Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2316/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXX cavabdeh XXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2316/21 (Açar sözlər: əmək kitabçasında qeydlərin edilməsi) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Aşşahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh Azad Azərbaycan X2 vəkili Əsgərov Natiq Fərhad oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X1rşı «əmək kitabçasında qeydlərin edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 16 sentyabr 2020 il tarixli 2(103)-3459/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı XXX iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun 2005-ci ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında işlədiyi haqqında qeydin ona məxsus ******* nömrəli əmək kitabçasına əlavə edilməsi öhdəliyinin cavabdeh Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasına üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2005-ci ildə XXX müraciət edərək 6 aylıq sınaq müddəti ilə işləmiş, bu müddət bitdikdən sonra isə rəsmi şəkildə işə götü rülmüş və həmin vaxtdan hər ay əmək haqqını əmək haqqı cədvəlinə imza atmaqla əldə etmişdir.
3. İddiaçının 2005-ci ildən XXX işləməyini sübut edəcək çoxsaylı şahidlər, video çəkilişlər və digər mötəbər sübutlar mövcuddur.
4. İşlə əlaqədar əmək kitabçası iddiaçıya təqdim edilən zaman məlum olmuşdur ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçası 02.07.2012-ci il tarixdən doldurulmuşdur. Əmək kitabçasına nəzər yetirdikdə iddiaçının 02.07.2012-ci il tarixli əmrlə XXX redaktor vəzifəsinə qəbul edilməyi əks olunur. Bu qeyd iddiaçının televiziyada 2005-ci ildən işlədiyinin, yəni yeddi il müddətlik iş fəaliyyətinin nəzərə alınmadığını təsdiq edir.
5. İddiaçı 2005-ci il tarixdən 2017-ci il tarixinədək Azad Azərbaycan X2 müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləsə də, bunu televizi yanın keçmiş əməkdaşları və rəhbərliyi çox yaxşı bilsə də, ümumiyyətlə iddiaçının orada işləməyini təsdiq edəcək mötəbər sübutların olmasına buxmayaraq, iddiaçının yeddi illik iş fəaliyyəti nəzərə alınmadan əmək kitabçasında işə 2012-ci ildən başlamağı barədə yazılmış qeyd iddiaçının konstitusion əmək hüquqlarını kobud şəkildə pozur.
6. Rəhbərliyə müraciət edərək mövcud pozuntunun aradan qaldırılması, hüquqlarının bərpası, yəni əmək kitabçasında iddiaçının 2005-ci ildən işləməyi barədə qeydin yazılmasını tələb etsə də, rəhbərlik süründürməçiliyə salmaqla, müxtəlif əsassız bəhanələr gətirməklə tələbi təmin etməyib.
7. Qeyd olunan hallarla bağlı, yəni vergi və sosial ödənişlərlə bağlı müvafiq dövlət orqanlarına vəkili tərəfindən sorğular verilmişdir. İddiaçıya əmək haqqı verilərkən vergi və sosial ödənişlərin tutulduğu bildirilmişdir. Televiziyada işlədiyi müddət ərzində heç bir problemlə rastlaşmadığı üçün əmək kitabçasında yanlış qeydin aparılmasından, hüquqlarının pozulmasından xəbəri olmayıb.
8. İşlədiyi dövrdə iddiaçı müvafiq qaydada əmək haqqı alaraq, ümumiyyətlə əmək qanunvericiliyinə uyğun olaraq işçinin bütün hüquqlarından istifadə etmişdir. Bütün bunlara baxmayaraq iddiaçının 2005-ci ildən işlədiyi faktın gizlədilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə zidd şəkildə doldurulması, iddiaçının haqqı olan iş stajının məqsədli şəkildə pozulması, nəzərə alınmaması məhz işəgötürən cavabdeh tərəfin təqsiri üzündən baş verib.
9. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus ******* nömrəli əmək kitabçasına Azad Azərbayc an Müstəqil Teleradio Kompaniyasında 2005-2008-ci illərdə müxbir, 2008-2009-cu illərdə aparıcı, 2009-2010-cu illərdə redaktor asissenti, 2010-2017-ci illərdə isə redaktor işlədiyi barədə qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh Azad Azərbaycan X2 nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri: - İddiaçı 2012-ci ildən rəsmi qaydada əmək müqaviləsi ilə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında işləmişdir və bununla bağlı əmək müqaviləsində müvafiq qeydlər aparılmışdır. Ondan əvvəlki dövrlərdə XXX işçilər həm əmək müqaviləsi, həm də xidmət müqaviləsi ilə işləmişdir. İddiaçı həmin dövrdə əmək müqaviləsi ya da xidmət müqaviləsi ilə işlədiyini təsdiq edən hər hansı müqavilə və ya sübut onlarda yoxdur. - iddiaçı 02.07.2012-ci il tarixdə əmək müqaviləsinə imza edərək Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında işləməyə başlamışdır. İddiaçının xahişi (ərizəsi) ilə həmin əmək müqaviləsinə 02.07.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Beləliklə də, iddiaçı 02.07.2012-ci il tarixdən Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyası ilə əmək münasibətlərinin başlanmasını və 02.02.2017-ci il tarixdə isə həmin əmək münasibətlərinin bitməsini bilmişdir. Lakin iddiaçının işlədiyi dövr onun əmək kitabçasında qeyd olunmasına baxmayaraq, iddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasını təhvil almaq istərkən 2005-ci ildən 2012-ci ilə kimi Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasında i şlədiyini iddia edərək həmin dövrün də əmək kitabçasına əlavə edilməsini tələb etmiş, lakin bu tələbin yerinə yetirilməsinin mümkün olmadığı iddiaçıya bildirildiyi üçün iddiaçı əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. - iddiaçı 2005-ci ildən 2012-ci ilə kimi XXX işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığından bu barədə Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasının əvvəlki rəhbəri Vüqar Qaradağlıya müraciət edərək həmin dövrün əmək kitabçasına əlavə edilməsini tələb etdiyini, lakin müsbət nəticə əldə etmədiyini bildirir. Qeyd edilməlidir ki, Vüqar Qaradağlı 14.05.2012-ci ildə XXX prezidenti vəzifəsinə təyin edilmiş və 05.10.2017ci il tarixdə onun fəaliyyətinə xitam verilmişdir. Buradan da görünür ki, iddiaçı onun əmək kitabçasına əmək müqaviləsi bağladığı dövrün yazıldığını 2017-ci ildə aşkar etdiyi halda 2018-ci ilin mart ayında iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etməklə, Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
11. Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(009)-1256/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Mədinə Bağırova)
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında hüquq münasibətləri əmək kitabçasında qeydlərlə bağlı əmək mübahisəsi nəticəsində yaranmışdır.
13. İddiaçı iddiasını əsaslandırmaq üçün 2005-ci il tarixdən 2012-ci il tarixinədək Azad Azərbaycan X2 müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi barədə hər hansı bir sübut təqdim etmədiyi kimi, şifahi sözlər ümumiyyətlə onun iddiasını əsaslandırmaq üçü n zəruri olan lazımi sübutlar da olmamaqla iddia tələblərinin həlli baxımından əhəmiyyətli deyil.
14. Məhkəmə iddiaçının tələbinin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və cavabdehin etirazlarında qeyd etdiyi xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verərək qeyd edib ki, iddiaçı tələb etdiyi 2005-ci il tarixdən 2017-ci il tarixinədək XXX X2 müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işlədiyini sübuta yetirə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. İddiaçının təqdim etdiyi şahidlərin ifadələrinə gəldikdə, birinci instansiya məhkəməs i onları mötəbər sübut kimi qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, həmin şahidlər cavabdeh təşkilatda yalnız 2006, 2007-ci illərdə işlədiklərini göstərmişlər.
16. Beləliklə, iddiaçı tərəfindən 2005-ci il tarixdən 2012-ci il tarixinədək Azad Azərbaycan X2 müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab edib ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. 17 Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsaslı hesab edərək qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında hüquq münasibətləri əmək kitabçasında qeydlərlə bağlı əmək mübahisəsi nəticəsində yaranmışdır. Həmin kateqoroya işlər üzrə xüsu si iddia müddəti nəzərdə tutulur ki, bu da Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4-cü hissələrində işçinin öz hüquqlarının pozulduğunu bildiyi gündən müvafiq olaraq 1 ay və 1 il müəyyən olunmuşdur.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, işdən çıxarıldıqdan sonra iddiaçı əmək kitabçasını cavabdeh təşkilatdan götürməli olduğunu bildiyi halda, 2019-cu ilin fevral ayınadək bununla bağlı cavabdehə müraciət etmədiyi və əmək kitabçasını götürmədiyi üçün iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür.
19. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 375.2, Əmək Məcəlləsinin 87.1, MPM-nin 14.2,77.1,88,89.3cü maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiy ası məhkəməsindəki birinci icraat
20. İddiaçı X4 qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apelyasiya şikayətinin dəlilləri: - məhkəmə iddianı əsassız hesab edərkən iddiaçı tərəfindən iddia tələbini təsdiq edən hər hansı mötəbər sübutun təqdim edilməməsini göstərmişdir. Halbuki, məhkəmə araşdırmaları aparılarkən mübahisələndirilən dövrdə iddiaçı ilə birgə çalışmış şəxslər məhkəmə iclasında şahid qismində dindirilmiş və iddiaçının 2005-ci il tarixdən 2012-ci il tarixinədək Azad Azərbaycan X2 müxtəlif Departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi faktını təsdiq etmişlər. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır; - hazırkı mübahisə üzrə bütün sənədləşmənin cavabdeh tərəfindən aparılmasını nəzərə alaraq, həmin maddi sübu tların iddiaçı tərəfindən təqdim edilməsi imkan xaricində olmuşdur; - 2019-cu ilin fevral ayında əmək kitabçası rəsmi qaydada iddiaçının ünvanına gödərilmiş və iddiaçı hüquqlarının pozulduğunu əmək kitabçasını aldığı andan bilmişdir. Odur ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.
22. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli 2(103)-9397/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1256/2019 saylı iş üzrə 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına onun XXX 01.07.2005-ci ildən 02.07.2012-ci ilədək müxbir vəzifəsində işləməsi barədə qeydlərin aparılm ası öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Vahid Sadıqov sədrlik edən və məruzəçi) İkram Şirinov, Azad İmanov)
23. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrindən, həm də apellyasiya baxışı zamanı dindirilmiş şahid X3 ifadəsindən müəyyən edilir ki, İddiaçı XXX əmək kitabçasında qeyd edildiyi kimi 2012-ci ildən yox, məhz 2005-ci ildən işləməyə başlamışdır. Həmçinin şahid X3 ifadəsi ilə iddiaçının əmək fəaliyyətinə 2005-ci il iyulun 01-də başladığı müəyyən olunur, belə ki, şahidin əmək kitabçasının surətindən onun 01.06.2005-ci il tarixdən cavabdeh təşkilatda işləməyə başlaması təsdiq edilir. Şahid XXX isə iddia çının ondan 1 ay sonra əmək fəaliyyətinə başladığını göstərmişdir.
24. Apellyasiya instansiyası tərəfindən iş materiallarında olan, həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş CD-lərdə olan videoçəkilişlərə baxış keçirilmiş, həmin görüntülərdən iddia edilən dövrə aid İddiaçı iştirak etdiyi, onun tərəfindən hazırlanmış reportajların olması, rəsmi dövlət orqanlarında rəsmi şəxslərdən müsahibələr götürməsi müəyyən edilmişdir.
25. Apelyasiya məhkəməsi hesab etmişdir ki, əmək kitabçasında qeyd edilməyən, tələbdə iddia edilən 2005-2012-ci illər ərzində iddiaçının XXX işləməsi faktı işin hallarından müəyyən edilir. Qeyd olunanlar şahid ifadələri ilə, həmçinin CD-lərdə olan videoçəkilişlərlə aşkar şəkildə təsdiq edilir. Nəzərə alınsa ki, rəsmi dövlət orqanlarında çəkilişlər aparmaq üçün qa baqcadan akkreditasiya tələb olunur, onda iddiaçının Azərbaycan X2 rəsmi işçisi kimi akkreditasiya olunmadan həmin təşkilatlarda həmin çəkilişləri (reportajlar, müsahibələr və s.) aparması mümkün olmazdı.
26. Apellyasiya məhkəməsinə görə iddiaçının istinad etdiyi dövr ərzində işləməsi halı sübuta yetirilir.
27. Bununla belə, apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçının 2005-2012-ci illər ərzində Azərbaycan Müstəqil Teleradio Kompaniyasında işləməsi təsdiq edilsə də, onun tələbində göstərdiyi kimi hansı dövrdə konkret olaraq hansı vəzifələrdə işləməsini müəyyən etmək mümkün deyildir, iddiaçı özü də bu barədə konkret sübutlar təqdim etməmişdir. İddiaçı 2005-2008-ci illərdə müxbir, 2008-2009-cu illərdə aparıcı, 2009-2010cu illərdə redaktor asissenti, 2010-2017-ci illərdə isə redaktor işlədi yini göstərsə də, dəqiq olaraq həmin vaxtlarda qeyd etdiyi vəzifələrdə işləməsi iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş və işin hallarından müəyyən edilməmişdir.
28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi qismən təmin edilməklə, onun 2005-ci ildən 2012-ci ilə qədər XXX müxbir işləməsi barədə qeydlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır, belə ki, iddiaçının göstərilən müddətdə məhz müxbir işləməsi müəyyən olunur.
29. Konkret vaxtla bağlı (ay, gün) isə apellyasiya instansiyası hesab edib ki, həmin müddət: işə qəbul tarixi - 01.07.2005-ci il (şahid XXX ifadəsinə əsasən), mübahisəli müddətin sonu isə - 02.07.2012-ci il (iddiaçının əmək kitabçasında işə qəbulla bağlı qeyd olunmuş tarix) göstərilməlidir.
30. Apellyasiya məhkəməsi iddia müddətilə bağlı hes ab etmişdir ki, iddia müddətinin ötməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də yalnışdır, çünki əmək kitabçası rəsmi olaraq iddiaçının ünvanına 2019-cu ilin fevral ayında göndərilmiş, iddiaçı da əmək kitabçasını aldığı andan (19.02.2019-cu il) hüquqlarının pozulduğunu bilmiş və qanunla müəyyən olunmuş 1 aylıq müddətdə hazırki iddianı qaldırmışdır (iddia ərizəsi məhkəməyə 14.03.2019-cu il tarixdə daxil olmuşdur).
31. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işçinin hüququnun pozulmasını bildiyi gün məhz müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab olunur ki, hazırki işdə də iddiçının əmək kitabçası ona 19.02.2019-cu ildə verilmişdir (poçt vasitəsi ilə təqdim olunmuşdur). Belə ola n halda isə iddia müddətinin ötürülməsi istisna edilir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdeh XXX kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd eilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırlmaqla, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilib.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-114/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 29 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
35. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 27 dekabr 2013-cü il tarixinə qədər qüvvədə olan 2-ci bəndinin tələbinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.
36. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə işəgötürən arasındakı əmək münasibətləri yalnız yazılı formada bağlanmış əmək müqaviləsi ilə yaranır və 2005-2012- ci illər arasındakı tərəflər arasında hər hansı əmək müqaviləsinin mövcud olması aşkar edilməmişdir.
37. İş ma teriallarına əlavə edilmiş əmək müqaviləsinə əsasən İddiaçı ilə cavabdeh Azad Azərbaycan MTRK arasında əmək müqaviləsi 02.07.2012-ci il tarixində fərdi qaydada, yazılı formada bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə iddiaçı, 02.07.2012-ci il tarixində XXX MTRK-da redaktor vəzifəsinə işə qəbul edilmiş, bu müqavilə 02.07.2012-ci il tarixindən 02.10.2012-ci il tarixinədək 3 (üç) ay müddətinə bağlanmış və iddiaçı 02.07.2012-ci il tarixindən işə başlamışdır. Həmin əmək müqaviləsi iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq da göstərilən müddət qurtardıqdan sonra həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətdə uzadılmış hesab olunmuşdur. İddiaçı əmək müqaviləsini 02.07.2012-ci ildə bağlayarkən həmin müqavilənin şərtləri ilə ta nış olub, onu imzalamış, 7 il ərzində onu mübahisələndirməmiş və bununla da həmin əmək müqaviləsinin qanuniliyini və əsaslılığını qəbul etmişdir. Lakin iddianı təmin edən apellyasiya məhkəməsi işin bu halını aydınlaşdırmamış və buna hüquqi qiymət verməmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3459/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(009)- 1256/2019 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli)
39. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində əmək münasibətləri çərçivəsində ayrı-ayrı vəzifələrdə işləməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiası üzrə istinad etdiyi halları sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur.
40. Apellyasiya instansiyası iş üzrə dindirilmiş şahidlərin ifadələrini də məhz bu xarakterli mübahisə üzrə mötəbər hesab etməyib. Çünki şa hid ifadələri düzgün nəticəyə gəlmək üçün vacib olan sübut edilməli halları bilavasitə sübut etmir. Çünki, tərəflər arasında yaranmış həqiqi münasibətlərin mahiyyətini yalnız özləri dəqiq bilə bilər.
41. Belə ki, şahidlər iddiaçının 2006-2007-ci illərdə cavabdeh kompaniyada işləməsini bildirsələr də, bu ümumi məlumatlar iş üzrə iddianın əsaslı və təmin olunmalı olmasını bilavasitə mümkün etmir. Çünki, şahid ifadələri iddiaçının cavabdeh kompaniyada məhz əmək müqaviləsi əsasında işləməsini təsdiq etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2020-ci il tarixli məktubunda da 2005-2012-ci illərdə hər hansı bir müstəqil jurnalistin, əmək müqaviləsi olmadan, xidmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsi, çəkiliş aparması və akkreditasiyasız dövlət, ictimai və digər qurumlarda həmin kanal və ya kanallar üçün süjet, reportaj və ya material hazırlaması təcrübəsi mövcud olmuşdur. Belə bir süjet, reportaj və ya materialın hazırlanması jurnalist və ya müxbirin həmin televiziya və ya radio kanalının rəsmi əmək müqaviləsi ilə fəaliyyət göstərən əməkdaşı olmasına dəlalət etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Nümayəndə) qətnamədən kassasiya şikayəti verib.
43. Kassasiya şikayəti apelyasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
44. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil ol mamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
45. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 vəkili oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
46. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 49.2. İşçi bu Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 87.2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnam ə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmiş, işin hallarını maddi hüquq normaları baxımından düzgün qiymətləndirməmişdir.
50. İddiaçı tələbində iddia edir ki, əmək kitabçasında onun yalnız 2012-2017-ci illər ərzində redaktor işləməsi qeyd edilsə də, onun 2005-ci ildən 2012-ci ilədək müddət ərzində Azad Azərbaycan X 2 müxtəlif Departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi əmək kitabçasında qeyd edilməyib.
51. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı odur ki, iddiaçı 2005-2012-ci illərdə cavabdeh təşkilatda işləmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ona istinad edib ki, iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində məhz əmək münasibətləri çərçivəsində ayrı-ayrı vəzifələrdə işləməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
53. Apellyasiya instansiyası həmçinin cavabdeh tərəfindən təqdim edilən Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2020-ci il tarixli məktubuna da istinadən qeyd edib ki, 2005-2012-ci illərdə hər hansı bir müstəqil jurnalistin, əmək müqaviləsi olmadan, xi dmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsi, çəkiliş aparması və akkreditasiyasız dövlət, ictimai və digər qurumlarda həmin kanal və ya kanallar üçün süjet, reportaj və ya material hazırlaması təcrübəsi mövcud olmuşdur.
54. Başqa sözlə, apellyasiya məhkəməsi iddianı rədd edərkən iddiaçının öz tələbini sübuta yetirməməsinə istinad etsə də, cavabdehin də etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsinin olmasını qeyd etməmişdir. Belə ki, cavabdeh iddiaçının əmək müqaviləsi olmadan, xidmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsini bildrisə də, etirazının əsası kimi istinad etdiyi bu halları, yəni iddiaçının həmin dövrlərdə xidmət müqaviləsi və ya hə r hansı müqavilə əsasında işləməsini müvafiq müqavilələri təqdim etməklə sübut edə bilməmişdir. Baxmayaraq ki, MPM-in 77-ci maddəsinə görə etirazının əsası kimi istinad etdiyi halları da cavabdeh sübut etməlidir.
55. Nəzərə alınsa ki, iddiaçı cavabdeh şirkətin tapşırığı (sifarişi və s.) ilə fəaliyyət göstərib və iddiaçı da bunun əmək münasibətləri çərçivəsində olmasını iddia edir, belə olan halda, tərəflər arasında əmək münasibətlərinin olması prezumpsiyası var və bunun əksini sübut etmək vəzifəsi də tapşırığı (sifarişi və s.) verən və hüquqi şəxs statusu olan cavabdehin üzərinə düşür.
56. Bundan başqa, Əmək Məcəlləsinin 49-cu maddəsinin 27 dekabr 2013-cü il tarixinə qədər qüvvədə olan 2-ci hissəsinə görə işçi bu Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcə dən işəgötürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir.
57. Göründüyü kimi, tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə işçinin faktik olaraq işə başlaması həmin andan əmək müqaviləsi bağlanmış hesab olunması demək idi və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməli idi.
58. Apellyasiya məhkəməsi isə işin müəyyən edilmiş hallarına qeyd edilən maddi hüququ normasının tələbləri baxımından qiymət verməmiş, həmin normanın hazırki iş üzrə tətbiqinin mümkünlüyünü araşdırmamışdır.
59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasə n belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3459/2020 nömrəli 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.