Məhkəmə qərarları › İş №2(102)-2323/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2323/2021

17.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2323/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7748/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları: İddiaçı və Cavabdeh 2003-cü ildə ailə qurmuş, xx xxx 2005-ci ildə ailə münasibətlərini rəsmiləşdirməklə nikaha girmişlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Xəzər rayonunun Xaşaxuna bağ sahəsinin yerləşdiyi 183 saylı 0,02 ha torpaq sahəsinin ½ hissəsinə X1, ½ hissəsinə İddiaçı payları müəyyən edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında bağlanmış torpaq sahəsinin bağışlanmasına dair xx xxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X2 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət olun muşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə torpaq sahəsinin naturada bölünməsi tələbinə dair İddiaçı iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı Xaşaxuna bağ massivində yerləşən 183 saylı bağ sahəsinin açıq hərracdan satılması və əldə olunmuş pul vəsaitinin torpaq sahəsinin mülkiyyətçiləri arasında paylarına uyğun bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1670/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.H.Xəzri) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin hərracdan satılması və əldə olunan pul vəsaitinin onların arasında bölünməsi tələbinə dair iddiası təmin edilmişdir. Apellyasiya i nstansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin sübutlar əsasında deyil, iddiaçının formal mülahizələri əsasında, onun mövqeyinə uyğun çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7748/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1670/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəli lləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.6 Bu Məcəllənin 220.3-220.5-ci maddələrin də müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mübahisəli bağ sahəsi tərəflərin ümumi paylı mülkiyyətində olmaqla qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, həmin sahənin tərəflər arasında paylarına uyğun bölünməsi qeyri-mümkündür. Məhkəmə həmin nəticəyə gələrkən iş üzrə keç irilmiş xx xxxxxx 2019-cu il tarixli məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyinə əsaslanmışdır. Həmin rəyə görə mübahisəli torpaq sahəsinin tərəflərin paylarına uyğun bölünməsi mümkün deyildir. Məhkəmə kollegiyası iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsaslanmışdır. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunun göstərilən norması tərəflər arasında yaranmış mübahisənin həllinə imkan verdi yindən kollegiya bağ evinin hərracdan satılması və əldə olunmuş vəsaitin tərəflər arasında bölünməsini qanuni və əsaslı sayır. Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7748/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar