Məhkəmə qərarları › İş №2(102)-232/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-232/2018

11.01.2018 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-232/2018 11.01.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 11 yanvar2018-ciil İş№ 2(102)-232/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, iddiaçının vəkili X4nin iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8537/2017 saylı 16 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi il ə (hakim E.C.Kazımov, iş № 2(008)-2278/2017)iddia təmin edilərək Bakı şəhəri Kürdəxanı Bələdiyyəsi ilə X7 arasında Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1200 kv.metrdən ibarət olan torpaq sahəsinə dair 29.08.2005-ci il tarixdə bağlanmış 301 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu,ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1200 kv.metrdən ibarət torpaq sahəsinə dair X3 adına verilmiş RX seriyalı, ******* saylı, 01.07.2015-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu,ünvan 1 ünvanda ümumi sahəsi 1200 kv.metrdən ibarət torpaq sahəsinə dair B akı şəhəri 38 saylı notariat kontorunda X7 ilə Cavabdeh arasında bağlanmış 11.08.2015-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, ünvan 1 ünvanda ümumi sahəsi 0.12 ha. ibarət torpaq sahəsinə dair Cavabdeh adına verilmiş RX seriyalı, 0726584 saylı, 18.08.2015-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 4468B saylı bağ sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hak imlər İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov, iş № 2(103)8537/2017) Cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2017-cı il tarixli 2(008)-2278/2017 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçının Cavabdehə qarşı “çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdehin adına verilmiş 18.08.2015-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivində 226 BTK nəzdində 0.12 ha. torpaq sahəsindən ibarət olan 4468B saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1ə və Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin, icarə müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, X3 icarəsinə ayrılmış Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Kürdəxanı bağlarının şimal-şərq hissəsində ümumi sahəsi 1200 kv.metrdən ibarət olan Bakı şəhəri Kürdəxanı Bələdiyyəsi ilə X1 arasında bağlanmış 29.08.2005-ci il tarixli, 301 saylı torpağın icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Kürdəxanı bağlarının şimal-şərq hissəsində ümumi sahəsi 1200 kv.metrdən ibarət torpaq sahəsinə dair X3 adına verilmiş RX seriyalı, ******* saylı, 01.07.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Kürdəxanı bağlarının şimal-şərq hissəsində ümumi sahəsi 1200 kv.metrdən ibarət torpaq sahəsinə dair Bakı şəhəri 38 saylı notariat kontorunda X7 ilə Cavabdeh arasında bağlanmış 11.08.2015-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormalarınınpozulmasıvə düzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 9.1, 14.1, 87.2, 175.1-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili X6 apellyasiya instansiyası məhkəm əsinin qətnaməsini qanuni və əsaslı hesab etdiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqişdə iştirak edən digər şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şik ayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəsini, işin hallarına dair hüquqi mövqeyini özündə əks etdirir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıq dan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, Bakı şəhəri, keçmiş Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 saylı qərarına əsasən İddiaçı- iddiaçıya B akı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivində 226 BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 4468 B saylı bağ sahəsi ayrılmış və torpaq sahəsinə dair order verilmişdir. Bakı şəhəri, Kürdəxanı Bələdiyyəsi ilə X7 arasında bağlanmış 24 avqust 2005-ci il tarixli 301 saylı Torpaq İcarə Müqaviləsinə əsasən isə Bələdiyyə Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı bağlarının şimal-şərq hissəsindəki ümumi sahəsi 1200 kv.metr olan torpaq sahəsini X3 icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 2-1(81)-1405/2014 saylı qərarına əsasən Məmmədova Könül Qasım qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddia tələbi təmin olunaraq, Bakı şəhəri Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən daşınmaz əmlakın (torpaq sahəsi) mövcud vəziyyətdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 2-1(81)-1405/2014 saylı qərarından apellyasiya şikayəti vermiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1405/2014 saylı 11.03.2015-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2-1(81)-1405/2014 saylı 20.10. 2014-cü il tarixli qərarı ləğv edilmiş, məhkəmənin 2-1(81)-1405/2014 saylı, 05.05.2015-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 2-1(81)-1405/2014 saylı qərarının ləğv edilməsinə və mübahisəli torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya məxsus olmasına baxmayaraq sözügedən torpaq sahəsi ləğv edilmiş məhkəmə qərarına əsasən əvvəlcə X3, sonradan icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. “Torpaq islahatı haqqında” Qanunun 8-ci maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericilikdə m üəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsinə və icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələ rin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilə bilər. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, X5 Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin 29.08.2005-ci il tarixli 301 saylı Torpaq İcarə Müqaviləsinə əsasən on il müddətinə icarə hüququ əsasında verilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1405/2014 saylı 20.10.2014-cü il tarixli ləğv edi lmiş qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiqlənmiş 3M-519 reyestrli 11.08.2015-ci il tarixli torpaqdan icarə hüququnun alqısatqı müqaviləsinə əsasən Cavabdeh on il müddətinə icarə hüququ əsasında satılmış Bakı şəhəriünvan 1 ünvanda yerləşən yerləşən 0.12 ha. torpaq sahəsi ilə iddiaçı İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0.12 ha. torpaq sahəsindən ibarət 4468 B saylı bağ sahəsi üst-üstə düşdüyündən, yəni eyni torpaq sahəsi olduğundan, eləcə də mübahisələndirilən torpaq sahəsi məhz iddiaçıya məxsus 4468 B saylı bağ sahəsinin qanuni ərazisi olduğundan iddiaçının hazırkı iddia tələbi qanuni və əsaslıdır. Yuxarıda göst ərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8537/2017 saylı 16 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar