Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2311/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-473/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quliyev X7 Rayon Kommunal Müəssisələri Kombinatında baş mühəndis vəzifəsində işləmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə elə həmin tarixdən işdən azad olunmasını xahiş etmisdir.
3. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrə əsasən kombinatın baş mühəndisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz arzusu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxx x" bəndinə əsasən xitam verilmişdir.
4. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 xx.xx.2024cü il tarixli, MN-1932288 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN-0020628 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə ba rəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən olunması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı” və ya "xxxx") məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “Kombinat”) xx.xx.2024-cü il tarixli 72 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, yəni Kombinatın baş mühəndisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən davamlı olaraq Kombinatda işləmişdir. Kombinatın rəisi Nümayəndə göstərişi ilə iddiaçı xx.xx.2023cü il tarixində ərizə yazaraq 20 dekabr 2023-cü ildə səhhəti ilə bağlı onu işdən azad etməsini bildirmişdir. Ərizəsini yazdıqdan sonra F. Bayramov dərhal ərizəni qəbul edərək iddiaçıya xx.xx.2023-cü ildə işdən azad olunduğunu bildirmişdir. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü ildə günün sonu Kombinatın rəisindən iddiaçıya məxsus olan əmək kitabçasını və işdən çıxma əmrinin verilməsini tələb etmişdir. Ona şifahi olaraq işdən çıxma əmrinin surətinin və əmək kitabçasının yaşadığı ünvana poçtla göndəriləcəyi bildirilmişdir. Lakin təxminən 2024-cü ilin yanvar ayının 15-20-si aralığında iddiaçı Kombinata gələrək işdən çıxma əmrini və əmək kitabçasını tələb etdikdə ona Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının prezident seçkiləri ilə bağlı tapşırıq verdiyini, xx.xx.2024-cü il tarixli Prezident seçkilərindən sonra dərhal göndərəcəkləri bildirilmişdir. İddiaçı seçkilərdən bir neçə gün sonra təkrar şifahi Nümayəndə müraciət etmiş və ona yenə əvvəlki vədlərə oxşar yalan məlumat verərək əmək kitabçasını və işdən çıxma əmrini poçtla göndərdiyini bildirmiş, onu arxayın salaraq evə göndərmişdir. Kombinatdan gələndən sonra dəfələrlə poçta gedərək ona Kombinatdan məktub gəlməsi ilə bağlı şifahi maraqlanmış, ona məktub gəlmədiyini bildirmişlər. İddiaçı həmin ilin fevral ayının sonu mart ayının əvvəli Kombinata gedərək F. Bayramova onun yaşadığı ünvana məktub gəlmədiyini bildirmişdir. Bu zaman onun əmək kitabçasını kombinatın əməkdaşının guya poçtla səhvən başqa kəndə göndər diyini, dərhal poçta təkrar gedərək yaşadığı ünvanı düz göstərərək şəxsən şəxsən göndərdiyini bildirmişdir. Lakin dəfə Gədəbəy Kombinatdan qayıtdıqdan 10 gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sistemi üzərindən işsiz və iş axtaran kimi qeydiyyatdan keçmək istəyən zaman EİS alt sistemində adına aktiv əmək müqaviləsinin olduğunu görüb, dərhal Kombinatın rəisinə həm yazılı, həm də şifahi müraciət edərək adına aktiv əmək müqaviləsi üzrə işə çıxmasını xahiş etmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, “həmin ştat (baş mühəndis) üzrə Gədəbəy rayon İcra Hakimiyyətindən işçi göndəriblər ona görə səni götürə bilmərəm”. O, Nümayəndə bildirmişdir ki - “bəs mənim adıma aktiv əmək müqaviləsi ola-ola necə siz işçi qəbul etmisiniz, axı mənim əmək kitabçam, xitam ə mrim mənə verilmədən necə başqa şəxsi işə qəbul etmisən”, bu zaman F. Bayramov ona “mənim