Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2314/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1901/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin h alları
1. Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında (bundan sonra - mübahisəli ünvan) yerləşən evin qaz xəttinə iddiaçının iştirakı olmadan baxış keçirilmiş və təbii qazdan qeyri-qanuni istifadə olunması barədə 3 il ərzində (xx.xx.2020 – xx.xx.2023) aylar üzrə akt tərtib edərək hesab koduna (**********202085) ümumilikdə 11262,34 manat borc hesablanmışdır.
2. Cavabdeh İB-nin nümayəndələri tərəfindən mübahisəli ünvanda iddiaçıya məxsus bir həyətdə olan ikinci evin qaz xəttinə iddiaçının iştirakı olmadan baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə aylar üzrə təbii qazdan qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək hesab koduna (**********00278) ümumilikdə 9036,12 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz” İB-i tərəfindən ona məxsus ünvan 2 ünvanda yerləşən evin hesab koduna əsassız hesablanmış (**********202085) ümumilikdə 11262,34 manat, ilkin kod üzrə (**********00278) 9036,12 manat ümumilikdə 20298,46 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, qeyd olunan aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuşdur və həmin aktlar üzrə hesablanmış cərimə qanunsuz və əsassızdır.
5. Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim –Ruslan Mirzəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən hesab kodu **********202085 olan sayğaca qanunsuz olaraq hesablanmış 10990,18 manat və hesab kodu **********00278 olan sayğaca qanunsuz olaraq hesablanmış 8517,72 manat, cəmi 19498,46 manat iddiaçıya hesablanmış borcun silinməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus olan mübahisəli ünvanda yerləşən hesab kodu **********202085 olan sayğaca xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, akt əsasında ünvanda 1 ədəd PQ4, 2 ədəd radiator, 1 ədəd QSQ və 1 ədəd QSSQ olduğu hesab edilərək 12528 kub metr dəymiş zərər hesablanmışdır.
7. Məhkəmə Azəriqaz İB tərəfindən aparılmış hesabatı qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş üzrə yerli baxış keçirilərək qeyd olunan ünvana b axış keçirilmiş, ünvanda 1 ədəd PQ4 və 1 ədəd dəmir sona olduğu müəyyən edilmişdir. Həmçinin yerli baxış keçirilən zaman cavabdeh Azəriqaz İB-nin ərazi üzrə nümayəndələri iştirak etmiş və aktda qeyd olunan halları yerində sübut edə bilməmişlər.
8. Məhkəmə hesablama qaydasının 1 ədəd PQ4 maksimal qaz sərfinin 1,20, orta günlük iş rejiminin 6 saat və hesabat müddətinin 90 gün, 1 ədəd dəmir sobanın maksimal qaz sərfinin 1,50, orta günlük iş rejminin 12 saat və hesabat müddətinin 90 gün qəbul edilməsini qanuni hesab edərək xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 1.20 x 6 x 90 = 648 m3 x 0.12 = 77,76 manat və 1.50 x 12 x 90 = 1620 x 0,12 = 194,40 manat kimi qəbul etməklə cəmi dəymiş ziyanı 272,16 manat qəbul etmişdir.
9. Məhkəmə hesab kodu **********202085 olan s ayğac üzrə yazılmış digər aktları qanuni hesab etməyərək qeyd etmişdir ki, cavabdeh idarənin nümayəndələri tərəfindən hər ay eyni ünvana davamlı olaraq aktlar tərtib etməsi onların özlərinin bu hallara zəmin yaratması kimi qəbul edilir. Həmçinin iddiaçıya məxsus olan mübahisəli ünvanda yerləşən hesab kodu **********00278 olan digər sayğaca xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 1 ədəd PQ4, 1 ədəd QSSQ, 2 ədəd dəmir soba və 1 ədəd İran sobası aşkar olunduğu hesab edilərək, orta günlük iş rejimi 24 saat olmaqla, 180 gün hesabat müddəti ilə 36720 kub metr dəymiş ziyan hesablanmışdır.
10. Məhkəmə qeyd olunan ünvanda 1 ədəd PQ4 maksimal qaz sərfini 1,20, orta günlük iş rejmini 6 saat və hesabat müddətini 180 gün olmaqla 155,52 manat və 1 ədəd dəmir sobanın maksimal qaz sərfini 1,4 0, orta günlük iş rejimini 12 saat və hesabat müddətini 180 gün olmaqla 362,88 manat, cəmi 518,40 manat dəymiş ziyanı qanuni hesab etmişdir.
11. Məhkəmə Cavabdeh İB tərəfindən aparılmış hesabatı qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş üzrə yerli baxış keçirilərək qeyd olunan ünvana baxış keçirilmiş ünvanda 1 ədəd PQ4 və 1 ədəd dəmir soba olduğu müəyyən edilmişdir. Həmçinin yerli baxış keçirilən zaman Cavabdeh İB-nin ərazi üzrə nümayəndələri iştirak etmiş və aktda qeyd olunan halları yerində sübut edə bilməmişlər.
12. Məhkəmə hesab kodu **********00278 olan sayğac üzrə yazılmış digər aktları da qanuni hesab etməyərək qeyd etmişdir ki, cavabdeh idarənin nümayəndələri tərəfindən hər ay eyni ünvana davamlı olaraq aktlar tərtib etməsi onların özlərinin bu hallara zəmin yaratması k imi qəbul edilir.
13. Məhkəmə “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə istinadən qeyd etmişdir ki, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələyə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir.
14. Məhkəmə öz mövqeyini “Qaz t əchizatı haqqında” qanunun 6.2 və 13-cü maddələrinə (8-1-ci hissə) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus mübahisəli ünvanda yerləşən fərdi yaşayış evlərində (**********202085 və **********00278 saylı hesab kodları üzrə) qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla t əbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi **********202085 və **********00278 nömrəli hesab kodları üzrə istehlakçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək qismən əsassız qətnamə qəbul etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu və s) Birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh İBnin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (onun nümayəndəsinə) təqdim edilmişdir və həmin şəxsin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (çəkilmə tarixi və saatı, çəkilmiş yerin koordinatı əks olunmuş) də açıq-aşkar görünür ki, qaz s ayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul edilmişdir. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi hər ünvan ü zrə təbii qazdan qeyri-qanuni istifadə faktlarından birini tanımış, lakin həmin faktlarla bağlı tərtib edilmiş aktlar üzrə cavabdehin mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə cavabdehə vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə cavabdehin qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəmə tərəfindən qəbul edildiyi üçün cavabdehə dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci inst ansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1901/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və qətnamənin bu əsaslarla dəyişdirilməsi üçün əsas ol a bilməz. Belə ki, iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin törədilməsində əsaslı şübhələr müəyyən etsə də, təqdim edilən akta uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. Cavabdehin (vəzifəli şəxslərinin) tərtib etdiyi aktların nəticəsiz qalması onlarınşübhələr dən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, təqdim edilmiş aktlar üzrə peşəkar struktur təsisata malik olan cavabdeh (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən istehlakçı tərəfindən yol verilmiş pozuntulara dair sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). İddiaçının mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və cavabdehin iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları mübahisə edilən hissədə müəyyən edilmir. Həmçinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.
20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 189-1-ci; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282 və 542-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385388, 560, 1096-1098 və 1128-1131-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5 və 385-390-cı maddələrinə, Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə
63. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədil məsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 6-2. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasi ya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
26. Maddə 6-4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcb uri olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
27. Maddə
13. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akttərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qur ğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qa z sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 560.1, 560.2 və 560.3.4. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur.
29. Maddə 1096.1-1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
38. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya m əhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalınız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdeh kassasiya şikayətində apellyasiya instans iyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya məxsus olan mübahisəli ünvanda yerləşən hesab kodu **********202085 olan sayğaca xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, akt əsasında ünvanda 1 ədəd PQ4, 2 ədəd radiator, 1 ədəd QSQ və 1 ədəd QSSQ olduğu hesab edilərək 12528 kub metr dəymiş zərər hesablanmışdır.
44. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq q eyd etmişdir ki, qeyd olunan ünvana baxış keçirilmiş, ünvanda 1 ədəd PQ4 və 1 ədəd dəmir sona olduğu müəyyən edilmişdir. Həmçinin yerli baxış keçirilən zaman cavabdeh Azəriqaz İB-nin ərazi üzrə nümayəndələri iştirak etmiş və aktda qeyd olunan halları yerində sübut edə bilməmişlər. Hesablama qaydasının 1 ədəd PQ4 maksimal qaz sərfinin 1,20, orta günlük iş rejiminin 6 saat və hesabat müddətinin 90 gün, 1 ədəd dəmir sobanın maksimal qaz sərfinin 1,50, orta günlük iş rejminin 12 saat və hesabat müddətinin 90 gün qəbul edilməsini qanuni hesab edərək xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 1.20 x 6 x 90 = 648 m3 x 0.12 = 77,76 manat və 1.50 x 12 x 90 = 1620 x 0,12 = 194,40 manat kimi qəbul etməklə cəmi dəymiş ziyanı 272,16 manat qəbul etmişdir.
45. Apellyasiya insta nsiyası məhkəməsi hesab kodu **********202085 olan sayğac üzrə yazılmış digər aktları qanuni hesab etməyərək qeyd etmişdir ki, cavabdeh idarənin nümayəndələri tərəfindən hər ay eyni ünvana davamlı olaraq aktlar tərtib etməsi onların özlərinin bu hallara zəmin yaratması kimi qəbul edilir. Həmçinin iddiaçıya məxsus olan mübahisəli ünvanda yerləşən hesab kodu **********00278 olan digər sayğaca xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 1 ədəd PQ4, 1 ədəd QSSQ, 2 ədəd dəmir soba və 1 ədəd İran sobası aşkar olunduğu hesab edilərək, orta günlük iş rejimi 24 saat olmaqla, 180 gün hesabat müddəti ilə 36720 kub metr dəymiş ziyan hesablanmışdır. Qeyd olunan ünvanda 1 ədəd PQ4 maksimal qaz sərfini 1,20, orta günlük iş rejimini 6 saat və hesabat müddətini 180 gün olmaqla 155,52 manat və 1 ədəd dəmir sobanın maksimal qaz sərfini 1,40, orta günlük iş rejimini 12 saat və hesabat müddətini 180 gün olmaqla 362,88 manat, cəmi 518,40 manat dəymiş ziyanı qanuni hesab etmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən aparılmış hesabatı qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş üzrə yerli baxış keçirilərək qeyd olunan ünvana baxış keçirilmiş ünvanda 1 ədəd PQ4 və 1 ədəd dəmir soba olduğu müəyyən edilmişdir. Həmçinin yerli baxış keçirilən zaman cavabdehin ərazi üzrə nümayəndələri iştirak etmiş və aktda qeyd olunan halları yerində sübut edə bilməmişlər.
47. Apellyasiya instansiyası məhkəməsi, hesab kodu **********00278 olan sayğac üzrə yazılmış digər aktları da qanuni hesab etməyərək qeyd etmişdir ki, cavabdeh idarənin nümayəndələri tərəfindən hər ay eyni ünvana davamlı olaraq aktlar tərtib etməsi onların özlərinin bu hallara zəmin yaratması kimi qəbul edilir. 48. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə istinadən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələyə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmad an, orta günlük iş rejmi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir.
49. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 mart 2024-cü il tarixli, 2(103)-1901/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.