Məhkəmə qərarları › İş №2(102)-2312/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2312/2023

31.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2312/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2312/2023 (Açar sözlər: mənzilə köçürülmə) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)258/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Qanuni nümayəndə ilə X2 18 fevral 2015-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 11 dekabr 2016-cı il tarixdə X4 adlı övladları doğulmuşdur.

2. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Qanuni nümayəndə və İlqar Cəlilovun arasındaki nikah pozulmuş, qızı X4 iddiaçının himayəsində qalmışdır.

3. X2 27 sentybar 2021-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdeh mərhum X1 anasıdır.

5. X1 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 10 saylı, 46,3 kv.m. ümumi sahədən ibarət olan mənzil, vərəsəlik qaydasında paylı mülkiyyət hüququ ilə hər birinə 1/2 hissədə olmaqla X7un bir inci növbə vərəsələri olan anası Cavabdeh və qızı X3 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun qızı X4 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, cavabdeh qızının və onun həmin mənzildə yaşamasına maneçilik törədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızı yetkinlik yaşına çatmadığı, yaşayış yeri də valideynin yaşadığı yer olduğu üçün, mübahisəli mənzil də qızının paylı mülkiyyətində oldu ğu və bu mənzildən başqa da yaşayış yeri olmadığı üçün onun və yetkinlik yaşına çatmayan qızının həmin mənzilə köçürülməsi zərurəti yaranmışdır.

8. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, iddia ərizəsi aşağıda göstərilən səbəblərə görə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində başqa bir yaşayış yeri olmadığını, bu səbəbdən iddia ərizəsində göstərilən mənzilə köçməsinin zəruri olduğunu göstərsə də, iddiaçının faktiki sahib olduğu və hazırda qızı ilə yaşadığı bir evi vardır. Bununla belə, iddiaçı zəruri ehtiyacdan deyil, ona olan qərəzli mövqeyi ilə bağlı məhkəməyə müraciət etmişdir. Çünki o, mənzildə yaşamaq ehtiyacını qarşılamaq üçün deyil, sırf qarşı tərəfə zərər vurmaq məqsədi ilə hazırkı iddia tələbini irəli sürmüşdür. Mübahisəli mənzil 1 otaqdan ibarətdir. Bi r otaqdan ibarət həmin mənzildə onun qızı Nümayəndə ilə birlikdə, o cümlədən iddiaçının azyaşlı övladı ilə birgə birlikdə yaşaması fıziki olaraq mümkün deyildir. Bundan əlavə iddiaçı mərhum oğlu İlqar Cəlilovla birgə nikahda olduğu vaxtlarda onların tez-tez mübahisələri olmuş, bu mübahisələrin birində onu döyərək xəsarət yetirmişdir. Bu fakt Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2019-cu il tarixli, 127-36190 saylı qərarında da öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, iddiaçı həmin fakt üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu səbəblərdən iddiaçı ilə yenidən bir yerdə yaşamaqları mümkün deyil, bir yerdə olacaqları təqdirdə təkrar münaqişələrin olacağı bəri başdan bəllidir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının azyaşlı övladı ilə birgə köçürülməsin i tələb etdiyi mübahisəli mənzilin kirayə verilərək kirayə haqqının hər ay aralarında bölüşdürülməsi və ya mənzilin hərraca çıxarılmaqla satılmasının təmin edilməsi və əldə edilən vəsaitin bölüşdürülməsi daha doğru olardı.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli mənzil vərəsəlik qaydasında iddiaçının övladı Elif Cəlilliyə keçmişdir. O, azyaşlı olduğundan anası onun qanuni nümayədəsidir. Hazırda Elif anasının himayəsindədir. Mübahisəli mənzil 1/2 hissədə Elifin mülkiyyətindədir. Buna baxmayaraq, hazırda iddiaçı övladı ilə birlikdə kirayədə qalır. Onların yaşamaq üçün başqa yeri yoxdur. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh iddiaçının övladının razılığı olmadan mübahisəli mən zili hətta kirayə müqaviləsi olmadan kirayəyə vermişdir. Hətta bununla bağlı, yəni əmlakının qanunsuz zəbti ilə əlaqədar iddiaçı polisə şikayət etmişdir. Bundan başqa cavabdehin etirazının heç bir hüquqi əsası yoxdur. Etirazı cavabdehin şifahi mülahizələri kimi qəbul edir. Belə ki, etirazda cavabdeh heç bir hüquqi normalara istinad etməmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4785/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsi 1/2 hissədə X3 xüsusi mülkiyyətindədir. X3 adına mübahisəli mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə 1/2 hissədə mülkiyyət hüququ əldə etmiş, onun həmin mənzildən istifadə h üququ mövcuddur. Bu səbəbdən 11 dekabr 2016-ci il təvəllüdlü X3 qanuni nümayəndəsi olan iddiaçı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3, 8, 9.1 və 9.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, iddiaçı Qanuni nümayəndə iddia ərizəsində başqa bir yaşayış yeri olmadığını, bu səbəbdən iddia ərizəsində göstərilən mənzilə köçməsinin zəruri olduğunu göstərsə də, iddiaçının faktiki sahib olduğu və hazırda qızı ilə yaşadığı bir evi vardır. Bununla belə, iddiaçı zəruri ehtiyacdan deyil, cavabdehə olan qərəzli mövqeyi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçının hüququndan sui-istifadə etdiyi görünür. Çünki o, mənzildə yaşamaq ehtiyacını qarşılamaq üçün deyil, sırf qarşı tərəfə (ona) zərər vurmaq məqsədi ilə hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nömrəli mənzil 1 otaqdan ibarətdir. Bir otaqdan ibarət həmin mənzildə cavabdeh, qızı Nümayəndə ilə birlikdə, o cümlədən iddiaçının azyaş lı övladı ilə birlikdə yaşaması mümkün deyildir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, iddiaçı ilə əvvəllər tez-tez mübahisələri olmuş, bu mübahisələrin birində cavabdehi döyərək xəsarət yetirmişdir. Bu fakt Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2019-cu il tarixli, 127-36190 saylı qərarında da öz əksini tapmışdır. İddiaçı həmin fakt üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəzərə alınmalıdır ki, bu səbəblərdən iddiaçı ilə yenidən bir yerdə yaşamağı mümkün deyil. Bir yerdə olacaqları təqdirdə təkrar münaqişələrin olacağı bəri başdan bəllidir. Eyni mənzil içərisində cavabdehə yenidən xəsarət yetirməyəcəyinə heç kim qarantiya verilə bilməz. Sumqayıt Şəhər Məhkəməsi iddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nöm rəli mənzilin 1 otaqdan ibarət olduğunu, onun qızı ilə birgə yaşadığını, bu mənada onların iddiaçı və azyaşlı övladı ilə birgə həmin mənzildə yaşamasının mümkünsüz olduğunu, o cümlədən tərəflər arasında münasibətlərin həddən artıq pis olduğunu, iddiaçının əvvəllər cavabdehi döyərək xəsarət yetirməsinə dair işin faktiki hallarını nəzərə almamış, iddiaçının hüquqlarından sui-istifadə etdiyinə ümumiyyətlə hüquqi qiymət verməmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı (X3 qanuni nümayəndəsi) apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, evi yoxdur, hazırda Abşeron rayonu, Masazır qəsəbəsində kirayə yaşayır. Qızı Elifin 6 yaşı var. Qızı ilə birlikdə mübahisəli evə köçürülmək istəyir. Cavabdehin yaşamağa başqa evi də var. Eləcə də mənzili iki otaqlıdır.

16. Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-258/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi 1/2 hissədə X3 xüsusi mülkiyyətindədir. X3 adına mübahisəli mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə 1/2 hissədə mülkiyyət hüququ əldə etmiş, onun həmin mənzildən istifadə hüququ mövcuddur. Bu səbəbdən 11 dekabr 2016-ci il təvəllüdlü X3 qanuni nümayəndəsi olan iddiaçı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə birinci instansiya mhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

18. Həmçinin apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh mübahisəli mənzilin bir otaqlı olduğunu, iddiaçının yaşayış yerinin olması, hazırki hüquqdan sui-istifadə edəcəyini bildirsə də, buna dair sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə iclasında iddiaşçı (X3 qanuni nümayəndəsi) mənzilin iki otaqlı olduğunu bildirdi. Həmçinin mənzilin bir və ya iki otaqlı olması iddiaçının öz evinə köçməsi üçün maneə ola bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiy i nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3, 8, 9.1 və 9.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, f aktlara əsasən və qanuna müvafiq baxmalıdırlar. Konstitusiyanın sözügedən müddəası kobud şəkildə pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə qərəzli yanaşılmış, 1 otaqlı mübahisəli mənzildə tərəflərin birlikdə yaşamasının fiziki olaraq mümkün olub-olmadığı, tərəflər arasında münasibətlərin normal olub-olmaması halları kifayət qədər araşdırılmamış, qanunsuz və əsassız şəkildə cavabdehin xeyrinə qətnamə çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

22. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

25. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdaf iəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

26. Maddə 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

27. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmaya n müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.

28. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

29. Maddə 9.2.1. Mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun tanınması üsulu ilə həyat a keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Mad də

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

41. Kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

45. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin 27 sentybar 2021-ci il tarixdə vəfat etmiş oğlu, mərhum X2 ilə 18 fevral 2015ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahlarından 11 dekabr 2016-cı il tarixdə X4 adlı övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2019-cu il qətnaməsinə əsasən iddiaçı və İlqar Cəlilovun arasındaki nikah pozulmuş, qızı X4 iddiaçının himayəsində qalmışdır. X7 27 sentybar 2021-ci il tarixdə vəfat etdikdən sonra onun mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil, vərəsəlik qaydasında paylı mülkiyyət hüququ ilə hər birinə 1/2 hissədə olmaqla X7un birinci növbə vərəsələri olan qızı X3 və anası olan cavabdehin mülkiyyətinə verilmişdir.

46. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq məhkəmənin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmiş, məhkəmənin iddianı təmin etməkdə haqlı olması qənaətinə gəlmiş dir.

47. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar ka ssasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-258/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar