Məhkəmə qərarları › İş №2(102)-2318/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2318/2023

11.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2318/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)-1932/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 11 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh və digərlərinə qa rşı “mülkiyyətdə olan mənzildən çıxarılma və qanunsuz sənədlərin etibarsız hesab edilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 saylı yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 saylı mənzilindən çıxarılması, habelə "xxxx" MTK ilə X3 arasında Abşeron rayon, Masazır kəndi, 3 saylı yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə yerləşən 3 otaqlı 52 saylı mənzilə dair bağlanmış 27 noyabr 2016-ci il tarixli müqavilənin və onun adına olan 27 noyabr 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və üçüncü şəxs X1 “pul tələbinə” dair iddiasının qismən təmin edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 saylı yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 saylı mənzilinə çəkilmiş təmir xərclərinə görə 14.994,6 manat pul vəsaitinin İddiaçı tutularaq X2 verilməsi, pulun verilməsi ilə mənzilin boşaldılmasının eyni anda icra edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin üçüncü şəxs X1 iddiasının təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsi üçüncü şəxs X1 iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilmiş, üçüncü şəxs X1 İddiaçı qarşı “pul tələbinə” dair iddiası rədd edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1, 403.1-ci maddələrinin tələblərinə görə, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulan qətnamədən...tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı iddiası qis mən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 saylı yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 saylı mənzildən çıxarılması qət edildiyi və o, qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti vermədiyi halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, onun kassasiya şikayətinə kassasiya qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən, ka ssasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 18 may 2023-cü il tarixli, 2(102)-2318/2023 saylı qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Cavabdeh kassasi ya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 18 may 2023-cü il tarixli, 2(102)-2318/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh və digərlərinə qarşı “mənzildən çıxarılma və sair tələblərinə dair” mülki iş kassasiya baxışından çıxarılsın və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar