Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2326/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehə iş üzrə QƏRARI Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1876/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərə findən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Dillər Universiteti ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən həmin tarixdən 5 il müddətinə Ümumi dilçilik kafedrasında 0.5 ştat professor vəzifəsinə işə qəbul edilmişdir.
2. Azərbaycan Dillər Universiteti üzrə xx.xx.2019-cu il tarixli, 1/279 saylı əmrlə İddiaçı 15 may 2019-cu il tarixdən Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri və “Dil və ədəbiyyat” jurnalının baş redaktoru vəsifəsindən azad edilməklə həmin tarixdən Ümumi dilçilik kafedrasında tam ştat f.e.d professor vəzifəsinə keçirilmiş, əmək haqqının ştat cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir.
3. Azərbaycan Dillər Universitetinin x x.xx.2023-cü il tarixli 1/236 saylı əmri ilə seçki müddətinin bitməsi ilə əlaqədar səsvermə nəticələrinə görə müsabiqədən keçməmiş İddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin mühasibatlıq şöbəsinə onun istifadə etmədiyi əmək məzuniyyətinə görə 42 gün pul əvəzinin qanunvericiliyə uyğun şəkildə ödənilməsi tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə qarşı (bundan sonra – cavabdeh və ya Universitet) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tari xli 1/236 saylı əmrinin ləğv edilməsi, Universitetin Filologiya fakültəsinin X6 dilçilik kafedrasının professoru vəzifəsinin tutulması üzrə xx.xx.2023-cü il tarixli müsabiqənin iddiaçıya aid hissədə nəticələrinin ləğv edilməsi, onun Universitetin Ümumi dilçilik kafedrasının tam ştat professoru vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqı hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinad edilməklə belə əsaslandırılıb ki, cavabdeh xx.xx.2023-cu il tarixli 1/236 saylı əmrini iddiaçının “seçki müddətinin bitməsi ilə əlaqədar səsvermə nəticələrinə görə m üsabiqədən keçməməsi" ilə əsaslandırmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2023-cü ilədək bağlanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli 1/279 saylı əmri ilə iddiaçı Ümumi dilçilik kafedrasında tam ştatla professor vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü ilədək olmasına baxmayaraq, iddiaçı Ümumi dilçilik kafedrasında tam ştat professoru vəzifəsini xx.xx.2023-cu ilədək icra etməkdə davam etmişdir. Bunu əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli 1/236 saylı əmri də sübut edir. xx.xx.2023-cü ildə əmək müqaviləsinin muddətinin qurtarmasına baxmayaraq, bundan sonrakı 1 həftə ərzində nə iddiaçı, nə də ki, cavabdeh müqaviləyə xitam verilməsini tələb etmə mişdir. Buna görə də əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmalıdır. Bundan başqa, əmək müqaviləsinin xitamına əsas kimi qeyd edilmiş "Azərbaycan Dillər Universiteti” X3 Ümumi dilçilik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqə qanunvericiliyin tələblərini pozmaqla baş vermişdir. İddiaçı 2006-cı ildən, yəni 20 ilə yaxın Universitetdə işləmiş və müxtəlif vəzifələr, o cümlədən müsabiqə ilə seçilən vəzifələr tutmuşdur. Hazırda mübahisə predmeti olan müsabiqədən əvvəl, 2018-ci ildə Universitetdə Ümumi dilçilik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqədən uğurla keçmiş və indi xitam verilən əmək müqaviləsi bağlanmışdır. Eyni şəxslərdən ibarət olan Elmi Şuranın 16 üzvü 2018-ci ildə keçirilən müsabiqəsində iddiaçının le hinə səs vermişlər, 2023-cü ildə isə Elmi Şuranın həmin 15 üzvü artıq iddiaçının əleyhinə səs vermişlər. Bundan başqa, müsabiqə zamanı “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”nin tələbləri də pozulmuşdur. Həmin Əsanamənin 2.6-cı bəndinə əsasən, bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. İddiaçının isə özünün seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ təmin edilməmişdir. Bütün bunlar müsabiqənin qeyri-obyektiv keçirildiyini göstərir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi müddətli bağlanm ışdır. Belə ki, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. İddiaçı istinad etdiyi hüquqdan istifadə etməsinə cəhd göstərməsinə, onun bu hüququn məhdudlaşdırılmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əsasnamənin qeyd edilən norması ali təhsil müəssisəsinin və ya elmi şuranın üzərinə namizədlərin məcburi iştirakını təmin etmək vəzifəsini deyil, namizədin iştirak etmək hüququnun olduğunu təsbit edir. İddiaçı 2018-ci idə “Xalq Qəzeti”ndə dərc olunmuş elana əsasən, kafedra üzrə boş elan edilmiş professor vəzifəsini yenidən tutması ilə bağlı sənədlərini təqdim etmiş və Universitetin Filologiya fakültəsinin Elmi Şurasının 25 may 2018-ci il tarixli, 9 saylı protokoluna əsasən, kafedra üzrə boş elan edilmiş professor vəzifəsinə yenidən seçilmişdir. Həmin zaman da onun tərəfindən ərizə verilmədiyindən namizəd kimi iclasda iştirak etməmişdir. Bundan əlavə, Universitetin Filologiya fakültəsinin X6 dilçilik kafedras ının professoru vəzifəsinin tutulması üzrə xx.xx.2023-cü il tarixli müsabiqəyə yalnız 1 nəfər - iddiaçı sənədlərini təqdim etmişdi. Səsvermənin nəticələrinə görə (lehinə - 2 nəfər, əleyhinə - 15 nəfər) iddiaçı həmin vəzifəyə seçilməmiş hesab edilmişdir. Bu səbəbdən həmin vəzifəyə təkrar müsabiqə elan ediləcək. İddiaçının da həmin müsabiqədə yenidən iştirak etmək hüququ var və bu hüquq heç kim tərəfindən məhdudlaşdırılmayıb. Onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi isə elmi şuranın qəbul etdiyi qərarın qanunla müəyyən edilmiş nəticəsi olmuşdur. İddiaçının eyni şəxslərdən ibarət olan Elmi Şuranın 16 üzvünün 2018-ci ildə müsabiqədə iddiaçının lehinə səs verdiyi halda, 2023-cü ildə Elmi Şuranın həmin 15 üzvünün artıq iddiaçının əleyhinə səs verməsinə şübhə ilə yanaşılması ba rədə dəlili də ciddi qəbul edilə bilməz. Universitetin rektoru tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Dillər Universitetinin X7 haqqında Əsasnamə”nin 8-ci bəndində X4 qərarının ADU-nun rektoru və ya Təhsil naziri tərəfindən ləğv oluna bilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən Elmi Şuranın qərarından nə ADU-nun rektoruna, nə də Təhsil nazirinə şikayət verilməmişdir.
7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, Universitetin Filologiya fakültəsinin dekanı və elmi şuranın sədri olmaqla 4 il yarımdır ki, həmin vəzifədə çalışır. Müsabiqədə seçim müəllimin kollektivdə imic reytinqini nəzərə alaraq gizli səsvermə əsasında aparılır. Həmin reytinq şifahi sorğu əsasında tələbələrlə görüşməklə keçirirlir. İddiaçının tələbə ilə ünsiyyəti aşağı ol muş və hər zaman tələbəni qorxutmaqla yəni aşağı qiymət yazmaqla hədə-qorxu gəlmişdir. İddiaçıya rəsmi olaraq töhmət verilməmişdir. Keçirilən müsabiqədə iddiaçı şuranın üzvü olmadığına görə iştirak etməmiş və 17 nəfər işitirakla gizli səsvermə keçirirlmiş, iddiaçı barəsində 15 nəfər əleyhinə 2 nəfəri isə lehinə səs vermişdir. Həmin müsabiqədə müəllim - tələbə münasibəti müzakirə olunmuşdur.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-3891/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Universitet tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx. 2023-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddia tələbi “əmrin ləğv edilməsi” və “işə bərpa edilməsi” hissəsində təmin edilə bilməz.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “525-ci” qəzetində dərc olunmuş elana əsasən Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrası üzrə boş elan edilmiş tam ştat professor vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etməyə icazə verilməsini xahiş etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyindən məlumatlı olmuşdur.
11. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli müsabiqənin iddiaçıya aid hissədə nəticələrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin iclas protokolunun nəticələrinin ləğvinə dair əsaslar mövcud deyildir.
12. Belə ki, hesablayıcı komissiyanın üzvləri yetərsay olmuş və səsvermə sadə səs çoxluğu ilə keçirilməklə dəqiq və səlis ifadə olunmuş mətnlə protokol tərtib edilmişdir.
13. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26.1, 35.2ci, Əmək Məcəlləsinin 2.1, 11.1, 45.1, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73.1, 73.2, 146, 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apel lyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2023-cü ildə əmək müqaviləsinin müddətinin qurtarmasına baxmayaraq, bundan sonrakı 1 həftə ərzində nə iddiaçı, nə də ki, cavabdeh müqaviləyə xitam verilməsini tələb etməmişlər. Buna görə də əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmalıdır. İş materiallarında əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsini tələb etməsi barədə heç bir sübut yoxdur. Bundan başqa, əmək müqaviləsinin xitamına əsas kimi qeyd edilmiş Universitetdə Ümumi dilçil ik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqə qanunvericiliyin tələblərini pozmaqla baş vermişdir. Həmçinin keçirilmiş hazırlıq iclasında Universitetin nümayəndəsi və vəkili bildirmişdir ki, Elmi Şuranın mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 10 saylı protokolu mövcud deyildir. Amma xx.xx.2023-cü il tarixdə yeni sübutlar siyahısında əlyazma formasında "xx.xx.2023-cü il tarixli 10 saylı protokol" sənədi təqdim edilmişdir. Buna görə "xx.xx.2023-cü il tarixli 10 saylı protokol" adlı sənəd mötəbər sübut hesab edilə bilməzdi.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1876/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının cavabdehlə əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü ildə bitməsinə baxmayaraq heç bir tərəfin müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüsünün olmaması səbəbindən müqavilənin həmin müddətə uzadılmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali t əhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. İddiaçı hazırda Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsaslanaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin əvvəlki müddətə uzadılmalı olduğu tələbi ilə çıxış etsə də, nəzərə almamışdır ki, onun cavabdeh müəssisədə tutduğu vəzifəyə qəbulu hər hansı digər yollarla deyil, həmin Məcəllənin 47-ci maddəsi və yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə əsasən müsabiqə yolu ilə həyata keçirilmişdir və yalnız yen idən həmin müsabiqədən keçməklə müddətli əmək müqaviləsi bağlamaqla həmin vəzifəyə təyin olunması mümkündür. İddiaçı isə istinad etdiyi hüquqdan istifadə etməsinə cəhd göstərməsinə, onun bu hüququnun məhdulaşdırılmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
19. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixli müsabiqənin ona aid hissədə nəticələrinin ləğv edilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin iclas protokolunun nəticələrinin ləğvinə dair əsaslar mövcud deyildir.
20. Belə ki, iddiaçı həmin müsabiqənin keçirilməsi ilə bağlı ona rəsmi xəbər verilmədiyini qeyd etmişdir. "Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 2.6.-cı bəndinə əsasən, bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. Göründüyü kimi, Əsasnamənin qeyd edilən bəndində ali təhsil müəssisəsinin və ya elmi şuranın üzərinə namizədlərin məcburi iştirakını təmin etmək vəzifəsi deyil, namizədin iştirak etmək hüququnun olduğu təsbit edilmişdir və hər hansı aktla cavabdeh qurumun üzərinə iddiaçıya rəsmin xəbərdarlıq məktubunun göndərilməsi kimi bir öhdəlik qoyulmamışdır.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, iddiaçı hələ 2018-ci ildə “Xalq Qəzeti”ndə dərc olunmuş elana əsasən, kafedra üzrə boş elan edilmiş professor vəzifəsini yenidən tutması ilə bağlı sənədlərini təqdim edərkən və Universitetin Filologiya fakültəsinin Elmi Şurasının 25 may 2018-ci il tarixli, 9 saylı protokoluna əsasən, kafed ra üzrə boş elan edilmiş professor vəzifəsinə yenidən seçilərkən də onun tərəfindən ərizə verilmədiyindən namizəd kimi iclasda iştirak etməmiş, o zaman da bu halı mübahisələndirməmişdir.
22. Bundan əlavə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “525-ci” qəzetdə dərc olunmuş elana əsasən Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrası üzrə boş elan edilmiş tam ştat professor vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etməyə icazə verilməsini xahiş etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyindən məlumatlı olmuşdur.
23. Məhkəmə kollegiyası iddiaçının eyni şəxslərdən ibarət olan Elmi Şuranın 16 üzvünün 2018-ci ildə müsabiqədə iddiaçını leyhinə səs verdiyi hala, 2023-cü ildə isə Elmi Şuranın həmin 15 üzvünün artıq iddiaçının əleyhinə səs verməsinə şübhə ilə yanaşılması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, qeyd edilənlər komissiyanın iradəsindən asılı bir məsələdir və sadəcə daxili şübhə ilə komissiyanın qərarının mübahisələndirilməsi yolverilməzdir. Əgər iddiaçının yenə də komissiyanın şəffaf keçirilməsi ilə bağlı əsaslı şübhələri mövcuddursa, bununla bağlı Azərbaycan Dillər Universitetinin rektoru tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Dillər Universitetinin X7 haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən X4 qərarından universitetin rektoru və ya Azərbaycdan Respublikasının Təhsil Nazirliyinə şikayətlə müraciət edə bilərdi.
24. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, hazırki iddia tələbinin əsaslı sayılmaması iddiaçının “Ali təhsil müəssisələrind ə professor müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən yenidən müsabiqədən keçərək həmin vəzifəyə (bir ildən çox olmamaq şərtilə) qəbul olunması ilə bağlı müraciət etmək hüququnu istisna etmir və nə cavabdeh, nə də digər bir orqan tərəfindən məhdudlaşdırılmamışdır.
25. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi rədd edilməlidir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əmr qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud olmamışdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 23,2-3.3, 11.1-ci maddənin “b” bəndi, 42, 45.1, 47-ci maddənin “ə” bəndi, 68.2-ci maddənin “b” bəndi, 73.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
32. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... q) əmək hüquq larının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;...
33. Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
34. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
35. Maddə
45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır....
36. Maddə
47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:... ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;...
37. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:... b) əmək müqaviləsinin müddətinin qurtarması;...
38. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam v erilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
39. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. «Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamə 40. 1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. 41. 1.3. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. 42. 3.7. Yeni müddətə vəzifəni tutmaq üçün ərizə verməmiş və ya müsabiqədən keçməmiş şəxslər cari semestrin sonundan gec olmayaraq tutduqları vəzifədən rektor tərəfindən azad edilir və əmək kitabçasında aşağıdakı qeydiyyat aparılır: "Seçki müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilir". Bu halda kafedra müdirləri onradan müsabiqədə iştirak etmək şərtilə ən çoxu bir il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə müvafiq işlə təmin olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələl ərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və h ərtərəfli araşdırılması təmin edilmiş, istinad etdiyi sübutlar prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
55. Kassatorun onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü ildə qurtarmasına baxmayaraq, bundan sonrakı 1 həftə ərzində cavabdeh müqaviləyə xitam vermədiyinə görə əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması barədə dəlili qətnamənin ləğvinə əsas vermir.
56. Çünki, iddiaçının işə qəbul olunduğu vəzifə seçkili olduğuna görə, onunla bağlanmış əmək müqaviləsi müddətinin bitməsinə görə əmək münasibətlərinə son qoyulması qaydaları da, adi qaydada müddətli müqavilə müddəti bitən işçilərlə əmək müqaviləsinə xitam verilməsi qaydalarından bir qədər fərqlənir.
57. Belə ki, «Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnamənin 1.3-cü bəndinə əsasən, seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur.
58. Həmin Əsasnamənin 3.7-ci bəndinə görə, yeni müddətə vəzifəni tutmaq üçün ərizə verməmiş və ya müsabiqədən keçməmiş şəxslər cari semestrin sonundan gec olmayaraq tutduqları vəzifədən rektor tərəfindən azad edilir və əmək kitabçasında aşağıdakı qeydiyyat aparılır: "Seçki müddəti qurtardığına g örə tutduğu vəzifədən azad edilir". Bu halda kafedra müdirləri onradan müsabiqədə iştirak etmək şərtilə ən çoxu bir il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə müvafiq işlə təmin olunur.
59. Göründüyü kimi iddiaçı ilə bağlanan müqavilənin müddətləri seçkinin nəticələrinə tabe tutulur. Müqavilə müddəti bitdikdən sonra onunla əmək münasibətlərinin davam etdirilməsi növbəti seçkinin nəticəsindən asılı olur. Buna görə də əmək müqaviləsində müəyyən olunmuş müddətin bitməsi özlüyündə onunla əmək münasibətlərinə son qoyulmasına əsas vermir. Onun vəzifədən azad edilməsi üçün aşağıdakı iki hüquqi fakt mövcud olmalıdır: 1. seçki ilə tutulduğu müddətin başa çatması; 2. yeni müddətə vəzifəni tutmaq üçün ərizənin verilməməsi və ya müsabiqədən keçməməsi.
60. Həmçinin seçki əsasında vəzifə tutan şə xsin vəzifədən azad edilməsi müqavilə müddətinin qurtardığı vaxtdan bir həftə ərzində deyil, cari semestrin sonundan gec olmamaqla həyata keçirilməlidir.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1876/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.