Məhkəmə qərarları › İş №2(102)-2329/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2329/2025

25.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2329/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasda payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-208/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qazax rayon Notariat Ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli, 94 saylı məktubdan görünür ki, 22 avqust 1993-cü il tarixdə vəfat etmiş X12 qalmış miras əmlakların bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

2. İddiaçıların atası X25 22 avqust 1993-cü ildə, anası X20 06 iyul 2010-cu ildə ölmüşdür.

3. X25 və X10 vərəsələri Alıyeva (Kərimova) Fatma Kərim qızı, İddiaçı2, Abdıyeva (Kərimova) Şahniyar Kərim qızı, X26, Cavabdeh2, Qaravəliyeva (Kərimova) Xəzəngül Kərim qızı və İddiaçı1dır. 4. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1 anada n olduğu gündən atası X25 22 avqust 1993-cü il tarixdə vəfat edən günədək atası ilə birgə yaşamış, daha sonra anası X20 xx.xx.2010-cu il tarixdə vəfat edən günədək anası ilə birgə həmin təsərrüfatda yaşamışdır. O dövrdən hal-hazırki günə qədər həmin təsərrüfatda yaşayır və qeydiyyatdadır. 5. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı2 22 avqust 1993-cü il tarixdə vəfat etmiş atası X16 təsərrüfatında yaşayır.

6. Qaymaqlı kənd sakini Kərimov X2 01 nömrəli təsərrüfatbaşına kitabın 184-cü səhifəsində ayrı təsərrüfat olaraq qeyd olunmuşdur. Lakin həmin təsərrüfatın yerləşdiyi həyətyanı torpaq sahəsi 6 nömrəli təsərrüfatbaşına kitabın 48-ci səhifəsində qardaşı Cavabdeh2 təsərrüfatında qeydə alınmışdır. 7. 5 avqust 2003-cü il tarixli Vəsiyyətnaməyə əsasən, X13 vəfat edən günədək ona məxsus olan yaşayış evini və əşyalarını öz oğlu İddiaçı2 vəsiyyət etmişdir. 8. 16 fevral 2007-ci il tarixli Vəsiyyətnaməyə əsasən, X13 vəfat edən günədək ona məxsus olan yaşayış evini və əşyalarını öz oğlu X21 vəsiyyət etmişdir. xx.xx.2003-cü ildə öz oğlu İddiaçı2 etdiyi vəsiyyətnamə bu tarixdən etibarsız sayılmışdır.

9. Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X13 və İddiaçı1 mülkiyyətinə verilmişdir.

10. Qazax rayonu Qaymaqlı kəndində ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evi tam X16, 0,08 ha torpaq sahəsi ümumi birgə X13 və İddiaçı1 adına qeydə alınmışdır.

11. Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3,00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13, X27, İddiaçı1, X28 və X 11 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X7 miras qalmış Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində və Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payına vərəsəliyin müəyyən edilməklə miras paylarının bölünməsi, atası X12 miras qalmış Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə vərəsəliyin müəyyən edilməklə miras payın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 22 avqust 1993-cü il tarixdə vəfat etmiş mərhum atası X12 və 6 iyul 2010-cu il tarixdə vəfat etmiş mərhum anası X7 Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yerləşən 83.7 kv.m fərdi yaşayış evi miras qalmışdır. Fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam olaraq atasının adına qeydiyyata alınm ışdır. Həyətyanı torpaq sahəsi isə onunla mərhum anası X10 ümumi birgə mülkiyyətlərindədir. Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları miras qalmışdır. Valideyinlərinin sağlığında, eləcədə vəfatından sonra bu əmlakı onlar idarə etmişlər və bu əmlaklar onların sahibliyi və istifadəsindədir. Əmlakı varis olaraq onlar idarə və istifadə edərək sahiblənmişlər və bununla da miras əmlakı qəbul etmişlər. Cavabdeh isə notarial qaydada mirasın bölünməsinə getmir. O, Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə vermişdir. Qazax rayon Notariat Ofisindən 29 yan var 2024-cü il tarixli məktubla cavabdehlə mübahisə olduğu üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hansı ki, mirası onlar qəbul etmişlər.

14. Cavabdeh2 məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia tam əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiada istinad olunan torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ əsasında anası X8 məxsus olmuş və anası sağlığında verdiyi 16 fevral 2007-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını və yaşayış evini ona vəsiyyət etmişdir. Eyni zamanda həmin vəsiyyətnamədə göstərilir ki, xx.xx.2003-cü ildə hazırkı iddiaçılardan biri İddiaçı2 edilmiş vəsiyyətnamə etibarsız sayılsın. Ona görə ki, qardaşı İddiaçı2 yaşadıqları Qaymaqlı kəndində əvvəlki ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evi və sahəsi 25 sot olan həyətyanı torpaq sahəsi mövcuddur. O özünə məxsus evi və torpaq sahəsini məhkəmədə mübahisələndirmək əvəzinə, anasından ona miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən pay istəyir. Fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi olan anası 07 iyul 2010-cu ildə vəfat etməsinə baxmayaraq, hazırkı iş üzrə iddiaçılar əmlakı qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddəti buraxmışlar və Mülki Məcəllənin tələblərini pozaraq 13 ildən sonra miras əmlakdan pay tələb edirlər. Halbukı, Mülki Məcəllənin 1246-cı maddəsində açıqca göstərilib ki, “Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Göründüyü kimi, iddiaçıların anası vəfat etdiyi gündən 6 ay sonra deyil, 13 ildən sonra miras əmlakdan pay tələb etmələri Mülki qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etdiyindən iddia tələbi tam olaraq rədd edilməlidir. Eyni zamanda İddiaçı1 nəinki anası vəfat etdiyi gündən 6 ay sonra miras əmlakı qəbul etmək üçün müraciət etməmişdir, həm də o Bakı şəhəri Binə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamış və hazırda da orada yaşayır. Digər İddiaçı2 isə Qaymaqlı kəndi ərazisində ayrıca təsərrüfatı olmuş, eyni zamanda ailə quraraq aldığı 25 sot həyətyanı torpaq sahəsində özünə fərdi ev tikərək birinci ailəsi ilə orada yaşamışdır. Qaymaqlı bələdiyyəsi üzvləri və sədri də bunu təsdiq edə bilərlər. Lakin, İddiaçı2 birinci arvadı ilə torpaq və mülk davası açıb öz payını tələb etmək əvəzinə, onun və ailəsinin yeganə yaşayış yeri olan evdən və torpaq sahəsindən pay tələb edir. O İddiaçı2 xahişi ilə onu yaşadıqları fərdi yaşayış evinin 1 otağına müvəqqəti olaraq yerləşdirmişdir. O isə bundan istifadə edərək vəsiyyətnamə əsasında onun adına sənədləşdirilmiş fərdi yaşayış evindən və torpaq sahəsindən pay istəyir. Qazax rayonu Qaymaqlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19 saylı məktubdan da göründüyü kimi, mərhum anası X4 ona vəsiyyətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin torpaq vergisi 2010-cu ildən etibarən onun tərəfindən ödənilmişdir. Mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə görə 1 manat da torpaq və əmlak vergisi ödəməyən iddiaçılar hansı üzlə 13 ildən sonra məhkəməyə müraciət edərək, miras əmlakdan pay tələb edirlər? Yəqin ki, ədalət mühakiməsini həyata keçirən Məhkəmə iddiaçıların iddiasını rədd edərik haqq və Ədaləti bərpa edəcəkdir. İddiaçı2 Qaymaqlı kəndində adına ayrıca torpaq sahəsi və fərdi yaşayış evi olmasını sənədlə təsdiq etmək üçün, bu barədə Qaymaqlı Bələdiyyəsinə sorğu göndərməyi xahiş etmişdir. Sorğuya verilmiş cavabla onun haqlı olmağı bir daha təsdiq olunacaqdır.

15. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 saylı qətnaməsi ilə (hakim Nemət Musayev) iddianın qismən təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı k əndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin X7 miras qalmış hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payının müəyyən edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən X12 miras qalmış ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payının müəyyən edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömr əli Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.75051, 0.2, 2.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X10 payına düşən hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyan 22 avqust 1993cü il tarixdə vəfat etmiş X25 və xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qaz ax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evindən ibarət miras qalmışdır. X25 və X10 ölümündən sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. X25 və X1 İddiaçı2, Cavabdeh2 və İddiaçı1 onlarla birlikdə yaşamışlar, öldükdən sonra isə miras əmlaklara faktiki sahiblik etməklə, idarə və istifadə etmişlər, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahib lik etməmişlər. Məhkəmə iclasında tərəflərin izahatı, eləcə də iş materialları ilə müəyyən olunmuşdur ki, mirasqoyanın digər vərəsələri (oğlu və qızları) miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınmaları, payların müəyyən edilməsini xahiş etmişlər. Digər vərəsə Cavabdeh2 məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi ərizədə iddianı qəbul etmədiyini, İddiaçı1 ailə həyatı qurub həmin evdən çıxmış və orada yaşamadığını, digər İddiaçı2 isə atasının sağlığından ayrı təsərrüfat olduğunu və özünə məxsus evi, torpaq sahəsi olduğunu bildirmişdir. İddiada göstərilən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında anası X8 məxsus olmasını və anasının sağlığında özünə məxsus bütün əmlakını və yaşayış evini ona vəsiyyət etdiyini bildirmişdir. Həmin vəsiyyətnamədə xx.xx.2003-cü ildə İddiaçı2 verilmiş vəsiyyətnamənin etibarsız sayılmasını göstərmişdir.

17. Məhkəmə hesab etmişdir ki, miras qoyan X23 22 avqust 1993-cü ildə öldüyü üçün həmin münasibətlərə mirasın açıldığı vaxt qüvvədə olan 2000-ci il sentyabr ayının 1dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi, miras qoyan X20 6 iyul 2010-cu ildə öldüyü üçün həmin münasibətlərə mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.

18. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, hazırkı iş üzrə tərəflər mərhumların qanun üzrə birinci növbə vərəsələridir. Qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532, 537, 552-ci, xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1196, 1243, 1255, 1256-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı2 apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 27 iyun 2024cü il tarixli, 2(023)-471/2024 nömrəli qətnaməsini iddianın ona münasibətdə təmin edilməmiş hissəsində ləğv edərək, iddianın tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, Qazax rayon Məhkəməsi iddianı qismən təmin edərək yanız bacısının iddiasını təmin etmişdir. Ona münasibətdə isə iddianı təmin etməmişdir. Bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. O, ata və anasının ölümündən sonra mirası faktiki olaraq qəbul edərək idarə edir. Bununla bağlı kənd icra nümayəndəliyindən arayışlarını məhkəməyə təqdim etmişdir. Bundan başqa halhazırda da miras qalmış evdə yaşayır və miras qalmış həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edir. Miras qalmış evin kommunal xərcləri də abonent olaraq onun adına gəlir. Buna baxmayaraq məhkəmə onun iddiasını əsassız olaraq təmin etməmişdir. Onun başqa yaşayış yeri yoxdur və ailəsilə miras qalmış bu evdə yaşayır və miras qalmış torpaq sahələrindən istifadə edir. Məhkəmə isə onun təqdim etdiyi heç bir sübutu nəzərə almamış və hətta cavabdeh də məhkəməyə verdiyi ifadələrində dolayı ilə onun mirası qəbul etdiyini etiraf etmişdir. O, mirasdan payını tələb edir. Məhkəmə iclaslarının video yazılarına baxılsa bu hallar tam olaraq sübut olunmuş olar. Birinci instansiya məhkəməsi mülki prossesual qanunvericiliyin tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun əsaslandırmamışdır.

22. Cavabdeh2 apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddi a tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi faktı kimi vərəsələrin notariusa imtina barədə ərizə verməmələrini göstərmişdir. Məhkəmə araşdırımasının predmeti miras əmlak kütləsinə daxil olan əmlakların vərəsələrdən kim tərəfindən faktiki sahiblik və idarə etməklə yiyələnməsinin araşdırılmasıdır. Mülki iş materiallarından görünür ki, iddiaçıların mirasın faktiki qəbulu ilə bağlı hər hansı sənəd yoxdur. İcra nümayəndəliyinin verdiyi arayışa məhkəmə tənqidi yanaşsa, müəyyən olunardı ki, təsərrüfatda adının olması şəxsin mirası qəbul etməsi anlamına gəlmir. Mülki iş materiallarında mir as qoyan adından vəsiyyətnamə vardır. İddiaçı tərəf qeyd olunan vəsiyyətnamənin mötəbərliyini şübhə altına almır. Miras faktiki cəhətdən qəbul etməyən şəxsə bərabər hissədə pay verilməsi ədalətsizlikdir. Birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamışdır.

24. Məhkəmə kollegiyasının sorğusu əsasında Dövlət Notariat Arxivindən alınmış Qazax rayon dövlət notariat ofisində açılmış xx.xx.2012-ci il tarilxi 2v-06-2634 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işində olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 22 avqust 1993-cü ildə vəfat etmiş X16 vərəsələri aşağıdakılardır: Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu X26, Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu Cavabdeh2, Qazax rayonu Qa ymaqlı kəndində yaşayan oğlu İddiaçı2, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı İddiaçı1, Qazax rayonu Aslanbəyli kəndində yaşayan qızı X5, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı X14 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak X22 məxsus Əmanət kassında 07500064, 057312, 057180, 057155, 057150 nömrəli əmanət kitabçasında olan puldan ibarətdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-208/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Rüfət Məcidov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilərək, X12 və X7 miras qalmış Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə hər birinin 1/6 hissədə olmaqla İddiaçı2, İddiaçı1, Cavabdeh2, X17, X3 və X6 payları, X7 miras qalmış Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə, yəni hər birinin payı 1/12 hissədən ibarət olmaqla İddiaçı2 (ümumi əmlakdan 1/12 pay), İddiaçı1 (ümumi əmlakdan 7/12 pay), Cavabdeh2 (ümumi əmlakdan 1/12 pay), X17 (ümumi əmlakdan 1/12 pay), X3 (ümumi əmlakdan 1/12 pay) və X6 (ümumi əmlakdan 1/12 pay) payları, X7 miras qalmış Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissədən ibarət payına hər birisinin payı 1/30 hissədən ibarət olmaqla İddiaçı2 (ümumi əmlakda 1/30 pay), İddiaçı1 (ümumi əmlakda 7/30 pay), Cavabdeh2 (ümumi əmlakda 7/30 pay), X17 (ümumi əmlakda 1/30 pay), X3 (ümumi əmlakda 1/30 pay) və X6 (ümumi əmlakda 1/30 pay) payları müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların paylarının müəyyən edilməsini xahiş etdiyi mirasın bir hissəsi xx.xx.1993-cü ildə vəfat etmiş X12, digər hissəsi isə xx.x x.2010-cu ildə vəfat etmiş X7 qalmışdır. Ona görə də xx.xx.1993-cü ildə vəfat etmiş X12 qalmış əmlaka münasibətdə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, xx.xx.2010-cu ildə vəfat etmiş X7 qalmış əmlaka münasibətdə isə xx.xx.2000-ci ilədən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları tətbiq olunmalıdır. Həm xx.xx.2000-ci ilədək qüvvədə olmuş, həm də həmin tarixdən sonra qüvvədə olan Mülki Məcəllənin normalarına görə ölənin uşaqları birinci növbədə vərəsələr sayılırlar və hər iki Məcəllənin normalarına görə vərəsələr mirası qanunla müəyyən edilmiş qaydada qəbul edə və ya da mirasın qəbulundan imtina edə bilərlər.

27. Cavabdeh tərəfindən təqdim edilmiş və anası tərəfindən evinin və digər əmlakının ona vəsiyyət edildiyin i bildirdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun “vəsiyyətnamə” kimi qəbul edilə bilməz. Ona görə ki, həmin sənədi təsdiq etmiş notarius vəsiyyətnamə yox, etibarnamədəki imzanı təsdiq etdiyini göstərmiş, həmin sənədin “2-V” reyestrində qeydiyyatı aparılmamış, bir nüsxəsi notariat orqanına və ya da notariat arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də həmin sənədin həqiqiliyinin müəyyən edilməsi mümkünsüzdür.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə yanaşı X26, X5, X14 və Cavabdeh2 da ataları X12 və anaları X7 qalmış Qazax rayonu Qaymaqlı kəndində 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, anaları X7 qalmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən, anaları X7 qalmış Qazax rayo nu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus 1/5 hissəsindən ibarət mirası qəbul etmişlər. Ona görə də, göstərilən miras əmlaklarda mirası qəbul etmiş vərəsələrin hər birinin payları müəyyən olunmalıdır. Miras qoyan X16 adına qeydə alınmış Qazax rayonu Qaymaqlı kəndində 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi arvadı X20 ilə birgə nikah dövründə (1967-ci ildə) inşa edildiyinə görə həmin evin kimin (ərin və ya arvadın) adına qeydə alınmasından asılı olmayaraq ər-arvadın birgə mülkiyyəti hesab edilir.

29. Məhkəmə gəldiyi nəticəni 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532, 537, 552-ci, xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1196, 1243, 1255, 1256-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı1 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin X12 və X7 miras qalmış əmlaklarından X26, X5 və X9 pay müəyyən edilməsi hissəsində qismən ləğv edərək, X12 və X7 miras qalmış əmlaklarından varis olaraq İddiaçı1 qız, İddiaçı2 və Cavabdeh2 olmaqla onların paylarının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsini əsaslandırdığı qeyd edilən maddi hüquq normalarını işin hallarına münasibətdə düzgün şərh etməmiş və bununla da iş üzrə X12 və X7 miras qalmış əmlaklardan X26, X5 və X9 pay müəyyən edilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Hansı ki, apellyasiya məhkəməsi ata və anadan miras qalmış əmlaka münasibətdə qeyd edilən şəxslərin mirası faktiki qəbul etməklə idarə edilməsini və sahiblənilməsinə münasibət bildirmədən atadan miras qalmış bankda olan əmanətə dair notariusun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əsas götürmüşdür. Bununla da məhkəmə işin hallarına uyğun olmayan bölgü aparmışdır.

32. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəm əsinə göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilən heç bir sübut tam, hərtərəfli və obyektiv araşdırılmamış və həqiqət müəyyən edilməmişdir. Məhkəmə ona təqdim edilmiş sübutların əhəmiyyətinə fikir vermədən öz mülahizəsinə əsaslanmışdır. Birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsi

35. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

36. Maddə

530. Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.

37. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər ( arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

38. Maddə

537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.

39. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllə

40. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəx slərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

41. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

42. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

43. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

44. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təs diqləsin.

45. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

47. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

48. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

49. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan im tina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, X25 ilə X20 xx.xx.1957-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından Xəzangül, Sultan, Tapdıq, Manaf, Fatma, Şahniyar, Rəna və Pənah adında 8 uşaqları doğulmuş, birgə nikahda olduqları müddətdə Qazax rayonu Qaymaqlı kəndində 0.08 ha torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. Azərbaycan Respublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X25, X20 və onların qızı İddiaçı1 birgə mülkiyyətində, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tək X16 adına, Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20, onun övladları - İddiaçı1 və X18, sonuncunun ailə üzvləri X24 və X11 adlarına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. X25 xx.xx.1993-cü ildə, X20 xx.xx.2010-cu ildə vəfat etmişlər. X16 adına miras əmlak kimi yuxarıda qeyd edilən fərdi yaşayış evi ilə yanaşı banka 1991-ci ildə qoyulmuş pul əmanəti də qalmışdır ki, həmin pul vəsaitləri arvadı X20 ilə birgə nikah dövründə qazanılmış əşyadır. X16 və arvadı X10 ölümündən sonra onların övladlarından (birinci növbə vərəsələrindən) Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu X26, Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu Cavabdeh2, Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu İddiaçı2, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı İddiaçı1, Qazax rayonu Aslanbəyli kəndində yaşayan qızı X5, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı X14 bankda (əmanət kassasında) saxlanılan pul vəsaitini almaqla mirası qəbul etmişlər.

59. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən valideynlərindən qalmış mirasın bir hissəsini artıq 6 vərəsə qəbul etdiyindən hal-hazırki mübahisənin predmeti olan miras əmlaklarda həmin 6 vərəsənin payı müəyyən edilməlidir.

60. Cavabdehin vəsiyyətnamə ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara m ülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmişdir.

62. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2025-ci il tarixli 2(104)-208/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar