Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2313/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X7 cavabdehlər Cavabdeh1 QSC-yə və X4 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-973/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Firuzmənd X1 ilə xx.xx.1998-ci il nikaha daxil olmuşlar, nikahları İran İslam Respublikasının Bakıdakı səfirliyində 22-2001 nömrə ilə qeydiyyata alınmışdır, onların nikahı xx.xx.2011-ci il tarixdə pozulmuşdur.
2. Cavabdeh Firuzmənd Afşin iddiaçı X10 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, onların nikahı Tehran 150 nömrəli Nikah evində 2343 nömrə ilə qeydiyyata alınmışdır.
3. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) dair Firuzmənd Afşinin mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır.
4. Cavabdehlər Firuzmənd Afşinlə Cavabdeh1 QSC (bundan sonra - ban k) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 01L000004827 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 120 ay müddətinə 8 000 000 ABŞ dolları məbləğində kredit xətti ayrılmış, həmin kredit xətti müqaviləsi əsasında eyni tarixdə bağlanmış kredit razılaşmasına əsasən Afşinə 48 ay müddətinə, illik 1.25% olmaqla, 700 000 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Kredit müqaviləsinin təminatı olaraq Bankla "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, eyni zamanda həmin tarixdə X8 arasında 01M000001568 nömrəli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Firuzmənd Afşinə məxsus mübahisəli qeyri-yaşayış sahəsi müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq, qiyməti 1 176 600 manat olmaqla, ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü xx.xx.2 013-cü il tarixində ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır.
6. Daha sonra tərəflər arasında 3 kredit razılaşması bağlanmış, bank tərəfindən Firuzmənd Afşinə xx.xx.2014-cü il tarixdə bağlanmış 1-ci kredit razılaşmasına əsasən 48 ay müddətinə illik 1,25%-lə 500 000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə bağlanmış 2-ci kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 1,9167%-lə 10 000 ABŞ dolları və xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən 12 ay müddətinə, illik 1,1667%-lə 250000 ABŞ dolları kredit verilmişdir. Sonrakı kredit razılaşmaları üzrə qaytarılacaq kreditin təminatı mübahisəli qeyri-yaşayış sahəsi olmuşdur.
7. Sonradan mübahisə yarandığından bank Firuzmənd Afşinə və "xxxx" MMCyə qarşı iddia qaldıraraq, kredit müqaviləsi üzrə borcun tutulması, tələbin borcluya məxsus mübahisəli qeyri-yaşayış sahəsinə, digər əmlaklara (mənzillərə) yönəldilməsi və sair tələblə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)1561/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, mübahisəli qeyri-yaşayış sahəsinə dair hissədə isə iddia tələbi tam təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12678/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12678/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. İşə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1188/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi ilə borcun ümumi məbləği 844848,81 ABŞ dolları, mübahisəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat, borcun qaytarılma müddəti 42 ay (xx.xx.2020-xx.xx.2023) müəyyən edilmişdir. Firuzmənd Afşin sonuncu barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini icra etməmişdi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 QSC və X5 arasında bağlanmış xx.xx.2013-cü tarixli, 01M000001568 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Afşin Firuzmənd arasında xx.xx.2011-ci il tarixdə İran İslam Respublikasında nikah bağlanmışdır. xx.xx.2013-cü il tarixdə Firuzmənd Afşin ilə Bank arasında 01L000004827 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin təminatı olaraq xx.xx.2013-cü tarixli, 01M000001568 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan əmlak xx.xx.2011-ci il tarixdə onunla Firuzmənd Afşinin birgə vəsaiti hesabına əldə edilmişdir. Lakin, ipoteka müqaviləsi iddiaçının hüquqlarını pozmaqla rəsmiləşdirilmişdir. İpoteka müqaviləsi bağlanan vaxt iddiaçının razılığı alınmamışdır.
12. Cavabdeh bankın nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Afşin Firuzmənd hazırda mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən ailəli olmamış, subay olmuş, bu barədə müvafiq arayış təqdim edilmişdir, həmçinin onun şəxsiyyət vəsiqəsində subay olması ilə bağlı müvafiq qeyd mövcuddur. Afşin Firuzmənd keçən müddətdə kredit öhdəliklərinin icrasından yayınmaq və banka olan borcunu qaytarmamaq üçün min bir bəha nədən istifadə etmişdir. Hazırkı məsələdə də iddiaçı ilə cavabdeh əlbirdir, bu iddianın qaldırılmasında məqsəd kredit borcunun ödənilməsindən yayınmaq üçün yeni məhkəmə mübahisələrinin yaradılmasıdır.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, e-2(011)3778/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər arasında xx.xx.2013-cü tarixdə bağlanmış 01M000001568 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Afşin Firuzmənd xx.xx.2011-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində nikaha daxil olmuşlar. Mübahisəli qeyri-yaşayış sahəsi isə birgə nikah dövründə, yəni xx.xx.2011-ci il tarixdə əldə olunmaqla, Afşin Firuzməndin a dına dövlət qeydiyyatına alınmış və mübahisəli əmlakın onların birgə qazancları hesabına əldə edilməsini istisna edən əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı ilə Afşin Firuzməndin ər-arvad olmaları və ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin onların birgə əmlakları olması nəzərə alınmaqla, mübahisələndirilən ipoteka müqaviləsi ümumi mənada müvafiq razılığın olmaması ilə bağlanan, daha da konkretləşdirilsə, natamam əqddir. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi Afşin Firuzməndlə iddiaçının birgə əmlakı (ər-arvadın birgə əmlakı) olsa da, həmin əmlakın ipotekaya qoyulmasına dair sərəncam hüququndan yalnız bir mülkiyyətçi - Afşin Firuzmənd istifadə etmiş, iddiaçının isə mülkiyyətində olan əmlakın yüklü edilməsinə dair heç bir razılığı alınmamışdır. Yə ni qeyri-yaşayış sahəsinin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi iddiaçının iradəsindən kənar baş vermiş, həmin əmlaka dair mülkiyyətçilərin payları ayrılmamışdır. Bu halda, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə dair müqavilənin qismən etibarsız hesab edilməsi həmin əmlaka dair istənilən hüququ həyata keçirməyi, hüquqi baxımdan qeyri-mümkün edir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 225.1, 225.6, 337.1 və 337.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.1 və 33.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 77.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndi rilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh1 QSC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onun əsaslandırılmışdır ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Hazırkı iş üzrə mötəbər sübutlar Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış və cavabdehin şəxsiyyət vəsiqəsidir ki, hər iki sənədlə həmin dövrdə Firuzmənd Afşinin subay olduğu və nikahının olmadığı təsdiq olunur. Məhkəmə hansı səbəbə görə İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöb əsi tərəfindən verilmiş 2 ədəd arayışın mötəbər sübut qismində qəbul edilməsini, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatların mötəbər sübut qismində qəbul edilib qiymətləndirilməməsini qətnamədə ümumiyyətlə əsaslandırmamışdır. X11 Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsi tərəfindən verilmiş arayışda Firuzmənd Afşinin şəxsiyyət vəsiqəsi yeni nəsil şəxsiyyət vəsiqəsi kimi qeyd olunmuşdur. (AA*******) 2013-cü ildə isə yeni nəsil şəxsiyyət vəsiqələri hələ mövcud deyildi. Məhkəmənin qətnaməsində istinad etdiyi nikah şəhadətnaməsi elektron iş materiallarında mövcud deyildir. Elektron iş materiallarında y alnız İran İslam Respublikasının Konsulluq şöbəsi tərəfindən verilmiş 2 ədəd arayış mövcuddur. Halbuki Mülki Prosessual Məcəllənin tələblərinə görə sənədlər yalnız elektron qaydada məhkəməyə təqdim edilməli və yalnız elektron qaydada təqdim edilmiş sənədlərə istinad edilməlidir. Qətnamədə qeyd edilir ki, “məhkəmə ehtimal edir ki, qeyri-yaşayış sahəsi iddiaçı ilə Firuzmənd Afşinin birgə mülkiyyətindədir və əmlak onların birgə qazancları hesabına əldə edilmişdir. Məhkəmənin bu ehtimalı heç bir mötəbər sübutla təsdiq edilmir. Qətnamə ehtimallar üzərində qurula bilməz. Məhkəmə əmlakın hüquqi vəziyyəti ilə bağlı DƏDRX-dən müvafiq sənədləri tələb etməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini yoxlamamışdır. Həm qeydiyyat şöbəsinin, həm də arxiv idarəsinin sorğuya cavab olaraq verdi yi məlumatlardan görünür ki, belə bir nikah qeydə alınmamışdır. DƏDRX-yə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan əmlak X3 adına Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1114 nömrəli (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaşa torpaq sahəsinin ayrılması barədə) sərəncamına və xx.xx.2001-ci il tarixli 118 nömrəli (istehsalat sahəsinin layihələşdirilməsinə və tikintisinə razılıq barədə) sərəncamına, həmçinin yerli icra hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən qeydiyyata alınmışdır. Bütün bunlar da onu göstərir ki, cavabdeh Firuzmənd Afşin bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaq üçün bu oyunu qurmuşdur. Məhkəmə ipoteka müqaviləsi bağlanarkən Firuzmənd Afşinin evli olduğu qənaətinə gəlsə də, onun həmin dövrdə dövl ət orqanlarına və banka yalnış məlumatlar təqdim etməsini araşdırmamış və bu barədə heç bir tədbir görməmişdir. Hesab edirlər ki, cavabdeh X5 dövlət orqanlarını və bankı aldatdığından, qəsdən natamam və düzgün olmayan məlumatlar təqdim etdiyindən onun əməllərində cinayət əlamətləri vardır. Ona görə də, onun barəsində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməlidir. Bundan başqa iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, o artıq əqdi mübahisələndirmək üçün müddəti ötürmüş və bu hüququnu itirmişdir. Hazırkı məsələdə məhkəmə tərəfindən kəsici müddət tətbiq edilərək iddia rədd edilməli idi. Lakin məhkəmə bu hissədə düzgün araşdırma aparmamışdır. Tərəflər arasında ipoteka müqaviləsinin etibarlılığı və qanuniliyi digər mülki iş üzrə artıq yoxlanılmış, həmin mü qavilələrə hüquqi qiymət verilmiş və həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Lakin işə baxan Xətai Rayon Məhkəməsi təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, yalnız iddiaçının təqdim etdiyi İran İslan Respublikasının səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlara əsaslanaraq iddianı təmin etmişdir. Göründüyü kimi ciddi bir mübahisənin həllinə məhkəmə olduqca səthi yanaşmış, iddiaçı tərəfindən təqdim olunan natamam, həqiqiliyi şübhə doğuran sənədləri sübut növü kimi qiymətləndirmiş, lakin bank tərəfindən təqdim edilmiş işin həqiqi hallarını özündə əks etdirən sübutları düzgün qiymətləndirməmiş, mübahisənin düzgün həlli üçün ətraflı araşdırma aparmalı olduğu halda aparmamış və yekunda ehtimallara əsaslanan qətnamə qəbul etmişdir. B ank ilə Firuzmənd Afşin arasında ipoteka müqaviləsi bağlanarkən DƏDRX-dən əmlak üzərində hər hansı üçüncü şəxsin hüquqlarının və ya həbs və məhdudiyyətin olmaması barədə arayış təqdim edilmişdir. Həmin dövrdə və daha sonra keçən müddət ərzində əmlakın Firuzmənd Afşinin mülkiyyətində olması barədə çıxarış ilə bağlı hər hansı məhkəmə mübahisəsinin olması və ya üzərində hər hansı digər şəxslərin hüquqlarının olması barədə heç bir məlumat mövcud olmamışdır. Bununla yanaşı Bank hazırkı halda vicdanlı əldə edən hesab olunur və onun pozulmuş hüquqları bərpa olunmalıdır. Mübahisəli əmlakın iddiaçı ilə cavabdehin birgə mülkiyyəti dövründə və birgə qazancları hesabına əldə edilməsi, həmçinin iddiaçının iş üzrə birgə mülkiyyətçi olması halı iş materialları və iddiaçı tərəfindən təsdiq edilmiş sənədlə rlə sübut olunmur. Lakin məhkəmə heç bir əsaslı dəlil olmadığı halda iddiaçı tərəfindən bu halların sübuta yetirilməsi qənatinə gəlmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-973/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən ipoteka müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh1 QSC-dən g ötürülmüş kredit vəsaitinin təminatı olmuşdur və hazırda iddiaçı tələbində ipoteka müqaviləsinin etibarsızlığını qeyd olunan əmlakın xx.xx.2011-ci il tarixdə onunla Firuzmənd Afşinin birgə vəsaiti hesabına əldə edilməsi ilə, yəni ipoteka müqaviləsinin onun hüquqlarını pozmaqla rəsmiləşdirilməsi və ipoteka müqaviləsi bağlanan vaxt iddiaçının razılığı alınmaması ilə əsaslandırır. Birinci instansiya məhkəməsi də qeyd olunan əsasla iddia tələbini təmin etsə də, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməyərək səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, cavabdeh Firuzmənd Afşinin iddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaları Tehran şəhərində 150 nömrəli Nikah evində 2343 nömrə ilə qeydiyyata alınm ışdır. Mübahisələndirilən ipoteka müqaviləsi isə xx.xx.2013-cü tarixdə bağlanmışdır. Lakin birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin xx.xx.2011-ci il tarixdə əldə olunmaqla, Afşin Firuzməndin adına dövlət qeydiyyatına alınması, beləliklə də iddiaçı ilə Afşin Firuzməndin ümumi birgə əmlakları olması nəticəsinə gəlsə də, mübahisəli əmlakın onların birgə qazancları hesabına əldə edilməsinin əsaslarının nədən ibarət olması qətnamədən görünmür. Birinci instansiya məhkəməsi işin obyektiv həllinə nail olmaq üçün müvafiq sorğular verməmiş və mübahisəli qeyri-yaşayış sahəsinin Afşin Firuzməndin adına dövlət qeydiyyatına alınması barədə sənədlər araşdırılmamışdır. Halbuki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, mübahisələndirilən əmlak kompleksi kimi müəssisə X3 adına Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1114 nömrəli (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaşa torpaq sahəsinin ayrılması barədə) və xx.xx.2001-ci il tarixli, 118 nömrəli (istehsalat sahəsinin layihələşdirilməsinə və tikintisinə razılıq barədə) sərəncamlarına, həmçinin yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə verilmiş sorğuya alınan cavabda eyni ilə öz əksini tapmışdır. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi ilk olaraq xx.xx.2000-ci il tarixli, 1114 nömrəli sərəncama əsasən X3 adına qeydiyyata alınmışdır. 2002-ci ildə tikinti işləri başa çatmış və özəlləşdirməsinə razılıq verilmişdir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin nikah müddətində əldə olunması müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, X5 Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.2013-cü tarixdə ipoteka müqaviləsi bağlanarkən onun xx.xx.2013-cü il tarixli AZE №13027955 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi mövcud olmuş və həmin şəxsiyyət vəsiqəsində X3 ailə vəziyyəti “subay” olaraq qeyd edilmişdir. Yəni ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Hazırkı iş üzrə mötəbər sübutlar Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış və cavabdehin şəxsiyyət vəsiqəsidir ki, hər iki sənədlə həmin dövrdə Firuzmənd Afşin in subay olduğu və nikahda olmadığı təsdiq olunur. Belə olan halda X5 ilə Cavabdeh1 QSC arasında xx.xx.2013-cü tarixli, 01M000001568 nömrəli ipoteka müqaviləsi bağlanan zaman iddiaçının razılığı tələb olunmalı deyildi.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün vacib məqam olan qeyri-yaşayış sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasını araşdırmayaraq iş üzrə səhv nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materialları ilə mübahisələndirilən ipoteka müqaviləsinin başqa əsasla etibarsız hesab edilməsi üçün hallar müəyyən edilməmiş, eləcə də iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 225.1, 225.2, 324.1, 324.2, 324.4, 324.5 və 337.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1 və 32.2.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 77.1, 80, 88, 106.1, 217.1, 217.3 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 16 noyabr 2023- cü il tarixli məktubuna istinad edərək qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1114 nömrəli sərəncamına əsasən X3 adına qeydiyyata alınmışdır. 2002-ci ildə tikinti işləri başa çatmış və özəlləşdirməsinə razılıq verilmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, sərəncam verilən tarixdə Afşin Firuzmənd Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən əcnəbilər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmçinin, mübahisəli daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, torpaq sahəsi dövlət mülkiyyətindədir. Yəni torpaq sahəsinin hansı tarixdə sərənc am ilə Afşin Firuzməndin istifadəsinə verildiyi bir məna kəsb etmir. Ərazi idarəsindən daxil olan məlumatda tikinti işlərinin 2002-ci ildə başa çatdırıldığı qeyd edilsə də, bu məlumat reallığa uyğun deyildir. Belə ki, həmin ərazi uzun illər istifadəyə yararsız halda olmuş və orada ümumiyyətlə hər hansı tikinti işlərinin aparılması mümkünsüz olmuşdur. Həmin ərazi gölün bir hissəsi olmaqla su altında olmuşdur. Məhkəmənin diqqətinə bu xüsusatların çatdırılmasına baxmayaraq, tikinti işlərinin nə vaxt yekunlaşdığı məhkəmə tərəfindən araşdırılmamışdır. Adıçəkilən torpaq sahəsinin üzərində hazırda mövcud olan qeyri-yaşayış sahələri iddiaçı ilə Afşin Firuzmənd arasında nikah bağlandıqdan sonra birgə vəsait hesabına tikilmişdir. Bu səbəbdən də həmin qeyri-yaşayış sahələri ər-arvadın ümumi əmlakı hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Bank kassasiya şikayətinə etiraz edərək apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etiraz apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. instansiya Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
29. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibar sızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi
31. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
32. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
34. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmaya raq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
35. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
36. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “İpoteka haqqınd a” Azərbaycan Respublikası Qanunu
37. Maddə 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.
38. Maddə 10.2.(əqd bağlanarkən qüvvədə olan redaksiyada) İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
52. Lakin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ipoteka qoyulan qeyri-yaşayış sahəsi birgə nikahdan əvvəl dövlət tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmiş, həmin əmlaka dair mülkiyyət hüqu qları nikahdan 1 ay sonra daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna görə də, həmin əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması mümkünsüzdür və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə iddiaçının razılığı tələb olunmurdu.
53. İddiaçı kassasiya şikayətində tikintinin 2002-ci il tarixdə başa çatdırıldığ barədə məlumatın reallığa uyğun olmadığı, tikinti işlərinin nə vaxt yekunlaşdırıldığının məhkəmə tərəfindən araşdırılmaması, həmin tikilinin tərəflər arasında nikah bağlandıqdan sonra birgə vəsait hesabına inşa edilməsi və bu səbəbdən də ər-arvadın birgə əmlakı hesab edilməsi barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir.
54. Belə ki, Mülki Prossesual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-973/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.