işimdir, özüm bilərəm” deyərək Kombinatın həyətində özünə məxsus avtomobilə əyləşərək Kombinatı tərk etmiş və bildirmişdir ki, “mənə başçı iş tapşırıb, vaxtım yoxdur sizi dinləməyə”. Bundan sonra Kombinatın rəisinə dəfələrlə edilmiş haqlı müraciətinə baxmayaraq iddiaçının heç bir ərizəsinə cavab verilməmişdir. Cavab gəlmədikdə xx.xx.2024-cü ildən müxtəlif vaxtlarda onlayn və yazılı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X5 Müfəttişliyinə müraciət etmişdir. Müraciət əsasında araşdırmaya başlayan X8 tərəfindən xx.xx.2024-cü ildə Kombinata göndərdiyi məktuba cavab verilməmişdir. X8 xx.xx.2024-cü il tarixində Gədəbəy rayon İcra Hakimiyyətinə 3-175-2-Q-50175/2024 nömrəli məktubla müraci ət etmişdir. Lakin xx.xx.2024-cü ildə X8 Xidmətinin X1 daxil olan müraciəti əsasında Kombinat rəhbərliyinin təqdim etdiyi sənədlərdə inzibati xətanın olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində Nümayəndə əsassız göstərişi ilə öz hüquqi qüvvəsini itirmiş yazdığı ərizəsini xx.xx.2024cü ildə qanunsuz şəkildə EİS üzərində qeyri-formal olaraq 72 nömrəli əmr yazaraq əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsinə qanunsuz xitam vermişdir. Kombinatının rəhbərliyi əmək müqaviləmə xitam verərkən qanunun tələblərini və iddiaçın işçi kimi hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də həmin əmr qanunsuz hesab edilməli və ləğv edilməlidir.
8. Cavabdehin nümayəndəsi (Kombinatın rəisi) Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı Kombinatın baş mühəndis vəzifəsin də işləmiş və xx.xx.2023-cü il tarixdə öz arzusu ilə ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Lakin bu barədə əmr onun tərəfindən həmin vaxt elektron informasiya sisteminə daxil edilməmiş, xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Bununla da nöqsana yol vermiş və X8 Xidməti tərəfindən pozuntunun aradan qaldırılması tələb edilmiş, əks təqdirdə onun 1500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin cərimə borcunu da ödəmişdir. İddiaçı öz arzusu ilə işdən azad edilmişdir. Onun işə bərpası üçün heç bir əsas yoxdur. Həmçinin iddiaçının çalışdığı müddətdə barəsində prokurorluqda araşdırma aparılmışdır.
9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan R espublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 nümayəndəsi X4 bildirmişdir ki, iddiaçının Kombinatda əmək qanunvericiliyinin pozulması ilə bağlı X8 Xidmətinin X3nə ünvanladığı müraciət əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Kombinat tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürə n tərəfindən xitam verilərkən Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Buna görə də, Kombinatın rəisi Nümayəndə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6 (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli, MN0020628 nömrəli qərara əsasən Nümayəndə barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən olunmuşdur.
10. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1231/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Zamiq Rəsulov).
11. Birinci instansiya məhkəməsi iş ma terialları və işdə iştirak edən şəxsləri izahatları ilə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, Kombinatın baş mühəndisi vəzifəsinə işə götürülmüşdür. Kombinatın rəisi Nümayəndə xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun öz arzusu ilə (ərizəsi əsasında) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən əsasən xitam verilmişdir. İddiaçı həmin vaxtdan işdən azad edilmiş və həmin vəzifə üzrə əmək funksiyalarını yerinə yetirməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir. Bu hal məhk əmədə mübahisələndirilməmişdir. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi üçün heç bir əsas yoxdur.
13. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması ilə bağlı diqqətə çatdırmışdır ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnf ormasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Bununla da Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəbləri pozulmuş, bu hal X8 Xidməti tərəfindən araşdırılmış və qəbul edilmiş qərara əsasən, Kombinatın rəisi Bayramov X10 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericilyinin hər hansı tələbləri pozulmamış, əmək müqaviləsinə xitam verildikdən sonrakı hərəkətlərdə Kombinatın rəisi Nümayəndə tərəfindən pozuntuya yol verilmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəblərinin pozulması işçinin işdə n azad edilməsi barədə əmrin ləğvi və əvvəlki iş yerinə bərpası üçün əsas deyildir.
15. Mülki Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Kombinatın rəisi Nümayəndə tərəfindən iddiaçının işdən azad edilməsi zamanı Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə dəqiq əməl edilmişdir. Odur ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa barədə tələbi əsassızdır.
17. Həmçinin, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı ilə bağlanm ış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 9, 68,. 69, 154, 296, 300-cü maddələrini müvafiq hissə və bəndləri, Mülki Məcəllənin 19, Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Ərizəni iddiaçı təzyiq altında yazmış, lakin məhkəmə buna düzgün qiymət verməmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-473/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1231/2024 saylı, 2 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci h issəsinin “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.
23. İddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndi göstərilmişdir. Həmin norma, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi hüququnu verir.
24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin faktiki hallarına görə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir. Hansı ki, həmin hal sonuncu tərəfindən mübahisələndirilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkə n əmək qanunvericiliyin tələblərinin pozulması ilə şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Bununla da Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəbləri pozulmuş, bu hal X8 Xidməti tərəfindən araşdırılmış və qəbul edilmiş qərara əsasən, Kombinatın rəisi Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə bu hal iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin hər hansı tələblərinin pozulması demək deyildir, çünki bu pozuntu əmək müqaviləsinə xitam verildikdən sonrakı hərəkətlərdə ifadə edilmiş və buna görə Kombinatın rəisi Nümayəndə inzibati məsuliyyətə cəlb edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəblərinin pozulması isə işçinin işdən azad edilməsi barədə əmrin ləğvi və əvvəlki iş yerinə bərpası üçün əsas deyildir.
27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəni təzyiq altında yazması barədə dəlilin əsassız sayaraq göstərmişdir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, bu fakt iş materiallarında olan kifayət qədər sübutlarla təkzib olunur. İddiaçı iddia tələbinin əsası kimi göstərdiyi halları təsdiq edən mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 6, 9, 68, 69, 83, 84.3, 87, 300.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tari xli qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 ( bənd "xxxx"). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 69 (1). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69 (2). Ərizə ve rildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69 (3). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməs i əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
37. İddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddiaçı tələbinin əsası kimi əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron alt sistemə 31 iyul 2024-cü ildə yerləşdirilməsinə, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin onun iradə ifadəsini əks etdirmədiyinə, ərizəni hədə təsiri ilə yazmasına istinad etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları araşdırmış, onun istinad etdiyi hər iki əsas üzrə iddiasının əsaslı olmaması nəticəsinə gəlmişdir.
39. İddiaçı işdən çıxma barədə ərizənin təzyiq nəticəsində yazılmasını göstərsə də, işdən görünür ki, o, bu dəlilini sübut edə bilməmişdir.
40. Həmçinin məhkəmələrin gəldiyi nəticədən görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron alts istemə 31 iyul 2024-cü ildə yerləşdirilməsinin işəgötürənin əmək müqaviləsi bağlandıqdan sonrakı hərəkətləridir ki, bu da əmək müqaviləsinə xitam verildiyi anda əmək qanunvericiliyinin pozulması yox, ondan sonrakı pozuntu olmaqla, işəgötürənlə inzibati orqan arasındakı münasibətlərə aiddir.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən nəticə ilə bağlı hazırki qərarın 22-28-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.
43. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər bildirişin elektron altsistemə vaxtında yerləşdirilməməsi, işdən çıxma barədə ərizənin iddiaçının iradə ifadəsini əks etdirməməsi barədə işin faktiki halları ilə bağlıdır ki, həmin dəlillərə də qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmələr qiymət vermişlər.
45. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-473/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın.