Məhkəmə qərarları › İş №2(102)-2326/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2326/2025

06.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2326/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X9 Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh X7 qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə ödənilmiş pulun qaytarılması, icarə haqqının tutulması, sübutetmə yükü) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı X9 Cavabdeh qarşı “pul tələbi” barədə ilk, Cavabdeh X7 qarşı “kirayə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2025-c i il tarixli 2(108)-41/2025 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətnə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08 aprel 2024-cü il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı 35000 manat qarşılığında X1.

2. Cavabdeh 16 mart 2024-cü il tarixli qəbzdə qeyd etmişdir: “Mən X3 xala və xxxəmi ilə razılaşma əsasında mən söz verirəm ki, ev satıldıqda 30000 manat əmanəti xxxin, xxxın, xxxəminin, xxx xalanın yanında təqdim edəcəm”.

3. Cavabdeh 09 aprel 2024-cü il tarixli qəbzdə qeyd etmişdir: “X21 xxxvə xxx xala ilə razılaşıb evi satdım və sözümü tutub xx.xx.2024-cü il tarixdə 30000 manatı o nlara verirəm”. Həmçinin xxx“otuz min aldım” yazaraq imzalamışdır.

4. Naxçıvan MR Daxili İşlər Nazirliyinin 13 iyun 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan X9 xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Vətəndaş A.xxx müraciətində X14 ilə ev alqı-satqısı ilə bağlı 9800 manat mübahisəsinin olduğunu bildirmiş və müraciətinə baxılmasını xahiş etmişdir. Araşdırma zamanı X9 və X12 dəvət edilərək izahatları alınmış, izahatlarından evin ödənişi verildikdən sonra həmin pulun 9800 manatının kirayə pulu kimi xxxtərəfindən qəbul edildiyi, xxx xxxnın isə bununla razılaşmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X9 iddia ərizəsi i lə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 119 (bir yüz on doqquz) manat dövlət rüsumunun, ümumilikdə 9919 (doqquz min doqquz yüz on doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı X9 iddia tələbini əsaslandıraraq bildirmişdir ki, o, 2019-cu ilin iyul ayında Cavabdeh ilə ev almaq üçün tanış olmuşdur. ünvan 1ünvanında yerləşən evin dəyərini 45.000 manata razılaşmışlar. Belə ki, ev almaq üçün pulu olmadığından “Kapital Bank”dan 14.000 manat kredit götürmüşdür. Cavabdeh ilkin ödəniş olaraq 14000 manat pulu verərək aralarında şifahi alqı-satqı müqaviləsi bağlamış olmuşlar. Cavabdehlə bu cür razılığa gəlmişlər ki, hər ay üzrə müəyyən ödənişləri edi b, evin tam məbləğini ödəyib bitirdikdən sonra evi özünün adına sənədləşdirəcəklər. O və ailəsi ünvan 1ünvanında yaşamağa başlamış, ödənişi isə vaxtlı-vaxtında edərək cavabdehə 400 manat, 700 manat, 1000 manat, əksərən 500 manat verərək 2024-cü ilin fevral ayında ümumi 39.800 manat ödəniş etmişdir. Həmin bu müddətdə Cavabdeh qalan məbləğ olan 5200 manatla yanaşı, əvvəldən bu barədə razılaşmaları olmadığı halda, ev qiymətlərinin artıq qalxdığını və əlavə olaraq 17000 manat pul istədiyini, əks təqdirdə evi ona satmayacağını bildirmişdir. O, bu cür razılaşmadıqlarını və həmin pulu verməyə heç cür imkanının olmadığını bildirmişdir. Lakin Cavabdeh tam qanunsuz və əsassız bir şəkildə evi başqa şəxsə satmışdır. Cavabdehin evi satdığı ailə “bu evin mülkiyyətçisi bizik” deyə polis gətirərək onun və ailəsinin evdən çıxmağını tələb etmişlər. Onlar da məcbur qalaraq özlərinə məxsus evdən çıxmalı olmuşlar. Daha sonra o, ödədiyi 39800 manat pulu cavabdehdən geri tələb etmiş, cavabdeh 30000 manat pulu geri qaytarmış, lakin 9800 manat pulu hələ də ona geri qaytarmamışdır. Hazırda cavabdeh ona 9800 manat pul borcludur. O, dəfələrlə cavabdehin ona borclu qaldığı 9800 manat borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Beləliklə də cavabdeh hərəkətləri ilə həm onu çətin vəziyyətdə qoymuş, həm də pulunu geri qaytarmayaraq onu borca salmışdır.

7. Cavabdeh kirayə haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, X4 ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə dair hər ay 300 (üç yüz) manata olmaqla, 45 aylıq müddətə (2020-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla)) ödənilməmiş 13500 (on üç min beş yüz) manat kirayə haqqının və dövlət rüsumu üçün ödənilmiş 130.5 (yüz otuz manat əlli qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

8. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, o, X11 şəhəri, Xətai məhəlləsi, döngə 2, ev 2A ünvanında 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evini 2019-cu ilin iyul ayında şifahi olaraq satmış və aralarında alğı-satqı müqaviləsi şifahi olaraq baş tutmuşdur. Əslində evini məhz onlara satmaq niyyəti yox idi, sadəcə olaraq həmin vaxt onlar köməksiz vəziyyətdə olduğundan onlara məhz kömək məqsədilə həmin evi satmaq qərarına gəlmişdir (bunu təsdiq edəcək şahid də vardır). Məhz bu məqsədlə də fərdi yaşayış evinin dəyəri olan 45.000 (qırx beş min) manatı məhz 3 ilə bölmək şərtilə satılmasına razılıq vermişdir. Aralarındakı razılaşmaya əsasən həmin məbləğ A.xxx tərəfindən ona 3 illik müddətdə ödəniləcək və 3 ilin sonunda isə mübahisə predmeti olan fərdi yaşayış evini o, A.xxxnın adına sənədləşdirəcəkdi. Həmçinin aralarındakı şifahi razılaşmaya əsasən 1 ilin sonundan etibarən (2020-ci ilin iyul ayından etibarən) xxx xxx ona hər ay 300 (üç yüz) manat fərdi yaşayış evində qalmaq üçün əlavə olaraq kirayə haqqı ödəməli idi. X19 nəinki kirayə haqqını ödəməmiş, fərdi yaşayış evi üçün 3 illik müddətdə ödəməli olduğu məbləği tam ödəməmişdir. Bununla bağlı aralarında dəfələrlə danışıqlar olmuş, ondan özünə ödəməli olduğu pulları tələb etsə də, bunun bir nəticəsi olmamışdır. O da fərdi yaşayış evini başqa bir şəxsə satmaq məcburiyyətində qalmışdır. Onun maddi sıxıntıları və xxx xxxin ödənişləri etməməsi, üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam formada icra etməməsi onu evi başqa şəxsə satmaq məcburiyyətində qoymuşdur. Ona ödəmə etməyini xxx öz iddia ərizəsində də etiraf edir və buna dair yazılı sənəd də mövcuddur. Lakin ona indiyədək kirayə haqlarını, yəni 45 ay üçün (2020-ci ilin iyul ayından-2024-cü ilin aprel ayınadək olan 13.500 (on üç min beş yüz) manatı ödəməmişdir. O da qarşılıqlı olaraq həmin kirayə haqlarının ona ödənilməsini istəyir. xxx xxx tərəfi ndən ödənilən məbləğ tam olaraq ona qaytarılmışdır. Aralarında buna dair hər hansı ödəniş qalmamışdır.

9. Məhkəmə baxışında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddiaya etirazında bildirmişdir ki, A.xxxya 30000 manat pulu qaytarmış, 9800 manat isə kirayə haqqı kimi çıxmışdır.

10. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1282/2024 nömrəli qətnaməsi ilə ilkin iddia təmin olunmuş, 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulun cavabdeh-iddiaçı Cavabdeh tutularaq iddiaçı-cavabdeh X7 ödənilməsi, ilkin iddia qaldırılan zaman X9 tərəfindən ödənilmiş 119 (bir yüz on doqquz) manat məbləğində dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh X7 ödənilməsi, həmçinin qarşılıqlı iddianın rədd edilməsi və Cavabdeh tərəfindən ödənilmiş 130 (bir yüz ot uz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət etmişdir. (hakim Gülsüm Əliyeva)

11. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə göstəmişdir ki, Cavabdeh xxx xxxə həqiqətən də 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu qaytarmadığını, ümumilikdə ona 39800 manat məbləğində pul verildiyini inkar etmir, sadəcə olaraq həmin pulun 9800 manatını kirayə haqqı kimi çıxdığını, ona görə qaytarmadığını qeyd edir. Cavabdeh məhkəmə iclasında ziddiyyətli ifadə vermişdir. Belə ki, o, 15000 manatın xxx xxx tərəfindən ilkin ödəniş olaraq ödənilməsinə, qalan 30000 manatın isə 3 il ərzində hər ay 500 manat ödənilməsi şərtilə razılaşmalarını qeyd etmiş, sonra isə ona verilən suala cavab olaraq 3 il müddətində 500 manatdan ödənildiyi halda məbləğin düzgün gəlməməsi ilə bağlı isə əslində 500 manatdan da çox ödəyəcəklərini və torpaqları olduğunu, onu satıb verəcəklərini dediklərini, buna görə 3 il müddətinə razılaşılan məbləğin qaytarılmış olacağını qeyd etmişdir. 12. xxx xxx isə 15000 manatın tərəfindən ilkin ödəniş olaraq ödənilməsinə, qalan 30000 manatın isə 5 il ərzində hər ay 500 manat ödənilməsi şərtilə razılaşmalarını qeyd etmişdir. İddiaçının ziddiyyətli izahat verməsi onun pulun ödənilməsindən yayınmaq məqsədi kimi qəbul edilir. Aralarında olan razılaşmaya əsasən qalan 30000 manat pulu hər ay 500 manat ödəmək şərtilə razılaşmaları tərəflərin hər ikisinin izahatlarından və ümumi hesablamalar yolu ilə göründüyü üçün bu hal onların qalan 30000 manat pulu 3 il ərzində deyil, 5 il ərzində ödənilməsi üçün tərəflərin razılaşmaları qənaətinə gəlməyə əsas verir. (5 il=60 ay (60x500=30000))

13. Birinci instansiya məhkəməsi Cavabdeh xxx xxxə 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu kirayə haqqına çıxdığı üçün qaytarmadığını bildirməsinə dair etirafını həqiqətən də iddia ərizəsində qeyd olunan məbləğdə pulun ona verilməsinin və xxx xxxə qaytarılmamasının, yəni ilk iddia tələbinin təsdiqi kimi qəbul edərək hesab etmişdir ki, xxx xxx iddia tələbini sübut etmə yükündən azad edilməlidir.

14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə belə nəticəyə gəlmişdir ki, xxx xxxin 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində pulu Cavabdeh və sonuncu tərəfindən həmin pulun 9800 (doqquz min səkkiz yüz) manat hissəsinin A.xxxya qaytarılmaması ilə Cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan əsassız varlanmışdır

15. Birinci ins tansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddia ərizəsində X4 ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79.1 kv.m olan fərdi yaşayış evinə dair hər ay 300 manata olmaqla, 45 aylıq müddətə (2020-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək (aprel ayı daxil olmaqla)) ödənilməmiş 13500 manat kirayə haqqının ödənilməsini tələb etməsinə münasibətdə belə qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsi üçün əsaslar yoxdur.

16. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında xxx xxx ilə aralarındakı şifahi razılaşmaya əsasən 1 ilin sonundan etibarən (2020-ci ilin iyul ayından etibarən) xxx xxxin ona hər ay 300 manat fərdi yaşayış evində qalmaq üçün əlavə olaraq kirayə haqqı ödəməli olduğunu, X19in kirayə haqqını ödəmədiyini, 4 5 ay üçün (2020-ci ilin iyul ayından-2024-cü ilin aprel ayınadək) olan 13.500 (on üç min beş yüz) manatı ödəmədiyini qeyd etsə də, aralarında kirayə haqqı ödəməsi üçün razılaşma olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, xxx xxx isə bu halı təkzib etmişdir.

17. Birinci instansiya məhkəməsi göstərmişdir ki, kirayə müqaviləsi yazılı bağlanan və notarial təsdiq edilməli müqavilədir. Tərəflər arasında isə kirayə müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin işin araşdırılması zamanı da iş üzrə tərəflər arasında istər qanunun tələbinə uyğun kirayə müqaviləsinin bağlanması istərsə də, kirayə haqqının ödənilməsi barədə şifahi razılaşmaya gəlinməsi ilə bağlı hallar aşkar edilməmişdir.

18. Cavabdeh qarşılıqlı iddia tələbinin əsaslılığı nı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 142.7, 146.1, 331.1, 334.1, 386.1, 394, 646.1, 675, 1091, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələr ilə əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verərək qətnamənin ləğv, X5 iddiasının rədd olunması, Cavabdeh qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri işə baxan birinci instansiya məhkəməsinin maddi hüquq normasının tətbiqində səhvə yol verməsi, yəni t ərəflər arasında şifahi şəkildə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olmasına baxmayaraq, məhkəmənin bunu əsassız varlanma kimi qiymətləndirməsi, tərəflər arasında məhz bu münasibətdən irəli gələn mübahisə ilə bağlı olan müvafiq sənəddə 9800 (doqquz min səkkiz yüz) manat borcun qalmasına dair qeydin olmaması, tərəflər arasında müvafiq sənəd imzalandıqdan sonra artıq razılaşma əldə edildiyindən bütün mübahisələrə son qoyulması, X5 bir xeyli müddət sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsi, yəni bu müddət ərzində borcun qaytarılması ilə bağlı heç bir hərəkət etməməsi, kirayə müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlı Mülki Məcəllədə imperativ normanın mövcud olmaması, həmçinin mübahisə üzrə sübut etmə vəzifəsinin düzgün müəyyən edilməməsindən ibarətdir.

22. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(108)-41/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zamiq Əliyev (sədrlik edən və məruzəçi), Əli Allahverdiyev və Vera Kuimova)

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh X4 13500 (on üç min beş yüz) manat məbləğində kirayə haqqı tələb etsə də, 30000 (otuz min) manat məbləğində pulun sonuncuya qaytarılması zamanı belə bir borcun mövcudluğu halında həmin məbləği özündə saxlaya bilərdi. Yəni 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu bu əsasla özündə saxlayan biri üçün 13500 (on üç min beş yüz) manat məbləğində pulun saxlanılmasını n mümkünsüzlüyü məntiqli deyil.

24. Apellyasiya şikayəti verən tərəfin dəlil kimi qeyd etdiyi tərəflər arasında məhz bu münasibətdən irəli gələn mübahisə ilə bağlı olan müvafiq sənəddə 9800 (doqquz min səkkiz yüz) manat borcun qalmasına dair qeydin olmamasının hüquqi həllinə gəldikdə apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

25. Belə ki, tərəflər arasında baş tutmayan alqı-satqı müqaviləsi üzrə Cavabdeh X4 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində pul alması, daha sonra həmin razılaşmanın predmeti olan daşınmaz əmlakın X7 deyil, X2 və bundan sonra isə Cavabdeh A.xxxya 3 0000 (otuz min) manat məbləğində pul qaytarması öz təsdiqini tapdığından və Cavabdeh bununla bağlı qarşı tərəfə təqdim etdiyi müvafiq sənəddə borcunun olmasının göstərilməməsi, X5 Cavabdeh qarşı 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul tələbinin əsassız olmasına səbəb sayıla bilməz. Çünki, həmin məbləğin Cavabdeh tərəfindən kirayə haqqı kimi qiymətləndirilərək qaytarılmaması inkar olunmur (10 oktyabr 2024-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasında verilmiş izahata istinadən).

26. Apellyasiya şikayəti verən tərəfin digər dəlili isə tərəflər arasında müvafiq sənəd imzalandıqdan sonra artıq onlar arasında razılaşma əldə edildiyindən bütün mübahisələrə son qoyulması, X5 bir xeyli müddət sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsi, yəni bu müddət ərzində borcun qaytarılması ilə bağlı heç bir hərəkət etməməsidir.

27. İş materiallarını nəzərdən keçirən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında olan şifahi razılaşmanın 2024-cü ilin fevral ayında pozulması, Cavabdeh 16 mart 2024-cü ildə ünvan 1 ünvanında 0.02 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 79.1 kvadrat metr olan fərdi yaşayış evini sataraq Cavabdeh 30000 manat məbləğində ödəniş etməsi barədə öhdəlik götürməsi, həmin daşınmaz əmlakın 08 aprel 2024-cü ildə satılması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının qarşı tərəfə 09 aprel 2024-cü ildə 30000 manat məbləğində pul verməsi, X5 16 may 2024-cü ildə Cavabdeh ona 9800 (doqquz min səkkiz yüz) manat məbləğində borcunun olması ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə şikayət etməsi öz təsdiqini tapmışdır ki, bu hərəkətlər arasında da elə ciddi müddət aralığı mövcud deyil. O ki, qaldı X5 iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 23 avqust 2024-cü ildə müraciət etməsinə dispozitivlik prinsipinin mahiyyəti baxımından bu, qanuni hesab edilə bilməz..

28. Apellyasiya şikayəti verən şəxsin sonuncu dəlili isə sübut etmə ilə bağlı olduğundan apellyasiya instansiya məhkəməsi Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadən göstərmişdir ki, Cavabdeh nümayəndəsi Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulu kirayə haqqı kimi çıxması faktını etiraf etmədiyini bildirsə də, "Elektron məhkəmə" informasiya sistemində olan və birinci instansiya məhkəməsində 10 oktyabr 2024-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasının audio-video görüntülərindən (23-cü dəqiqədən sonra) Cavabdeh həmin pulu kirayə haqqı kimi özündə saxlamasını bildirməsi müəyyən edilmişdir ki, bu fakt özündə X8 ilkin iddia tələbi üzrə sübut etmə yükündən azad edir və qarşı tərəf üçün onlar arasında kirayə müqaviləsinin bağlanmasını sübut etmək vəzifəsi yaradır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 567, 600.1, 601.1, 1091-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin tamamilə ləğv olunması, iddiaçı-cavabdehin iddiasının rədd olunması, cavabdeh-iddiaçının qarşılıqlı iddiasının təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlliləri eynidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 390.1. Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mad də 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 1091. Hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamə nin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxl ayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri üzrə yoxlayaraq, hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilərinə tam qiymət vermişdir.

38. İlk iddia tələbi cavabdehdən 9800 manat pulun alınıb iddiaçıya qaytarılması barədədir. İşin müəyyən edilən hallarına görə həmin tələbin hüquqi əsasını əsassız varlanmaya aid hüquq normaları, o cümlədən Mülki Məcəllənin 1091-ci maddəsi təşkil edir.

39. İşə mahiyyəti üzrə baxan məhkəmələrin, o cümlədən apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdeh öz evini dəyəri hissəhissə ödənilməklə iddiaçıya satmağı vəd etmiş, bu razılaşma çərçivəsində ilk iddiaçı cavabdehə 39800 manat pulu hissə-hissə ödəmiş, sonradan cavabdeh evi ilk iddiaçıya satmamış, həmin puldan 30000 manatı cavabdeh ilk iddiaçıya qaytarsa da, qalan 9800 manatı kirayə haqqına çıxmaq adı ilə qaytarmamış, nəticədə cavabdeh hər hansı müqavilə əsası olmadan ilk iddiaçının hesabına əsassız varlanmışdır.

40. Nəzərə alınsa ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur və Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə də varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır, belə olan halda, ilk iddia üzrə gəlinən nəticə əsaslı olmuşdur.

41. Qarşılıqlı iddiaya gəldikdə, cavabdeh (qarşılıqlı iddiaçı) ilk iddiaçı ilə evin kirayəsi barədə razılıqlarının olması, lakin icarə haqqının ödənilməməsini göstərmişdir.

42. Qarşılıqlı iddia üzrə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, qarşılıqlı iddiaçı ilk iddia çı ilə evin kirayəsi barədə razılıqlarının olmasını sübut edə bilməmişdir.

41. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

43. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi qarşılıqlı iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini s übuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qa nunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

45. Məhkəmə kollegiyasi bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Bununla belə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kirayə müqaviləsinin, daşınmaz əmlakla bağlı olduğu üçün onun yazılı bağlanmalı olması barədə mövqeyini düzgün saymır. Apellyasiya instansiyası məhkəmə bu mövqeyini belə əsaslandırıb ki, sözügedən müqavilənin bağlanması ilə kirayəçi müvafiq daşınmaz əmlakdan istifadə hüququ əldə edir. Mülki Məcəllənin 139.1-ci maddəsi nin tələbinə görə bu hüququn müvafiq reyestrdə qeydə alınması üçün yazılı müqavilənin olması zəruridir. Çünki, daşınmaz əmlak üzərində hüquqlar və yüklülüklər əsasən müvafiq reyestr məlumatları ilə müəyyən edilir.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı bildirir ki, kirayə və ya icarə müqaviləsi üzrə əşyaya sahiblik və ondan istifadə əşya hüququ deyil. Kirayə və ya icarə hüququ əşya üzərində yüklülük yaratmır. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. İcarə və kirayə müqaviləsi tələb hüququna aid olmaqla öhdəlik hüquq münasibətləri çərçivəsində qiymətləndirilməlidir. Buna görə də belə növ müqaviləl ərin notarial yazılı formada və onların müvafiq reyestrdə qeydə alınmalı olması barədə qanunvericilikdə (torpaq icarəsi istisna olmaqla, lakin həmin müqavilələrin qeydə alınması da torpaq icarə hüququna əşya hüququ statusu vermir) hər hansı qayda nəzərdə tutulmayıb. Qanunvericilik kirayə və ya icarə müqaviləsinin şifahi bağlanmasını (torpaq icarəsi istisna olmaqla) da istisna etmir.

48. Buna baxmayaraq, məhkəmələr qarşılıqlı iddianın təmin edilməməsinin əsası kimi tərəflər arasında yazılı kirayə müqaviləsinin olmaması və belə münasibətlərin şifahi formada da yaranmasının sübut edilməməsinə istinad ediblər və bu da qarşılıqlı iddianın rədd edilməsi üçün yetərli əsasdır, belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilini qətnaməni ləğvi üçün əsas hesab etmir.

49. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar