Məhkəmə qərarları › İş №2(102)-2321/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2321/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2321/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” MMC, DƏDRX-in 10 saylı Ərazi İdarəsi, Lənkəran rayon İcra və Probasiya şöbəsi, “xxxx” KB ASC İddia tələbi: hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi Açar sözlər: hərracın keçirilməsində iştirakın təmin olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdeh “xxxx” KB ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 14 yanvar 2020-ci il tarixdə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə, 10 mart 2020-ci il tarixdə isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə və “xxxx” X3 Səhmdar Cəmiyyətinə qarşı iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olanXXXyerləşən 11A nömrəli evə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yek unları barədə 04 dekabr 2017-ci il tarixli, 78/10 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 dekabr 2017-ci il tarixli müqavilənin və həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən “xxxx” X3 Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” X3 Səhmdar Cəmiyyəti 2015-ci il tarixdə İddiaçı və həyat yoldaşı İbadova Zeynəb Xəlil qızına qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 iyu n 2015-ci il tarixli, 2(049)-25/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə icraya yönəldilmişdir. İbadova Zeynəb Xəlil qızının kredit götürülməsi barədə məlumatı olsa da, bank tərəfindən onun üçün də öhdəlik yaratdıqlarından xəbəri olmamış, yalnız Lənkəran rayon İcra Şöbəsinin 23 iyul 2015-ci il tarixli qərarından sonra bu barədə məlumatlı olmuşdur. Bu barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsində Lənkəran rayon İcra Şöbəsinə qarşı “11 iyun 2015-ci il tarixli icra vərəsinə düzəliş edilərək öhdəlikdən azad olunması” tələbinə dair iddia qaldırmış, iddia ərizəsi icraata qəbul edilmişdir. 29 noyabr 2017-ci il tarixində cavabdeh quruma müraciət edərək icra vərəqəsi ilə bağlı iddia ərizəsi Şirvan İnzibati-İqtisadi Məhkəməsində icraatında olduğundan hərracın dayandırılmasını xa hiş etmiş, Lənkəran rayon İcra Şöbəsi tərəfindən təqdimatla Lənkəran Rayon Məhkəməsinə müraciət edilmiş, Lənkəran Rayon Məhkəməsi tərəfindən Lənkəran Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(049)-25/2015 nömrəli icra sənədi üzrə icraat İbadova Zeynəb Xəlil qızına nisbətdə dayandırılması barədə 04 dekabr 2017-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardaddan tələbkar “xxxx” KB ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-07/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Lənkəran rayon İcra Şöbəsi tərəfindən cavabdeh “xxxx” MMC və tələbkar “xxxx” KB ASC-yə göndərilmiş 05 dekabr 2017-ci il tarixli, 3090 nömrəli məktubda Lənkəran Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 8 (049)-338/2017 nömrəli qərardadı ilə icra sənədinin icraatının dayandırılması xahiş edilmişdir. Lakin, cavabdeh “xxxx” MMC tərəfindən hərracın keçirilməsi proseduru ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Lənkəran Rayon İcra Şöbəsi 20 noyabr 2017-ci il tarixdə hərracın keçirilməsi barədə 27 oktyabr 2017-ci il tarixli, 01/3637 nömrəli bildirişi almışdır. Beləliklə, müvafiq icra hakimiyyəti orqanının icra sənədinin dayandırılması barədə qərarı olduğu halda, cavabdeh “xxxx” MMC tərəfindən iddiaçının hüquq və mənafelərinə birbaşa toxunan protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-983/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilmiş, İddiaçı məxsus olanXXXyerləşən 11A nömrəli evə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 04 dekabr 2017-ci il tarixli, 78/10 nömrəli protokolu etibarsız hesab edilmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 dekabr 2017-ci il tarixli müqavilə və həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən “xxxx” X3 Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iki dəfədən artıq hərracın keçirilməsi, hərrac bildirişlərin borcluya vaxtında göndərilməməsi, göndərilmiş bildirişlərin alınma tarixlərinin hərracdan sonrakı tarixlərə təsadüf etməsi hərrac protokolunun etibarsız hesab ed ilməsi, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi üçün birbaşa hüquqi əsasdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh “xxxx” KB ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, hərracın təşkilatçısı qanuna müvafiq olaraq açıq hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, bildirişlərlə ipoteka predmeti ilə bağlı hərracların keçirilməsinin vaxtı və yeri barədə hazırkı iş üzrə iddiaçı rəsmi qaydada məlumatlandırılmış və hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5182/2020 nömrəl i iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov, A.Ə.İsgəndərov, İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 200 8-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən, hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçiril məsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, baxmayaraq ki, Konstitusiya Məhkəməsinin Plenumu da hərracın keçirilməsini bildirişlərin yazılı surətdə tələbkara və borcluya göndərilməsindən və onların məcburi iştirakından asılı olmadığını təsdiqləmişdir, ancaq hazırki işdə bildirişlərin iddiaçıya göndərilməməsi və bunun vaxtında alınmaması da təsdiq olunmur. Çünki, həm birinci, həm də ikinci hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsi və qəzetdə elanın verilməsi və bundan da iddiaçının məlumatlı olması iş materialları ilə açıq-aşkar təsdiq olunur. İkincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qan ununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Hazırki iş üzrə hərracı n üç dəfə keçirildiyi iş materialları ilə təsdiq olunmur. Belə ki, apellyasiya baxışı zamanı həm məhkəmənin, həm də cavabdehin sorğusuna cavab olaraq Hərrac Mərkəzinin daxil olan məktublarında da 10.10.2016-cı il tarixə təyin olunmuş təkrar hərracın Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 22.09.2016-cı il tarixli məlumat xarakterli məktubuna əsasən, yəni borclunun icra məmurunun qərarından şikayət verdiyi üçün keçirilmədiyi təsdiqlənmişdir. Yəni, Hərrac Mərkəzi təkrar hərracın keçirilərək baş tutmadığını deyil, ümumiyyətlə keçirilmədiyini göstərmişdir. Bunlar isə fərqli hüquqi nəticələrə səbəb olur. Belə ki, təkrar hərrac keçirilib baş tutmamışdırsa üçüncü dəfə hərrac keçirilə bilməz, yox əgər təyin olunmuş təkrar hərrac ümumiyyətlə keçirilməmişdədirsə, onda yenidən təkrar, yəni ikinci dəfə hərrac keçirilməlidir. İddiaçı tərəf təkrar hərracın 10.10.2016-cı ildə həqiqətən keçirilməsinə dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin nəyin əsasında iki dəfədən artıq hərracın keçirildiyi qənaətinə gəlməsi anlaşılan deyildir. Üçüncüsü, şikayətə əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, iddiaçının arvadı da bundan əvvəl eyni predmet üzrə hərracın nəticələrini mübahisələndirmiş və hər üç instansiyada iddiası rədd edilmişdir. Həmin iş üzrə də eyni hazırki işdə olan iddiaçının istinad etdiyi hallar mübahisələndirilmiş, lakin öz təsdiqini tapmadığına görə də iddia rədd edilmişdir. Dördüncüsü, arvadı tərəfindən eyni predmet üzrə qaldırılmış iddianın təmin olunmadığını görən iddiaçının yenidən ey ni əsas və eyni predmet üzrə iddia irəli sürməsi açıq-aşkar hüquqdan pis niyyətlə sui istifadə edilməsinə dəlalət edir. Çünki, iddiaçı bilməmiş deyil ki, onun iddiasında göstərilən hallar arvadının iddiası ilə başqa iş üzrə yoxlanılaraq öz təsdiqini tapmamışdır. Bütün bunları birinci instansiya məhkəməsi nəinki nəzərə almamış, hətta iddiaçının əsassız iddiasını da təmin etmişdir. Bu hal isə hüquqi müəyyənlik prinsipinə zidd olmaqla ədalətliliyi də təmin etmir. Hüququn ali məqsədi isə ədalətliliyi təmin etməkdir. Ancaq hazırki iş üzrə olan qətnamənin ədalətliliyi təmin etmədiyi açıq-aşkar bəllidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırmışdır ki, hərracın keçirilməsi barədə məlumatlandırılmamış, hərrac qanunsuz keçirilmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” KB ASC-nin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin 28 dekabr 2018-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçi rilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübu t edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mü lki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar