Məhkəmə qərarları › İş №2(102)-2314/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2314/2020

01.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2314/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X2, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadındanX1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim R.Ə.Səmədov, iş 2(006)-6816/2019) ərizəçiX1 maraqlı şəxs Bakı şəhəri 13 saylı Notariat ofisinə qarşı hüquqi əhəm iyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər T.S.Səmədov, E.C.Kazımov, İ.S.Şirinov iş 2(103)-15284/2019) X1 apellyasiya şikayəti qismən təmin edilmiş, qərardad ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan ərizəçiverdiyi kassasiya şikayətində qərardadın ləğv edilib ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaların ın tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi aidiyyət normalarına riayət etməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə görə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçi həmin qərardadı mübahisələndirmiş, birinci instansiya məhkəməsinin qərardadı ərizəçinin şikayəti əsasında ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizənin məzmunundan göründüyü kimi, ərizəçi anasından qalan xüsusi mülkiyyətdə olan mənzili vərəsəlik y olu ilə qəbul edilməsi ilə əlaqədar notariat orqanına müraciət etmiş və ona imtina olunaraq, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, həmin vərəsəliyin qəbulu müddətinin uzadılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir, ərizəçiyə ümumi qaydada vərəsəliyin qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müracəit etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə həmin nəticəyə gəlməklə mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin Məcəllənin 398-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri müəyyən edilmişdir. Həmin maddədə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək etmək hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi ərizəni icraata qəbul etmədən aidiyyat qaydalarının pozulması əsası ilə geri qaytarmışdır. Bu halda, apellyasiya məhkəməsinin səlah iyyəti məhz ərizənin aidiyyət qaydalarına riayət edilib-edilməməklə verilməsini müəyyən etməklə məhdudlaşır. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalı olduğu halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını təşkil edən hallara ümumiyyətlə hüquqi qiymət verməməklə və birinci instansiya məhkəməsində ümumiyyətlə müzakirə edilməyən məsələlərə qiymət verməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinin tələblərini pozmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar