Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2321/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Rafiq qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2321/22 Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(106)2224/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.H.Səmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 03 noyabr 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda 0.0122 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55.8 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh 30 aprel 1986-cı il tarixdə iddiaçıya məxsus olan evdə doğulub və təqribən 2014-cü ilədək orada yaşayıb. Sonradan cavabdeh ailə qurması ilə əlaqədər olaraq evdən köçüb, lakin təqribən 2 ildən sonra yenidən həmin evə qayıdıb. Göründüyü kimi cavabdehin sözügedən evdən yaşamaq hüququ əmələ gəlib. İddiaçı ona məxsus olan həyətdə cavabdehin öz valideynləri ilə birlikdə iki mərtəbəli fərdi yaşayış evində yaşadığını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Hazırda iddiaçının məqsədi evi satmaq üçün cavabdehi evdən qeydiyyatdan çıxamaqdan ibarətdir. Cavabdeh isə evin satılmasına etiraz etmir. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddia çı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov sədrlik edən, məruzəçi, T.S.Kərimov və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Salyan Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, cavabdehin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olmaması müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və pro sessual hüquq normalarının tələblərini pozub. Belə ki, 03 noyabr 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda 0.0122 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55.8 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və tərəflər həmin evdə daimi qeydiyyatdadırlar. Lakin, işdən görünür ki, cavabdehin evdən istifadə hüququ əmələ gəlməyib. Belə ki, cavabdeh 2013-cü ildə ailə quraraq Bakı şəhərinə köçüb və üç ildən sonra nikahı pozulduğü üçün yenidən Salyan şəhərinə qayıdıb və iddiaçının razılığı ilə sözügedən evə daimi qeydiyyata düşüb. Eyni zamanda, işdən görünür ki, mübahisəli evin qonşuluğunda cavabdehin valideynlərinə məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi vardır və hazırda cavabdeh həmin evdə yaşayır. Göründüyü kimi cavabdehin mübahis əli evdən istifadə hüququ əmələ gəlməyib. Ona görə də iddia qismən təmin edilərək cavabdehin həmin evdə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçini n təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 03 noyabr 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda 0.0122 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 55.8 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və tərəflər həmin evdə daimi qeydiyyatdadırlar. Lakin, işdən görünür ki, cavabdehin evdən istifadə hüququ əmələ gəlməyib. Belə ki, cavabdeh 2013-cü ildə ailə quraraq Bakı şəhərinə köçüb və üç ildən sonra nikahı pozulduğü üçün yenidən Salyan şəhərinə qayıdıb və iddiaçının razılığı ilə sözügedən evə daimi qeydiyyata düşüb. Eyni zamanda, işdən görünür ki, mübahisəli evin qonşuluğunda cavabdehin valideynlərinə məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi vardır və hazırda cavabdeh həmin evdə yaşayır. Göründüyü kimi, cavabdeh 2013-cü ildə ailə quraraq Bakı şəhərinə köçüb və üç ildən sonra nikahı pozulduğü üçün yenidən Salyan şəhərinə qayıdıb və iddiaçının razılığı ilə sözügedən evə daimi qeydiyyata düşüb. Eyni zamanda, cavabdeh mübahisəli evin qonşuluğunda valideynlərinə məxsus olan evdə yaşayır və əslində iddiaçının niyyəti cavabdehi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarmaq dan ibarətdir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, cavabdehin həmin evdən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrində nəzərdə tutulan əsaslar olmalıdır və ümumiyyətlə cavabdehin sözügedən evdə iddiaçı ilə birgə yaşayıb ümumi təsərrüfat aparması müəyyən edilmir. Eyni zamanda cavabdeh iddiaçının ailə üzvlərinin tərkibinə daxil deyil. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu, 30 aprel 1986-cı ildə iddiaçıy a məxsus olan evdə doğulduğunu, təqribən 2014-cü ilədək orada yaşadığını, sonradan ailə qurması ilə əlaqədər olaraq evdən köçdüyünü, təqribən 2 ildən sonra yenidən həmin evə qayıtdığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudlu ğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan cavabdehin etirazına apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(106)-2224/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2321/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2321/2022
31.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver