Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-231/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Evfemiya Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: Əmək münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4863/2024 nömrəli, 11 sentyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satıcı vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir.
2. Tərəflərdən heç biri əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməmiş, əmək münasibətləri xx.xx.2024-cü il tarixinədək davam etmişdir.
3. Cavabdeh MMC-nin intizam tənbehinin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 24/İ.Ə-05 saylı əmrinə əsasən, Cavabdeh MMC-də Satıcı vəzifəsində çalışan İddiaçı müəssisə daxili nizam-intizam qaydalarına riayət etməyərək, işin ahəngini kobud şəkildə pozmuşdur ki, bununla o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu ma ddəsinin “a” bəndində (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) nəzərdə tutulan, həmçinin Əmək Müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini dəfələrlə pozmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2 “a” bəndi rəhbər tutularaq ona töhmət elan edilmişdir.
4. Cavabdeh MMC-nin direktoru Gəncəli İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, Cavabdeh MMC-də Xalqlar filialında satıcı vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (töhmət) nəticə çıxarmayaraq xx.xx.2024-cü il tarixində mağaza daxilində səs-küy salaraq mağazanın daxili nizam intizamını və əmək funksiyalarını kobud şəkildə pozmuşdur
5. Cavabdeh Evfemiya MMC-nin xx. xx.2024-cü il tarixli, 19X/K.Ş saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin baş direktoru Gəncəli İsmayılovun 30 yanvar 2024-ci il tarixli 19X/K.Ş saylı əmrinin, yəni iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yeti rmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad etməyi barədə xx.xx.2021ci il tarixli 19X/K.Ş saylı əmrinin ləğv edilməsi, iddiaçının yenidən Cavabdeh MMC-yə satıcı vəzifəsinə işə bərpa edilməyi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək hər ay aylıq 600 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında Əmək müqaviləsi bağlandığı vaxtdan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fasiləsiz olaraq işləsə də, 23 yanvar 2024-cü il tarixdə iş yerinin rəhbərliyi ona MMC-nin Xalqlar Dostluğu filialındakı mağazasının e-mail adresinə eyni vaxtda 20 manat cərimə, şiddətli töhmət və işdən azad edilməyi barəd ə bildiriş göndərilməsi barədə məlumat vermişdir. İddiaçı eyni vaxtda həm tənbeh tədbirlərinin verilməsi və eyni tarixdə işdən azad olunmağına etirazını bildirdikdə, onun etirazına məhəl qoymayaraq, 29 yanvar 2024-cü il tarixdə işə gedən zaman ona artıq işdən azad olunduğu barədə məlumat vermişlər. Həmin vaxtdan da iddiaçı artıq işə getməmişdir. O dərhal bu barədə 29 yanvar 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmiş, onun müraciəti xx.xx.2024-cü il tarixdə Əmək Müfəttişliyinə göndərilmiş və orada müvafiq araşdırma aparılmışdır. Lakin araşdırma zamanı cavabdehin nümayəndələri iştirak etməmiş, zəruri sənədləri Əmək Müfəttişliyinə təqdim etməmişlər. Bu səbəbdən iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. İddiaçı qeyd etmişdir ki, cavabdeh iş çi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması əsasına istinad etsə də, iddiaçının 71-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına əsas olan halların heç biri mövcud olmamışdır. Evfemiya MMC-nin baş direktoru Gəncəli İsmayılovun 30 yanvar 2024-cü il tarixli 19X/K.Ş saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməyi barədə əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş a xtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə Cavabdeh MMC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2557/2024 saylı, 7 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmrin qanunsuz olması ilə bağlı iddiaçının dəlilləri əsassızdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı əmək funksiyasını vicdanla yerinə yetirmədiyindən və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri dəfələrlə pozduğundan ona töhmət verilmişdir. Lakin o, in tizam tənbehindən (töhmət) nəticə çıxarmayaraq təkrarən şirkətin daxili nizam-intizamını və əmək funksiyalarını kobud şəkildə pozmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərinə davam etmişdir.
10. Məhkəmə işəgötürənin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olması ilə bağlı (Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsi) hesab etmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının törətdiyi xətanın xarakterini nəzərə almaqla intizam tənbehi növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» kimi hüququndan haqlı olaraq istifadə etmişdir.
11. Belə ki, işin araşdırılmış halları ilə tam süb ut olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməmiş, əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 68-ci maddələrinin 1, 2, 70-ci maddənin “ç” bəndi, 71-ci maddənin 2, 3-cü hissəsi, 72-ci maddənin “e” bəndi, 76-cı maddənin 1-ci hissəsi, 186-cı maddənin 1, 2-ci hissələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizə si ilə eyni dəlillərlə əsaslandırılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4863/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Akif İsgəndərov-sədrlik edən və məruzəçi, Vahid sadıqov və Məhəmməd Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bildirir ki, Cavabdeh MMC 30 yanvar 2024-ci il tarixli 19X/K.Ş saylı əmrdə onunla əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə, yəni işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına istinad etsə də, əslində Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuş işçi tər əfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına əsas olan halların heç biri mövcud olmamışdır.
