Məhkəmə qərarları › İş №2(102)-2306/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2306/2020

18.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2306/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12933/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(001)-1095/2019) İddiaçı cavabdeh X1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbinə dair iddiası təmin edilərək İddiaçı tərəfindən cavabdeh X2 20.000 manat məbləğində kompensasiya ödənilmək lə onun iki uşağı ilə birlikdə N saylı mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdehin uşaqları və əşyaları ilə birlikdə mənzildən çıxarılması, kompensasiyanın ödənilməsi və mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarma hissəsində qətnamənin eyni vaxtda icra olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Tərəflər xx xxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan xx xxxxxx 2004-cü il tarixli qeydiyyat vəsiqəsin ə əsasən İddiaçı mülkiyyətində olan 5 otaqlı mənzildə yaşamışlar. Birgə nikahdan iki uşaqları olmuşdur. Nikahları pozulduqdan sonra İddiaçı keçmiş arvadı Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə 4 dəfə iddia qaldırmışd,iddiada 1-i dəfə 9000 manat, 2-ci dəfə 12.500 manat, 3-cü dəfə 12.700 manat, 4-cü dəfə isə 12.900 manat məbləğində kompensasiya təklif etmişdir. Həmin iddia tələbləri üzrə qəbul edilmiş qətnamələrlə Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsindən imtina olunmuşdur. 2018-ci ilin oktyabr ayında İddiaçı yenidən eyni məzmunlu tələblə məhkəməyə müraciət edərək 20.000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdi r. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qism ən təmin olunmalı, qətnamə ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququna malik olan şəxs olmaqla onun həmin hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi yolu ilə mümkündür. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən nəticəsini onunla əsaslandırmışdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verinməsi müqabilində 20000 manat məbləğində təklif olunan məbləğ mövcud ərazidə oxşar şətaitli ayrıca yaşayış sahəsindən istifadə etmək üçün ağlabatan deyildir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisənin Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun həllini təmin etməməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 -ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarı nəzərə alınmadan qəbul edildiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Müəyyən olunduğu kimi, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb edərkən iddiaçı kompensasiya kimi müxtəlif məbləğlər təklif etmiş və həmin tələblərin hamısı kompensasiyanın məbləğinin yetərli olmaması əsası ilə rədd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiyanın məbləği iddianın predmetinə aid deyildir, birinci instansiya məhkəməsinin belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məb ləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, lakin bu zaman iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin qərarın mənası belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışd ır. İşə yenidən baxılarkən istifadə hüququna xitam verilməsi üçün bazar qiyməti müəyyən edilməklə mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar