Məhkəmə qərarları › İş №2(102)-2327/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2327/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2327/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyəti cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyəti cəlb edilməklə) yaşayış sahəsinə istifadə hüququnun itir ilmiş hesab edilməsi tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-12/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 1 ünvan ünvan 2mitəsinin 209 nömrəli 5 iyun 1978-ci il tarixli orderi əsasında X13 verilmişdir. Orderdə onun ailə üzvləri kimi övladları - QQQ, 111 İddiaçı və YYY qeyd olunmuşdur.

2. X9 iddiası əsasında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-556/2013 nömrəli, 23 dekabr 2013-cü il tarixli qətnaməsi ilə həmin mənzildən X1 istifadə hüququ itirilmiş hesab edilmişdir.

3. X16 18 iyun 2016-cı il tarixdə vəfat etmişdir.

4. Naxçıvan Şəhər Məhkəməsin in 2(078)-495/2021 nömrəli 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh X4 qarşı adres, mənzil 7 ünvandakı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası təmin edilmişdir.

5. X14 1984-cü ildə evlənib həmin mənzildən çıxmış, bundan sonra həmin mənzildə yaşamamışdır və hazırda cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır.

6. Həsənov X8 şəhəri, H.Əliyev küçəsi ev 3, mənzil 7-də pasport qeydiyyatındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının adres, mənzil 7 ünvanına istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin yuxarıda qeyd olu nan hallarına istinadla belə əsaslandırıb ki, qardaşı X2 mübahisəli mənzildən istifadə hüququ Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi əsasında itirilmiş hesab olunmuşdur. Məhkəmə qətnamələri ilə mənzildən yalnız onun istifadə hüququnun olması müəyyən edilmişdir. X14 1978-ci ildə ailə qurub və 40 ildən artıqdır ki, onun hazırda yaşadığı mənzildən köçüb gedibdir. 1990-cı ildən bu günə qədər mənzilin bütün kommunal xərcləri özü tərəfindən ödənilir. Cavabdehin adının orderdə olmasına görə mənzili özəlləşdirə bilmir və cavabdeh buna razılıq vermir. Çünki cavabdeh evdə miras payı olduğunu düşünür. Lakin məlumdur ki, tələb miras deyil. Cavabdeh yaşamadığı evlə bağlı narazılıq yaradır.

9. Mübahisəli mənzil dövlət mənzil fonduna aid olduğuna görə Naxçıvan Şəhər İcra Hakimiy yəti cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

10. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddianın heç bir əsası yoxdur. 1955-ci ildə Lermontov küçəsində yerləşən evdə anadan olmuşdur. Həmin ev anasının adına idi, köhnə və uçuq vəziyyətdə idi. Qardaşı YYYın atası həmin evi düzəldərək yararlı vəziyyətə gətirmişdir. Özü palçıq daşıyıb işləmiş, evin düzəldilməsində kömək etmişdir. Sonra həmin ev sökülmüş və onun əvəzində hazırki ev anasına verilmişdir. Ev İcra Hakimiyyətinin balansında görünsə də, əslində anasının evidir, söküntü evi bu evlə əvəzləşdiriblər. Neçə illərdir ki, onlar İcra Hakimiyyətində bu məsələni qeyd etsələr də heç bir tədbir görülmür. Anasına verilən ev 5 nəfər ailə üzvünə görə verilibd ir. O, 23 il, yəni ailə qurana qədər anası ilə birlikdə həmin evdə yaşayıb, anası ilə birlikdə həmin evin təmirində iştirak etmişdir. Onda bir dəfə olsun iddiaçı gəlib onlara köməklik etməyib. 1984-cü ildə ailə qurub həmin evdən çıxmışdır. Dəmiryolunda işlədiyi üçün 1990-cı ildə 3000 manata indi yaşadığı evi almışdır və hazırda da həmin evdə yaşayır. Fərman evin indiyədək bütün kommunal xərclərini ödəsə də, bunun işlə bağı heç bir sübut əhəmiyyətli yoxdur. Fərman ömür boyu spirtli içki qəbul edərək anasını incidib. Dəfələrlə anasını öz evindən bayıra atıb. Bacısı Fəridə ilə o analarını aparıb saxlamışlar. Anası o vaxt onun oğlunun adına vərəsəliklə bağlı ərizə verərək onu və oğlunu həmin evə qeydiyyata saldırmışdır. Neçə illər o və oğlu həmin evin qeydiyyatında olmuşlar. Sonra Fərman ana sına o qədər təzyiqlər göstərdi ki, anası onların evin qeydiyyatından çıxarılması barədə iddia qaldırdı və məhkəmənin gedişində onlar könüllü olaraq həmin evin qeydiyyatından çıxmışlar. İndi nəyə görə Fərman həmin evi öz adına özəlləşdirməlidir. Ev anasının evidir, onun və digər bacı-qardaşlarının həmin evdə pay hüququ var. Fərmanın məqsədi onu da orderdən çıxarıb evi öz adına sənədləşdirməkdir. Fərman iki yerdə qeydiyyatda olmuşdur ki, bu cinayətdir. 2012-ci ilə qədər onların heç bir ev problemi olmamışdır. 2012-ci ildə Fərman anasını aldadıb evin qeydiyyatına düşdükdən sonra problemlər yaranmağa başlamışdır. Anası əvvəl evi Sona adlı nəvəsinə vermək istəmiş, həmin qızı da yanına gətirmiş, lakin Fərman necə elədisə bacısı öz qızını götürüb aparmışdır. Fərman anasının evinə təkbaşına sahib olmaq istəyir ki, o da qətiyyən buna razı deyil. O evin satılıb bölünməsini istəyir. Fərmanın həmin evdə yaşamasına heç bir etirazı yoxdur. Nə qədər yaşayır, yaşasın, ancaq evi öz adına keçirə bilməz. Daha çox payı Fərman götürə bilər, buna etirazı yoxdur. Lakin o mülkiyyətçidir, vərəsədir, anasının evində payı vardır. Keçmiş qanun bu işə tətbiq edilə bilməz.

11. Məhkəmə baxışı iclasında izahat verən cavabdeh tərəfindən mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi bildirmişdir ki, Cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamış və ona aid olan başqa mənzildə yaşamışdır. Cavabdeh mübahisəli yaşayış evindən uzun müddətdir çıxdığından onun həmin mənzilə istifadə hüququ itirilmişdir. Qeyd edilənlərə əsasən q anuni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun qardaş-bacısıdır. Bacısı Adilə təqribən 40 ildən çoxdur ailə qurub və həmin evdən çıxıb. Həmin evdə hazırda qardaşı Fərman ailəsi ilə birlikdə yaşayır.

13. Məhkəmə baxışı iclasında şahid X10 da oxşar məzmunlu ifadə vermişdir.

14. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-551/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (X15) iddia təmin edilmiş, cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ünvan 5 ünvanına yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranması vaxtını nəzərə alınaraq hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müdd əaları tətbiq edilməlidir.

16. Məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, X14 23 avqust 1984-cü ildə X11 ilə ailə qurmuşdur. Cavabdeh izahatında bildirmişdir ki, 1984-cü ildə ailə qurub mübahisəli ünvan 6 ünvanından gəlin köçmüşdür. Eyni zamanda iş materiallarında olan sənədlərdən aydın olur ki, cavabdeh xx.xx.2013-cü ildə ünvan 7 ünvanından qeydiyyatdan çıxıb. Göründüyü kimi cavabdeh 1984-cü ildə mübahisəli mənzildən çıxmış, onun həmin mənzildən ailə qurduqdan sonra çıxması və özünə aid olan yaşayış evinə köçməsi həmin mənzildən daimi olaraq getməsi kimi qiymətləndirilməlidir. Cavabdeh mübahisəli mənzildən daimi olaraq getdiyindən onun mənzilə olan yaşayış və istifadə hüququ da itirilmişdir. Cavabdehin öz ü də izahatında həmin mənzildə ailə qurduqdan sonra yaşamadığını bildirir, bunu inkar etmir. Məhkəmə cavabdehin hazırda iddiaçının istifadəsində olan mənzildən ailə quraraq köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Buna görə də cavabdehin Naxçıvan şəhəri, Heydər Əliyev 3, ev 7-də yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

17. Məhkəmə öz mövqeyini əsaslandırarkən, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cav abdeh X12 apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o mübahisəli mənzildən qardaşının zoru ilə qeydiyyatdan çıxarılmış, qardaşı Fərman anası Sonanın onun oğlu X6 adına vəsiyyətnamə verdiyini bilmiş, bu səbəbdən də o, oğlunun tez-tez önünü kəsərək, onun iş yerinə gedərək Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzildən qeydiyyatdan çıxmasını tələb etmiş, oğlu da ona çox utandığını, gəlib onu iş yerində biabır etdiyini, gedib qeydiyyatdan çıxmağını demişdir. Fərman onları qeydiyyatdan çıxartsa da onun həmin evdə yaşamaq və istifadə hüququ vardır. Mənzil 05 iyun 197 8-ci ildə evləri söküldükdən sonra order əsasında X13, X3, X4, İddiaçı və X7 verilmişdir. Orderdən də aydın olur ki, onun və digər ailə üzvlərinin bərabər həmin mənzil sahəsini tutmaq (istifadə) hüququ var və hər biri həmin mənzilə münasibətdə bərabər hüquqlara malikdirlər. Qətnamə əsassız və qanunsuzdur. Məhkəmə işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verməmişdir.

20. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Y.Qurbanov (sədrlik edən və məruzəçi), Ə.Allahverdiyev və M.Allahverdiyev) apellyasiya şikayəti təmin edilmədən, Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)-551/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Kollegiya qeyd etmişdir ki, yaşayış sahəsinin daha uzun müddət saxlanmasının əsasları 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində dəqiq göstərilmişdir. Həmin maddədə qeyd olunmuş, yaşayış sahəsinin daha uzun müddət saxlanmasının əsaslarından hər hansı biri cavabdehə münasibətdə mövcud olmamışdır. Cavabdeh daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçdüyündən həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tətbiqi üçün əsaslar olmuşdur, belə ki, göstərilən maddənin tələbinə görə cavabdeh digər yaşayış sahəsinə köçdüyü gündən yaşayış sahəsinin icarə müqaviləsi pozulmuş hesab edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin 1984-cü ildə ailə qurduqdan sonra yaşadığı Naxçıvan şəhəri, H.Əliyev prospekti bina 3-də yerləşən 7 saylı mənzildən çıxaraq digər yaşayış sahəsinə köçməsini həmin mənzildən daimi olaraq getməsi kimi qiymətləndirmiş və mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrini tətbiq etmişdir.

22. Kollegiya öz mövqeyini əsaslandırarkən xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə istinad etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-12/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil2) kassasiya şikayəti vermişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi a pellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

26. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümu mi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

27. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

28. Maddə 60.6. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

29. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə ge tdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, ş ikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq mü nasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri xx.xx.2009-cu ilədək yarandığına görə, məhkəmələr haqlı olaraq baxılan iddianın həllinə həmin dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) müddəalarını tətbiq etmişdir.

43. Məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə, cavabdeh 1984-cü ildə evlənib mübahisəli mənzili daimi əsaslarla tərk edib. Cavabdehin başqa yerdə daimi yaşayış yeri olmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alıb hesab etmişdir ki, cavabdeh evləndiyi v axtdan mənzili tərk edərək, daimi yaşamaq üçün əri ilə yaşadığı evə köçmüşdür və bununla da Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən mənzildən istifadə hüququnu itirmişdir.

44. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmənin həmin əsaslandırması, mənzildən istifadə hüququnun itirilməsinə əsas verən, hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə uyğundur.

45. Kassatorun dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışd ır.

47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar