Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2325/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-393/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 6 yanvar 2009-cu il tarixli, 169 nömrəli kredit müqaviləsinə əsasən borcverən "xxxx" ASC avtomaşın alınması məqsədi üçün 60 ay müddətinə illik 19 % ödəmək şərtilə borcalan Cavabdeh 39.500 manat məbləğində kredit vermiş, borcalan Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. 6 yanvar 2009-cu il tarixli, 169 nömrəli ipoteka müqaviləsinə əsasən tərəflər arasında 39.500 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka müqaviləsi bağla nmış, bu müqaviləyə əsasən tərəflər ipoteka predmeti olan “VOLKSWAGEN TOUAREG” markalı minik avtomobilin (buraxılış ili 2008, Ban - WVGZZZ7LZ9D014788, rəngi - Ağ) ipotekaya qoyulması barədə razılığa gəlmişlər. İpotekaya qoyulmuş əmlak 53.500 manat məbləğində qiymətləndirilmişdir. 3. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. 4. “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4857 saylı “tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair” bildirişə əsasən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 5. “X1 Edilməsi Agentliyi” MMC tərəfi ndən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4978 saylı bildirişin qeydə alınmasına dair ərizəsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən “bildirişin qeydiyyata alınmasına dair” ərizənin dövlət qeydiyyatına alınması xahiş edilmişdir.
6. İddiaçı QSC BOKT tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli, 3-11/3695№-li Arayışa əsasən xx.xx.2018-ci il tarixdə 14.348,05 manat məbləğində borc "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürülmüşdür. Müştəri tərəfindən İddiaçı QSC-yə 4200 manat məbləğində ödəniş edilmişdir. Müştərinin xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu 10.148,05 manat təşkil etmişdir.
7. AB № 293039 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamə sinə əsasən **-EN*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobil Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc üzrə 6.245 manat, faiz borcu 3.903,05 manat olmaqla, cəmi 10.148,05 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 120,44 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen TOUAREG” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban-WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qa lan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar iddiaçı tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs cavabdehə məxsus sənədlər S-AVK-1933 saylı, 19 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən iddia çıya verilmişdir. "xxxx" ASC-nin Nəsimi filialı ilə (bundan sonra Bank) cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2009-cu il tarixdə, 169 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 60 ay müddətinə 39.500 manat məbləğində kredit verilmişdir. xx.xx.2009-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan **-EN*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobili (buraxılış ili 2008, Ban - WVGZZZ7LZ9D014788, rəngi - ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsi nin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2009-cu il tarixli, AG seriyalı, 172795 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”-a 39.500 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”-a verilən vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. (5.5. bə nd) Kreditin vəsaitinin istifadə müddəti 28 oktyabr 2017-ci il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayıma görə kredit verənə illik 19 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 6245 manat, faiz borcu 3903,05 manat olmaqla, cəmi 10148,05 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdir ilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1723 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh xx.xx.2014-cü il (müqavilənin bitdiyi tarixə) və xx.xx.2022-ci il (iddia tələbində göstərilən tarixə) tarixlərə İddiaçı QSC-yə olan borcu xx.xx.2014-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas kredit borcu 18.924,58 manat, faiz borcu 129,84 manat, xx.xx.2022-ci il tarixə (iddia tələbində göstərilən tarixə) əsas kredit borcu 7708,31 manat, faiz borcu 5517,48 manat təşkil etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli, 2(006)-970/2023 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyev a) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 6.245 manat məbləğində əsas borc, 3.903,05 manat məbləğində faiz borcu olmaqla, cəmi 10.148,05 manat məbləğində kredit borcu və həmçinin ödənilmiş 120,44 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban-WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitin kredit borcuna müvafiq şəkildə iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir.
12. Məhkəmə bildirmişdir ki, iş materiallarında olan hesabdan çıxar ış və xx.xx.2023-cü il tarixli ekspert rəyi əsasında cavabdehin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini tam icra etmədiyi, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmədiyi, bununla da müqavilənin şərtlərini pozduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbi əsas və faiz borcuna münasibətdə haqlı olmuşdur və məhkəmənin qənaətinə görə iddia əsas və faiz borcuna münasibətdə təmin edilməlidir.
13. İş materiallarından göründüyü kimi ekspert rəyində cavabdehin banka 7708.31 manat əsas borcu, 5517.48 manat faiz borcu qeyd olunduğu halda iddia ərizəsində 6245 manat əsas borc və 3903,05 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbindən kənara çıxmayaraq cavabdehdən iddia ərizəsində göstərilən məbləğ də, yəni 6245 manat əsas borc və 3903,05 manat faiz borcu tutulmalıdır.
14. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, BanWVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, tələb ipoteka predmeti olan cavabdehə məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilə yönəldilməlidir.
15. Məhkəmə iddia tələbinin “əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, ipoteka predmeti olan avtomobil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait iddiaçıya ödənilməli və satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılmalıdır.
16. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin Cavabdeh tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir.
17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 386.1, 389.1, 425.1-2, 427.3, 442, 443.1, 445.1-2, 448.1, 739-cu, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 218.1, 218.3, 220.4-cü, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək qə tnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə işin mübahisə olunmayan halı tərəflər arasında 6 yanvar 2009-cu il tarixdə 169 nömrəli krediti müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə Bank tərəfindən avtomaşın alınması məqsədilə 60 ay müddətinə illik 19% ödəmək şərtilə 39.500 manat məbləğində kredit verilməsidir. Alınmış kreditin müqabilində cavabdeh tərəfindən Banka xx.xx.2020-ci il tarixədək ümumilikdə 63382 manat vəsaitin ödənilməsi, iddiaçının həmin ödənilən məbləğin 33.108 manatının əsas borca, qalan məbləğin isə faiz borcundan ibarət olmasıdır. Buna baxmayaraq iddiaçı bu gün cavabdehdən cəmi 10148,05 manat borc tələb edir: 6245 manat əsas +3903,05 manat faiz borcu və bu borcun hansı qaydada hesablanmasına dair məhkəməyə hər hansı bir sübut, sənəd təqdim etməmiş və ona görə də hazırkı mübahisəyə baxan məhkəmələr iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməyə məcbur olmuşdurlar. İlk ekspert rəyi (xx.xx.2022-ci il tarixli, 9/987 saylı rəy) iddiaçının tələb etdiyi məbləği təxmini də olsa təsdiq etmişdir, yəni belə qənaətə gəlmişdir ki, cavabdehin hazırkı vaxta Banka 6391,95 manat əsas, 54,15 manat faiz borcu qalmışdır. Məhkəmə həmin rəyə müvafiq qətnamə qəbul etmişdir və həmin qətnamə ilə iddiaçı razılaşaraq ondan şikayət etməmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(006)-970/2023 saylı qərardadla təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1723 s aylı rəyi ilə isə müəyyən edilmiş hesab edilmişdir ki, guya cavabdehin banka xx.xx.2014- cü ilə olan borcunun məbləği əsas borc üzrə 18.924,58 manat, faiz borcu üzrə isə 129,84 manat təşkil edir. Həmçinin xx.xx.2022-ci il tarixinə Banka olan borcunun məbləği əsas borc üzrə 7.708,31 manat, faiz borcu üzrə isə 5517,48 manat təşkil edir. İddiaçı Bank iddia etmişdir ki, borclunun ona 6245 manat əsas borcu, 54 manat faiz borcu qalıb, “ekspert” isə iddia etmişdir ki, yox borclunun Banka 7708,31 manat əsas, 5517,48 manat faiz, cəmi13325,79 manat borcu qalmışdır. Həm də “ekspert” həmin borcun haradan və necə əmələ gəlməsini açıqlamamışdır, halbuki məhkəmə onun qarşısında əsas və faiz borcunun müqavilə şərtlərinə uyğun olaraq düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsinə dair sual da qoymu şdur. Bununla yanaşı məhkəmə ekspert rəyini deyil, iddia tələbini əsas göstərmiş və qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxmamaq üçün ekspert rəyini deyil, iddia tələbini əsas tutmuşdur. Rəylər arasındakı ziddiyyətin aradan qaldırılması üçün yenidən ekspertiza təyin olunmasına dair verilmiş vəsatət hansısa səbəbdən məhkəmə tərəfindən qəbul edilməmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8372 №-li ekspert rəyində göstərilmişdir ki, 169 saylı, 6 yanvar 2009-cu il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsinin bitdiyi xx.xx.2014-cü il tarixə əsas borc: 18.924,58 manat, faiz borcu 129,84 manat və iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixə yaranmış əsas borc: 3.334,42 manat, faiz borcu: 0,00 manat, illik 5% faiz bor cu 2877,30 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən banka xx.xx.2020-ci il tarixədək 63.382,00 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən müqavilə müddətinin bitməsindən sonra kreditora 15.720,00 manat məbləğində ödəniş edilmiş, həmin ödəmələrin 15.590,16 manatı əsas, 129,84 manatı isə kredit müqaviləsi müddəti ərzində hesablanmış faiz borcundan silinmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-393/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və K.Əkbərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsi, qismən cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsinə görə tutulan pul məbləği hissədə dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrin ə kredit müqaviləsinə görə tutulan ümumi pul məbləği 3.334,42 manat müəyyən edilməsi, qətnamənin mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Cavabdehin apellyasiya şikayəti əsasında təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixə yaranmış əsas borc: 3.334,42 manat, faiz borcu: 0,00 manat təşkil etdiyi müəyyən olunmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1,739.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 372.1-7, 376.2, 380.1, 384.0.3, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işi yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən əsassız və qərəzli rəy verilmişdir. Cavabdeh heç bir ödəniş etmədiyi halda aparılan ekspert rəylərində bu qədər fərqin olmağı açıq-aydın qərəzli və qanundan kənar rəyin verilməsi deməkdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsində göstərilən ekspertin təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırı lmış və obyektiv rəy vermək vəzifəsinə əməl edilməmişdir və düzgün rəy verilməmişdir. Dövlət vəsaitinin geri qaytarılması cəmiyyət tərəfindən 2015-ci il tarixdən başlanılmışdır. Şikayətdə qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və düzgün olmayan nəticəyə gəlinmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şiakyətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə o nun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. İdd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəli llərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT İddiaçı QSC tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-393/2024 nömrəli mülki iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.