Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2328/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilm əsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1658/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci ildə Cavabdeh MMC-də (bundan sonra - cavabdeh MMC) xadimə vəzifəsinə işə qəbul edilmiş, onunla xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. 2. 05.07.2023-cü ildə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş və əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir. 3. 05.07.2023-cü il tarixli müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi il ə bağlı əmək müqaviləsi bildirişində iddiaçının əmək haqqının 450 manat olduğu qeyd edilmişdir.
4. Cavabdeh MMC-nin icraçı direktorunun xx.xx.2023-cü il tarixli, 33/23-X nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. 5. xx.xx.2023-cü ildə iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə bildiriş elektron sistemə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh MMC-yə qarşı “işə bərpa edilm əsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh MMC-də onun xadimə vəzifəsinə 450 manat rəsmi və 262 manat əlbəəl aldığı əmək haqqı əmək müqaviləsində rəsmi göstərilməklə bərpa edilməsi və məcburi buraxılmış iş vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc də daxil olmaqla, əmək haqqının və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh MMC-də xadimə vəzifəsində işləməyə başlamışdır. İddiaçı işə başlayan zaman onun müqaviləsi müddətsiz bağlanmışdır. Daha sonra onun əmək müqaviləsi müddətli əmək müqaviləs inə dəyişdirilmişdir. Əmək müqaviləsinə sonuncu dəyişikliklə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixə qədər olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə, yəni vaxtından 3 gün əvvəl xitam verilmişdir. İddiaçının əmək haqqı müqavilə üzrə 450 manat olmuşdur. Bundan əlavə olaraq cavabdeh MMC tərəfindən iddiaçıya əmək haqqına əlavə olaraq hər ay əlbəəl 262 manat əmək haqqı verilmişdir. İddiaçının əlbəəl aldığı əmək haqqı da rəsmi göstərilməklə işə bərpa edilməsi üçün cavabdeh MMC-yə müraciət edilsə də, cavabdeh MMC iddiaçını həmin əmək haqqı ilə birlikdə (yəni rəsmi aldığı əmək haqqı və əlbəəl aldığı əmək haqqı da rəsmi göstərilməklə) işə bərpa etməkdən imtina etmişdir. İddiaçı işdən çıxan zaman cavabdeh MMC tərəf indən iddiaçıya işdən çıxma əmrinin surəti və əmək kitabçası verilməmişdir. Qeyd edilən sənədlərin təqdim edilməsi barədə cavabdeh MMC-yə müraciət edilsə də, cavabdeh MMC həmin sənədləri təqdim etməmişdir. Əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçı tərəfindən emas.sosial.gov.az saytından əldə edilmişdir. Mediasiya prosesində cavabdeh MMC iddiaçını 450 manat əmək haqqı verməklə işə bərpa etməyə razılıq vermişdir. Lakin iddiaçıya 262 manat əlavə pulu ödəməyə razı olmadığına görə barışıq əldə etmək mümkün olmamışdır.
8. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddianın əsası xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi b arədə xx.xx.2023-cü il tarixli əmrdə texniki səhvə yol verilərək, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. İddiaçının əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Elektron sistemə də əlavə etdikləri əmək müqaviləsi bildirişindən görünür ki, texniki yanlışlıq düzəldilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixədək əmək haqqı və istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilmişdir. Həmçinin iddiaçıya mediasiya prosesində də işə bərpa olunması barədə təklif edilmiş, yəni başqa marketdə eyni vəzifə təklif edilmişdir. Lakin iddiaçı ona 450 manatdan əlavə 262 manat pul ödənilməsini tələb etmişdir. Bu səbəbdən razılıq əldə edilməmişdir. Cavabdeh MMC iddiaçıya yalnız 450 ma nat rəsmi əmək haqqı ödəmiş və onun bank kartına köçürmüşdür. Cavabdeh MMC iddiaçıya hər hansı bir əlavə əmək haqqı ödəməmişdir. Müqavilənin müddəti bitdiyinə görə cavabdeh MMC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-5370/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh MMC-nin icraçı direktorunun xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmri ilə cavabdeh MMC-nin bölməsinin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə texniki səhvə yol verilmiş, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə qeyd olunan yanlışlıq düzəldilmiş və xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və saat 09:57:23də çap edilmişdir. Həmin bildirişdən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 33/23X nömrəli əmrlə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Göründüyü kimi, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləs inin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli müqavilə əsasında çalışan işçi əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olmuşdur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6 8-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti və işçinin əmək kitabçası iddiaçıya verilməmişdir. Həmin sənədlərin verilməsi üçün cavabdeh MMC-yə müraciət edilsə də, cavabdeh MMC qeyd edilən sənədləri verməkdən imtina etmişdir. Qeyd edilən sənədləri vaxtında təqdim etsəydi əmrə düzəliş edə bilməyəcəkdi. Birinci instansiya məhkəməsi isə bilə-bilə buna şərait yaratmışdır. Məhkəmə yalnız cavabdeh MMC tərəfindən yekun məhkəmə aktı çıxarılan günü təqdim edilmiş əmək müqaviləsinin xitamı bildirişinə istinad edərək cavabdeh MMC-nin mövqeyinə uyğun qətnamə qəbul etmişdir. Cavabdeh MMC bildirir ki, əmrdə texniki səhvə yola verilmiş, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan cavabdeh MMC-nin qeyd etdiklərini qəbul etmişdir. Əmrdə texniki səhvə yol verilməsi mümkün deyil. Çünki Əmr xx.xx.2023-cü il tarixdə yaradılmış və müqaviləyə də həmin tarixdə xitam verilmişdir. O zaman texniki səhv ola bilərdi ki, əmr xx.xx.2023-cü il tarixdə və ya ondan sonra yaradılardı. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində də qeyd edilib ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əgər müqavilənin müddəti bitməmişdirsə o zaman işə götürən niyə vaxtından əvvəl xitam əmrini hazırlamış və imzalamışdır. Bundan başqa xx.xx.2023cü il tarixdə ilkin mediasiya sessiyası keçirilən zaman cavabdeh MMC tərəfindən texniki səhvliklə bağlı heç nə bildirilməmişdir. Cavabdeh MMC görmüşdür ki iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaq bundan sonra ərizə ilə müvafiq dövlət orqanına müraciət etmiş və xitam əmrinə düzəliş etmişdir. Əgər əmrdə texniki səhvlik olmuşdursa, iddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində işə getməli idi. İddiaçının həmin tarixlərdə işə getməsini cavabdeh MMC sübut etməmiş məhkəmə isə həmin halı nəzərə almamışdır. Bu ndan başqa iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsini sübut edən digər yazılı sübut isə bank hesabından çıxarışdır. Həmin çıxarışdan da görünür ki iddiaçıya son haqq hesab xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu da bir daha sübut edir ki əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bundan başqa prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir.
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya son haqq-hesab və xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023cü il tarixləri üçün əmək haqqı ödənilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1658/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Fərrux Qasımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, e-2(004)-5370/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə texniki səhvə yol verilərək, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmiş, xx.xx.2023-cü il tarixdə qeyd olunan yanlışlıq düzəldilmiş və xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və saat 09:57:23-də çap edilmişdir. Həmin bildirişdən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmrlə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Digər tərəfdən iddiaçıya son haqq-hesab və xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri üçün əmək haqqı ödənilmişdir.
17. Kollegiya qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə və ƏM-nin 300-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməs i qaydalarına əməl olunmuşdur. Əmrin məzmunundan da aydın olmuşdur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir.
18. Kollegiya iddiaçının xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işdə olmaması, buna görə də, iddianın təmin edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfin qeyd etdiyi kimi, iddiaçının qeyd olunan tarixlərdə işdə olması həmin tarixlər üçün əmək haqqının ödənilməsi ilə öz təsdiqini tapmışdır.
19. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
23. Maddə 68 (hissə İ) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 68 (hissə İİ, bənd “b”) Əmək m üqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
25. Maddə 73 (hissə İ) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
26. Maddə 300 (hissə İ) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutu lmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Ma ddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Kass asiya şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası müəyyən edir ki, həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
42. İşdən görünür ki, işəgötürən müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Həmin əmrdə texniki səhvə yol verilərək müqaviləyə müddətin bitməsinə 3 gün qalmış xx.xx.2023-cü il tarixdən xitam verməsi işəgötürənin həmin əmək müqaviləsinə müddətin bitməsinə görə xx.xx.2023-cü il tarixdən xitam vermək hüququnu aradan qaldırmamış və o, yol verilən səhvi düzəltmiş, həmin 3 gün üçün də iddiaçıya son haqq-hesab ödəmişdir.
43. Yəni, bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin işəgötürənin iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi b ağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1658/2024 nömrəli mülki iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.