17. Məhkəmə kollegiyası bu dəlili əsassız saymış və qeyd etmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilmişdir: - işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməlidir; - işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; - işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.
18. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həm 24 yanvar, həm də 29 yanvar 2024-cü il tarixlərində öz əmək funksiyalarını yerinə yetirmək əvəzinə mağazada dava, səs-küy salmış, mağazada daxili intizam qaydalarını, normal iş ahəngini pozmuş, 29 yanvar 2024-cü il tarixdə bununla bağlı ona irad tutan, intizama dəvət edən inzibatçıya təhqiramiz şəkildə “sizin kimi yekəbaşlardır burda işləyən” demişdir. Hər bir intizam, qayda pozuntusu ayrıca rəsmiləşdirilmiş, müvafiq aktlar tərtib edilmiş və həmin pozuntulara da ayrıca qiymət verilmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr yalnız xx.xx.2024-cü il tarixdə baş vermiş intizam pozuntusu ilə bağlı verilmişdir və bu əmrin verilməsi üçün də əsas i şçinin xx.xx.2024-cü il tarixdə barəsində tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən intizam xətası törətməsi olmuşdur.
20. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq Əmək Məcəlləsinin 10-cu maddəsində işçinin əsas vəzifələri kimi nəzərdə tutulmuşdur.
21. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmuşdur. Belə əsasların mövcud olmaması barədə iddiaçının dəlilləri əsassız olmaqla öz təsdiqini tapmır.
22. Həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin əsas d əlillərindən biri əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əvvəlcədən Əmək Məcəlləsi ilə müəyyən edilmiş bir sıra tədbirlərin görülməməsi barədədir. Apelyatorun fikrincə, işəgötürən iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi qaydada xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü onu əmək funksiyasının icrasından azad etməli idi.
23. Məhkəmə kollegiyası bu dəlili də əsassız saymış və qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən belə tədbirlərin görülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən işəgötürən tərəfindən bu kimi tədb irlərin görülməsi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı xitam verilərkən tələb olunur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
24. Apelyatorun başqa bir dəlili əmək müqaviləsinə xitam verilməsi barədə əmrin düzgün tərtib olunmaması, orada müəssisənin hüquqi ünvanının və əmək müqaviləsinin ləğv edilmə əsasını göstərilməməsi barədədir.
25. Məhkəmə kollegiyası bu dəlilləri də əsassız saymış və iş materiallarına əlavə olunmuş əmrin məzmununa əsaslanaraq qeyd etmişdir ki, mübahisələndirilən əmrdə işəgötürənin hüquqi ünvanı “AZ1022, ünvan 1l 38” kimi göstərilmişdir.
26. Əmək müqaviləsinin ləğv edilmə əsasına gəldikdə isə, əmrin məzmununda bu əsas da konkret şəkildə qey d olunmuşdur. Əmrdə iddiaçının əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi) və buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilməsi xüsusi olaraq qeyd edilmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir və apelyatorun bununla bağlı dəlilləri əsassızdır.
28. İddiaçının başqa bir dəlili intizam tənbehi verilməmişdən əvvəl ondan izaha t alınmaması barədədir.
29. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayaraq qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəələsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməklə ondan izahat tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmiş və bu fakt işəgötürən tərəfindən aktlaşdırlmışdır.
30. Adı çəkilən maddənin məzmunundan da göründüyü kimi, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. 32.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülah izə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 68ci maddənin 1-ci hissəsinə və 2-ci hissəsinin a bəndinə, 70-ci maddənin ç bəndi, 71-ci maddənin 2, 3-cü hissələrinə, 72-ci maddənin “e” bəndinə, 186-cı maddənin 2-ci hissəsinə, 187-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-nin direktoru Gəncəli İsmayılov ilə əmək müqaviləsi bağlayaraq Cavabdeh MMC-yə satıcı vəzifəsinə işə qəbul edilmiş, işə başlama tarixi xx.xx.2023-cü il olmaqla, əmək müqaviləsi müddətli olaraq xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. Konstitusiya müəyyən edilmiş hüquqlar üzrə iddiaçıCavabdeh MMC-ni özünə iş yeri seçmiş və orada satıcı vəzifəsini icra etmişdir. Lakin o həmin müəssisədə peşə fəaliyyətini həyata keçirən zaman işəgötürən heç bir əsas olmadan onunla bağlı əvvəlcə cərimə, daha sonra şiddətli töhmət vermiş və sonunda işdən çıxartmışdır. İşəgötürən Cavabdeh MMCnin direktoru Gəncəli İsmayılov bu qərarların hamısını xx.xx.2023 tarixindən xx.xx.2024-cü il tarixinəd ək 6 (altı) gün ərzində qəbul etmişdir. Qısa müddət ərzində işçi barəsində bu tədbirlərin hamısının görülməsi (cərimə verilməsi, töhmət verilməsi və işdən çıxarılma barədə əmrin verilməsi) onu göstərir ki, işəgötürən işçi İddiaçı qarşı qərəzli yanaşmış və heç bir əsas olmadan onu işdən çıxartmışdır. Halbuki Konstitusiyanın 35 maddəsinin Vİ bəndinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Cavabdeh MMC-nin direktoru Gəncəli İsmayılovun həmin müəssisədə satıcı vəzifəsində işləyən işçi İddiaçı qarşı 6 (altı) gün ərzində tənbeh verməsi və daha sonra onu işdən çıxartması işçiyə qarşı ayrı-seçkilik etdiyini göstərir. Cavabdeh MMC-nin direktor u Gəncəli İsmayılov belə addımlar ataraq iddiaçının hüquqlarını pozmuşdur.
23. İddiaçı qismində Bakı şəhəri Nəsimi rayonu məhkəməsinə müraciət edən zaman və həmin məhkəmənin qətnaməsindən verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə baxılan zaman onun işinə obyektiv və ədalətli baxılmamışdır.
24. İddiaçı işlədiyi müəssisə tərəfindən ayrı-seçkiliyə məruz qalmışdır.İddiaçının işinə məhkəmədə düzgün baxılmamış, qərəzli qərar qəbul edilmişdir. İşin gedişatında məhkəmə ətraflı araşdırma aparmamış və ancaq cavabdehin Cavabdeh MMC-nin məhkəməyə təqdim etmiş olduğu sənədləri əsas götürərək həmin sənədlər əsasında qətnamə qəbul etmişdir. Ümumiyyətlə hər iki məhkəmənin qətnaməsində iddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Cavabdeh MMC-də işl ədiyi qeyd olunsa da, qətnamələrdə “iddiaçının guya işlədiyi altı ay ərzində iki dəfə töhmət növündə intizam tənbehi tətbiq edildiyi” qeyd edilmişdir. Nəsimi rayonu və Bakı Apellyasiya məhkəmələrinin qətnamələrində reallıq təhrif olunaraq, iddiaçının 6 ay işlədiyi qeyd edilmişdir. Halbuki xx.xx.2023-cü il tarixindən cəmi 4 (dörd) ay orada işləmişdir. Dörd ay işlədiyi halda qətnamələrdə “bundan əvvəl altı ay ərzində iki dəfə töhmət” verildiyi deyilir. İddiaçı həmin müəssisədə 6 ay yox, 4 aya yaxın bir müddət ərzində işləmişdir. İddiaçı həmin şirkətdə 4 ay işləmişdir. Lakin məhkəmələrin hər ikisi hansı səbəbdən 6 ay işlədiyini qətnamələrdə qeyd etməsi qeyri-müəyyən olaraq qalır
25. İddiaçının hüquqları cavabdeh tərəfindən tamamilə pozulmuş, əmək münasibətlərində olduqları zaman hüquq bərabər liyi təmin edilməyərək, cavabdeh işəgötürən üstünlüyündən istifadə edərək İddiaçı qarşı qanunsuzluq etmiş və heç bir əsas olmadan onu işdən çıxartmış, töhmət vermiş və digər tədbirlər görmüşdür.
26. İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə müqaviləsinə xitam verilib. Məhkəmələr ancaq işəgötürən Cavabdeh MMC-nin bununla bağlı təqdim etmiş olduğu sənədlərə istinad etmişdir. Lakin məhkəmələr (həm Bakı şəhəri Nəsimi rayon məhkəməsi həm də, Bakı Apellyasiya Məhkəməsi) İddiaçı orada işlədiyi zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan pozuntuları edib etmədiyini müəyyən etməmişdir. İddiaçını işlədiyi zaman əmək funsiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud da əmək vəzifələrinin kobud şəkildə pozulması faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmə yalnız iddiaçının bildirdiyi fikirləri və əmək müqaviləsinə xitam verilməsini əsas götürərək iddiaçının həqiqətən həmin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən pozuntu etdiyi qərarına gəlmişdir. İdidaçının əmək funsiyasını və ya əmək müqaviləs üzrə öhdəliklərni yerinə yetirməməsi məsələsini araşdırmalı və əgər həmin hal öz təsdiqini taparsa o zaman iddianı rədd etməli idi. Ümumiyyətlə cavabdeh tərəf Cavabdeh MMC işçinin işdən çıxarılmasınına səbəb olmuş halları məhkəmədə sübuta yetirməmişdir. Cavabdehin qərəzli və ədalətsiz qərarını məhkəmə qəbul etmiş və haqq-ədalət məhkəmə tərəfindən bərqərar olamamışdır. Cavabdeh iddiaçını heç bir əsas olmadan işdən çıxartdığı üçün onu hə m işə bərpa etməli həmdə buraxılmış günlər üçün ona əmək haqqı ödəməlidir.
27. Kassator şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddənin İİ, Vİ hissələrinə, 60-cı maddənin İİ hissəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 16-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının MPM-in 2.1, 4.1, 7.1, 8.1, 8.2, 9.3, 77.1, 77.3, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
29. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
30. Maddə 68
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
31. Maddə 70 Əmək müqaviləsi işəgötürən tərəfindən aşa ğıdakı əsaslarla ləğv edilə bilər:... 32. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
33. Maddə 71
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Maddə 72 Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:... e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
35. Maddə 186. 36.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli t öhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı za man qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessu al hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kollegi ya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 5
0. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 2(103)-4863/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.