Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2330/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Rəhimova (Mehdiyevə) xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2330/22 Açar sözlər: torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq müdaxilənin qadağan edilməsi Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı "torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması" tələbinə dair Şirvan Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1109/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 fevral 2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********40 reyestr nömrəli çıxarışa əsasən Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.1584 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə İddiaçı məxsusdur. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh xxx qarşı “torpaq sahəsind ən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ üzrə iddiaçıya aid olan Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.1584 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq, torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, Ağcabədi şəhəri, S.Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.1584 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qardaşını n keçmiş arvadı, hazırkı iş üzrə cavabdeh heç bir əsas olmadan zorla iddiaçıya məxsus torpaq sahəsində yerləşən köhnə tikiliyə yerləşmiş və iddiaçının mülkiyyətində olan 0.08 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə, torpaqdan iddiaçının istifadəsinə maneələr yaratmışdır. Torpaqdan çıxmasını cavabdehdən tələb etsə də, bu mümkün olmamışdır.
4. Birinci instansiya məhkəməsində cavabdeh xxx iddia tələbini qəbul etməyərək vermiş olduğu izahatında göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən zəbt olunaraq tutulmamışdır. Onun tərəfindən iddiaçıya məxsus əmlaka müdaxilə olmamış və ya hər hansı maneə yaradılmamışdır. İddiaçıya aid torpaq sahəsini zəbt etməmiş və istifadə etmir.
5. Ağcabədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(017)-1066/2020 saylı qətnaməsi il ə (hakim E.Quliyev) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,1584 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin torpaq sahəsinin cavabdeh xxx tərəfindən qanunsuz zəbt və istifadə olunması, eyni zamanda cavabdeh tərəfindən iddiaçının qeyd olunan torpaq sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneənin yaradılması təsdiqini tapmamış və iddiaçı tərəfindən bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmədə sübut etmə yükünü daşıyan iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
8. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4, 158.1.2, 228.1 və Torpaq Məcəlləsinin 84.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Ağcəbədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(017)-1066/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsində bö yük ev tikib, balaca tikilini isə dam kimi istifadə edirlər. Onun evi tmamilə qıraqdadır, arada da zavod var.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Kərimov sədrlik edən, məruzəçi, T.Heydərov və İ.Əhmədov) 01 sentyabr 2021-ci il tarixli, 2(106)1109/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(017)-1066/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, İddiaçı məxsus Ağcabədi şəhəri, Sadiq Hüseynov küçəsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.1584 ha torpaq sahəsindən cavabdeh Rəhimova (Mehdiyevə) Şəfəq Ramil qızının çıxarılması, həmin torpaq sahəsindən istifadəyə yönəlik maneələr aradan qaldırılaraq, torpaq sahəsin ə müdaxilə cavabdeh Mehdiyevə (Rəhimova) Şəfəq Ramil qızına qadağan edilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
13. Apellyasiya instansiyası məhkəməsi iddianın sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı mülkiyyət hüququnun müdafiəsinə dair tələblə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq, torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsdini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddiaçının torpaq sahəsini zəbt etmədiyini, istifadə etmədiyini bildirmiş və məhkəmə əlavə araşdırma aparmadan, iddianın sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Əgər həqiqətən cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmişdirsə və onun tərəfindən iddiaçının torpaq sahəsi üzərində hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə hər hansı bir müdaxilə mövcud deyildirsə, iddiaçını hazırki iddia ilə məhkəməyə mü raciət etməyə, bunun üçün vəkil tutmağa vadar edən nə olmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.
15. Apellyasiya instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh xxx kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin ləğv edilmə si və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə sübutetmə yükünü daşıyan iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları yəni iddia ərizəsində göstərilən ona məxsus torpaq sahəsinin onun tərəfimdən zəbt edilməsi və istifadə edilməsi, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya hansı maneələrin yaradılmasını sübut edə bilməməsini nəzərə almamış, iddia tələbinə düzgün qiymət verməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi heç bir halda zəpt edilməmiş və heç bir maneə də yaradılmamışdır. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı h əmin tələbi qaldırılması onun ona olan qərəzi ilə bağlı olması qənaətini yaradır. Şirvan Apellyasiya Məhkəməsi Ağcabədi rayon Məhkəməsinin qətnaməsini heç bir ciddi səbəb göstərmədən və tamamilə əsassız olaraq ləğv etmişdir.
18. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsin in 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. 25..Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə m übahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 33.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.
34. Belə ki, apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etməklə iddanın təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əgər həqiqətən cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmişdirsə və onun tərəfindən iddiaçının torpaq sahəsi üzərində hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə hər hansı bir müdaxilə mövcud deyildirsə, iddiaçını hazırki iddia ilə mə hkəməyə müraciət etməyə, bunun üçün vəkil tutmağa vadar edən nə olmuşdur. 35.Məhkəmə kollegiyası hesab edir ki, işin faktik halları üzrə hər hansı araşdırma aparmadan apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi bu nəticə tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, eləcə də gəlinmiş nəticələr mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyi üçün əsaslı və qanuni sayıla bilməz.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən an da əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
38. Məhkəmə kollegiyası qedy edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həqiqətən cavabdeh tərəfindən zəbt edilməsi, cavabdehin həmin torpaq sahəsində olan hər hansı tikilidən istifadə edib-etməsi ilə bağlı iş materiallarına hər hansı sübut mövcud deyil, bu faktlar cavabdeh tərəfindən etiraf edilməmişdir, belə faktlar məhkəmə tərəfindən araşdırma aparılmaqla, yerli baxış keçirilməklə və ya müvafiq ekpertiza təyin edilməklə də müəyyən edilməmişdir.
39. Belə olan halda, apellyasiya məhkəməsinin yalnız “cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmişdirsə və onun tərəfindən iddiaçının torpaq sahəsi üzərində hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə hə r hansı bir müdaxilə mövcud deyildirsə, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə, bunun üçün vəkil tutmağa vadar edən nə olmuşdur.” mülahizəsi ilə təmin etməsi Mülki Məcəllənin 157.2-ci madəsinin, həmçinin Mülki Prossesual Məcəllənin 217-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmış, iddianın qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun gəlib gəlməməsinə, beləliklə də cavabdehin iddiaçının qanunla qorunan hüquqlarını pozub-pozmamasına düzgün hüquqi qiymət verilməmiş, mübahisənin düzgün, obyektiv həlli məqsədilə cavabdehin iddiaçıya məxsus evdə və ya torpaq sahəsində yaşadığının müəyyən edilməsi üçün hər hansı tədbir görülməmiş və ya müvafiq ekspertiza təyin edilməmişdir.
40. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməs i haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
41. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilib-edilməməsi səbəblərinin orada aydın izah edilməsi nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hallara cavab vermir. Apellyasiya instan siyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə tərəflərin ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.
43. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 45.Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kol legiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud deyildir.
46. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. 47.Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: xxx tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1109/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.