Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2312/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işçilərin sayının və ştatların ixtisarı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)731/2024 nömrəli qətn aməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 08 fevral 2017-ci il tarixdən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Təchizat bölməsinin rəisi vəzifəsində işləmişdir. 2. "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 26 may 2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən, yəni “işçilərin sayının və ya ştatların ixtisarı” ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavab deh tərəfindən verilmiş 26 may 2023-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və 26 may 2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən cavabdeh Cəmiyyətin Bakı Dəmir Yol İdarəsində əmək fəaliyyətinə başlamış, 08 fevral 2017-ci il tarixlə əmək müqaviləsi ilə QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müəssisə və idarələrdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtlı-vaxtında yerinə yetirmiş, işlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tər əfindən ona heç bir irad tutulmamışdır. Lakin, iddiaçıya məlum olmayan səbəblərdən 26 may 2023-cü il tarixli əmrlə onun tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 26 may 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndınə əsasən ləğv edilmişdir. Həmin əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinin, 58-ci maddəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 76-cı maddəsinin, 77-cı maddəsinin 2-ci və 3-cü hissələrinin, 78-cı maddəsinin 2-ci hissəsinin 4-cü bəndinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinin və 80-cı maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(006)3192/2 023 nömrəli qətnaməsi ilə (hakim Ə.E.Heydərova) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tutduğu vəzifə və işlədiyi struktur qurum ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xəbərdarlıq məktubu həm elektron poçt vasitəsilə, həm də şəxsən təqdim edilmişdir. Şəxsən təqdim edilmiş xəbərdarlıq məktubunu almaqdan imtina etmiş və bununla bağlı akt tərtib olunmuşdur. Elektron poçt ünvanına göndərilmiş xəbərdarlıq məktubu ilə də tanış olmuşdur.
7. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə isə cavabdeh tərəfindən iddiaçıya hər hansı bir məhdudiyyət qoyulmamış, həftənin bir günü ona iş axtarmaq üçün imkan yaradılmışdır. Bunun əksi olaraq iddiaçıya bu imkanın yaradılmaması ilə bağlı iddiaçı tərəfindən m əhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
8. Daha sonra iddiaçının qeyd etdiyi Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin bu maddəsində göstərilən tələb imperativ norma deyildir və bu işəgötürən üçün hər hansı bir vəzifə yaratmır.
9. Bundan başqa iddiaçının tutduğu vəzifə və işlədiyi struktur qurumda olan bütün ştatlar ləğv olunduğundan, burda hər hansı üstünlükdən söhbət gedə bilməz.
10. Həmçinin, ştat ixtisarı həyata keçirildikdən sonra iddiaçıya ADY-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Təhlili və planlaşdırma şöbəsində aparıcı mütəxəssis vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq cavabdeh tərəfindən üstünlük hüququnun tanınmas ı kimi qiymətləndirilə bilər. Bu qeyd olunan fakt, özü özlüyündə həmçinin iddiaçının “işdən azad olunarkən onun işdə saxlanılması məsələsi ümumiyyətlə müzakirə olunmadı” dəlilini də təkzib edir.
11. Bundan başqa, iddiaçı tərəfindən qeyd edilən “cavabdeh qurumda işçilərin sayının ixtisar halı olmamışdır” dəlilinə qiymət verərək, məhkəmə qeyd etmişdir ki, ADY-də son dövrlərdə aparılan kadr islahatının və ADY-nin İnfrastruktur departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin aparatının ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən iddiaçının tutduğu bölmə rəisi ştatı ixtisar olunmuşdur. Aparılmış ixtisar nəticəsində həyata keçirəc ək işin xüsusiyyətləri və iş funksiyası tamamilə fərqli olan başqa bir struktur qurum olaraq Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Yeni yaradılmış Təchizat və anbar təsərrüfatı şöbəsinin şöbə rəisi vəzifəsinin iş funksiyaları ləğv edilən şöbə rəisi vəzifəsinin iş funksiyasından tamamilə fərqləndiyindən və iddiaçının ixtisasının yeni yaradılan şöbə rəisi vəzifəsinə uyğun olmadığı müəyyən edildiyindən o, yeni yaradılan şöbə rəisi vəzifəsinə təyin olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi ona ixtisasına uyğun olan başqa iş təklif olunsa da, o, təklif olunmuş işi qəbul etməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 11-ci maddəsi, 42-ci maddəsinin 1-ci hissəsi, 45-ci maddəsinin 1-ci hissəsi, 47-ci m addəsinin “f” bəndi, 69-cu maddəsinin 1 və 7-ci hissələri, 78-ci maddəsinin 1 və 2-ci hissələri, 80-ci maddəsinin 2-ci hissəsi, 296-cı maddəsinin 2-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)-731/2024 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdən və T.G.Axundovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(006)3192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddiaçı 08 fevral 2017-ci il tarixdən başlayaraq cavabdeh QSC-nin İnfrastruktur Departamentinin Təchizat Bölməsinin rəisi vəzifəsində çalışmışdır. QSC-nin İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri ixtisar edilmişdir. Beləliklə, 26 may 2023-cü il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmk arlar İttifaqının 08 may 2023-cü il tarixli qərarına əsasən, tərəflərin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə Həmkarlar İttifaqının etiraz etmədiyi müəyyən edilmişdir.
16. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəb i ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (altı təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa MMC tərəfindən 08 avqust 2022-ci il tarixli, K22/2022 saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya ixtisas səviyyəsinə uyğun (iş materiallarına əlavə edilmişdir) başqa vəzifədə işlə məklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, o, təklif edilmiş vəzifədən imtina etdiyindən əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
17. Apellyasiya kollegiyası qeyd etmişdir ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.
18. Eyni zamanda, apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının rəisi olduğu bölmə ləğv olunmuş, bölməyə aid ştat vahidləri də vəzifə ştat cədvəlindən tamamilə çıxarılmış, aparılmış ixtisar nəticəsində həyata keçirəcək işin xüsusiyyətləri v ə iş funksiyası tamamilə fərqli olan başqa bir struktur qurum olaraq Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Belə olan halda hazırda iddiaçının də işdə qalmaq üçün üstünlük hüququnu qiymətləndirməyə ehtiyac yoxdur. Bu qayda vəzifə bir və ya bir neçə ştat vahidini nəzərdə tutduğu təqdirdə tətbiq edilir. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, tutduğu vəzifənin ixtisar edilmədiyinə dair irəli sürdüyü dəlilləri apellyasiya məhkəməsi heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il i tarixli, 2(103)731/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 12-ci maddəsi, 58-ci maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 7-ci hissəsi, 77-ci maddəsinin 1-2-ci hissələri, 78-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 2-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14, 217.1, 385, 387-ci maddələrinin tələbləri pozulmuşdur.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün mübahisəli məsələnin araşdırılması məqsədilə işin hallarını araşdırmadan, cavabdehin mövqeyindən çıxış etmiş, iddiaçının əmək hüquqlarını kobudcasına pozaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia çı işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. İş materiallarında olan 06 mart 2023-cü il tarixli ştat cədvəlindən çıxarışdan görünür ki, cavabdeh qurumda işçilərin sayının ixtisar olunması halı olmamışdır. Belə ki, həmin ştat cədvəlindən çıxarışdan görünür ki, Təchizat bölməsini ləğv edərək, əvəzində Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Bu prosesdə, bölmənin 6 ştat vahidi ixtisar edilsə də, yeni yaradılmış, adı və vəzifə funksiyaları demək olar ki, eyni olan bir şöbəyə 6 nəfər ştat vahidi əlavə edilməklə, yeni işçilər işə götürülmüşdür. Cavabdeh qurum tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə 27 mart 2023-cü il tarixli xəbərdarlıq məktubu 03 aprel 2023-cü il tarixində iddiaçının məzuniyyətdə olduğu vaxtda İnfrastruktur Depa rtamentinin Təchizat bölməsində yalnız rəis vəzifəsində işləyən İddiaçı göndərilmiş, lakin həmin bölmədə çalışan digər əməkdaşlara bölmə rəisinin müavininə, mütəxəssisə və yardımçı fəhləyə göndərilməmişdir. Bu cür əmək mübahisəsi ilə bağlı işlərdə sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranırsa və ixtisarı zəruri edən hallarla bağlı sübutlar təqdim edilməlidir. Göründüyü kimi, cavabdeh qurum bu halları sübut etmək vəzifəsindən yayınmış, məhkəmə isə bu hallara qiymət verməmişdir. Həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə zidd olaraq, cavabdeh xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi quruma rəsmi məlumat verməmiş və bu barədə məhkəməyə sübut lar təqdim etməmişdir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Cavabdeh "xxxx" QSC kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun alil iyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsi nə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həm in işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxl anılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, işəgötürən müəssisədə işçilərin və ya ştatların ixtisarı həyata keçirilərkən, ona münasibətdə ayrıseçkiliyə yol verilmiş, faktiki olaraq ixtisar baş verməmiş, onun rəhbəri olduğu bölmənin yerinə eyni sayda işçi nəzərdə tutulan yeni struktur bölmə yaradılmışdır.
30. Lakin, həmin məsələlər aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və təqd im olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına müraciət edilməklə, iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmış, iddiaçı ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (altı təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış, o cümlədən, iddiaçıya ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilsə də, iddiaçı bu təklifdən imtina etmişdir.
31. Apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılma sı və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli işəgötürənin diskresion səlahiyyətlərinə aiddir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.
32. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)-731/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.