Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2329/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh Cavabdeh x-nın vəkili Vəkil iştirak ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh x qarşı mənzildən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair ilk, Cavabdeh x İddiaçı qarşı müqavilənin, maliyyə arayışının və kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası, müstəqil təl əb irəli sürən üçüncü şəxs “xxxx” ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh x-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-12979/2019 nömrəli qətnaməsindən cavabdeh x-nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh x-ya qarşı məhkəməyə iddia və iddiaya dəqiqləşmə barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən tam sahəsi 140.3 kv.m yaşayış sahəsindən istifadə etməsinə yaradılmış maneənin aradan qaldırılması, mənzilə mülkiyyət hüququnun tanınması və müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə əldən çıxmış fayda üçün 47000 manat pulun cavabdeh cavabdeh x tutulması barədəqətnamə çıxar ılmasını xahiş etmişdir. İddiaçı x sonradan iddia tələbinin həcmini azaldaraq, yalnız mənzildən istifadə etməsinə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh x-da qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin, maliyyə arayışının və 212 nömrəli kassa mədaxil orderinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(009)-52/2018 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki, tam sahəsi 140,3 kv.m olan mənzildən İddiaçı istifadə etməsinə cavabddeh x tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ilkin iddianın qaldırılması üçü n ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh x alınaraq İddiaçı verilməsi, cavabddeh x-nın İddiaçı qarşı “müqavilənin, maliyyə arayışının və kassa mədaxil orderinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabddeh x-ya aid edilməsi qət edilmişdir.(hakim Zaur Əliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4312/2018 saylı, xx xxx 2018-ci iltarixli qətnaməsi ilə cavabdeh cavabddeh x-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Xəyal Sarıyev, Həmid Həmidov) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7858/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qətnaməsi ilə cavabdeh cavabddeh x-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4312/2018 saylı, xx xxx 2018-ci iltarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə apelyasiya qaydasında yenidən baxılarkən “xxxx” ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddiaçıya və cavabdehə qarşı iddia verərək, xx.xx.2012-ci il tarixdə cavabddeh x ilə İddiaçı arasında ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 140,3 kv.m olan mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3159/201 9 saylı, xx xxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh cavabddeh x-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası rədd, cavabddeh x-nın qarşılıqlı iddiası qısmən, 3 şəxsin iddiası tam təmin edilmiş, xx xxxxxxx 2012-ci il tarixində cavabddeh x ilə İddiaçı arasında ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin sahəsi 140,3 kv.m olan və 5-ci mərtəbəsində yerləşən mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, cavabdeh x İddiaçı xeyrinə 140.300 manat məbləğində pulun tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məru zəçi) Məmməd Məmmədov, Şeyda Məhərrəmova) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5584/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12979/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh cavabddeh x-nın apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-52/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh cavabddeh x-nın apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” A SC-nin cavabdehlər İddiaçı və cavabddeh x-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.(hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, İkram Şirinov) Cavabdeh x (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin və üçüncü şəxsin iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilb. İş üzrə obyektiv araşdırma aparılmayıb. Məhkəmə iddiaçının mənzil üçün pul verməməsini, müqavilənin görünüş üçün bağlanmasını, mənzilin MTK-nın kredit borcu üzrə ipoteka ilə “xxxx” ASC-nin xeyrinə yüklü edilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabddeh x-nın vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” ASC-nin nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmada n işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyasının qətnaməsindən kassasiya şikayətini yalnız cavabdeh qarşılıqlı iddiaçı (kassator) cavabddeh x verdiyi üçün kollegiya da qətnaməni yalnız kassatorun şikayəti üzrə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh (kassator) cavabddeh x-nın kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətd ə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin əsası kimi onunla cavabdeh cavabddeh x arasında mənzil tikintisi ilə bağlı imzalanmış xx xxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən pulunu ödədiyi mənzilin də hələ də ona təhvil verilməməsinə istinad etmişdir. Qarşılıqlı iddiaçı cavabddeh x qarşılıqlı iddiasını cavabdeh İddiaçı müqavilə üzrə heç bir ödəniş aparmaması, müqavilənin və ödəniş barədə kassa mədaxil orderinin görünüş üçün cavabdehin adına formal olaraq yazılması ilə əsaslandırmışdrı. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən və hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5584/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq ilk iddia üzrə xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən İddiaçı cavabdeh cavabddeh x-ya mübahisəli yaşayış sahəsinin hər kv.metri üçün 1000 manat olmaqla, cəmi 140300 manat ödəməsini, cavabdehin mənzilin iddiaçının istifadəsinə vermək öhdəliyini icra etməməsini, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı cavabddeh x tərəfindən cavabdeh İddiaçı mənzilə görə MTK-ya hər hansı məbləğdə pul ödəməməsi, müqavilə və ödəniş barədə mədaxil orderinin görüntü üçün formal olaraq iddiaçının adına yazılması barədə dəlillərinin sübuta yetirilməməsini müəyyən edərək, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 157.1, 157.2, 157.4, 157.8, 347.1, 354-cü, Mənzil Məcəlləsinin 112.1 və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178. 8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İlk iddia tələbi cavabdehin inşa etdiyi mənzili müqavilə əsasında əldə edən iddiaçının həmin mənzildən istifadəsinə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması ilə bağlı olub, neqator iddia (əmlakdan istifadəyə maneələrin aradan qaldırılması) tələbidir. İlk iddia tələbi üzrə işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, İddiaçıla cavabdeh cavabddeh x arasında xx.xx.2012-ci il tarixli müqavilə var, həmin müqaviləyə əsasən iddiaçı hər kv.m etri üçün 1000 manat olmaqla 140,3 kv.metr mənzil sahəsinə görə cavabdehə 140300 manat pul ödəyib, cavabdeh təşkilat da mənzilin dəyərinin tam ödənilməsi barədə iddiaçıya maliyyə arayışı verib. İddiaçı müqavilə üzrə pulun ödənilməsi öhdəliyini yerinə yetirsə də, cavabdeh mənzili təhvil vermək öhdəliyini yerinə yetirməyib. Mənzil tikintisi ilə bağlı iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanan zaman Mülki Məcəllənin qüvvədə olan 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülki Məcəllənin 157.4-cü maddəsinə g örə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bununla da görünür ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk iddia tələbi üzrə mübahisəyə əmlak hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyn edilmiş hallarına uyğun gəlir. Qarşılı qlı iddia tələbinin faktiki əsası kimi isə cavabddeh x cavabdeh İddiaçı müqavilə üzrə heç bir ödəniş aparmamasını, müqavilənin və ödəniş barədə kassa mədaxil orderinin görünüş üçün sonuncun adına yazılmasını göstərmiş və tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 340.1, 340.2, 337.1 və 337.4-cü maddələrinə istinad etmişdir. Qarşılıqlı iddia üzrə apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən cavabdeh İddiaçıla bağlanmış müqavilənin görüntü üçün formal olaraq bağlanması barədə cavabddeh x-nın dəlillərinin sübuta yetrilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qarşılıqlı iddiaçının iddia tələbinin əsası kimi göstər diyi halları sübut etməməsinə istinadən birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində də dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi MTK-nın üzərinə düşdüyü və buna baxmayaraq, MTK öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticəni düzgün hesab etmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən müddətin keçməsinə də istinad etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hal ları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyasının bu hissədə müəyyən etdiyi işin halı da ondan ibarətdir ki, müqavilə bağlanarkən pulun ödənilməməsini iddia edən qarşılıqlı iddiaçı 2012-ci ildə bağlanan müqaviləyə dair 5 ildən sonra mübahisə açmış, bu müddət ərzində bir dəfə də olsun cavabdehdən müqavilə üzrə ödəniş tələb etməmiş, bununla da müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir.Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən h alları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının cavabdehlə bağlanmış müqavilənin etibarsızlığını tələb etmək hüququnu müddət ötdüyü üçün itirməsini müəyyən etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı hüququ mövqeyi baxımından gəlinən nəticə də düzgün olmuşdur. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilini mənzilin MTK-nın kredit borcu üzrə ipoteka ilə “xxxx” ASC-nin xeyrinə yüklü edilməsinin nəzərə alınmaması qəbul etmir. Belə ki, qarşılıqlı iddiaçı olaraq cavabddeh x qarşılıqlı iddiasında cavabdeh İddiaçıla bağlanmış xx xxxxxxx 2012-ci il tarixli müqavilənin etibarsızlığının əsası kimi cavabdehin müqavilə üzrə pul ödəməməsinə, müqavilənin sonuncu ilə görünüş üçün bağlanmasına istinad etdiyi halda, kassasiya şikayətin də tamam başqa bir əsasla həmin müqavilənin etibarsızlığına dair dəlil irəli sürmüşdür. Kassasiya şikayətində istinad edilən başqa hallar isə apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəy işiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh/qarşılıqlı iddiaçı (kassator) cavabddeh x-nın kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh qarşılıqlı iddiaçı (kassator) cavabddeh x-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12979/2019 nömrəli qətnaməsi kasatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2329/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2329/2020
17.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver