400 manat pul öhdəliyinin olması müəyyən edirir.

33. Mə hkəmə kollegiyası hər iki tərəfin izahatlarında ziddiyyətlərin olmasını, izahatların mövcud yazılı sübutlarla uyğunlaşmamasını, iş materiallarında olan sübutları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 40000 manat, 30 iyun 2023-cü il tarixdə 30000 manat, özünün etirafına əsasən isə may ayında 3000 manat pulun verilməsinə dair şifahi borc müqaviləsi bağlanmış, 40000 manatlıq borc pula görə 12000 manat, 30000 manatlıq borc pullara görə isə hər biri üçün 9000 manat faiz məbləği müəyyən edilməklə, əvvəlcədən verilməsi iddia olunan puldan çıxılmaqla, iddiaçı tərəfindən cavabdehə faktiki olaraq ümumilikdə 73000 manat pul verilmiş, cavabdeh tərəfindən isə 50600 manat ödəniş edilmişdir ki, bunula da cavabdehin iddiaçı qarşısında 22400 manat məbləğində pul öhdəliyi yaranmışdır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023, xx.xx.2023 və 30 iyun 2023-cü il tarixli borc müqavilələri üzrə məbləğ üç min manatdan çox olsa da, tərəflər borc verildiyi zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar ki, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddəsinin tələbinə əsasən həmin müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından əhəmiyyətsiz, etibarsız əqd olmuşdur. Tərəflər arasında bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd hesab olunsa da cavabdehin iddiaçıdan manat borc götürməsi iş materialları ilə təsdiq olunduğundan o, həmin məbləğin Mülki Məcəllənin 337.5- ci maddəsinə əsasən iddiaçıya qaytarmaq öhdəliyi daşımışdır.

35. Apellyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.3, 337.5, 385.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci; Mülki Prossesual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

37. Cavabdeh tərəfindən verilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları da dü zgün tətbiq olunmamış, nə səbəbə görə eyni ayda yüksək məbləğdə pul verilməsinin yazılı müqavilə ilə rəsmiləşdirilməməsini araşdırmamış, eyni zamanda pulun nə səbəbə faizə verilməsi ilə bağlı məsələyə belə toxunmamışdır.

38. Məhkəmə faktlara deyil, fərziyyələrə, eyni zamanda həqiqəti əks etdirməyən ehtimallara söykənmişdir. Belə ki, birinci instansiya məhkəməsində hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə ilk tanışlığı salonda olub, cavabdeh əvvəlcə ondan faizə 1000 manat, sonrakı dövrlərdə isə 3000, 4000, 5000 manat pullar götürüb və qaytarıb. Hətta, cavabdeh onun bacısından da pullar alıb. Cavabdeh 79800 manat pulun üstündə ona, 11000 manat faiz pulu vermə li idi, lakin o, faizi deyil, elə 79800 manat pulu tələb edir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ödəniş etdikcə o, ödənişləri özündə qeyd edirdi, lakin cavabdehə sözügedən vaxtda çox etibar etdiyi üçün ödəniş qeydlərini cavabdehə imzalatmırdı. Qeyd edir ki, borc pulları hissəli şəkildə ona qaytarması şərti ilə cavabdehə verib. xx.xx.2023-cü il tarixdə o, cavabdehə 40000 manat verib, 25500 manat qaytarıb, 14500 manat borcu qalıb, 3000 manat bu pulun üzərində mükafat verilməli idi və bu borc 1 aya qaytarılmalıydı. Lakin 1 aya qaytarılmadı. xx.xx.2023-cü il tarixdə cavabdehə 30000 manat borc verib, cavabdeh 9 min manat ödəniş edib, 21000 manat borcu qalıb və bu məbləğin üzərində ona 1200 manat mükafat pulu verməli idi. Bu borcu 10-15 günə qaytarmaq üçün ondan götürmüşdü. xx.xx.2023-cü il tarixdə cavabdehə yenə 30000 manat borc verib, cavabdeh 9000 manat ödəniş edib, 21000 manat borcu qalıb və bu məbləğin üzərində də ona 1200 manat mükafat pulu verməli idi. Bu borcu 1 aya qaytarmaq üçün götürmüşdü. xx.xx.2023-cü il tarixdə cavabdehə yenə də 30000 manat borc verib, cavabdeh 6-7 min manat ödəniş edib, 23300 manat borcu qalıb. Hər ayın 29 və 30-u Yeganənin “açot” günləri olurdu və həmin vaxt Yeganəyə borca pullar verirdi. Onda bütün ödənişlərin qeydiyyatları vardır. Lazım gələrsə həmin qeyd dəftərini məhkəməyə təqdim edə bilər. Cavabdeh başqa adamların adına borca pullar götürdüyü üçün bu qədər qısa müddətlərlə borc məbləğlərini verib. Cavabdehlə dost idilər və hətta bacısından da ona yaxın idi. Bu səbəblə də ona bu qədər etibar edib. Cavabdehə pulları Azər, Elşən və digər şəxslərin, ümumilikdə isə 4 nəfər şəxsin yanında verib. Cavabdeh ona qızıllar verib, lakin borc qarşılığında verməyib. Cavabdehin ona 19 may və 26 may tarixlərində etdiyi ödənişləri xatırlamır. İddiaçı da qeyd olunan pulların ona faizə verilməsini iddia etmiş, əsas borcu artıqlaması ilə qaytardığını, iddiaçının ondan istədiyinin faiz borcu olduğunu, hətta borca görə qızıllar verdiyini (iddiaçı etiraf etmişdir və iş materiallarına birinci instansiya zamanı “whatsapp” yazıları şəkillər təqdim olunmuşdur) bildirsə də, apellyasiya instansiya məhkəməsi qeyd olunan xüsusatlara da ümumiyyətlə qiymət verməmiş, iddianı təmin edərkən iddiaçının sonradan məhkəmənin təşəbbüsü ilə təqdim etdiyi vvhatsap yazısı ilə kifayətlənməklə mülki işi tam və obyektiv araşdırmadan tələsik qərar qəbul etmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalan və uydurmadan başqa bir şey deyildir.

39. Bundan başqa məhkəmə etirazın formal mülahizələrə əsaslanmaqla heç bir sübuta söykənmədiyini bildirmişdir. Halbuki, elə məhkəmə iclasında da iddiaçı onun tərəfindən verilən pulların faizə verildiyini, cavabdeh tərəfdən ona qızıllar verildiyini, lakin həmin qızılların borcun əvəzində qismində verildiyini etiraf etsə də, bu xüsusatı da nəzərə almamışdır. Eyni zamanda pulların hansı tarixdə verilməsi barədə iddiaçıya bu barədə çoxsaylı suallar ünvanlansa da xatırlamadığını bildirmiş, suallara cavab verməkdən yayınmışdır. (məhkəmə iclasının audio-videosuna baxdıqda hər şey aydın olacaqdır.)

40. Həmçinin məhkəməyə təqdim edilmiş audio səs yazılarında da pulların hansı məbləğdə olmas ı barədə barədə heç bir söz deyilməmişdir. Məhkəmə yalnız iddiaçının və onun nümayəndəsinin apellyasiya şikayətində bildirdiyi əsasla və iddiaçının apellyasiya instansiya məhkəməsində təqdim etdiyi səs yazılarına və yazışmalara istinad edərək, məsələni hərtərəfli araşdırmadan, həmin səslərin hansı tarixdə göndərilməsini bilmədən qətnaməni həmin əsasla əsaslandırmışdır ki, bu da düzgün olmayan nəticələrə gətirib çıxarmışdır. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Hazırki iş üzrə də göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin MK apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini tənzimləyən Mülki Prosessual Məcəl lənin 371 və 372.2-ci maddələrinin tələblərinə əməl etməmiş, iddiaçı tərəfindən irəli sürülmüş dəlillərin (sms mətnlərin və audio yazıların) birinci instansiya məhkəməsində nə səbəbə pərakəndə formada təqdim edilməsinin səbəblərini aydınlaşdırmamış, əksinə məhkəmə öz təklifi ilə çıxış edərək iddiaçı tərfdən “VVhatsap” tətbiqindəki bütün yazışmalar və göndərilən səs yazılarını məhkəməyə təqdim edilməsini təklif etmiş, yardımçı funksiyasını yerinə yetmişdir. (Qərarın 9-cu vərəqi 22-ci bəndi). Halbuki, iddiaçı tərəf birinci instansiya məhkəməsində müqavilə əsasında müdafiəçi ilə təmsil olmuş, özü də məhkəmə iclaslarında dəfələrlə iştirak etmiş, ifadələrində dəfələrlə qeyd olunan pulun da faiz kimi verildiyini bildirmişdir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət müh akiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obvyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

41. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. İddiaçı tərəfindən verilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 13-cü abzasında cavabdehin vəkilin qeyd etdiyi “Qarşı tərəf məhkəməyə sübut təqdim etməmiş”, ifadəsi yaranmış “boşluqdan” istifadə etmək manevridir. Yəni, birinci instansiya məhkəməsində bütün sübutları iddiaçı öz vəkilinə təqdim etmiş (Whatsapp foto və səs yazışmalarını), həmin vəkil isə qa rşı tərəfin vəkilinə öz sübutlarını təqdim etmiş, lakin qarşı tərəfin vəkili etirazda və şifahi məhkəmə iclaslarında iddiaçı tərəfə aid olan sübutları “özlərinə” aid kim, yəni guya cavabdeh məhkəməyə təqdim etmiş kimi qələmə vermişdir. Halbuki, iş üzrə bütün sübutlar iddiaçıya məxsusdur. Məhkəmə qətnaməsinin 22-ci abzası buna dair dəlildir. 22-ci abzasda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd etmişdir ki, tərəflər arasında “Whatsapp” tətbiqindəki yazışmalar və göndərilən səs yazıları birinci instansiya məhkəməsinə pərakəndə formada təqdim edildiyindən, tərəflər arasındakı pul münasibətləri üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmə kollegiyasının təklifinə əsasən iddiaçı tərəfindən “Whatsapp” tətbiqindəki bütün yazışmalar və gö ndərilən səs yazıları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş “Whatsapp” tətbiqindəki yazışmalar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etmişdir.

43. Bundan əlavə, iddiaçı məhkəməyə “Whatsapp” yazışmaları təqdim edərək, həmin yazışmalarda qeyd olunan tarixlərin və məbləğlərin nəzərə alınmasını və araşdırılmasını xahiş etmişdir. Həmçinin baş vermiş hadisənin cavabdehin ilk əməli olmadığını və müxtəlif bəhanələrlə iddiaçını aldatdığını qeyd etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 372.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblə rinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsi n (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

51. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklind ə borc verənə qaytarmağı öhdəsinə götürür.

52. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

53. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

54. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

55. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

56. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Kassasiya şikayətlərində qətnamə bütövlükdə mübahisələndirildiyindən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Avropa İnsan Hüqu qları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikay ətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

68. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasın ı yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2025-ci il tarixli 2(105)-307/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar