Məhkəmə qərarları › İş №2(102)-2328/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2328/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2328/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-4084/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakıları müəyyən etdi: İşin halları İddiaçı qızı Cavabdeh1 ilə 01 mart 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Şəmkir şəhəri, A.İsmayılov küçəsi 45 saylı fərdi yaşayış evinə köçmüş, Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(076)-975/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahlarından 12 fevral 1997-ci il təvəllüdlü Salman və 27 aprel 1998-ci il təvəllüdlü Elman adlı 2 övladı var. İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 məxsus Şəmkir rayonunun Mehrili kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onu evdən qovmuşlar, bunun isə mənəvi səbəbi var. Belə ki, öz şəklini telefonla başqa bir adama göndərmişdir. Lakin hazırda etdiyi əməldən peşmandır. İndi mübahisəli evə qayıdıb ailəsi ilə birgə yaşamaq istəyir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2020-ci il tarixli 2(076)-1262/2020 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia tələbi təmin edilərək, İddiaçı qızının Şəmkir rayonu Mehrili kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı 1996-cı ilin aprel ayında gəlin köçdüyündən tərəflər arasında mülki hüquq müna sibəti həmin tarixdən yaranmışdır. Hazırda iddiaçı, gəlin köçdüyü, cavabdehlərin yaşadığı və ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə köçmə tələbi irəli sürdüyündən, habelə həmin evin hüquqi qeydiyyatı olmadığından mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan köhnə Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinin vaxtında hüquqi qeydiyyata alınmaması iddiaçının deyil, cavabdehlərin vəzifəsi olmuşdur. Hazırkı vəziyyətdə cavabdehlər hüquqi qeydiyyata alınmamış fərdi yaşayış evindən hansı statusla istifadə edirlərsə, iddiaçı da həmin statusla köçüb yaşamaq hüququna malikdir. Eləcə də, fərdi yaşayış evlərinin hüquqi qeydiyyata alınmaması əsası ilə iddiaçının fərdi yaşayış evinə köçürülməsi hazırda qüvvədə olan mülki qanunvericilikdə ist isna olunmur. Hüquqi qeydə alınmamış yaşayış evi ilə əlaqədar yaranmış münasibətləri tənzimləyən bir başa hüquq norması olmadığmdan məhkəmə hesab edir ki, hazırki mübahisənin həllinə, cavabdehin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaması səbəbindən, Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və yaxud qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi deyil, qanunun analogiyası üzrə, 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələri tətbiq edilməlidir. İddiaçının mübahisəli fərdi yaşayış evində uzun müddət yaşaması və cavabdehlərlə birgə təsərrüfatı idarə etməsi iş materialları ilə istisna edilmir. Onun fərdi yaşayış evindən çıxmasına səbəb isə baş vermiş ailədaxili mübahisə olmuşdur. Göründüyü kimi iddiaçı daimi yaşadığ ı evdən könüllü olaraq, hansısa bir niyyətini həyata keçirmək üçün deyil, yalnız mübahisə və narazılığın psixoloji təzyiqi altında çıxmışdır. Məhkəmə hesab edir ki, əgər cavabdehlərlə iddiaçının münasibətləri normal şərtlər daxilində olsaydı, iddiaçı daimi yaşadığı evdən çıxıb başqa evdə yaşamaq məcburiyyətində qalmazdı. Məhkəmə, iddiaçının mübahisəli fərdi yaşayış evində uzun müddət fasiləsiz olaraq yaşamasını, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxıb kirayə tutduğu evində məskunlaşması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Odur ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikasının Konstitusiyasının 43.1ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.3, 54.1, 54.3-cü 152.5, 213.1, 215.2, 215.4-cü, Azərbaycan Respublkasının Mülki Məcəlləsinin 11, 27.1, 27.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrə t Mehtiyev, Ədil Məmmədov) 2(104)-962/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(076)-1262/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 16 mart 2020-ci il tarixdən Nailə və Mənzər Məmmədxanovaların mülkiyyətindədir. Göründüyü kimi torpağa mülkiyyət hüququ olan şəxslərin həmin torpaqda inşa olunmuş fərdi yaşayəş evinə gözlənilən mülkiyyət hüquqla rı vardır. Belə olan təqdirdə, mübahisəli hüquq münasibətləri qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4 maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halını nəzərə almadan iddianı təmin etmişdir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinni təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İspəndiyar Şəfiyev) 2(102)-4950/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-962/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara edilmişdir. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi iddiaçının 1996-cı ildən mübahisəli evdə yaşamağa başlaması və onlar arasında mübahisə yarananadək orada yaşamasını (bunlar işin mübahisələndirilməyən hallarıdır) nəzərə almadan mübahisəyə aid olmayan normanı (qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi) tətbiq etməklə iddiaçının mübahisəli evdən istifadə hüququnu saxlanmadığını qeyd edir. Bu vəziyyətdə xüsusilə qeyd edilməlidir ki, iddianı rədd edən apelyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququnun yaranmasını və əldə etməsini qəbul edir, lakin ailə hüquq münasibətlərinə xitam verilməsinə əsaslanmaqla onun evə köçürülməsini mümkünsüz hesab edir. Məhkəmə kollegiyası tərəflər arasında münasibətlərin yaranma vaxtını nəzərə alaraq iddiaçının kasasiya şikayətində göstərdiyi o dəlillə razılaşır ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması tətbiq etməli və həmin əsaslara münasibətdə iddia tələbinin əsaslılığını qiymətlə ndirilməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi maddi hüquq normasını tətbiqində səhvə yol verməsi səbəbində belə qiymətləndirmənin aparılması ümumiyyətlə mümkünsüz olmuşdur. Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasının, yəni Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəalarının tətbiq olunmasının zəruriliyini nəzərə almamışdır. Həmin normaların tətbiq edilməməsi, mübahisəni qüvvədə olan Mənzil Məcəlləninin 30-cu maddəsinə uyğun həll edilməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 53-cü maddəsinin tələbi baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ oraya köçdüyü, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan andan yaranmışdır. Hətta icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Normadan göründüyü kimi, icarədarın ailə üzvü olmayan şəxslər yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu baxımdan məhkəmələr müvafiq olaraq iddiaçının mübahisəli mənzildən istifadə hüququnun saxlamasını isə Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbləri baxımından qiymətləndirməli olmalarına baxmayaraq belə qiymətləndirmənin aparılmasını təmin etməmiş lər. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Afiq Hüseynzadə) 2(104)-4084/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(076)-1262/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı qızı 1996-cı ilin aprel ayında Cavabdeh1 ilə faktiki nikah münasibətinə daxil olaraq evlənmiş, 01 mart 1997-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırmış və nikaha faktiki daxil olduğu vaxtdan cavabdehlərin yaşadıqları mübahi sə edilən Şəmkir rayonu, Mehrili kəndində yerləşən yaşayış evinə köçmüş və cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Birgə nikahdan 2 uşaqları olmuşdur. Ailə münasibətləri pisləşdiyindən Şəmkir Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(076)-975/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan bir az əvvəl isə o mənzildən çıxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 1996-cı ildə iddiaçının mübahisəli evə gəlin köçməsi ilə yarandığına və mübahisə olunan ev həmin vaxt müvafiq dövlət qeydiyyatına alınmadığına görə onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddələrinə uyğun olaraq həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dü zgün olaraq iddianı təmin etmişdir. İddiaçının mübahisəli evdən məcburiyyət səbəbi ilə qısa nüddətə başqa yerə getməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən onun həmin evdə olan hüququnun itirilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası cavabdehlərin iddiaçının guya həmi evdə müvəqqəti yaşamasına dair dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər öz təsdiqini tapmır və inandırıcı deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda işi n təkrar apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi qətnamədə Mülki Məcəllənin 11-ci maddəsinə əsaslanmışdır. Lakin onu düzgün şərh etməmişdir. Belə ki, hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. İşdən aydın görünür ki, iddiaçı ilə cavabdehlər arasında mənəviyyata və əxlaqa aid problemlər yaranmışdır. İddiaçı özü qısaca aralarında yaranmış narazlığın səbəbini göstərmişdir. Bir sözlə məhkəmə hüququn analogiyasını tətbiq edərkən mənəviyyat tələblərini nəzərə almamışdır. Bundan başqa apelyasiya kollegiyası iddia tələbini təmin etməsi barədə qənaətini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinadən əsaslandırmağa çalışsa da, aydın görünür ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Mülki Məcəllənin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmadığı üçün cavabdehin həmin ev üzərində mülkiyyət hüququ yaranmamışdır. Nəticədə mülkiyyət hüququnun əsasını təşkil edən sahiblik, istifadə və sərəncam hüququ mövcud olmamışdır. Cavabdehin sərəncam hüququ olmadığı halda apelyasiya kollegiyasının cavabdehi yaşayış evinin icarədarı kimi qəbul etməsi, onun sərəncam verərək başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarında olması qənaətinə gəlməsi düzgün deyildir. Apelyasiya kollegiyası AR Konstitusiya Məhkəməsinin Plenumunun R.Şirinovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiy asının 30 yanvar 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini də nəzərə almamışdır. Konstitusiya məhkəməsinin mövqeyinə görə mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsi yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlən ir. AR Konstitusiya Məhkəməsinin Plenumu mənzil hüququnun əsası kimi onu şərtləndirir ki, köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilməlidir, mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmalıdır. Cavabdehə məxsus fərdi yaşayış evi özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam vermək hüququ yoxdur. Hazırkı iş üzrə bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Bundan başqa işdə olan sənədlərdən görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi X1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. İndiki halda isə Mehdixanova Nailənin heç bir razılığı olmamışdır. Ümumiyyətl ə, heç bir məhkəmə onun fikrini öyrənməmişdir. Məhkəmə nəinki onu, heç cavabdehləri də lazımi qaydada məhkəməyə dəvət etməmişdir, bildiriş göndərməmişdir. Apelyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və tərəflərin qarşılıqlı münasibətləri əsasında keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozulmuşdur. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipinə əməl edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı qızı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etirazında göstərmişdir ki, kasasiya şikayətinin apelyasiya instansiya məhkəməsi qətnamədə Mülki Məcəllənin 1 1-ci maddəsinin düzgün şərh edilməməsi və Mənzil Məcəlləsinin 53-cü maddəsinin düzgün tətbiq edilməməsi ilə bağlı bildirir ki, tərəflər arasında mübahisəli münasibətləri 1996-cı ildə iddiaçının mübahisəli evə gəlin köçməsi ilə yarandığına və mübahisə olunan ev həmin vaxt dövlət qeydiyyatına alınmadığına görə, onalr arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mənzil Məcəlləsinin maddələrinə uyğun olaraq həll edilməlidir. Kasasiya şikayətinin apelyasiya instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsi və cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı bildirir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən sübutlara düzgün qiymət verilmiş və cavabdehlər məhkəmə iclasının yeri və vaxtı məlumatlandırlsalar da heç bir səbəb göstərmədən m əhkəmə iclasında iştirak etməmişlər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, göstərilən xüsusatları nəzərə alaraq mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də o, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ail əüzvlərinin kö çürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdehlər ilkin olaraq Mülki Məcəllənin 11-ci maddəsinin tələblərinin düzgün tətbiq edilmədiyinə istinad edərək, hüququn analogiyası tətbiq edilərkən mənəviyyat tələblərinin nəzərə alınmadığını vurğulamış, bunu da iddiaçının iddia ərizəsində də göstərmiş olduğu kənar şəxsə göndərmiş olduğu şəkillə əlaqələndirmişdir ki, işdən də göründüyü kimi, iddiaçı istinad edilən xüsusatı səmimi olaraq etiraf etmiş, əməlindən peşman olmasını, ailəsini arzulamasını, yenidən birgə ailə şəklində yaşamaq, yəni münaqişə yaratmadan yaşamaq niyyətini ifadə etmişdir. Bu xüsusatın özü də iddiaçının mənəviyyatının pozulmadığının göstəricisi kimi qiymətləndirilməlidir. Adıçəkilən norma mənəviyyat tələbini təkcə şəxslərin bu tip xüsusatlarla məhdudlaşdırmamışdır. Mənəviyyat məfhumu geniş anlayışdır. Burada hazırki mübahisəyə münasibətdə iddiaçının əvvəldən cavabdehlərlə köçməsini tələb etdiyi evdə yaşayıb birgə təsərrüfat aparması, ailənin dolanağı ilə yanaşı evin yararlı vəziyyətdə saxlanması üçün göstərmiş olduğ u xidmətləri (evin təmizliyini aparmaq və s.) müqabilində də onun həmin evdə yaşamaq üçün mənəviyyatı ilə bağlı meyarlar da nəzərə alınmalıdır. Ona görə də hazırki mübahisə üzrə tətbiq edilmiş adıçəkilən norma üzrə nəzərə alınması müəyyən edilmiş mənəviyyatla bağlı tələb dar mənada nəzərə alına, yəni cavabdehlərin düşüncə tərzlərinə uyğun qiymətləndirilə və mübahisə üzrə həmin normanın düzgün tətbiq edilməməsinə əsas hesab edilə bilməz. Bundan başqa, cavabdehlər köçürülməsi tələb edilən fərdi yaşayış evi ilə bağlı hüquqların dövlət qeydiyyatına alınmadığını əsas gətirərək, iddia tələbinin təmin edilməməli olduğuna istinad etsələr də, hələ işə birinci instansiya məhkəməsi tərəfindən baxılıb qətnamə qəbul edilərkən qətnamədə bu xüsusatla bağlı düzgün olaraq vurğulanmışdır ki, cavabdehlər döv lət qeydiyyatına alınmamış evdə hansı əsasla yaşayırlarsa, iddiaçı da həmin evdə bu əsasla yaşamaq hüququna malikdir. İddiaçının yaşamaq hüququnun əsasını təşkil edən normalar isə yuxarıda konkret olaraq ifadə edilmişdir. Ona görə cavabdehlərin bu dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehlərin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Nailə və Cavabdeh2ların paylı mülkiyyətində olmasına istinad edib Nailənin də fikrinin öyrənilməli olduğu halda bunun edilməməsi ilə pozuntuya yol verilməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, qeyd edilən dəlil formal xarakterli dəlildir. Belə ki, torpağın paylı mülkiyyətdə olması digər payçının da hazırki mübahisə üzrə dindirilməli olduğu, dindirilməməsi ilə əlaqədar hər ha rnsı pozuntuya yol verilməsi anlamına gəlmir. Belə ki, hazırki tələb cavabdehlərin yaşamış olduqları fərdi yaşayış evinə köçürülməsi ilə bağlıdır ki, cavabdehlərdən biri iddiaçının keçmiş əri, digəri isə qaynanasıdır. İddiaçı da gəlin köçərək həmin şəxslərlə köçməsini tələb etdiyi evdə ailə şəkilndə yaşamışdır. Belə olan halda torpaq mülkiyyətçilərindən kiminsə cəlb edilərək dindirilməli olması zərurətindən söhbət gedə bilməz. Bu dindirmənin həyata keçirilməməsi isə pozuntu kimi dəyərləndirilə bilməz. Son olaraq cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamaları ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflərə 01.11.2021-ci il tarixdə (səh 187) məhkəmə bildirişi ünvanlanmış, məhkəmə iclasının vaxtı və y eri barədə məlumat verilmişdir. Lakin cavabdehlər məhkəmə iclasından iştirak etməmişlər. Odur ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etməklə hər hansı prosessual hüquq pozuntusuna yol verməmişdir. Bu səbəbdən göstərilən dəlil də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4084/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar