Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2331/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4336/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 07.10.2001-cü il təvəllüdlü X7 və 17.07.2009-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixindən rəsmi nikaha daxil olduqdan sonra, onunla bilikdə Cavabdeh1 valideyni Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və X3 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülərək yaşayış sahəsindən istifadə etmək hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 07.10.2001-cü il təvəllüdlü X7 və 17.07.2009-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixindən rəsmi nikaha daxil olduqdan sonra, onunla bilikdə Cavabdeh1 valideyni Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Həmin mənzildə iddiaçı övladları və cavabdehlərlə birlikdə 14 il birgə təsərrüfat aparmaqla mehriban yaşamışlar. Lakin son zamanlar iddiaçı Cavabdeh1 ailəsinə qarşı biganəliyini görüb, aralarında bağlanmış nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin Qətnaməsi ilə onlar arasında bağlanmış nik ah pozulmuşdur. Nikahları pozulduqdan sonra, yəni 2014-cü ildən iddiaçı özünə və övladlarına aid bir çox əşyaları həmin mənzildə qoyub evdən çıxaraq, müxtəlif ünvanlarda mənzilləri kirayələyib yaşamağa qərar vermişdir. Hazırki dövr üçün iddiaçının mənzil kirayələməyə maddi vəziyyəti imkan vermir. Ümumiyyətlə hal-hazırda maddi durumu çox çətindir, özü təkbaşına qadındır, daimi yaşamaq üçün isə evi belə yoxdur. X2 20.11.2018-ci il tarixində rəhmətə getmişdir. Hal-hazırda azyaşlı övladı Murad iddiaçı ilə birlikdə yaşayaraq iddiaçının himayəsindədir. İddiaçı mübahisəli mənzilə 2000-ci ildə köçdükdən sonra həmin ünvanda bu günə kimi uşaq ilə birlikdə qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-5596/2019) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Hazırkı halda isə mənzilin mülkiyyətçisi olan Cavabdeh2 ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şiri nov (sədrlik edən və məruzəçi), T.Səmədov, A.Tanrıverdiyev, iş № 2(103)-4336/2020) apellyasiya şikayəti təmin edilməmiş. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı X4 (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4336/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında olan münasibətlər 01 sentyabr 2000-ci ildən sonra yaranmış münasibətlərdən irəli gəlsə də, işə Mülki Məcəllənin 228.5-ci maddəsi düzgün tətbiq edilməmişdir. İddiaçı mübahisəli mənzilə köçərkən mənzil dövlət mənzil fonduna aid olmuşdur. Bu baxımdan 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunması zəruri olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət e dilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak m əsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü andan pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsas ən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçının iddia tələbindən aydın olur ki, o, Cavabdeh1 ilə 2 6.10.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan Cavabdeh1 valideyni Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və 14 il müddətində həmin mənzildə yaşamışdır. İşə baxan məhkəmələr tərəflər arasında notariat qaydasında müqavilənin bağlanmamasına və iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına əsaslanmaqla iddianın rədd olunması nəticəsinə gəlmiş və bu zaman isə Mülki Məcəlləninin 228-ci maddəsinə istinad etmişlər. Lakin məhkəmələr nəzərə almamışlar ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında hər hansı şəxsin adına qeydiyyata alınmamış, dövlətin balansında qalmaqdadır, bu halda isə istifadə hüququnun verilməsi ilə bağlı müqavilənin bağlanması mümkünsüzdür. Belə olan halda isə mübahisəli mənzilin cavabdehin mülkiyyətini təşkil edə n mənzil olması, tərəflər arasında istifadə hüququnun yaranmasına əsas olan müqavilənin mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Mülki Prosessual Məcəlləninin 217.1-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasının, yəni Mənzil Məcəlləsinin (01 oktyabr 20009-cu il tarixədək qüvvədə olan) müddəalarının tətbiq olunmasının zəruriliyini nəzərə almamışdır. Həmin normaların tətbiq edilməməsi, mübahisəni Mülki Məcəlləninin 228-ci maddəsinə uyğun həll edilməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbi baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçıni n mübahisəli mənzildən istifadə hüququ oraya köçdüyü, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan andan yaranmışdır. Hətta icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Normadan göründüyü kimi, icarədarın ailə üzvü olmayan şəxslər yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu baxımdan məhkəmələr müvafiq olaraq iddiaçının mübahisəli mənzildən istifadə hüququnun saxlamasını isə Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbləri baxımından qiymətləndirməli olmalarına baxmayaraq belə qiymətləndirmənin aparılmasını təmin etməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları ara dan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4336/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndə rilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2331/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2331/2021
16.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver