Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2317/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6341/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx x 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxx 2007-ci ildə bağlanmış 1668 nömrəli İcarə müqaviləsinə görə Pirşağı Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 11 saylı ümumi iclasının qərarına əsasən Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz ərazisində yerləşən, 300 kv metr torpaq sahəsi İddiaçı müddətli icarəyə verilir. İcarə müqaviləsinin müddəti 10 ildir, xx xxxxxx 2007-ci ildən xx xxxxxx 2017-ci ilədək olan dövrü əhatə edir. Müqavilənin 3.2-ci bəndinə görə, istifadəçi öhdəliklərini göstərilən müddətdə yerinə yetirdikdə, müqavilənin müddəti yenidən artırılır. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-743/2018 saylı qiyabi qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı pul tələbinə dair iddia tələbi təmin edilərək torpaq sahəsinə görə ödənilmiş 10000 manat, tikintiyə sərf edilmiş 13000 manat, cəmi 23000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 1668 saylı icarə müqaviləsi əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş Pirşağı qəsəbəsi, 2-ci Sovxoz adlanan ərazidə yerləşən 300 kv metr torpaq sahəsindən çıxarılması və tor paq sahəsinin iddiaçının faktiki sahibliyinə verilməsi, vurulmuş zərərin əvəzi olaraq 9000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 9030 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz adlanan ərazidə 300 kv metr torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsindədir, hər il icarə haqqını və əmlak vergisini ödəyir. Lakin cavabdeh 2017-ci ilin aprel ayından öz ailə üzvləri ilə birlikdə torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq torpaq sahəsini tutmuşdur. Torpaq sahəsini boşaltmasını tələb etdikdə cavabdeh həmin sahəni Samir Əhmədovdan 10000 manata satın aldığını bildirərək boşaltmayacağını demişdir. Cavabdeh Sabunçu RPİ-nin 15-ci PB-nə Samir Əhmədov tərəfindən aldadılması barədə şikayət etmiş, daha sonra isə ödədiyi 10000 manat pulun Samir Əhmədovdan alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-743/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, torpaq sahəsinə görə ödənilmiş 10000 manat, tikintiyə sərf edilmiş 13000 manat, cəmi 23000 manat məbıəğində pulun X2 tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hal-hazırda icra edilməkdədir. Həmin qətnamə ilə cavabdehin məhz iddiaçının qanuni sahibliyinə verilmiş torpaq sahəsini Samir Əhmədovdan aldığı, bununla da özünə məxsus olmayan torpaq sahəsini Cavabdeh satmağı öhdəsinə götürməklə 10000 manat pul əldə etdiyi, Cavabdeh həmin torpaq sahəsinə görə ödədiyi pulun Samir Əhmədovdan alınaraq ona ödənilməli olduğu müəyyən edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1668 saylı icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmiş Pirşağı qəsəbəsi 2-ci Sovxoz adlanan ərazidə yerləşən 300 kv metr torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə verilməsi, vurulmuş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 12000 manat, maddi zərərin əvəzi olaraq 20000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 32030 manat məbləğində pulun cavabdehdən tutularaq id diaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə belə əsaslandırılmışdır ki, iddiaçı icarəsinə verilmiş torpaq sahəsində hər il mütəmadi olaraq bostan məhsulları əkib becərmiş, bununla da hər il ən azı 3000 manat gəlir götürmüşdür. Lakin cavabdeh 2017ci ildən həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə və boşaltmaqdan imtina etməklə, iddiaçını hər il əldə etməli 3000 manat gəlirdən məhrum etmişdir. Beləliklə də, cavabdeh iddiaçıya ümumilikdə 12000 manat ziyan (əldən çıxmış fayda) vurmuşdur. Bundan başqa, cavabdeh iddiaçının mübahisəli torpaq sahəsində əziyyətlə əkdiyi, uzun müddət qulluq edib böyütdüyü ağacları sındıraraq məhv etmişdir. Bu hal iddiaçıya maddi zərər vurmaqdan daha çox, mənəvi iztirab keçirməsinə səbəb o lmuşdur. Belə ki, iddiaçı icarəsinə verilmiş mübahisəli torpaq sahəsində hər il mütəmadi olaraq əkib becərdiyi bostan məhsullarını satmaq üçün müəyyən müştəri kontingentinə malik olmuş, həmin şəxslərlə daimi alış-veriş etmişdir. Lakin cavabdehin qanunsuz hərəkətlərindən sonra həmin şəxslərlə aralarında olan şifahi razılaşmanın şərtlərinə əməl edə bilməmiş, onların yanında qeyri-ciddi vəziyyətə düşmüş, bu da ona mənəvi iztirab vermişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Pirşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 216 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, xx.xx.2008-ci il tarixli Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərba ycan Respublikası Qanununun 9-cu hissəsinə əsasən mövcud hallarda icarə müqaviləsinin müddəti yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi ilə uzadıla bilər. İddiaçı bildirilir ki, müddəti keçmiş müqavilənin şərtləri qüvvədədir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Pirşağı Bələdiyyəinin xx.xx.2020-ci il tarixli 74 nömrəli arayışından görünür ki, İddiaçı adına Pirşağı Bələdiyyəsinin vergi uçotu kitabında 374 nömrəli təsərrüfat qeydiyyatı vardır və onun həqiqətən 374 nömrəli şəxsi hesab üzrə xx.xx.2020-ci il tarixə torpaq və əmlak vergi üzrə borcu yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) xx xxxx 2020-ci il tarixli 2(008)-476/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri Sabunçu ray onu Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1668 saylı icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmiş Pirşağı qəsəbəsi 2-ci Sovxoz adlanan ərazidə yerləşən 300 kv metr torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı faktiki sahibliyinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Pirşağı Bələdiyyəsi arasında bağçılıq məqsədi ilə xx.xx.2007-ci il tarixdə 10 il müddətinə Pirşağı qəsəbəsində, Sovxoz-2 adlanan ünvanda 300 kv metr torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış və iddiaçıya məxsus torpaq sahəsi qanunsuz olaraq Cavabdeh tərəfindən istifadə olunmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-743/2018 saylı qətnaməsi ilə müb ahisəli torpaq sahəsinə görə ödənilmiş 10000, tikintiyə sərf edilmiş 13000 manat, cəmi 23000 manat məbləğində pulun X2 alınaraq Cavabdeh verilməsinin qət edilməsinə baxmayaraq, mübahisəli torpaq sahəsinin hər hansı hüququ olmadan, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsindən çıxmamışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını iş materialları ilə müqayisəli təhlil edərək, hesab edir ki, cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Pirşağı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı oğlunun icarəsinə verilmiş Pirşağı qəsəbəsi, Sovxoz 2 ünvanında yerləşən 300 kv metr torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi İddiaçı faktiki sahibliyinə verilməlidir. Bundan başqa, iddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə d ə, onun qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ var və bu səbəbdən də onun həmin torpağa hüquqlarını həyata keçirilmə imkanı təmin edilməli və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddianın faktiki əsası kimi göstərilən sübutlar yalnız kserosurətdir. Heç bir istinad olunan sənədin əsli və yaxud təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş və yaxud iş materiallarına əlavə olunmamışdır. İş materiallarına əlavə edilmiş və Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 1668 saylı icarə müqaviləsinin “əsli ilə düzdür. Pirşağı bələdiyyəsinin sədri Ş.Quliyev” şəkl ində təsdiq olunmuş surətindən görünür ki, tərəfər arasında bağlanmış müqavilənin müddəti 10 (on) il (xx xxxxxx 2007 – xx xxxxxx 2017-ci il tarixədək) müəyyən edilmişdir. Lakin müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə müddəti başa çatdıqda müqaviləyə xitam verilir. Buna görə də iddiaçının iddia ərizəsi ilə müraciət etməyə subyektiv hüququ olmamışdır. Müddəti başa çalmış İcarə müqaviləsinin 1-ci bəndinə görə göstərilən 300 kv metr torpaq sahəsi iddiaçıya məhz bağçılıq məqsədilə icarəyə verilsə də, iddiaçı torpaq sahəsindən təyinatına uyğun istifadə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, onun qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ vardır və bu səbəbdən onun həmin torpağa hüquqlarını həyata keçirilmə imkanı təmin edilməli və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqi l məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veri b-verməməsi müəyyən olunmalıdır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi məhkəmə tərəfindən işin obyektiv araşdırılması üçün Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə sorğu ünvanlanmış və sorğuya cavab olaraq Pirşağı Bələdiyyəsi tərəfindən arayış və icarə müqaviləsinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli məktubunda, müddəti keçmiş müqavilənin şərtlərinin qüvvədə olması qeyd olunmuşdur. Cavabdehin həmin torpaq sahəsinin bağçılıq məqsədilə icarəyə verilsə də, iddiaçının torpaq sahəsindən təyinatına uyğun istifadə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməməsi barəd ə dəlili ilə bağlı qeyd etmişdir ki, həmin halın təsdiq olunub-olunmaması hazırki mübahisə predmeti ilə əlaqəli olmadığı üçün məhkəmə kollegiyası həmin məsələni araşdırmır. Cavabdeh mübahisəli torpaq sahəsində heç bir hüquqi əsas olmadan məskunlaşmış və bununla da həmin torpaq sahəsinin qanuni istifadəçisi olan və bu sahəyə dair “qanuni gözlənti” hüququ olan iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayəti ndə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüqu q Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, on un sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrumetmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. ilə və bu Məcəllə ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6341/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.