Məhkəmə qərarları › İş №2(102)-2320/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2320/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2320/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, özbaşına tikili Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı1, onun vəkili X3, Cavabdeh3, onun vəkili X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-4290/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində yerləşənxxxxxxxx evin (bundan sonra – mübahisəli ev) 1 otağı İddiaçı1 xxxxxxxxx oğlunun, 2 otağı İddiaçı3, 3 otağı isə İddiaçı2 oğlunun mülkiyyətindədir. Cavabdeh3 İddiaçı1 xxxxoğlunun qardaşı X1 arvadı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddiaçının qardaşının övladlarıdır. İddiaçının qardaşı ilə Cavabdeh3 arasında olan nikah pozulmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2735/2014 nömrəli iş üzrə 17 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mübahisəli ünvana köçürülmüşlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1760/2019 nömrəli iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı1 xxxxxxxxxoğlunun X11, Cavabdeh1, Cavabdeh2 xxxxxxxxx oğlu və Cavabdeh3 qarşı mübahisəli evə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılmaları barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10855/2019 nömrəli iş üzrə 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə X7 mübahisəli evə istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi (cavabdeh X8 münasibətdə) təmin edilmiş, qalan hiss ədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun azyaşlı övladları – X4 və X5, Cavabdeh2 və onun azyaşlı övladları – X12, X9 və Cavabdeh3 ümumilikdə 25000 manat məbləğində kompensasiya verilməklə mübahisəli evə olan istifadə hüquqlarına xitam verilməsi, öz ailə üzvləri və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər 2014-cü ildən mübahisəli ünvanda yerləşən evə köçərək orada yaşamağa başlamışlar. Cavabdehlər iddiaçıların ailə üzvü deyil və onların mülkiyyətində olan evə dair heç bir hüquqları yoxdur. Cavabde hlərin mübahisəli evdə yaşamaları onların mülkiyyət hüquqlarının həyata keçirməsinə maneçilik törədir. Cavabdehlər kompensasiya miqdarı ilə razılaşmayaraq iddianın təmin edilməməsini xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-3168/2019 nömrəli iş üzrə 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da, cavabdehlərə təklif olunan 25.000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Mə hkəmə qeyd etmişdir ki, cavabdehlərə təklif edilən bu məbləğ onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, iddianın təmin edilməsi onların mənzil hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 217.4-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azə rbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli evin yerində müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, iddiaçılara məxsus olan mübahisəli ünvanda yerləşən mülk onlara paylı mülkiyyət hüququ ilə məxsus olmaqla, hər birinə məxsus olan pay (yaşayış və köməkçi sahələr) naturada ayrılmışdır və bir-birindən təcrid olunmaqla ayrıca giriş-çıxışı vardır. Əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçıların istifadəsinə ayrılmasına dair və ya mülkiyyətə verilməsinə dair sənədlər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, cavabdehlər Cavabde h3 və Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə), həmçinin digər Cavabdeh2 ailəsi ilə birgə faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililər həmin ünvana məxsus torpaq sahəsində yerləşir, həmin tikililərin iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinə aidiyyatı yoxdur və təcrid olunmuş yaşayış sahəsi kimi küçəyə ayrıca giriş-çıxış qapısı vardır. Həmin tikililər cavabdehlərin özləri tərəfindən öz vəsaitləri hesabına inşa edilmişdir. Mübahisəli ünvanın iddiaçıya aid olan bir otağının giriş qapısı Cavabdeh2 istifadəsində olan otağa açılsa da, həmin otaqda iddiaçının qardaşı X11 yaşayır. Bundan başqa, tərəflərin iştirakı ilə evə dair tərtib edilmiş texniki pasportda əks olunmuş evin sxematik planı ilə otaqların faktiki yerləşm əsi müqayisə edilmiş və müəyyən edilmişdir ki, iddiaçı X2 mülkiyyətində olan yaşayış sahəsi onun qardaşı X7 faktiki istifadəsindədir. Cavabdeh2 xxxxxxxxxoğlunun və onun ailə üzvlərinin yaşadıqları iki otaq, həmçinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (azyaşlı uşaqları ilə birlikdə) yaşadıqları digər tikililər sonradan inşa edilməklə, texniki pasportda öz əksini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4290/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olun araq, iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin faktiki olaraq yaşadıqları və iddiaçılar tərəfindən kompensasiya müqabilində boşaldılması tələb edilən tikililər mübahisəli ünvanda yerləşsələr də, iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinə aidiyyatı olmayan özbaşına tikilidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin cavabdehlərin faktiki olaraq yaşadıqları sahədən onlara kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin sahədən çıxarılması ilə bağlı iddiasının qanuni əsası mövcud deyildir. Belə ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb etmək hüququ əmlakın mülkiyyətçisi olan şəxslərə məxsusdur. Lakin cavabdehlərin yaşadıqları sahə onların özləri tərəfindən inşa edilmiş özbaşına tikilidir. Cavabdehlərin həmin sahədən istifadə etmələri iddiaçıların mülkiyyətində olan əmlak üzərində sərbəst sərəncam verməklə bağlı hər hansı hüquqlarını məhdudlaşdırmır. Ona görə də, iddia tələbi cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və onların istifadə etdikləri yaşayış sahəsindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmalarına dair hissədə təmin edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərə təklif edilən kompensasiya məbləğinin az olması əsası ilə rədd etmiş, bununla da hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 180.1, 180.2, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30-cu, M PM-nin 82.3-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (vəkil X10) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, öz səlahiyyətlərindən kənara çıxmış, işin hallarını lazımi qaydada araşdırmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassator göstərmişdir ki, qardaşının ail əsi olan cavabdehlərə kömək üçün mübahisəli ünvanda öz hesabına əlavə tikililər inşa etdirmişdir. Cavabdehlərin maddi vəziyyəti aşağı olmuş, onlar həmin tikililəri inşa etmək iqtidarında olmamışlar. Cavabdeh3 ona və onun ailə üzvlərinə qarşı mütəmadi olaraq təhqiredici ifadələr işlətmiş, onların sakit şəraitdə yaşamasına imkan verməmiş, iddiaçıların yaşadıqları evə dair məhdudiyyətlər yaratmış, hüquqlarını kobud şəkildə pozmuşdur. Onun barəsində bununla bağlı inzibati xəta haqqında protokol da tərtib edilmişdir. Hazırda bu hallar yenə davam etməkdədir. Bu isə həmin ünvanda yaşayanların həyat və sağlamlığı üçün təhlükə yaradır, onların mülkiyyət hüquqlarını pozur. Kassasiya şikayətinə görə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 228.2-ci maddələrinin t ələblərini kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdeh3 və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər cavabdehlər məhkəmə iclasına vəkilsiz gəldiklərinə görə MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər iddiaçılar h ər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsin dən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (maddə 228.5). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kom pensasiya verməsi yolu ilə xitam verilə bilər (maddə 228.2). Mənzil Məcəlləsi Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (maddə 30). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə iddiaçıların əvvəlki məhkəmə baxışı zamanı istinad etmədikləri yeni hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4290/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar