Məhkəmə qərarları › İş №2(102)-2327/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2327/2025

25.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2327/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, özgəninkiləşdirilmiş əmlak barəsində yeni əqdin bağlanmasının yolverilməzliyi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2(107)406/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 2,20 hektar əkin torpaq sahəsi verilmişdir.

2. İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 dekabr 2004-cü il tarixli müqavilə ilə Cavabdeh3 o na məxsus olan 2,20 hektar əkin torpaq sahəsinin 0,2131 hektar hissəsini X4 2.500.000 manata satmışdır.

3. X7 27 yanvar 2023-cü ildə ölmüşdür.

4. İddiaçı X3 arvadıdır.

5. Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 17 oktyabr 2023-cü il tarixli müqavilə ilə Bədəlov X5 rayonu, Tircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0,2131 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus olan hissəsini Cavabdeh2 bağışlamışdır. Həmin torpaq sahəsinə dair Cavabdeh2 06 noyabr 2023-cü il tarixli çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0,2132 hektar torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatının, bu qeydiyyata əsas olmuş sənədlərin, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunan 17 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi, 06 noyabr 2023-cü il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və bir qrup şəxs halında, qulluq mövqeyindən sui-istifadə etməklə və saxta sənədlərdən istifadə etməklə İsmayıllı rayonu, Tircan kəndind ə yerləşən 0,2131 hektar torpaq sahəsinə hüquqları pozmuş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ildə əri Həsən Həsənovdan miras qalmış, İsmayıllı rayonunda yerləşən 0,85 hektar torpaq sahəsini öz adına sənədləşdirərkən aşkar olunmuşdur ki, həmin torpaq sahəsinin Cavabdeh3 tərəfindən mərhum ərinə satılmış 0,2131 ha hissəsi tamah niyyəti ilə sonradan saxta sənədlər əsasında Cavabdeh2 adına sənədləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquq Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 0,2131 hektar torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış və 06 noyabr 2023-cü ildə ona dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sə nədi verilmişdir. Cavabdeh2 0,2131 hektar torpaq sahəsinə mülkiyyət hüququ saxta sənədlərdən istifadə etməklə əldə edilmişdir. Belə ki, 0,2131 hektar torpaq sahəsi 13 dekabr 2004-cü il tarixdə notarial qaydada təsdiq olunmuş 4Ə-1-190 reyestr sayı ilə qeydə alınmış alqı-satqı müqaviləsi ilə mərhum əri Həsən Həsənova satıldıqdan və Həsən Həsənova həmin torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0516 saylı kod 40726018 olan Dövlət Aktı verildikdən sonra, başqa şəxsə satıla bilməz. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh3 notarial qaydada təsdiq olunmuş 13 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu ərazisində yerləşən 0,2131 hektar torpaq s ahəsini mərhum əri Həsən Həsənova satdıqdan sonra həmin torpaq sahəsini həm də Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunan 17 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsini Cavabdeh3 adından onun verdiyi 16 iyun 2023-cü il tarixli etibarnamə əsasında keçmiş arvadı Nəzakət Mehdiyeva imzalamışdır. Cavabdeh3 İsmayıllı rayon Polis şöbəsində izahat verərkən göstərmişdir ki, o, İsmayıllı rayonu ərazisində yerləşən 0,2131 hektar torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mərhum əri Həsən Həsənova satdığını Nəzakət Mehdiyevaya bildirmişdir. Buna baxmayaraq, Cavabdeh3 onun adından bağışlama müqaviləsi imzalamaq üçün etibarnamə vermiş, həmin etibarnamə əsasında da bağışlama müqaviləsi imzalanmışdır. Göstəril ən hərəkətləri ilə Cavabdeh3 ərinə satdığı torpaq sahəsini 19 ildən sonra öz oğlu Cavabdeh2 bağışlamış, oğlu da torpaq sahəsinin başqa şəxsə satıldığını bilə-bilə bağışlama müqaviləsini imzalamış və torpaq sahəsini öz mülkiyyətinə qəbul etmişdir.

8. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ilk iddianın isə tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin iddia üzrə iddiaçının 13 dekabr 2004-cü il tarixdə İsmayıllı rayon dövlət notariat kontorunda təsdiq edilmiş alqısatqı müqaviləsinin mövcudluğundan xəbəri olmamış, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən tələb etdiyi notariat işin içində anası Nəzakət Mehdiyevanın adından yazılmış saxta razılıq ərizəsini müəyyən etmişdir. Onun 1 yaşı olanda atası Cavabdeh3 7 illik həbsə məhkum olunmuş və bundan 7-8 ay sonra o, əvvəlcə anasının valideynlərinin yaşadığı Balakən rayonuna, 1 il sonra isə anası ilə Bakı şəhərinə yerləşmiş, anası onu təkbaşına böyüdərək çox çətin şərtlər altında yaşamışlar. Qanunvericilikdə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların bağladıqları əqdlərə onların valideynlərinin razılıq verməsi deyil, həmin əqdlər onların adından imzalanması nəzərdə tutulmuşdur. Bildirir ki, ona və atası Cavabdeh3 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 2,020 ha torpaq sahəsi verilmişdir. Uşaq olduğu və İsmayıllı rayonunda yaşamadığı üçün dövlət tərəfindən ona verilmiş torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. 2023-cü ildə atası ilə birgə mülkiyyət hüququ ilə ona məxsus torpağın ayrılması üçün İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmışdır. Bu zaman atası ona bu iddianı geri çəkməyi xahiş edərək öz mülkiyyətində olan bütün torpağı ona bağışlayacağını bildirmişdir. O, məhkəmə prosesini dayandırmış və atası da söz verdiyi kimi öz adına olan bütün torpağı ona bağışlamışdır. Notarial qaydada aparılmış sənədləşdirmədən sonra, o, öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bütün bu əməliyyatlar səlahiyyətli dövlət orqanlarının iştirakı ilə qanunlara tam riayət etməklə aparılmışdır. Sonradan məlumat çatmışdır ki, guya bu torpağın 0,2132 ha hissəsi 2004-cü il də başqa adama satılmışdır. Bu barədə nə onun, nə də anası Nəzakət Mehdiyevanın məlumatı olmamışdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2024-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 12 dekabr 2004-cü il tarixli X1 adından olan ərizənin aşağı hissəsində “imza” qrafasındakı imza - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

11. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 13 dekabr 2004-cü il tarixli müqavilədə “imzalar” qrafasında “Бəдəлoв T” soyadı önündəki imza - Cavabdeh3 tərəfindən icra olunmuşdur.

12. İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2(037)-191/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) ilkin iddia tələbinin təmin edilməsi, İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0,2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış, Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli bağışlanma müqaviləsinin və həmin müqavilədən əmələ gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh2 özünə aid edilməsi, Cavabdeh2 110 manat ekspertiza xərcinin və ilkin iddia tələbi üzrə Cavabdeh3 110 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında sözügedən torpaq sahəsinə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin predmeti olmuş torpaq sahəsi üzərində hər hansı yüklülük və ya qadağa olmayıb və bu fakt işin mübahisə olunmayan halıdır.

14. Bundan başqa məhkəmə, hüquqi müəyyənlik prinsipi baxımından mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən qeyd etmişdir ki, bu müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır.

15. Belə ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) sözügedən alqısatqı müqaviləsində olan imzaların, ayrı-ayrılıqda Nəzakət Mehdiyeva və Cavabdeh3 tərəfindən icra olunmadığını, eyni zamanda alqı-satqı müqaviləsi bağlanan zaman müqavilənin predmeti olmuş mübahisəli torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ olan Cavabdeh2 iradə ifadəsinin qanunvericiliyin tələbinə uyğun bəyan edilmədiyini əsas gətirərək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini bildirmişdilər.

16. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahələrinə dair sözügedən alqısatqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlandığından və alqı-satqı müqaviləsi onlar arasında olan iradə və onun bildirilməsi vahidliyinin mövcudluğuna əsaslanmış və qanunvericiliyin tələb etdiyi formada və məzmunda bağlanmışdır.

17. Göründüyü kimi Cavabdeh3 özünə məxsus torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaqla artıq iradəsini ifadə etmişdir.

18. Belə ki, Cavabdeh3 mübahisələndirdiyi torpaq sahələrinə dair tərəflər arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, həmin torpaq sahələri üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Mübahisə olunan müqavilə bağlanarkən müqavilə tərəflər azad surətdə öz iradələrini ifadə etmiş və onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əmə l edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur.

19. Alqı-satqı müqaviləsindəki imzanın məhz Cavabdeh3 tərəfindən icra olunması iş materiallarına əlavə edilmiş ekspertiza rəylərindən də öz təsdiqini tapmışdır.

20. Məhkəmə Cavabdeh3 müqavilə bağlanan zaman arvadı olmuş, hazırkı tələb üzrə Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nəzakət Mehdiyeva tərəfindən sözügedən alqı-satqı müqaviləsindəki imzanın onun tərəfindən icra olunmamasına münasibətdə qeyd etmişdir ki, alqı-satqının predmeti olmuş torpaq sahəsi nikah dövründə əldə olunsa da, əvəzli əldə edilmədiyindən ər-arvadın hər birinin mülkiyyəti hesab edilməlidir.

21. Məhkəmə qeyd etmişdir ki, alqı-satqının pred meti olmuş torpaq sahəsi nikah dövründə verilsə belə, Azərbaycan Respublikasının Ailə və Mülki Məcəllələrində nəzərdə tutulmuş “əldə edilmə” kimi qəbul edilə bilinmədiyindən əvəzsiz (hədiyyə) olaraq nəzərə alınmalı və sözügedən torpaq sahələri tərəflərin hər birinin mülkiyyəti hesab edilməlidir.

22. Bundan başqa, alqı-satqı müqaviləsi Cavabdeh2 qanuni nümayəndəsi olan atası tərəfindən imzalanmış və anası tərəfindən bu əqdin bəyənildiyini təsdiq edən davranış nümayiş etdirilmişdir. Bununla yanaşı, mübahisəli torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verildiyi üçün sözügedən torpaq sahəsinə mülkiyyətçilərin payları müəyyən edilməmişsə, bərabər sayılır.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsinin predmeti olmuş İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 2,20 hektar əkin torpaq sahəsinin yarısı yəni, 1,10 ha hissəsi Cavabdeh3 məxsus olmuş, o, isə özünə məxsus torpaq sahəsinin 0,2131 ha hissəsini alqı-satqı müqaviləsi əsasında ilkin iddia üzrə iddiaçının mərhum ərinə satmış, digər birgə mülkiyyətçi olan oğlunun isə qanuni nümayəndəsi olduğu üçün Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri pozulmamışdır.

24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 125-ci, Mülki Məcəllənin 1.1, 5.3, 6.2, 14.1, 148.2, 149.2, 152.6, 222.1, 222.2, 222.3, 222.4, 223.2, 223.3, 225.1, 225.2, 337.1, 337.5, 338, 339.2, 339.3, 351.2, 351.3, 357, 358, 389.1, 425.1, 425.2, 560.1, 560.2, 560.3, 567, 643.1, 646.2, 666.1, 667.1, 668.1.1-ci, “Torpaq İslahatı haqqında” Qanunun 1, 2, 4-cü, “Notariat haqqında” Qanunun 35-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4cü, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 9.3, 77, 88, 218.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2(107)-406/2025 nömrəli qətnaməsi ilə (hakim E.İsayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və E.Mehdiyev) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apell yasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək göstərmişdir ki, mülki qanunvericiliyin bağışlama müqaviləsinə dair müddəalarından da göründüyü kimi, hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Hazırkı iş üzrə bağışlama müqaviləsinin predmeti olan torpaq sahəsi isə hədiyyə verənin, yəni Cavabdeh3 öz əmlakı kimi qiymətləndirilə bilməz. Çünki sözügedən torpaq sahəsinə dair iddiaçının mərhum əri və Cavabdeh3 arasında bağlanmış 13 dekabr 2004-cü il tarixli 4Ə1-190 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar mövcud olmamışdır. Həmin alqı-satqı müqaviləsi qanunun tələbləri nəzərə alınmaqla bağlanmış və mübahisəli torpaq sahəsi iddiaçının mərhum ərinin mülkiyyətinə keçmişdir. Kassasiya şikayətinin və ona etirazın dəl illəri:

28. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 Tələb oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 29.1, 29.2, 222.2, 222.3, 223.3-cü, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

30. Belə ki, kassatora məxsus olan torpaq sahəsi onun iradəsinə zidd olaraq satılmış, məhkəmələr isə onun hüquqlarının bərpasını təmin etməmişlər. Atası Cavabdeh3 7 illik həbs cəzası aldığı üçün kassator yalnız an ası Nəzakət Mehdiyevanın himayəsində böyümüş, 10 yaşında olarkən, Bakı şəhərində anası ilə birlikdə yaşadığı dövrdə, atası Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan 2,020 ha torpaq sahəsinin İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0,2131 ha hissəsini 13 dekabr 2004-cü ildə iddiaçının mərhum əri Həsən Həsənova, Cavabdeh2 və anası Mehdiyeva Nəzakətin xəbəri olmadan satmışdır. Mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu və mülkiyyətçilər arasında pay bölgüsü aparılmadığı üçün, alqı-satqı müqaviləsinin kassatorun hər iki valideyni tərəfindən imzalanması və ya onların sonradan bu müqaviləni təsdiq etmələri tələb olunurdu. Lakin, həmin müqavilədə nə Cavabdeh3, nə də Nəzakət Mehdiyevanın imzası olmuş, onlar bu müqaviləni sonradan da bəyənməmişlər. Notariat sənədlərində yer a lan Nəzakət Mehdiyevaya aid olduğu iddia edilən razılıq ərizəsindəki imzanın ekspert rəyinə əsasən saxtalaşdırıldığı və soyadın da yanlış qeyd olunduğu müəyyən edilmişdir. Ümumi birgə əmlakı satan mülkiyyətçilərdən birinin, yəni Cavabdeh3, digər mülkiyyətçinin Cavabdeh2 razılığı olmadan müqavilə bağlaması, yalnız ikinci mülkiyyətçinin, yəni Cavabdeh2 bu səlahiyyətin olmamasından qarşı tərəfin xəbərdar olduğunu sübuta yetirdiyi halda əqdin etibarsızlığına səbəb ola bilərdi. Nəzakət Mehdiyevanın imzasının saxtalaşdırılması, alıcı X10 Bədəlovun bu müqaviləni bağlamaq üçün təkbaşına səlahiyyətli olmadığını bilməsini sübut edirdi. Lakin məhkəmələr bu halı nəzərə almamışlar.

31. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qayda sında baxılmışdır.

32. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

33. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik y aşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıla rın tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.

41. Kassasiya şikayətinin dəlilləri üzrə bir daha qeyd olunmalıdır ki, hazırkı mübahisənin həlli üçün ilk olaraq Cavabdeh3 və X7 arasında bağlanmış 13 dekabr 2004cü il tarixli müqavilənin etibarlılığı yoxlanılmalıdır. Belə ki, həmin müqavilə etibarlılığı cavabdehlər arasındakı 17 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsızlığına səbəb olur.

42. Hazırkı halda mübahisəli alqı-satqı müqaviləsinin səlahiyyətli şəxslər tərəfindən imzalanması, onu bağlayan şəxslərin iradəsinə uyğun olması, forma və məzmununa görə qanunvericiliyin tələblərinə riayət olunması məhkəmələrin müəyyən etdiyi hallardır.

43. Kassatorun dəlilləri həmin müqavilənin mülkiyyətçi kimi onun xəbəri olmadan bağlanmasınd an ibarətdir.

44. Lakin, işin hallarından müəyyən olunur ki, müqavilə imzalanan zaman kassator yetkinlik yaşına çatmamış və müqavilə onun valideyni olan Tələb Bədəlov tərəfindən imzalanmışdır.

45. Həmçinin, müqavilə ötən müddət ərzində nə kassatorun valideyləri tərəfindən, nə də ki, yetkinlik yaşına çatdıqdan sonra onun özü tərəfindən mübahisələndirilməyərək, faktiki olaraq bəyənilmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həm in əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

47. Konstitusiya Məhkəməsinin Plenumu “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyab r 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında göstərmişdir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

48. Odur ki, alqı-satqı müqaviləsi bağlanmasından və icra olunmasından (torpaq sahəsinin alıcıya təhvil verilməsi ndən) 19 il müddət keçdikdən, habelə alıcının ölümündən sonra, satılan torpaq sahəsi barəsində yenidən bağışlama müqaviləsinin bağlanması, sonradan isə bu müqavilənin etibarsızlığı tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

49. Həmçinin nəzərə alınmalıdır ki, kassatorla onun atasının birgə mülkiyyətinə ümumilikdə 2,20 hektar torpaq sahəsi verilmiş, torpaq üzərində mülkiyyətçilərin payları müəyyən olunmamış və Tələb Bədəlov həmin torpaq sahəsinin yalnız təxminən 1/10 hissəsini - 0,2131 hektar hissəsini satmışdır.

50. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 Tələb oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2(107)-406/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar