Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2318/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddialarına dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əhəmiyyətsiz əqd üzrə ödənilən pul vəsaitinin qaytarılması, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Elşanə Rafiq qızı Vəliyeva (məruzəçi), X11 və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı tələblərinə iddiaları barədə mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 21 aprel tarixli 2(106)-709/2025 nömrəli qətnaməsind ən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh İmişli rayonunun Əliqulular kəndində yaşayırlar. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş Belarus-1221 markalı traktorun lizinqə verilməsi üzrə tərəflər- "xxxx" ASC ilə X6 arasında 2024-cü il 19 dekabr tarixində bağlanmış müqavilə üzrə öhdəliklərin ötürülməsi barədə tərəflər- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (lizinq verən), X6 (öhdəliyi verən), Cavabdeh qardaşı X10 arasında 2023-cü il 8 sentyabr tarixində öhdəliklərin ötürülməsi haqqında müqavilə imzalanmışdır. 3. xx.xx.2024-cü il tarixində X1 ilə "xxxx" MMC tərəfindən keçirilmiş avtonəql iyyat vasitəsinin əmtəəşünaslıq üzrə ekspertizasında Belarus-1221 markalı traktorun qiyməti 17.170 manat müəyyən olunmuşdur.
4. İddiaçı xx.xx.2023-cü ildə İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ödədiyi pulu tələb etmiş, Cavabdeh da həmin tarixdə İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir ki, Cavabdeh izahatında demişdir ki, “...Nicat ilə şifahi razılıq əldə etmiş, Nicat ona 14.500 manat pul vermişdir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməs inə müraciət edərək, cavabdehdən 14.500 manat, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin mart ayında özünə idarə etmək üçün traktor axtarmış, cavabdehdə ona öz "Belarus 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorunu satmaq istədiyini bildirmişdir. Cavabdeh traktorun Füzuli rayonu, Fin qəsəbəsində yaşayan X2 adına olduğunu, traktorun lizinqdə olduğunu, 3 il müddətinə ümumi 11.700 manat lizinq pulu ödənilməli olduğunu demişdir. İddiaçı sənədlərin düzgün olması şərtilə qalan pulu da ödəyəcəyini bildirmiş, cavabdeh isə sənədlərin qaydada olduğunu bildirmişdir. İddiaçı traktoru 14.500 manata almış, pulu da öz həyətinin darvazasının önündə cavabdehə vermişdir. Qarşılıqlı iddia üzrə cavabdeh bildirmişdir ki, traktor sənədi X5 məxsus olsa da, traktorun lizinqə olan borcunu tam bağladıqdan sonra həmin traktorun onun adına keçirilməsinə köməklik göstərəcəkdir. Bu razılaşmadan 1 ay sonra ilkin iddiaçı "xxxx" ASC-nin İmişli filialına kredit ödəmək üçün getmiş, lakin bu zaman qarşılıqlı iddia üzrə cavabdehin verdiyi hesab nömrəsi dondurulub. İlkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlə əlaqə saxlamış, X2 nömrəsini almışdır. İlkin iddiaçı Soltanov Elsəvərə zəng eləyib yaranmış hal barəsində ona məlumat vermişdir. X6 bunun müqabilində demişdir ki, Seymurdan həmin traktoru geri qaytaracaq, ona görə ki, Seymur tarktoru alarkən ona 5.000 manat borclu qalıbdır. Bu vəziyyəti ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə demiş, ya işi qaydasına salmasını ya da pulu qaytarmalı olduğunu bildirmişdir. Cavabdeh isə pulu xərclədiyini, ona görə qaytara bilməyəcəyini demişdir. Bu məsələ ilə bağlı ilk olaraq X8 cavabdehdən şikayət etmiş, sonra da ilkin iddiaçı cavabdehdən şikayət etmişdir. İmişli rayon polis şöbəsinin müstəntiqinin 17 oktyabr 2023cü il tarixli qərarı ilə onun, cavabdehin və X3 ərizəsi üzrə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilərək, tələbləri mülki xarakterli olmasına görə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh sonradan X6 ilə razılığa gəlmiş, şifahi qaydada satdığı traktoru lizinqdə qardaşı X7 adına sənədləşdirmiş, buna görə əvvəlcə İmişli Rayon Məhkəməsinə, sonra isə Şi rvan İnzibati Məhkəməsinə müraciət edib, traktorun ondan alınması barədə qərardad çıxarılmasına nail olmuşdur.
7. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurduğu 25.200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad olunmaqla belə əsaslandırmışdır ki, İddiaçı onun Belarus-1221 markalı traktorunu istifadəyə yararsız hala salmış və ona təxmini 25.200 manat ziyan vurmuşdur. 2020-ci il oktyabr ayında traktor qarşılıqlı iddia üzrə cavabdehə verilmiş, qarşılıqlı razılaşmaya əsasən o, 2020-ci ilin oktyabr ayından 2023-cü il sentyabr ayına qədər hər ay 700 manat olmaqla traktorun icarə pu lunu ödəməli idi. İddiaçı öhdəliyini yerinə yetirmədiyi üçün bu müddət ərzində pulu qarşılıqlı iddia üzrə iddiaçı ödəmişdir.
9. İmişli Rayon Məhkəməsinin 2024-cü il 21 oktyabr tarixli 2(036)-1165/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh 14.500 manat, vəkil xidmətinə görə ödənilmiş 300 manat və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir (hakim Zaur Pirverdiyev).
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) arasında Belarus-1221 markalı traktorun alqı-satqısına dair münasibətləri olmuş, ilkin iddiaçı öz öhdəsinə götürdüyü öhdəliyi icra etsə də, qarşılıqlı iddia üzrə iddiaçı öz ö hdəliyini icra etməmişdir. Bu öhdəliyin yerinə yetirilməməsi nəticəsində ilkin iddiaçının ödədiyi məbləği tələb etdiyi görünsə də, qarşılıqlı iddia üzrə iddiaçı pulu qaytarmaqdan imtina etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şifahi şəkildə bağlanmış müqavilə notarial qaydada öz təsdiqini tapmamışdır. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsiz olmaqla etibarsızdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini irəli sürmək üçün heç bir subyektiv hüquqa malik deyildir. Çünki Belarus-1221 markalı traktor üzərində onun heç bir mülkiyyət, sərəncam və yaxud istifadə hüququ olmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 157.6, 157.7, 337.1, 337.3, 337.4, 337.5, 385.1, 386.1, 3 86.2, 386.3, 1091.1, 1091.2, 1092.1, 1093.1 və 1095-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli, 2008-ci il 30 iyul tarixli və 2006-cı il 31 yanvar tarixli Qərarlarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 4.1, 14.1, 14.2, 77.1, 80, 119.1, 121.1 və 218.3-cü maddələrinənə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı 3-cü şəxsin (X6) əmlakını mənimsəsə də, məhkəmə 3-cü şəxsi işə cəlb etməmiş və onun mövqeyini nəzərə almadan qərar qəbul etmişdir. İlkin iddia üzrə iddiaçı alqı-satqı münasibətinin obyekti olmayan əmlakı ələ keçirmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 21 aprel tarixli 2(106)-709/2025 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova).
16. İş materiallarının tədqiqindən müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı münasibətləri olmuş, Cavabdeh həmin münasibətlərə əsasən öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, traktoru İddiaçı satsa da, trakto ru onun adına rəsmiləşdirə bilməmiş, həmin traktor Cavabdeh nə mülkiyyətində, nə icarəsində, nə də lizinq alan olmamış, daha sonra İddiaçı traktor üçün ödənilmiş 14500 manat vəsaiti Cavabdeh tələb etsə də, həmin məbləği qaytarmamışdır.
17. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanarkən, alıcı traktorun dəyəri olan pul məbləğini satıcıya verməyi, satıcı isə pul məbləğini aldıqdan sonra müqaviləni lazimi qaydada rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd edilən səbəblərdən satıcı traktorun dəyəri olan pul məbləğini aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir.
18. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında daşınar əmlakın alqı-satqısına dair şifahi qaydada müqavilə bağlanmı şdır. Lakin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır. Eyni zamanda Cavabdeh İddiaçı satdığı traktor onun mülkiyyətində olmamışdır. Bu səbəbdən onlar arasında bağlanmış şifahi müqavilə əhəmiyyətsiz olmaqla etibarsızdır.
19. Birinci instansiya məhkəməsi də haqlı olaraq ilkin iddia üzrə cavabdehin, ona aid olmayan traktora dair şifahi alqı-satqı müqaviləsi bağlamaqla ilkin iddia üzrə iddiaçının 14500 manat pul vəsaitinə yiyələnməklə əsassız olaraq varlanması qənaətinə gəlmiş və ilkin iddianı təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Hazırda qarşılıqlı iddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qarşılıqlı iddianın da təmin edilməsini xahiş etmişdir.
20. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin “hazırkı vəziyyətdə cavabdehə qarşı iddia irəli sürmək üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi təmin oluna bilməz” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
22. Məhkəmə öz mövqeyini MM-in 21.1, 21.2, 385.1, 386.1, 386.2, 386.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.4, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi üzrə - hüquq normasının tələbləri pozulmuşdur.
25. MPM-in 8, 9, 77.1, 88, 385, 388, 390, 418.1, 418.2 və 418.3-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, yuxarıda göstərilən işin faktiki hallarına qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da MPM-in göstərilən maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa sö ykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsind ə ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Kassasiya şikayətinin bəzi dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Məhk əmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 21 aprel tarixli 2(106)-709/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.