Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2318/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: dəymiş zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: "xxxx" ASC-də sığortalanmış “X3 Fe” markalı X1 məxsus avtomobil onun tərəfindən idarə olunarkən 26 avqust 2018-ci il tarixdə Cavabdeh1 MMC-yə məxsus "xxxx" markalı avtomobillə toqquşmuş və MMC-yə məxsus avtomobili idarə edən Cavabdeh2 təqsiri üzündən baş vermiş qəza nəticəsində A.Ə.Məmmədova məxsus avtomobil əzilmişdir. A.Ə.Məmmədova məxsus avtomobilin 70 faizi sıradan çıxdığı üçün tam məhv edilmiş hesab olunmuş və dəymiş zərər 33.000 manat məbləğində qiymətləndirilmişdir. Avtomobilin qalıqları 7000 manat məbləğində qiymətləndirilib avtomobilin bazar dəyərini təşkil edən 41.000 manatdan çıxdıqdan və eləcə də 380 ABŞ dolları azadolma məbləği çıxdıqdan sonra 33.354,00 manat məbləğində pul vəsaiti şirkət tərəfindən faydalanan şəxs kimi "xxxx" ASC-yə ödənilmiş dir. MMC-yə məxsus “Qaz 3302” markalı avtomobil də "xxxx" ASC tərəfindən məcburi sığorta olunduğundan həmin şirkət tərəfindən "xxxx" ASC-yə 5000 manat ödənilmişdir. Həmin məbləğ çıxıldıqdan sonra (33.354-5000=28.354 manat) ASC-yə dəymiş ziyanın məbləği 28.354 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin aprel ayında "xxxx" A.Ə.Məmmədova məxsus avtomobili sığortalamış "xxxx" ASC-nin hüquq və vəzifələrinin ona ötürülməsi ilə əlaqədar cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3070/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnamə si ilə (hakim: G.T.Axundova) iddia qismən təmin edilərək Cavabdeh1 MMCdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 28.354 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 MMC ekspert rəyində ziyanın məbləğinin şişirdilməklə müəyyən olunmasını, belə olduqda iş üzrə təkrar ekspertizanın keçirilməsinə ehtiyac olduğu halda onların bu barədə olan vəsatətinin əsassız olaraq rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilib iş üzrə yeni qətnamənin qəbul olunması barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2020 saylı, 30 iyul 2020ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti tə min olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)-3070/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 MMC kassasiya şikayəti verərək dəymiş ziyanın məbləğinin düzgün müəyyən olunmamasını, ziyanın eyni zamanda Cavabdeh2 tutulmasının tələb olunmasına baxmayaraq yalnız MMC-dən tutulmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2 Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerji sindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Cavabdeh1 MMC-nin işçisinin təqsi ri üzündən baş vermiş qəza nəticəsində Anar Məmmədova məxsus avtomobil tam məhv olmuş hesab edilərək dəymiş ziyanın ödənilməli olan məbləği kimi iddiaçı tərəfindən 28.354,00 manat ödənilmiş və məhkəməyə təqdim edilmiş iddia ərizəsində həmin məbləğin həm yüksək təhlükə mənbəyinin sahibi kimi MMC-dən və həm də qəzanı törətməkdə təqsirli bilinmiş şəxsdən müştərək qaydada tutulması tələb edilmişdir. Dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə ekspertiza təyin olunmuş və ziyanın məbləği mütəxəssis rəyi ilə müəyyən olunmuşdur. Cavabdeh1 MMC ziyanın müəyyən olunmuş məbləği ilə razılaşmasa da, avtomobilin bazar dəyərinin və ziyanın məbləğinin ondan az olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya ziyanın məbləğinin düzgün müəyyən olunmaması na dair kassasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya dig ər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ziyan MMC-nin işçisinin təqsiri üzündən dəysə də, qanunun yuxarıda göstərilən normasının tələbinə müvafiq olaraq məhkəmə ziyanın ödənilməsi vəzifəsini yüksək təhlükə mənbəyinin sahibi kimi MMC-nin üzərinə qoymaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. (926.2) Qanunun göstərilən normalarına əsasən sığorta şirkətinin ödədiyi pul vəsaitinin MMCdən tu tulması qanuni olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2318/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2318/2022
27.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver