Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2323/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2323/2023 (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov A biddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2627/2023 nömrəli, 15 mart 2023cü il tarixli qərardadından İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 18-də yerləşən 1 otaqlı, 23,0 kv.m. yaşayış, 7,0 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və bunun nəticəsində "xxxx" MMC BOKTnın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********92-05101-093003, qeydiyyat tarixi xx.xx.2018) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3250/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd edilmişdir.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə sübut olunur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-203/2015 nömrəli, 23 may 2015-ci tarixli icra vərəqəsi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 17/70№4935/5 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli Y-719 saylı hərracın nəticələri haqqında yekun protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 8 "xxxx" MMC BOKTna satılması barədə məlumat əldə etmişdir. Lakin, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracı mübahisələndirmiş, bununla da, iddiaçı ötən 4 il ərzində əqdin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddəti ötürmüşdür.
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 375.2, 377.1, 379, 380, 382, 383, 477.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 11 9.1, 217.4, 220.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
5. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil 02 mart 2023-cü il tarixdə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2627/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya inst ansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya rəsmi qaydada çatdırılmış, lakin iddiaçının apellyasiya şikayəti elektron kabinet vasitəsilə xx.xx.2023-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür. Həmçinin, iş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.
8. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mülkiprosessual qanunvericliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
9. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 128.3, 130.3, 135.5, 135.6, 360, 363.1.3, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdırişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
10. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 15 mart 2023-cü il tarixli qərardadının edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkillə iddiaçı birinci instansiya məhkəməsində icraat üçün müqavilə bağlamışlar. Vəkilin elektron kabinetinə qətnamə yerləşdirilsə də, onun b u qətnamədən şikayət vermək vəzifəsi (və ya kiməsə məlumat vermək öhdəliyi) yoxdur. İddiaçı vəkillə yenidən müqavilə bağlayaraq özü poçt vasitəsi ilə ayın 30-da qətnamənin surətini almış, həmin gün özünün elektron kabineti olmadığı üçün onun şikayətini eletron kabinet vasitəsi ilə göndərməyi vəkilə tapşırmışdır. Belə ki, şikayət üçün nəzərdə tutulan bir aylıq müddətin bitməsinə bir gün qalmış apellyasiya şikayəti göndərilmiş və beləliklə şikayət üçün nəzərdə tutulan prosessual müddət ötürülməmişdir.
12. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6, 135.7, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən tə yin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
15. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
18. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qəra rdadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddiaçının kassasiya şikayətinin vəkillə iddiaçının birinci instansiya məhkəməsində icraat üçün müqavilə bağlamaları, vəkilin elektron kabinetinə qətnamə yerləşdirilsə də, onun bu qətnamədən şikayət vermək vəzifəsinin və ya kiməsə məlumat vermək öhdəliyinin olmaması barədə dəlili əsassızdır. Belə ki, iddiaçının müqavilə bağladığı vəkil onun həmdə nümayəndəsi olduğundan, iddiaçıdan aldığı vəkalətə uyğun olaraq tapşırıq müqaviləsinin şərtlərinə uyğun olaraq qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək vəzifəsi də daxil olmaqla, etibarnaməgə göstərilən müddət ərzində iddiaçı qarşısında digər vəzifələrini icra etməyə də borclu olmuşdur. Etibarnamə isə vəkilə xx.xx.2016-cı il tarixə kimi verilmişd ir.
24. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
26. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
27. Məhkəmə kollegiyası həmçinin, iddiaçının qətnamənin surətini poçt vasitəsi ilə 30 yanvar 2023-cü il tarixdə alması, həmin gün özünün elektron kabineti olmadığı üçün onun şikayətini eletron kabinet vasitəsi ilə göndərməyi vəkilə tapşırması, şikayət üçün nəzərdə tutulan bir aylıq müddətin bitməsinə bir gün qalmış apellyasiya şikayəti göndərilməsi, beləliklə şikayət üçün nəzərdə tutulan prosessual müddətin ötürülməməsi barədə kassasiya şikayətinin dəlilini də əsassız hesab edir.
28. Belə ki, iddiaçı qətnamənin surətini poçt vasitəsi ilə 30 yanvar 2023-cü il tarixdə aldıqdan sonra da, onun apellyasiya şikayəti vəkilin elektron kabineti vasitəsilə xx.xx.2023ci il tarixdə göndərilmişdir ki, bununla da apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət 2 gün ötürülmüşdür.
29. Qeyd Olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
30. Qeyd olunan normanın həmin tələbinə görə məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti verilmə müddəti fevral ayının son günündə, yəni 28 fevral 2023-cü il tarixdə başa çatmış, apellyasiya şikayəti isə 2 gün sonra vəkilin elektron kabineti vasitəsilə xx.xx.2023-ci il tarixdə göndərilmişdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsində apellyasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsinin nəzərdə tutulması, şikayətin həmin müddətin sonuncu günündə verilməli olması anlamına gəlmir.
32. Odur ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya rəsmi qaydada çatdırılması, lakin iddiaçının apellyasiya şikayətinin elektron kabinet vasitəsilə xx.xx.2023-ci il tarixdə göndərilməsi, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddətin ötürülməsi barədə apellyasiya instansiya məhkəməsinin gə ldiyi nəticə qanuni və əsaslıdır.
33. Lakin iddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadında göstərilən nöqsanı aradan qaldıraraq müddətin üzürlü hesab edilməklə bərpa edilməsi barədə vəsatətlə təkrarən qətnamədən apellyasiya şikayəti vermək əvəzinə həmin qərardaddan kassasiya şikayəti versə də, kassasiya şikayətində də maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
35. Bu səbəbdən apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2627/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.