Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2320/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pulun tutulması, işin məhkəmə aidiyyəti) 12.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-603/2025 nömrəli iş üzrə 1 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında yazılı qaydada bağlanmış və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 12,5 faiz dərəcəsi ilə 362.053,08 manat borc verməli idi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi üzrə yaranmış 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 498,75 manat olmaqla, ümumilikdə 209.254 (iki yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində pul alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı işin yuxarıda qeyd edilən faktik i hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı borc müqaviləsi əsasında sonuncuya borc pul vermiş, lakin cavabdeh indiyədək həm əsas məbləği tam qaytarmamış, həm də borc üçün hesablanmış faizləri ödəməmişdir. Bu səbəblərdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehlə 28 iyul 2022-ci il tarixdə xx/xx-2022/03 №-li Borc Müqaviləsi imzalamışdır. Müqaviləyə görə 362.053,08 (üç yüz altmış iki min əlli üç manat səkkiz qəpik) manat borc pul məbləği cavabdehə verilməli idi. Müqavilə tərəfindən qismən icra olunmuş, 19 avqust 2022-ci il tarixdə cavabdehə bank köçürməsi ilə 40.000, 150.000, 110.000 olmaqla ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. Borc pulun cavabde hin hesabına köçürülməsi bankın təqdim etdiyi sənədlə təsdiq olunur. Müqaviləyə görə borc məbləğinin verildiyi vaxt həmin məbləğin “Borc alan”ın bank hesabına köçürüldüyü və ya nağd şəklində aldığı vaxt hesab olunur. Həmin borc 1 (bir) il müddətinə qaytarmaq şərtilə verilmiş, yəni 28 iyul 2023-cü il tarixədək geri qaytarılmalı idi. Bundan başqa müqaviləyə görə borc məbləğinə illik 12.5% həddində gündəlik faiz hesablanır. Borc məbləğinin 138.000 (bir yüz otuz səkkiz min) manat məbləği 14 fevral 2023-cü il tarixli, № 140223 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilə əsasında öhdəlik ötürülüb, yəni borcun bir hissəsinin iddiaçıya digər şəxsin ödəməsi barədə razılığa gəlinərək müqavilə imzalanmışdır. Beləliklə hazırda cavabdehdən 162.000 (bir yüz altmış iki min) manat ödənilməmiş əsas bor cu tələb edir. Həmçinin, cavabdehin iddiaçıya faiz borcu da var, yuxarıda da göstərdiyi kimi borc üçün gündəlik faiz hesablanır. Birinci 300.000 borc pulun cavabdehin hesabına köçürüldüyü 19 avqust 2022-dən tarixdən öhdəliyin ötürüldüyü 14 fevral 2023-ə qədər olan 177 günlük dövr, ikinci isə 14 fevral 2023-cü il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixədək olan dövr nəzərə alınmalıdır. Birinci dövr üçün faizlər 18.188,21 (on səkkiz min bir yüz səksən səkkiz manat iyirmi bir qəpik) manat təşkil edir (300.000 x 12,5%= 37.500; 37.500/365 gün =102,73; 177 gün x 102,73 manat = 18.188,21 manat). İkinci müddət isə 14 fevral 2023-cü il tarixli müqavilə imzalandıqdan sonra hazırki tələblə məhkəməyə müraciət olunduğu günədək hesablanmalıdır, bundan ötrü ki, əsas borcun 132.000 manat məbləğində hissəsinin öhdəliyi ötürüldüyündən, faizlər də qalan 162.000 manat borc üzrə hesablanmalıdır. Belə ki, borc müqaviləsi imzalandığı gündən qüvvəyə minməklə «Borc alan» tərəfindən borcun tam həcmdə «Borc verən»ə geri qaytarıldığı günədək qüvvədə qalır. Bu səbəbdən ikinci dövr yəni 515 gün üzrə faiz borcu 28,567,05 (iyirmi səkkiz min beş yüz altmış yeddi manat beş qəpik) manat təşkil edir (162.000 x 12,5%= 20.250; 22.250/365 gün =55,47; 515 gün x 55,47 manat = 28.567,05 manat). Ümumilikdə isə faiz borcları hər iki dövr üçün 46.755,26 (qırx altı min yeddi yüz əlli beş manat iyirmi altı qəpik) manatdan ibarətdir (18.188,21 + 28.567,05). Əsas borc və faizlə birlikdə cavabdehin mənə olan borcu 208,755,26 (iki yüz səkkiz min yeddi yüz əlli beş manat iyirmi altı qəpik) manatdır (162.0 00 + 46.755,26). Borcun və hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməyinin nəticəsi olmamışdır. Bu səbəbdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Hacıqabul Rayon Məhkəməsinin (hakim Orxan Bayramov) 8 yanvar 2025-ci il tarixli, e-2(071)-17/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi üzrə yaranmış 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 498,75 manat olmaqla, ümumilikdə 209.254 (iki yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 300.000 manat pulu borc kimi verdiyinə dair sübutunu – tərəflər arasında bağlanmış bo rc müqaviləsini məhkəməyə təqdim etmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yazılı qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan pulu cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni borc kimi aldığı pulu iddiaçıya vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu məbləğində pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 421.2, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015ci il tarixli Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və İddiaçı Cavabdeh ASC-yə qarşı qaldırdığı iddianın korporativ tələb xarakteri daşıması və kommersiya məhkəməsin in səlahiyyətinə aid olması nəzərə alınaraq, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini, əks halda, yəni işin kommersiya məhkəməsinin səlahiyyətinə aid olmadığı müəyyən edildiyi təqdirdə, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində irəli sürülən dəlillər əsasında iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təsisçilərindən və Müşahidə Şurasının üzvlərindən biridir. Bağlanmış borc müqaviləsinin məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin 5%-dən çox olduğu üçün həmin borc müqaviləsi xüsusi əhəmiyyətli əqd hesab olunur. Digər tərəfdən, bu əqd aidiyyəti şəxslə bağlandığından, onun bağlanması üçün tələb olunan müvafiq razılıqların alınıb-alınmaması işə baxılarkən araşdırılmamış və nəzərə alınmamışdır. Bağlanmış borc müqaviləsinin (əqdin) Mülki Məcəllənin 49-1-ci maddəsinin tələblərinə uyğun olub-olmaması işə baxılarkən araşdırılmamış və nəzərə alınmamışdır. Cavabdeh tərəfindən mübahisənin kommersiya xarakterli olması və işin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatətə əhəmiyyət verməmiş, onunla bağlı qərardad qəbul edilməmiş və işə baxılaraq qətnamə qəbul etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Qasım Əliyev) 2(106)-603/2025 nömrəli iş üzrə 1 may 2025-ci il tarixli qətnaməsi ilə Cava bdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e2(071)-17/2025 saylı qətnaməsi Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə razılaşaraq öz aralarında könüllü və azad şəkildə xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi imzalamışlar. İddiaçı müqaviləyə əsasən cavabdehə illik 12,5 faiz dərəcəsi ilə 362.053,08 manat borc verməyi öhdəsinə götürsə də 19 avqust 2022-ci il tarixdə cavabdehə bank köçürməsi ilə 40.000, 150.000, 110.000 olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. Cavabdehin qeyd edilən borc məbləğini alması təkzib olunmur. Mövcud borc müqaviləsi X3 (həmin dövrdə İdarə Heyətinin sədri) və X1 (həmin dövrdə Müşahidə Şurasının sədri və şirkətin 70%-dən çox səhmlərinə sahib olan şəxs) tərəfindən imzalanmışdır. ASC-nin Nizamnaməsinə və qanunvericiliyə əsasən, aktivlərin 5%-dən az hissəsini təşkil edən müqavilələrin İdarə Heyəti və ya Müşahidə Şurası tərəfindən bağlanması zamanı əlavə müstəqil audit rəyinin alınması tələb olunmur. Bundan əlavə, həmin dövrdə müqaviləni imzalayan şəxslər (İsmayılovlar ailəsi) ASC-nin 70%-dən çox səhmlərinə malik olmuşlar ki, bu da hətta müqavilə 5%-dən yuxarı olsa belə, müqaviləni sərbəst şəkildə qərar verərək imzalamaq səlahiyyətinə malik olmuşdurlar.
12. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddia çı ilə cavabdeh arasında könüllü və azad şəkildə borc müqaviləsi imzalamışlar. İddiaçı müqaviləyə əsasən cavabdehə illik 12,5 faiz dərəcəsi ilə ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. İddiaçı fiziki şəxs olsa da həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh verilmiş borc məbləğinə görə illik 12.5% həddində gündəlik faiz hesablanması ilə razı olmuşdur. Buna görə də kollegiya hesab etmişdir ki, iddiaçı cavabdehdən eyni zamanda müqavilə üzrə razılaşdırılmış faiz borcunu tələb etməkdə də haqlı olmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilənlər əsas sızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə istina dla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh ASC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin icraatına MPM-nin 417.1.5-ci maddəsinə əsasən xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin predmetindən aydın şəkildə görünür ki, mübahisə ASC-nin rəhbər orqanlarının iştirakı ilə və 5%- dən yuxarı aktivlərə dair borc müqaviləsi ilə bağlı yaranıb. Bu isə kommersiya hüququ üzrə mübahisədir və Azərbaycan Respublikası MPM-nin 26.1-ci və 24.2-ci maddələrinə görə işə kommersiya məhkəməsi baxmalıdır. İddiaçı, Cavabdeh ASC-nin səhmdarı və müşahidə şurasının üzvüdür. Belə ki, Qiymətl i Kağız Mülkiyyətçilərinin Reyestrinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən İddiaçı səhmlərinin ümumi sayı ******* olmaqla 20.6620 faiz nisbəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmuşdur. Həmçinin, 5 saylı ərazi Vergilər İdarəsinin **********448200 saylı xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, İddiaçı cavabdeh hüquqi şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmaqla yanaşı, hüquqi şəxsin müşahidə şurasının üzvü olmuş və ASC-nin idarəetməsində vəzifə daşıyıcısı kimi birbaşa iştirak etmişdir.
17. Apellyasiya məhkəməsi, kommersiya xarakterli mübahisənin mülki qaydada baxılması ilə bağlı konkret hüquqi əsas gətirmədən qətnaməni qüvvədə saxlamışdır. Halbuki, iddiaçının fiziki şəxs olması kommersiya mübahisəsinin hüquqi mahiyyətini dəyişmir. Mübahisə hüquqi ş əxs olan ASC ilə əlaqədar və idarəetmədə iştirak edən şəxslər arasında yaranıb. İddianın əsasını təşkil edən 362.053,08 manat dəyərə malik müqavilə aidiyyəti şəxslə bağlanan və Cavabdeh ASC-nin 5%-dən artıq aktivlərini əhatə edən borc öhdəliyidir.
18. Apellyasiya instansiyası məhkəməsi borc müqaviləsinin korporativ razılaşdırma prosedurlarına riayət olunmadan bağlandığını əsaslı surətdə araşdırmamış, yalnız subyektiv fikirlərlə (məsələn, “İsmayılovlar ailəsi 70% paya sahib idi”) qətnaməni qüvvədə saxlamışdır.
19. Cavabdeh məhkəməyə dəfələrlə vəsatət göndərmiş və vəkillə təmin olunmamış halda iştirak edə bilməyəcəyini bildirmişdir. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə vəsatətlər təqdim olunub. Cavabdehin hüquqi yardım almaq hüququ MPM-nin 14.1-ci və 14.4-cü maddələri ilə müdafiə olunur. Məhkəmə bu vəsatətləri formal əsaslarla rədd etmiş və “ədalətli məhkəmə araşdırması hüququ” pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi iddialar əsassız olmaqla yanaşı birinci instansiya məhkəməsində verilən iddialarla eynilik təşkil edir, və bunlara birinci instansiya məhkəməsində baxılaraq xeyrimizə müvafiq qətnamə qəbul edilmiş və bu qətnamə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən tam olaraq qüvvədə saxlanılmışdır. Cavabdehin kassasiya şikayəti tam olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə və öhdəliklərin icrasının mümkün qədər uzadılmasına hesablanmışdır. Qarşı tərəfin öhdəliklərın icrasından yayınmaq və ya icranı uzatmaq məqsədilə irəli sürdüyü iddialar tamamilə qanunsuz və əsassızdır. Qətnamənin ləğvi üçün hər-hansı bir əsas da mövcud deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılı r ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür.
24. Maddə 448.Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
25. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
27. Maddə 740.1.Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
28. Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarı
29. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən ma hiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Məhkəmə aktlarının qanuniliyi, ə nənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumun un müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi q iymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-603/2025 nömrəli iş üzrə 1 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.