Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2320/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2959/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Saatlı rayonunun Bəylik kəndində 0,46 ha torpaq sahəsində yerləşən 3 otaqlı 71,5 kv.metr yaşayış, 102,5 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evi 03 sentyabr 2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin evdə mülkiyyətçi və onun razılığı ilə qardaşı X1 iki uşağı ilə birlikdə yaşamışlar. 2010-cu ildə İddiaçı cavabdehlər X1 və Cavabdeh1 Nazim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009- cu ildə onun Rusiya Federasiyasında olduğu dövrdə qardaşı Nazim Əşrəfovun onun ailə üzvlərinin həmin evdən qovaraq özünün ailə üzvləri ilə birlikdə ona məxsus evə köçməsini əsas göstərməklə Nazim və Rəna Əşrəfovların həmin evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Nazim və Rəna Əşrəfovların iddiaçıya məxsus Saatlı rayonunun Bəylik kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. 27 oktyabr 2012-ci il tarixdə X1 vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin dekabr ayında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonunun Bəylik kəndində yerləşən ona məxsus 0,46 ha torpaq sahəsində iki fərdi yaşayış evinin inşa edilməklə hər iki evin ona məxsus olmasını, onlardan birlikdə onun öz ailəsi ilə yaşamasını, digər evdə isə mərhum qardaşının ailə üzvlərinin onun razılığı ilə müvəqqəti yaş amalarının cavabdehlərin öz hərəkətləri ilə ona məxsus evdən istifadə etməsinə mane olmalarını əsas göstərməklə cavabdehlərin yaşadıqları 2 mərtəbəli ümumi sahəsi 144 kv.metr olan 4 otaqlı evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək mübahisəli 4 otaqlı evin onun tərəfindən iddiaçının göstərdiyi, guya heç kimə məxsus olmayan yerdə tıkdirməsini, evin iddiaçı tərəfindən tikilməsinin həqiqətə uyğun olmamasını, evin tikintisinə 150.000 manat məbləğində vəsait sərf etməsini evin qaz təchizatı barədə müqavilənin onunla bağlanması, evin tikildiyi torpaq sahəsinin iddiaçıya məxsus olması ilə iddiaçıdan onun xeyrinə evin tikintisinə və təmirinə çəkdiyi xərcə görə 150.000 manatın onun xeyrinə tutulmasına dair qətnamə q əbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-230/2021 saylı, 12 iyul 2021 -ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlər Cavabdeh1 qaytarılmaqla ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ ona izah ounmuşdur. Saatlı Rayon Məhkəməsinin 2(055)-230/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Abuşev) İddiaçı iddiası təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 Nazim qızı qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: i.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(055)- 230/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 10.8-1 -ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasıya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin evdən çıxarılmalarını qanuni hesab edərkən mübahisəli 4 otaqlı evin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsini, Saatlı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 iyun 2010-cu il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və tikiliyə hüquqlarının olmamasına əsaslanmış və bu zaman gəldiyi nəticəsinin qanuni əsası kimi Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir. Aşağıdakı səbəblərdən kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən qanunun həmin normalarının tələbləri pozularaq qətnamə sübutlara tam və hərtərəfli qiymət verilmədən, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadan çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının qanuni əsas kimi istinad etdiyi Mülki Məcəllənin 157.2- ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə kollegiyası qanunun həmin normasına istinad edərkən cavabdehlərin çıxarılmaları tələb olunan 4 otaqlı fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasını sübuta yetirməmişdir. Cavabdehlərin yaşadıqları evin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi faktı özlüyündə həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması nəticəsinə gəlmək üçün əsas vermir. İşdən görünür ki, e vin kimin tərəfindən inşa olunması tərəflər arasında mübahisə doğurur. İddiaçı həmin evin ona məxsus torpaq sahəsində yerləşməsinə əsaslanaraq ona məxsus olmasını iddia etsə də, məhkəməyə həmin evin onun tərəfindən inşa olunması, nə vaxt inşa olunması və s. barədə hər hansı bir dəlil və nə də hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh1 iddia etməsinə görə isə mübahisəli ev onun tərəfindən, onun vəsaiti hesabına və iddiaçının razılığı ilə onun tərəfindən göstərilmiş yerdə inşa edilmişdir. Cavabdehə görə iddiaçı evin tikilməsi üçün göstərdiyi yerin heç kimə məxsus olmamasını bildirmişdir. İşdən göründüyü kimi cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, kadastr və yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Ş irvan Layihə Tədqiqat İdarəsi tərəfindən mübahisəli evin iddiaçıya məxsus olan 0,46 ha torpaq sahəsində yerləşməsi barədə rəy verilmişdir. Yalnız bundan sonra, yəni torpaq sahəsinin iddiaçıya məxsus olmasına əmin olduqdan sonra cavabdeh tərəfindən evin dəyərinin ona ödənilməsi barədə qarşılıqlı tələb irəli sürülmüşdür. İşin göstərilən halları, işdən göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən araşdırılmamış və belə vəziyyətdə məhkəmə həmin evin iddiaçıya məxsus olması qənaətinə gələrək Mülki Məcəllənin 157.2-ci maddəsinin qüvvəsini tətbiq etməklə iddianı təmin etmişdir. Əgər mübahisəli ev həqiqətən də cavabdeh tərəfindən inşa olunmuşdursa, onda o, binanın tikintisinə sərf etdiyi vəsaiti tələb etmək üçün subyektiv hüquqa malik olmuşdur. İşdən göründüyü kimi, cavabdeh tərəfindən qarşılıql ı iddia şəklində belə bir tələb irəli sürülmüş, lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla ona həmin iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Hazırkı iş üzrə isə evin kimin vəsaiti hesabına tikilməsi məsələsini araşdırmadan evin iddiaçıya məxsus olması nəticəsinə gəlməklə məhkəmə cavabdehin pul tələbi barədə məhkəmədə ayrıca icraatda qaldıracağı iddianın taleyini həll etmişdir. İddia və qarşılıqlı iddia tələbləri bir-biri ilə bağlı olmaqla mübahisənin düzgün və obyektiv həlli üçün əhəmiyyət kəsb etdiyindən, kollegiya hesab edir ki, həmin tələblərə birlikdə baxılmalı idi. Lakin işdən görünür ki, qarşılıqlı iddianın qaytarılması barədə məhkəmənin qərardadı cavabdeh tərəfindən mübahisə ləndirilməmişdir. Belə olduqda, kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 372.5- ci maddəsinin tələblərinə uyğun olaraq hər iki mübahisəyə (cavabdehlər tərəfindən tələb irəli sürüləcəyi təqdirdə) birlikdə baxılmasının mümkünlüyü məsələsi müzakirə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflə r arasında yaranmış mübahisəli hüquq münasibətlərində müəyyənliyin yaranması təmin edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2959/2021 nömrəli iş üzrə 19 oktyabr 2021 -ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2320/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2320/2022
27.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver