Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2331/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Göygöl Rayon Dövlət Notariat Ofisi və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəliyin açılması və mirasın qəbul edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(104)-3568/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 ilə X16 arasında 26 aprel 1991-ci il tarixdə nikah qeydə alınmışdır.
2. Xanlar RİHB-nin xx.xx.1992-ci il tarixli 301 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən ev (bundan sonra – mübahisəli ev) X3 mülkiyyətinə verilmişdir.
3. X5 10 aprel 2007-ci ildə oğlu Cavabdeh5 verdiyi vəsiyyətnamə ilə mübahisəli evdən özünə çatası payı sonuncuya vəsiyyət etmişdir.
4. Xanlar rayon Aqrar İslahat komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə mübahisəli evin üzərində yerləşdiyi 0,06 hektar torpaq sahəsi X5 və X7 mülkiyyətinə verilmişdir.
5. X5 07 yanvar 2009-cu il tarixdə, X16 07 mart 2018-ci il tarixdə ölmüşlər.
6. Göygöl rayon İcra Hakimiyyəti başçısının 21 yanvar 2016-cı il tarixli 02 nömrəli sərəncamı ilə iddiaçı 22 noyabr 1930-cu il tarixdə doğulmuş yaxın qohumu X8 üzərində patronaj təyin edilmişdir.
7. Göygöl rayon Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 24 fevral 2016-cı il tarixli vəsiyyətnamə ilə, X16 ölən günədək ona məxsus olan mübahisəli əmlakı iddiaçıya vəsiyyət etmişdir.
8. Göygöl Notariat Kontorunun 13 avqust 2018-ci il tarixli, 2V-73 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamasinə əsasən, Cavabdeh1 X1 vərəsəsi olaraq tanınmış və vərəs ənin adına 29 avqust 2018-ci il tarixli, **********1705101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
9. Cavabdeh1 03 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə mübahisəli evin ümumi sahəsi 29.4 kv.m olan hissəsini X2, X10 adına 21 iyul 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
10. Göygöl Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(066)-970/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 Xanlar (indiki ünvan 2 ünvanda yerləşən, atası X4 miras qalmış əmlakı qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında Cavabdeh1 13 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli, qeydiyyat nömrəsi № **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarış verilməklə, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyəti kimi onun adına qeydə alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2(104)-874/2019 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(066)-970/2018 nömrəli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır
11. Bu icraatdan əvvəl ayrıca bir icraatda baxılmış Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(104)-1548/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, Məmməd Mustafayev xx.xx.2009-cu il tarixdə öldükdən sonra ona məxsus qeyd edilən mənzildə X16 yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul edərək, sahibliyi h əyata keçirmiş, həmin evi X11 notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, onun mərhum X8 vəsiyyət üzrə vərəsəsi olmaqla mübahisəli əmlak ilə bağlı mirası qəbul etməsi və vərəsəliyin açılması faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər mərhum X8 ögey övladları olmuşlar. Cavabdehlərin ataları X5 ilə X16 birgə nikah dövründə mübahisəli əmlakı almışlar və hər ikisi ölən günə kimi birgə nikahda olmaqla onu birgə idarə etmişlər. Mustafayev Mamed (Məmməd) Daşdəmir oğlu vəfat etməmişdən əvvəl - 10 ap rel 2007-ci ildə oğlu Cavabdeh5 Mamed oğluna vəsiyyətnamə vermiş və həmin vəsiyyətnamə ilə mübahisəli əmlakdan ona çatası payı sonuncuya vəsiyyət etmiş, lakin həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsə olan Cavabdeh5 və qanun üzrə vərəsə olan digər qardaşbacıları atalarından qalmış mirası qəbul etməmişlər. Mirası faktiki olaraq qanun üzrə vərəsələrdən Qızbəs Osmanova qəbul etmiş və ölən günə qədər doqquz il boyunca mübahisəli əmlaka sahiblik və istifadə etməklə mirası idarə etmişdir. Qızbəs Osmanova mülkiyyətində olan və ərindən qəbul etdiyi mirası iddiaçıya vəsiyyət etmiş və həmin vəsiyyətnamə də hazırda qüvvədədir. İddiaçı Göygöl Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə, o, Qızbəs Osmanovanın üzərində patronaj təyin edilmiş, ölən günə qədər sonuncuya baxmış, ölümündən sonra onu d əfn etmişdir və bütün xərcləri çəkmişdir. Qızbəs Osmanova öldükdən sonra isə iddiaçı faktiki olaraq mirası qəbul etmişdir. Cavabdeh Göygöl Rayon Məhkəməsinə müraciət edərək guya mirası onun qəbul etdiyini bildirmiş və məhkəməyə yalançı şahidlər gətirərək, onların yalan ifadələri əsasında qanunsuz və əsassız olaraq onun mübahisəli əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə Göygöl Rayon Məhkəməsində 04 iyun 2018-ci il tarixli, 2(066)-970/2018 nömrəli qətnamə çıxarılmışdır. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(066)-970/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Eyni zamanda,mübah isəli əmlakın yerləşdiyi torpaq sahəsi Qızbəs Osmanovanın və Məmməd Mustafayevin paylı mülkiyyətindədir və bu barədə 2006-cı il tarixli, JN-3096D saylı şəhadətnamə verilmişdir. Hazırkı iş üzrə mübahisə yarandığından, işə fakt formasında deyil, iddia icraatında baxılmalıdır.
14. Kəlbəcər Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(040)-503/2021 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia rədd edilmişdir
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə əmlak mərhum Mustafayev Mamed (Məmməd) Daşdəmir oğlu ilə mərhum X8 birgə nikahları dövründə əldə edilsə də, sonuncu öz sağlığında həmin əmlakdan pay tələb etməmiş, həmçinin, əri öldükdən sonra o, vərəsə kimi həmin əmlaka dair öz hüquqlarını rəsmiləşdirməmiş, yəni mübahisəli əmlaka dair sonuncun un mülkiyyət hüququ olmamışdır. Belə olan halda isə mübahisəli əmlakın iddiaçıya vəsiyyət edilməsinə dair X16 tərəfindən 24 fevral 2016-cı il tarixdə verilmiş vəsiyyətnamə əsassız hesab edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM-in) 1133.1,1133.2, 1145, 1146,1151.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in ) 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3568/2021 nömrəli, 27 oktyabr 2021-ci il ta rixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və mahiyyəti etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
20. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 1133.1, 1133.2, 1145, 1146, 1151.1-ci, 1159.1.1 MPM-in )77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillər i, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya instansiyasının qətnaməsinin qətnaməsinin ləğv edilib və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. İddiaçı kassasiya şikayətini əsaslandırarkən bildirmişdir ki, mübahisəli əmlak ½ hissədə Qızbəs Osmanovanın xüsusi mülkiyyətində olmuş, eyni zamanda ərindən miras qalan ½ hissə payı isə o miras kimi qəbul edərək,doqquz il ərzində fasiləsiz olaraq idarə etmiş və həmin müddət ərzində mirasla bağlı heç bir mübahisə və tələb olmamışdır. Belə olan halda isə payın bölünməsindən söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh X14 etiraz göndərər ək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 29.7. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Maddə 1146.1. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
29. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.4. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəm əsinə göndərə bilər Kassasiya baxışının hədləri
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. İddia tələbi bölünməz olduğundan və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
40. Apelyasiya instansiyası mə hkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak Qızbəs Osmanova və Mustafayev Məmmədin birgə nikah dövründə əldə olunmuş olsa da belə, sonuncunun ölümündən sonra Qızbəs Osmanova həmin əmlakdan pay tələb etməmiş,vərəsə kimi həmin əmlaka dair öz hüquqlarını rəsmiləşdirməmişdir. Buna görə də, Qızbəs Osmanovanın özünün mülkiyyət hüququ tanınmamış əmlaka dair İddiaçı verdiyi vəsiyyətnamə heç bir hüquqi nəticə yaratmır.
41. Bununla bağlı qeyd edilməlidir ki, Qızbəs Osmanova ərinin ölümündən sonra mirası faktiki olaraq qəbul etmiş və ölən günə qədər fasiləsiz olaraq həmin əmlakı idarə etmişdir.
42. Bu hal, yəni əri Məmməd Mustafayev öldükdən sonra ondan qalan miras əmlakın faktiki idarə edilməsi yolu ilə onun arvadı Qızbəs Osmanova tərəfindən qəbul edilməsi faktı mübah isəli evə dair Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı barədə Mustafayeva Dilarənin verdiyi iddia üzrə qəbul edilmiş qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(104)1548/2020 nömrəli qətnaməsində də təsbit edilmişdir.
43. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin, Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasınd an asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
44. İşin hallarından göründüyü kimi, Qızbəs Osmanova mirası faktiki qəbul etməklə əmlakın mülkiyyətçisi olmuşdur və qeyd edilən əsasa görə onun verdiyi vəsiyyətnamənin hüquqi qüvvəsinin olmaması və həmin vəsiyyətnamənin heç bir hüquqi nəticə yaratmaması barədə apelyasiya məhkəməsinin əsaslandırması qanuni sayılmamalıdır.
45. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
46. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, işə yeni apellyasiya baxışında baxan məhkəmə kollegiyası mirasın ümumi kütləsini və vərəsələrİN dairəsini tam müəyyən etməklə, hə m Məmməd Mustafayevdən, həm də Qızbəs Məmmədovadan açılmış mirasa münasibətdə vərəsələrdən hansının qanunla müəyyən edilmiş müddətdə mirası qəbul edib etməməsini araşdırmalı və araşdırılmış hallara qiymət verməklə hazırkı iddia tələbi üzrə müvafiq məhkəmə aktı qəbul etməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən,maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edil sin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3568/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.