Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2324/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xələfov İlqar Rəhim oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5444/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-210/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan evin naturada ayrılması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsini n 2(011)-210/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Əzizov Rövşən Rükəxan oğlunun apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçının kassasiya şikayətində qətnamənin Azərbaycan Respublikası MPM-nin 14, 106 və 217-ci maddələrinə, eləcə də “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci i l tarixli 4 saylı qərarına uyğun olmamasına istinad olunmaqla qətnamənin ləğv edilməsi tələb olunarkən bu uyğunsuzluğun nədə ifadə olunması göstərilməmiş və şikayət MPM-nin 407-ci maddəsinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə görə kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulu ndan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən maddələrini rəhbər tutaraq, və Azərbaycan Respublikası MPM-in 407,408-ci Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5444/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2324/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2324/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver