Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2326/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və ləğv prosesində olan Maraqlı şəxs2 ASC) iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı, vicdanlı əldə edən, ipoteka saxlayanın vicdanlılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı ipoteka müqaviləsinin və reyestrdən çıxarışların eti barsız hesab edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)3104/2021 nömrəli mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsindən LPO Maraqlı şəxs2 ASC tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Beyləqan Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(020)-196/2020 saylı qətnaməsi ilə 05 aprel 2006-cı il tarixdə Beyləqan rayon 2 saylı Dövlət Notariat Kontorunda 4Ə-69 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi X3 (bundan sonra - cavabdeh) ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış hesab edilmişdir.
2. Qətnamədə qeyd olunmuşdur ki, Beyləqan rayon Dünyamalılar bələdiyyəsinin (bundan sonra – bələdiyyə) 11 dekabr 2003-cü il tarixli, 12 saylı qərarı ilə cavabdehə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 45 ha torpaq sahəsi satılmış və bu barədə DTXK-nin Beyləqan rayon şöbəsi tərəfindən 21 may 2004-cü il tarixdə JN-1790 kod 60700068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 05 aprel 2006-cı il tarixdə cavabdehlə iddiaçı arasında Beyləqan rayon 2 saylı Dövlət Notariat Kontorunda 4Ə-69 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus 45 ha torpaq sahəsinin 15 ha hissəsini iddiaçıya satmışdır. 3. 18 may 2007-ci il tarixdə Beyləqan rayon Dünyamalılar kəndi ərazisində 24,99106 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində MH seriyalı, ******* nömrəli çıxarışa əsasən cavabdehin adına qeydiyyata alınmışdır.
4. X4 (bundan sonra - borclu) ilə Maraqlı şəxs2 ASC (bundan sonra – Bank, hazırda ləğv prosesindədir) arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 7431 saylı kredit müqaviləsinə əsasən, borcluya 60 ay müddətinə, illik 7% dərəcəsilə qaytarmaq şərtilə 100.000 manat məbləğində kredit verilmiş və həmin tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh mübahisəli torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bankın ipoteka hüququ 24 oktyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Seriya RX ******* nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı (mübahisə predmeti ba rəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və Bank) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7431 saylı ipoteka müqaviləsinin, mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriyalı, xx.xx.2013-cü il tarixli və cavabdehin adına verilmiş MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehdən satın aldığı 15 ha torpaq sahəsini adına sənədləşdirərkən məlum olmuşdur ki, 24,99106 ha torpaq sahəsi cavabdeh tərəfindən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Buna görə də, torpağın adına sənədləşdirilməsi mümkün olmamışdır.
7. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul edərək, bildirmişdir ki, Bələdiyyə qərarı əsasında ona ayrılmış 45 ha torpaq sahəsinin 15 ha hissəsini xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış, lakin həmin sahə iddiaçının adına qeydiyyata alınmadığından borclunun Bankdan götürdüyü kreditə görə onu girov qoymuş və Bankla aralarında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin (bundan sonra – İdarə) nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçı cavabdehdən satın aldığı 15 ha torpaq sahəsini sənədləşdirmək üçün İdarəyə müraciət etmiş, lakin sənədləşdirmə işləri aparılarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi Bankın xeyrinə yüklü edilmişdir. Hazırda torpaq sahəsi yüklü olduğundan iddiaçı torpaq sahəsini adına özəlləşdirə bilmir. Halbuki, həmin sahəni alqı-satqı müqaviləsinə əsasən qanunun tələblərinə riayət etməklə aldığından öz adına sənədləşdirmək onun hüququdur.
9. Bankın nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh xx.xx.2007ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 24,99106 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə yüklü etmişdir. Həmin torpaq sahəsinin 15 hektarını 2006-cı ildə iddiaçı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən satın alsa da, bu hissə onun mülkiyyətinə keçməmişdir. Əgər iddiaçı mülkiyyəti hüququna dair çıxarış almış olsaydı, torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi mümkün olmazdı.
10. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-789/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddia qismən təmin edilərək, mübahisəli torpaq sahəsi üçün daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli çıxarışın, həmin çıxarış əsasında Bankla cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7431 saylı ipoteka müqavil əsinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriyalı, xx.xx.2013-cü il tarixli çıxarışın qismən, yəni iddiaçıya 15 ha torpaq sahəsinin satılmasına dair hissədə etibarsız hesab olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı torpaq sahəsini cavabdehdən alqı-satqı yolu ilə almış və həmin müqavilə notariat orqanında təsdiq edildiyi andan onun həmin sahə üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Buna baxmayaraq, cavabdeh 2007-ci ildə həmin torpaq sahəsinə əsasız olaraq çıxarış almış və sonradan borclunun Bankdan götürdüyü kreditə görə ipoteka ilə yüklü etdirmişdir.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə ) 139.1, 139-1.1.3, 146.1, 146.2, 337.1, 337.4, 337.5-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsinin 15 ha hissəsi 2006-cı il tarixdə iddiaçıya satsa da, həmin hissə sonuncunun mülkiyyətinə keçməmiş və onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənəd əldə olunmamışdır. Bank isə ipoteka predmeti olan torpaq sahəsinin müəyyən hissəsinin hansısa şəxsə satılıb-satılmadığın ı müəyyən edə bilmədiyindən həmin sahəni ipoteka predmeti kimi qəbul etmiş və ipoteka müqaviləsinin bağlanması proseduru qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdə cavabdehlə aralarında bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və notarius tərəfindən iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olub-olmaması müəyyən edildikdən sonra müqavilə təsdiqlənmişdir. Məhkəmə isə qeyd olunanları nəzərə almadan ipoteka müqaviləsinin etibarsız hesab etməklə Bankın hüquqlarını kobud şəkildə pozmuşdur.
15. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh ona satdığı torpaq sahəsinə dair dövlət reyestrinə yanlış məlumatlar verməklə adına çıxarış almış və bunun əsası nda əmlakı Bankın xeyrinə ipoteka ilə yüklü etdirmişdir. Cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində Banka zərər dəymiş olsa belə, bu, iddiaçının mülkiyyət hüququnu pozulmasına səbəb olmamalıdır. Başqa sözlə, iddiaçının təqsirli hərəkətləri nəticəsində Banka zərər dəymədiyindən, dəymiş zərərə görə o, məsuliyyət daşımamalıdır.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-3104/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandır ma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmə işin hallarından düzgün hüquqi nəticəyə gəlmişdir, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Bank (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırmaqla, əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən əqdin etibarsızlığına dair Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülmüş, apellyasiya məhkəməsi tərəfindən isə işin halları tam araşdırılmamış, sübutlara onlara tətbiq edilmə li olan hüquq normalarına uyğun qiymət verilməmiş, eyni zamanda mübahisənin həlli üçün əhəmiyyətli olmasına baxmayaraq, ipoteka müqaviləsini təsdiq etmiş notarius işə cəlb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinə qarşı etirazı ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların d övlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
25. Maddə 149.2. Əg ər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
26. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir
27. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
33. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
34. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
35. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tə ləblər üzrə baxır.
36. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Bankın apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh X3 bələdiyyə qərarı ilə ona ayrılmış və dövlət aktı əsasında adına qeydə alınmış torpaq sahəs inin bir hissəsini notariat qaydada bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçıya satsa da, sonuncunun aldığı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamasından istifadə edərək, 2007-ci ildə həmin torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış xx.xx.2013-cü il tarixdə həmin daşınmaz əmlakı Bank qarşısında ipoteka ilə yüklü etmişdir.
44. İşə baxmış məhkəmələr cavabdeh X1 özünə məxsus olmuş torpaq sahəsinin bir hissəsini notariat qaydada bağlanmış müqavilə əsasında daha əvvəl iddiaçıya satdığına əsaslanaraq ipoteka müqaviləsinin etibarsızlığı barədə iddianı təmin etmişlər.
45. Lakin məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, Mülki Məcəllənin 140-cı maddəsi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyinc ə, onun həqiqiliyi və tamamlığı prezumpsiyasını müəyyən edir. İstinad olunan maddə reyestrdə qeydə alınmış daşınmaz əmlakı vicdanlı əldə edən şəxsin hüquqlarını qoruyur və yalnız reyestrdəki qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi halları vicdanlılıqdan istisna kimi nəzərdə tutur.
46. Mülki qanunvericilik reyestrdəki qeydə əsaslanan vicdanlı əldə etmə barədə qaydanı eynilə daşınmaz əmlak üzərində ipotekaya da aid edir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı maddəsinin müddəalarına uyğun olaraq müəyyən edilir
47. Buna baxmayaraq işə baxmış məhkə mələr Mülki Məcəllənin tətbiq edilməli olan 271.1 və 140-cı maddələrini mübahisəyə tətbiq etmədən həmin maddələrin dispozisiya şərtləri üzrə heç bir hüquqi dəyərləndirmə aparmadan ipoteka müqaviləsinin etibarsızlığı barədə iddianın təmin olunması barədə nəticəyə gəlmişlər.
48. Eyni zamanda məhkəmələr nəzərə almamışdır ki, iddiaçı Bankın tərəfi olduğu müqavilənin etibarsızlığı barədə iddia qaldırsa da Bankı cavabdeh kimi deyil, üçüncü şəxs (maraqlı şəxs) qismində işə cəlb etmiş, faktiki olaraq Banka qarşı tələb irəli sürməmişdir.
49. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı təmin etmişdir.
50. Halbuki, iş üzrə ca vabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir.
51. İşə baxmış birinci instansiya məhkəməsi MPM-in 54.1-ci maddəsinə əsasən üçüncü şəxsin cavabdeh kimi işə cəlb edilməsi ilə bağlı iddiaçıya təklif verməmiş, işdə iştirak etməyə cəlb edilmiş Bankın prosessual statusu ilə bağlı tərəflərlə heç bir müzakirə aparmamışdır.
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş göstərilən prosessual pozuntuya qiymət vermədən qətnaməni dəyişdirilmədən saxlamışdır.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyas iya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
54. İşə yenidən baxılarkən, həmçinin MPM-in 265.4-cü maddəsinə əsasən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə məsələ də müzakirə edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Ləğv prosesində olan Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən t əmin olunsun. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3104/2021 nömrəli mülki iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.