Məhkəmə qərarları › İş №2(102)-2317/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2317/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2317/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 vəkili və nümayəndəsi İxxx iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli 2(103)-1314 3/2019 nömrəli qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, MH seriyalı, ******* nömrəli çıxarış əsasında ½ hissədə paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı cavabdeh Cavabdeh2 ailə başçısı kimi 10800 manat məbləğində kompensasiya verilməklə onun və ailə üzvləri olan digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi və onların həmin yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4383/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yer ləşən yaşayış sahəsindən Cavabdeh2nn, Cavabdeh4 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. (hakim Rəşad Cavadzadə) Cavabdehlərin apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13143/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)4383/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi ləğv, iddia təmin edilməmişdir. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Etibar Nəbiyev, Raqib Qurbanov) İddiaçı və vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili və nümayəndəsi İsmayılov İsa Musa oğlu kasasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iş üzrə 3-cü şəxs kimi cəlb edilmiş X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki,ünvan 1 ½ hissədə onun, ½ hissədə isə X1 mülkiyyətindədir. Cavabdehlər evin onun mülkiyyətində olan hissəsində yaşayırlar. Cavabdehlərin onun mülkiyyətində olan evdə yaşamaları və qeydiyyatda olmaları onun mülkiyyət hüququnu pozur. “xxx" firmasının arayışına görə Yasamal rayonunda köhnə tikili olan evlərdə orta təmirli iki otaqlı mənzillərin aylıq kirayəsi 280-350 manat həddindədir. Bu səbəbdən cavabdeh ƏlCavabdeh2 ailə başçısı kimi 10800 manat məbləğində kompensasiya verilməklə onun və ailə üzvləri olan digər cavabdehlərin istifadə hüququna xitam verilməli və onların həmin yaşayış sahəsindən çıxarılmalıdırlar. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Pros essual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı (kassator) İddiaçı kasasiya şikayəti təmin edilməməli, kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 20 avqust 2008-ci ildə ½ hissədə iddiaçının, ½ hissədə isə X1 adına mülkiyyət hüququ ilə qeydə alınıb. Cavabdehlər Cavabdeh2 1979-cu ildə, Cavabdeh4 1986-cı ildə, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə 2004-cü ildə evə qeydiyyata düşmüş lər. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi cavabdehlərin çıxarılması tələb edilən evin paylı mülkiyyətdə olmaqla iddiaçıya məxsus hissənin naturada ayrılmamasına, bu səbəbdən cavabdehlərin evin hansı hissəsində yaşamaları, həmin sahənin nə qədər və neçə otaqdan ibarət olması, yaşayış şəraiti və təmir səviyyəsi barədə sübutun təqdim edilməməsinə, aylıq kirayə haqqının 280-350 manat olması barədə “xxx” firmasının arayışında Yasamal rayonunun hansı ərazisinin nəzərdə tutulmasının görünmədiyinə, eləcə də təklif olunan kompensasiya məbləğinin az olmasına istinad edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qəıtnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 228.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “xxx” 26 sen tyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd etməklə işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi cavabdehlərə kompensasiya verilməklə onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, ünvan 1 ½ hissədə İddiaçı, ½ hissədə isə X1 adına mülkiyyət hüququ ilə qeydə alınıb, təklif edilən kompensasiya məbləği azdır, üstəlik, ev naturada ayrılmadığı üçün cavabdehlərin məhz iddiaçının payına düşən hissədə yaşamasını müəyyən etmək mümkün deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər xxx şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o yaşayış sahəsindən istifadə hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayəsədə oxşar yaşamaq imkanı versin. Bu baxımdan, kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsini və həmin normanının tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilərkən, kompensasiyanın məbləğinin adekvat olubolmamasını müəyyən etmək üçün başqa hallarla yanaşı, hüquqlarına xitam verilməsi tələb edilən şəxslərin yaşayış sahəsində yaşadıqları müddətin uzunluğu, onların həmin evdə istifadə hüquqlarının yaranma əsasları və vaxtı, başqa sözlə, həmin evə istifadə hüquqlarının sonradan və ya doğulduqları vaxtdan yaranması və s. hallara da qiymət verilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, cavabdehlər uzun müddətdir ki, mübahisəli evdə yaşayırlar. Eləcə də apelyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən aylıq kirayə haqqının məbləği barədə “xxx" firmasının arayışını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları i lə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətinin digər dəlilləri isə apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki P rosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli, 2(103)13143/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar