Məhkəmə qərarları › İş №2(102)-2331/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2331/2024

09.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2331/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı mülki iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı “ləğv edilmiş bonusların bərpa olunması və ziyanın əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1947/2024 nömrəli, 7 mart 2024-c ü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Wolksvagen Touareg” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir, həmin avtomobilin sahibinin mülki məsuliyyəti xx.xx.2021-ci ildə "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta şəhadətnaməsində sığortalı olaraq iddiaçı göstərilmişdir.

2. İddiaçı tərəfindən X4 “Wolksvagen Touareg” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2022-ci il tarixli etibarnamə verilmişdir. 3. 31.12.2022-ci ildə X9 ilə "xxxx" ASC arasında 151.09 manat sığorta haqqı ödənilməklə avtonəqliyyat vasi təsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanmışdır. 4. “Toyota Prado” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir, həmin avtomobilə dair iddiaçının adına PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanmış, 2022-ci ilin iyun ayında qeyd olunan avtomobilin iştirakı ilə sığorta hadisəsi törədilmişdir. Həmin sığorta hadisəsi zamanı “Toyota Prado” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçının atası Cabir Dadaşzadənin qanuni sahibliyində olmuş və hadisə onun tərəfindən törədilmişdir. 5. “İcbari Sığorta Bürosu” X11 İddiaçı və X2 iş departamentinin direktoru Xəyal Babayevə xx.xx.2022-ci il tarixli məktub ünvanlamışdır. Həmin məktubda göstərilmişdir ki, Büronun informasiya sistemində axtarış zamanı İddiaçı adına (FİN: OWCVVQ0) rəsmiləşdirilmiş PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər həmin fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Hadisədə məs uliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi (Mülkiyyətçi qismində İddiaçıQ.) törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini İddiaçı bağladığı və sığortalı qismində çıxış etdiyi AVSMMİS müqaviləsi üzərindən həyata keçirərək (qanuni əsaslarla) onun bonus-malus əmsalına təsir göstərmişdir.

6. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2023 tarixli məktubda da eyni məzmunda məlumat verilmiş, bu kimi halların təkrarlanmaması üçün sığortaçıya yaxınlaşaraq adına olan sığorta müqaviləsini xitam etdirmək tövsiyə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtonəqliyyat vasitəsinin icbari sığorta haqqının he sablanmasında ona münasibətdə tətbiq edilmiş və ləğv edilmiş bonusların bərpa edilməsi, cavabdehdən onun xeyrinə 51,50 manat məbləğində ziyanın tutulması, ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində və sahibliyində olan “Wolksvagen Touareg” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi xx.xx.2022-ci il tarixdə bitdiyi üçün növbəti dəfə təzələmək istəyərkən məlum olmuşdur ki, adına qanunazidd sığorta hadisəsi rəsmiləşdirilərək icbari sığorta reyestrinə daxil edilmiş və bununla da indiyə kimi topladığı bonuslar silinərək yüksək malus əmsalı tətbiq olunmuş, nəticədə sığorta haqqı bir neçə dəfə artırılaraq 525 ma nat təşkil etmişdir. Belə ki, adına olan ** HN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtonəqliyyat vasitəsinə dair icbari sığorta müqaviləsi həmin nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən atası tərəfindən xəbəri və buna razılığı olmadan onun adına bağlanmış, 2022-ci ilin iyun ayında sonuncu tərəfindən sığorta hadisəsi törədilməsinə baxmayaraq həmin hadisə müvafiq sığorta şirkəti tərəfindən onun adına rəsmiləşdirilərək reyestrə məlumat daxil edilmişdir. Məsələdən hali olan kimi dərhal tərəfindən xx.xx.2022-ci il tarixdə Mərkəzi Banka bankın saytı vasitəsilə elektron qaydada müraciət olunaraq “İcbari Sığorta Bürosu”nun (İSB) İnformasiya Sisteminə daxil edilmiş icbari sığorta hadisəsinin adına rəsmiləşdirilməsi barədə məlumatın sistemdən silinməsinə dair müvafiq qərarın qəbul edilməsi tələb edilmişdir. Mərkəzi Bank tərəfindən məsələnin araşdırılması ilə bağlı əlavə məlumatların əldə edilməsi üçün xx.xx.2022-ci ildə ərizələri İSB-ya göndərilərək 5 iş günü müddətində məlumatların həm banka, həm də onlara təqdim edilməsi qeyd olunmuşdur. Həmin müraciətin cavablandırılması İSB tərəfindən yubadıldığı üçün tərəflərindən xx.xx.2022-ci il tarixdə rəsmi ərizə ilə bilavasitə İSB-nın özünə müraciət edilərək ** HN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomaşına dair bağlanmış sığorta müqaviləsindən məlumatının və razılığının olmadığı bir daha vurğulanaraq müraciətə cavab verilməsinin tezləşdirilməsi xahiş olunmuşdur. Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli və İSB-nın xx.xx.2022-ci il tarixli onlara ünvanladıqları məktublarında icbari sığorta müqaviləsi nin adına rəsmiləşdirilməsi əsas götürülərək informasiya sisteminə tələb etdiyi müvafiq düzəlişin edilməsindən imtina olunmuşdur. Belə olduqda ziyandan müəyyən qədər yayınmaq üçün mülkiyyətində olan və hazırda idarə etdiyi “Wolksvagen Touareg” markalı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsini oğlu X5 adına, axırıncıya avtomobili idarə etmə etibarnaməsi verməklə qeydə alıb İSB-nın hesabına 151 manat ödəmışdir. Halbuki adına qeyri-qanuni icbari sığorta hadisəsi rəsmiləşdirilməsəydi bu məbləğ 45% bonus tətbiqini nəzərə almaqla 96,25 manat təşkil etməli idi. Bundan sonra iddia tələbi ilə tərəfindən Mərkəzi Banka qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Mərkəzi Bankın məhkəməyə təqdim etdiyi 2 may 2023cü il tarixli məlumatına əsasən BM sistemi Mərkəzi Bankın deyil, Büron un elektron informasiya sisteminin tərkib hissəsi olduğu və həmin sistemə nəzarət və istifadə Büro tərəfindən həyata keçirildiyi üçün iddiaya cavabdeh qurum da Büro olmalıdır. Eyni zamanda Mərkəzi Bank məlumata əlavə olaraq inzibati məhkəməyə oxşar iddia ilə bağlı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırda qüvvəyə minmiş qətnaməsini də təqdim etmişdir. Həmin qətnaməyə əsasən vətəndaş Semur Əsədovun “İcbari Sığorta Birliyi”nə qarşı “bonusların bərpa edilməsi” tələbi tam təmin olunmuşdur. Bunları nəzərə alaraq iddia ərizəsi tərəfindən könüllü olaraq geri götürülmüşdür ki, məhkəməyə müraciət olunsun. Hazırda da Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyyəsinə uyğun olaraq məhkəmələrin qəbul etdiyi qərarlar üzrə vahid məhkəmə təcrübəsi formalaşdırılır. Hesab edir ki, imtin a əsassızdır və bu sahəni tənzimləyən həm mülki, həm də sığorta qanunvericiliyinə ziddir. Əvvəla imtinaya əsas olan onun adından bağlanmış PPA********** sayı icbari sığorta müqaviləsi razılığı və xəbəri olmadan onun adına rəsmiləşdirilmişdir. İkincisi, mülki qanunvericiliyin və “İcbari Sığorta haqqında” Qanunun tələblərinə əsasən sözügedən sığorta şəhadətnaməsi onun adına verilməsinə baxmayaraq sığorta hadisəsi sayılan avtoqəza avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə və istismar edən şəxs tərəfindən törədildiyi üçün sığorta hadisəsi də onun adına rəsmiləşdirilərək malus sistemi fərdi qaydada tətbiq olunmalıdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-5493/2023 nömrəli iş üzrə 8 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim X 1 qızı) iddia tələbi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1947/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X12 və X7) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

16. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən his səsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

18. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra d igər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

19. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.

21. Belə ki, MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

22. Göründüyü kimi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

23. Hazırkı işdən görünür ki, iddiaçının mübahisələndirdiyi məbləğ (bərpa olunması xahiş olunan bonus məbləği) qanunvericilikdə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş məbləğdən az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

25. Beləliklə, hazırkı kassasiya icraatı üzrə iddiaçının kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.

26. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 7 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-1947/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar